çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Ermənistanın COP29-a qarşı təxribat planlarını bu prokuror hazırlayıb...

Image


Yadigar Məmmədli: "Öz aləmlərində hesab edirlər ki, bununla Azərbaycanı zəif tərəfindən vuracaqlar"

Xaricdə ermənilərin aktiv tərəfdarlarından biri olan, diasporanın pulu ilə bəslənən Beynəlxalq Haaqa Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo yenə Azərbaycanı hədəfə alıb. Bu dəfə o, təkcə hüquqi müstəvidə deyil, elə hər mənada erməniləri Azərbaycana qarşı savaşmağa təşviq edib.

O bir qrup erməni ilə görüşdə deyib ki, COP29 ərəfəsində Qarabağdan könüllü köçmüş ermənilərin geri qayıtması məsələsini qaldırmaq üçün əlverişli imkan yaranıb. Həmçinin ermənilərə tövsiyə verib ki, bu tədbir ərəfəsində Bakıda həbsdə olan separatçıların azad edilməsi məsələsini xüsusi qabartmaq lazımdır. O sərsəmləyib ki, Azərbaycan hər nə qədər iddia etsə də, Qarabağ, guya ermənilərin torpağıdır: "Azərbaycan nə qədər bunun əksini iddia etsə də, Qarabağ erməniləri torpağın sahibidir".

O daha sonra deyib ki, hər şey ermənilər və onların xaricdəki havadarlarının döyüşə nə qədər hazır olmaqlarından asılıdır. "Qarabağ erməniləri hüquqlarını qorumaq üçün bütün imkanlardan istifadə etməlidirlər. Bunun üçün fəal olmalıdırlar".

Belə bəlli olur ki, Ermənistana bu ideyanı verən Okampodur. Təsadüfi deyil ki, son vaxtlar ermənilər bu məsələni bir-iki dəfə gündəmə gətiriblər. Hətta bununla bağlı ayrıca bəyanat da yayıblar, müxtəlif dövlətlərə müraciətlər ediblər. Belə görsənir ki, ermənilərə bu məsələdə istiqamət verən Okampodur. Bu həmin Okampodur ki, adı beynəlxalq rüşvət qalmaqallarında hallanır. 2017-ci ildə "Mediapart"-dan olan Fransanın siyasi araşdırmaçı jurnalistləri Okamponun ofşor şirkətlərini müəyyən etdilər. Okampo BCM-nin baş prokuroru olduğu dövrdə dünyanın ən məşhur vergi cənnətlərində adı hallanan şirkətləri idarə edirdi. Ofşor zonadakı maliyyə fəaliyyəti ilə bağlı suala cavab olaraq, keçmiş yüksək çinli prokuror BCM-dəki maaşının "kafi olmadığını" söyləyib.  BCM-dən ayrıldıqdan sonra Okampo anlaşılmaz dərəcədə böyük aktivlərə sahib idi: Onun Haaqadakı daşınmaz əmlakı (1,2 milyon avro), Argentinada beş mülkü (2,2 milyon dollar) və bankda ən azı 1 milyon dolları üzə çıxdı.

Azərbaycan 23 aprel 2023-cü ildə Laçın yolunun girişində Sərhəd-Nəzarət Məntəqəsi qurandan sonra Okampo, guya Qarabağ erməniləri üçün genosid mühitinin yarandığı ilə bağlı "hesabat" hazırladı. Ancaq çox keçmədən sübut olundu ki, həmin hesabat boş şeydir. Çünki buraxılış məntəqəsi yaradılandan sonra ermənilərin təminatı, gediş-gəlişi dayanmadı. Azərbaycan Okamponun arqumentlərini darmadağın etmək üçün tutarlı faktlarla beynəlxalq səviyyəli hüquqşünasların iştirakı ilə əks arqumentlər ortaya qoydu. Bir sözlə, məlum olur ki, COP29 tədbiri ərəfəsində separatçıların həbsdən azad edilməsi məsələsinin gündəmə gətirilməsi ideyasını ermənilərə verən Okampodur. 

"Okamponun "hüquqi yardım" cəhdləri bu dəfə də səmərə verməyəcək" 

Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən media eksperti Yadigar Məmmədli hesab edir ki, Okamponun bu cəhdi də fiaskoya uğrayacaq: "Əvvəla, Qarabağda antiterror əməliyyatlarının ildönümü yaxınlaşdıqca, ermənilərin belə fəaliyyətə girişəcəkləri gözlənilən idi. Çünki erməni separatizminin belini elə qırdıq ki, bir daha onlar ərazilərimizi işğal edə bilməzlər. Erməni lobbisindən bəslənən və adı rüşvətxorluqda hallanan, mənfi reputasiyaya malik olan Okamponun bu planı da uğursuzluğa düçar olacaq. Bu həmin Okampodur ki, Qarabağ ermənilərinin soyqırıma məruz qəlmasından dəm vururdu. Ancaq bütün bu qaralama kampaniyası ifşa olundu. Çünki bununla bağlı bir fakt belə yox idi. Azərbaycan mülki obyektləri hədəf almırdı. Okampo başda olmaqla, ermənilər antiterror əməliyyatlarını soyqırım kimi təqdim etmək üçün dəridən-qabıqdan çıxdılar. Buna hüquqi don geyindirmək üçün çox çalışdılar. Hətta məsələni BMT Təhlükəsizlik Şurası müstəvisinə çıxarmağa cəhd etdilər. Lakin bunun üçün gərəkən dəstəyi ala bilmədilər. İndi də görürlər ki, COP29 tədbiri yaxınlaşır, bununla həbsdə olan separatçıların məsələsini gündəməyə gətirməyə çalışırlar. Öz aləmlərində hesab edirlər ki, bununla Azərbaycanı zəif tərəfindən vuracaqlar. Ancaq bunun da bir səmərəsi olmayacaq. Ən azından ona görə ki, bunun üçün hüquqi dayanaq yoxdur. Bakı həbsxanalarında olan separatçılar konkret ittihamlarla təqsirli bilinirlər. O üzdən, Okamponun "hüquqi yardım" cəhdləri bu dəfə də səmərə verməyəcək".

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ