çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Makron hökumətin qurulmasını daha da mürəkkəbləşdirdi - özü də "gedir"...

Image


Fəaliyyəti dövründə Fransanı çoxsaylı problemlər girdabına düçar edən prezident Emmanuel Makron bu dəfə ölkədə hökumət böhranına səbəb olmaqdadır. Belə ki, avqustun 27-də Yelisey Sarayı Emmanuel Makron ilə parlamentdə yer alan partiya liderləri və "dövlətə və respublikaya xidmət təcrübəsi olan" aparıcı siyasətçilər arasında məsləhətləşmələrin ikinci raundunu təyin etdi. 

Məqsəd yeni hökumət formalaşdırılmasıana nail olmaq idi. Lakin prezidentin solçu hökumətin təyin olunması imkanını rəsmən istisna etməsindən sonra bu düşərgənin təmsilçiləri olan Yeni Xalq Cəbhəsinin nümayəndələri iclası tərk ediblər. İfrat solçu "Fəth olunmamış Fransa" partiyasının deputatları isə Makronun prezident postundan uzaqlaşdırılması üçün parlamentin aşağı palatası olan Milli Assambleyaya təklif göndərəcəklərini bildiriblər.

Bunlar fonunda Fransa Sosialist Partiyasının birinci katibi Olivye For və Avropa - Ekologiya - Yaşıllar partiyasının milli katibi Marin Tondelier bundan sonra Makronla görüşdən imtina etdiklərini açıqlayıblar. Tondelie baş verənlərlə bağlı bildirib: "Mən demokratiyanın rüsvayçılığına şərik olmaqdan imtina edirəm. Sosialistlər sonu yaxınlaşan bir makronizmin köməkçilərinə çevirilmək istəmirlər. Biz daha Makronla görüşmək fikrində deyilik ki, o, prezidentlik haqqında fantaziyalarını həyata keçirə bilsin". "Fəth olunmamış Fransa"nın nümayəndələri daha radikal mövqe sərgiləyirlər. Onlar fransızları sentyabrın 7-də etiraz aksiyasına çağırıblar. Onların bəyanatında deyilir: "Respublika prezidenti səsvermənin nəticələrini və parlament seçkilərində qalib gələn Yeni Xalq Cəbhəsinin rəhbərlik etdiyi hökuməti tanımaqdan imtina edərək demokratiyanı ciddi şəkildə təhlükə altına qoyur". "Fəth olunmamış Fransa" ölkənin siyasi, həmkarlar ittifaqı və ictimai qüvvələrinin etiraz çağırışına qoşulacağına ümid etdiyini bildirib. Qeyd edildiyi kimi, artıq onlar Makronun prezident postundan uzaqlaşdırılması təklifini Milli Assambleyanın Bürosuna təqdim edəcəklərini bildiriblər. Partiyanın milli koordinatoru Manuel Bompardın sözlərinə görə, təklif Fransa Konstitusiyasının 68-ci maddəsinə uyğun olaraq göndəriləcək. Rusiyadan olan ekspert Natalia Lapinanın sözlərinə görə, 68-ci maddənin yeni redaksiyasında Fransa Konstitusiyasında dövlətə xəyanət zamanı prezidentin hakimiyyətdən kənarlaşdırıldığı maddə dəyişdirilib. Amma bu, Beşinci Respublikanın bütün tarixində istifadə edilməyib: "Müvafiq təklif əvvəlcə parlamentin hər iki palatası tərəfindən ayrıca qəbul edilməli, sonra hər iki palatanın növbədənkənar iclasına toplaşan bütün parlament üzvlərinin üçdə iki səs çoxluğu ilə təsdiqlənməlidir". "Fəth edilməmiş Fransa"nın qalmaqallı təkliflərində Lapina onun lideri Jan-Lyuk Melenşonun təkəbbürlü Makronu aşağılamaq istəyini görür: "Məsələ bundadır ki, prezident Yeni Xalq Cəbhəsinin digər siyasi qüvvələrlə əməkdaşlığını istisna etməyib, lakin onların arasında "Fəth olunmamış Fransa"nın simasında onun ultrasolçuluğunun nümayəndələri olmamalıdır. Melenşonun Yeni Xalq Cəbhəsinin yaradılmasının təşəbbüskarlarından biri olması paradoksaldır. Sosialistlərin və ekoloqların Makron hökumətinə daxil olması Melenşon üçün son dərəcə faydalı olardı. Sonra, 2027-ci ilə qədər növbəti prezident seçkiləri keçirildikdə, Melenşon özünün dediyi kimi, "çürük Beşinci Respublikada" yeganə solçu namizəd olaraq qalacaq".

Xatırladaq ki, Fransa parlamentinə keçirilən növbədənkənar seçkilərin nəticələrinə görə, solçu Yeni Xalq Cəbhəsi Milli Assambleyadakı 577 yerdən 193-nü əldə edib. İkinci yerdə 168 mandatla "Respublika naminə birlikdə" prezident bloku qərarlaşıb. Marin Le Penin ifrat sağçı Milli Birlik Partiyası 143 mandat qazanıb. Yəni heç bir siyasi qüvvənin parlamentdə mütləq çoxluğu (289 yer) yoxdur. Təəccüblü deyil ki, Fransa istefadan sonra hökumətin vəzifələrini yerinə yetirmə müddətinə görə antirekord vurub. İyul ayında Makron Qabriel Attalın kabinetini yeni tamhüquqlu hökumət formalaşana qədər vəzifəsini davam etdirmək şərti ilə istefaya göndərmişdi. Konstitusiyaya görə, Makron gələn yaya qədər parlamenti buraxa bilməz. Ona görə də analitiklər onun partiyalarla dil tapmaq şansı yüksək olan birini baş nazir təyin edəcəyinə inanırlar. Eyni zamanda, Attal və prezidentə çıxışı olan bir sıra siyasətçilər ona düşərgəsindən olan şəxsi baş nazir təyin etməməyi məsləhət görürlər. Axı bu addım o demək olardı ki, fransızlar dəyişikliyə səs verərkən, Fransada heç nə dəyişməyəcək. Bununla bağlı Lapina Fransada texniki hökumətin təyin olunmasını istisna etmir. Üstəlik, belə presedentlər artıq baş verib. Məsələn, 1970-ci illərin sonunda ölkənin ən yaxşı iqtisadçısı Raymond Barr baş nazir təyin olunanda bu hal qeydə alınıb: "Texniki hökumət o deməkdir ki, nə baş nazir, nə də onun kabinet üzvləri gələcəkdə aparıcı siyasi rollara iddialı olmayacaqlar. Bunlar, sadəcə olaraq, ölkənin mövcud problemlərini həll edəcək ixtisaslı mütəxəssislərdir. Hazırkı vəziyyətin mürəkkəbliyi ondan ibarətdir ki, hər hansı koalisiya yaratmaq son dərəcə çətindir. Bütün partiyaların diqqəti 2027-ci ilə cəmlənib, ona görə də başqa siyasi qüvvələrlə ittifaqda özünü seçicilərin gözündə dəyərsizləşdirmək heç sərfəli deyil". 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ