çərşənbə günü, 26 avqust 2026
     

Zəngəzur dəhlizi Ermənistan üçün ölüm-qalım məsələsi oldu...

Image


"Yeni qlobal dünya nizamının formalaşması prosesi yaxındadır. Bu fonda Ermənistanın harada olacağı və ümumiyyətlə olub-olmayacağı məsələsi mühümdür". Bu fikirlər "Sputnik Armenia" portalında yer alıb. 

Qeyd oluunur ki, erməni informasiya sahəsində fəaliyyət göstərən antierməni informasiya resursları yenidən erməni cəmiyyətini intensiv şəkildə bir-birinə qarşı qoyur, insanları "qürurlu vətəndaşlar" və "Kremlin qulları" adı ilə  iki yerə bölür: "Açığı, biz xarici təzyiqləri dəf etməyə hazırlaşmaq əvəzinə, yenə hansısa axmaq anti-Rusiya, anti-İran və digər anti... qıcolmalarda vuruşuruq. Belə ki, bəzi məlumatlara görə, Türkiyə-Azərbaycan tandemi 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29 dünya iqlim sammiti çərçivəsində Zəngəzur dəhlizini vacib gəlirli kommunikasiya   kimi fəal şəkildə təşviq etməyi planlaşdırır. Bu iqtisadi layihəyə diqqətdə xarici oyunçuları maraqlandırmağa çalışır. Yəni rəsmi Bakı dünya iqtisadiyyatı üçün yeni logistik imkanların yaradılması məqsədilə Ermənistanın cənubundan dəhlizin iqtisadi məqsədəuyğunluğuna dünyanın diqqətini cəlb edir. Noyabrda da əsas dünya oyunçularını dəhlizlə bağlı maraqlandırmağa çalışacaq. Biz nə edirik?

Biz isə Ermənistan hakimiyyətinin süni şəkildə bir-birimizə bəslənən nifrətindən korlanmışıq, sadəcə olaraq, artıq xarici təhlükələri dərk etmirik, sadəcə olaraq, daxili gündəmdə cəmləşərək, bir növ informasiya üçbucağına daxil olan və   reallıq kimi sırınan məsələni qəbullanmağa davam edirik. Bu sırınan da "velosiped + ucuz populizm + Zəngəzur dəhlizi" adlanır. Qarşı tərəf isə sistemli şəkildə antierməni planlarını həyata keçirməyə hazırlaşmağa davam edir. Belə ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş sözün əsl mənasında bir-iki ay əvvəl demişdi: "Zəngəzur dəhlizi uğurla tamamlanarsa, bu, təkcə Azərbaycanı deyil, İran, Türkiyə və Gürcüstanı birləşdirəcək çox mühüm bir dəhliz olacaq. Orta Asiya ilə Zəngəzur vasitəsilə əlaqələr daha yaxşı hala gələcək". Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu isə deyir: "Zəngəzur dəhlizinin açılması türk qurşağı boyunca dəmir yolu nəqliyyatının daşıma qabiliyyətini artıracaq". Əslində, türklər dəhlizin iqtisadi məqsədəuyğunluğu ilə bağlı xarici aktorları maraqlandırmağa çalışır, amerikalılarla, iranlılarla, ruslarla, avropalılarla, çinlilərlə bu istiqamətdə işləyirlər. Biz isə siyasi şizofreniklər kimi başımızı KTMT-yə vururuq, sonra NATO-ya tərəf cumuruq, sonra ruslarla dava salıb iranlıları önə çəkən siyasət yürüdürük.

Biz müstəqilliyimiz və suverenliyimiz üçün fəryad edirik, lakin eyni zamanda heyrətamiz inadla suverenliyimizi və bölgədəki diplomatik qalalarımızı puç edirik, praktiki olaraq Türkiyə-Azərbaycan tandemi, Qərb və Şərq iradəsindən tamamilə asılı vəziyyətə düşürük. İnternetdə guya erməni soyadlı şərhçilərin oturub hamını və hər şeyi tənqid etdiyi, özlərini "böyük siyasətçi" kimi təsəvvür etdiyi bu anti-erməni sirkinə baxmaq sadəcə olaraq dözülməzdir. Üstəlik, fərqinə varmadan onlar ölkəmizi məhv etmək alətinə çevrilirlər. Biz sadəcə olaraq siyasətin "sevgi-nifrət" kimi anlayışlardan məhrum olan çox dərin bir məsələ olduğunu başa düşməkdən imtina edirik. İnformasiya səthində olanlar isə heç də həmişə real proseslərə uyğun gəlmir. Bunu başa düşmək çətindir? Adi "Kreml"ə qarşı bütün "mübarizələr"in kretinizmi bizə anlamağa imkan vermir ki, Qərblə Şərq heç vaxt bir-birilə əlaqəni itirməyib və sonda yeni geosiyasi təsir sərhədləri müəyyən etdikdən sonra razılaşmaya və "sülh bağlamağa" gələcəklər. Necə başa düşmək olar ki, qlobal geosiyasi mətbəxdə son ayların tendensiyasını nəzərə alsaq, yeni dünyanın formalaşmasına az qalıb? Amma harda olacağıq və ümumiyyətlə olub-olmayacağımız kimin Moskvaya və ya Vaşinqtona daha çox nifrət etməsindən deyil, Ermənistanı nə qədər sevdiyimizdən asılıdır. Erməni cəmiyyətində "hamının hamıya qarşı" mübarizəsi isə yaxşı heç nə vəd etmir". Erməni hərbi ekspert Davit Camalyan baş verənlər fonunda bildirir: "Bu günlərdə Rusiyanın Zəngəzur dəhlizi məsələsini yenidən gündəmə gətirməsi və bunun Rusiyanın maraqlarına uyğun olması ilə bağlı yayılan fikirləri cəfəngiyat kimi qiymətləndirirəm". Erməni hərbi ekspert iddia edib ki, bu, Qərbin qlobal maraqlarının bir epizodudur: "Getdikcə çoxqütblü hala gələn müasir dünyada Britaniya öz keçmiş imperiyasını yenidən yaratmağa çalışır və bunu keçmiş üsullarla etmir. Marionet hökumətlər yaradılır, ölkənin əsas resursları idarə olunur, kommunikasiyalar idarə olunur və ölkə müstəqil, beynəlxalq hüququn subyekti kimi görünsə də, əslində real hakimiyyətin daşıyıcıları və icraçıları birbaşa Britaniya mərkəzlərindən asılı olanlardır. Böyük Britaniyanın müasir dünyada maraqları arasında Balkanlar, Yaxın Şərq, Orta Şərq, hətta Hindistan və Çin də var". Bu günlərdə isə  Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın "Birinci Kanal"ına açıqlamasında qeyd edib ki, Paşinyan Qarabağ üzrə üçtərəfli razılaşmaları sabotaj edir: "Təəssüf ki, Ermənistanın Zəngəzur bölgəsindən keçən kommunikasiyalara gəlincə, altında baş nazir Paşinyanın imzası duran sazişi sabotaj edən məhz Ermənistan rəhbərliyidir. Belə bir mövqenin məntiqinin nə olduğunu anlamaq çox çətindir. Amma mən əminəm ki, üçtərəfli görüşlər çərçivəsində, üçtərəfli sənədlərdə qoyulan təməl tam şəkildə aktual olaraq qalır". 

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

25.08.2026 / 23:10
İrana qarşı iqtisadi müharibə ABŞ-Çin qarşıdurmasını tətikləyə bilər - dünya iqtisadiyyat böyük təhlükə ilə üz-üzə…

25.08.2026 / 22:16
Kreml Britaniyanın məşhur raket zavodunu vurmaqla hədələdi – “Putin təzyiq altındadır, gec-tez bu hücum olacaq”…

25.08.2026 / 21:50
Trampın keçmiş nümayəndəsi Ukraynanı qadınları da müharibəyə göndərməyə çağırdı

25.08.2026 / 21:37
Paşinyan Müstəqillik bəyannaməsini konstitusiyadan birdəfəlik silib atdı...

25.08.2026 / 21:31
Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:25
Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:12
Azərbaycanın və Özbəkistanın “paralel kursla inkişafı”... Yeni mülahizə...

25.08.2026 / 20:53
Mərkəzi Asiyanın daha sıx birləşməsi Azərbaycan və Özbəkistandan çox asılıdır...

25.08.2026 / 20:35
Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşması Tehranı və Moskvanı çox qıcıqlandırdı...

25.08.2026 / 20:16
Nə qədər ki, dəmir yolları Rusiyanın əlindədir, Zəngəzur dəhlizində dəmir yolu olmayacaq - Paşinyan...

25.08.2026 / 19:49
Ermənilər 1406-cı il Naxçıvan döyüşünü də mənimsəməyə başladılar...

25.08.2026 / 19:33
Rusiya Azərbaycan üzərindən Ermənistana 14 vaqon buğda, 1 vaqon taxta göndərdi

25.08.2026 / 19:22
Həbs edilmiş təcavüzkar sabiq prezident görün nələr mənimsəyib... Böyük siyahı...

25.08.2026 / 18:51
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

25.08.2026 / 18:38
İranın şimal-şərqindən qərbinə dəmir yolu çəkilir - Zəngəzur-Naxçıvan-Türkiyə dəmir yoluna alternativ?...

25.08.2026 / 18:11
Astarada həyətində narkotik bitkilər yetişdirən şəxs saxlandı

25.08.2026 / 17:57
Türkiyədə trekkingin ən qeyri-adi ünvanı - Duz Gölündə ultra-trail macərası

25.08.2026 / 17:39
Tramp İranla bağlı dünya liderlərinə bir-bir zəng vuracaq - xəbərdarlıq və hədə zəngi...

25.08.2026 / 17:25
Paşinyan Köçəryanın bütün gəlir qaynaqlarını da qurudur… Şirkət direktorları saxlandı - 2,6 milyardlıq yeyinti…

25.08.2026 / 17:11
Paşinyan Köçəryan və Sarkisyanı bitirmək üçün hərəkətə keçdi – biri həbs edildi, digərinə cinayət iş açıldı…

25.08.2026 / 16:55
Qazaxıstanda "Ədalət"lə "Əmanət" birləşsə də, Tokayevin planları ilə bağlı qeyri-müəyyənlik qaldı...

25.08.2026 / 16:34
“Azəripək” “Azərxalça”ya birləşdirilir - FƏRMAN

25.08.2026 / 16:32
“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevrilir...

25.08.2026 / 16:29
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM

25.08.2026 / 16:25
Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi

25.08.2026 / 16:22
Qeyri-neft ixracı 184 faiz böyüdü - qızılın ölkə iqtisadiyyatında xüsusi çəkisi artır...

25.08.2026 / 16:03
İsrail özünü "Yaxın Şərqdə ən demokratik ölkə" elan etdi - Türkiyə bu bəyanatı cavabsız buraxdı...

25.08.2026 / 15:45
Ukrayna Rusiyanın Afipski və Həştərxan neft-qaz emalı zavodlarını vurdu…

25.08.2026 / 15:30
Ermənistanın Avroittifaqa üzvlük referendumunun vaxtı bəyan edildi...

25.08.2026 / 15:17
Laçında Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü keçirildi

25.08.2026 / 15:12
Azərbaycan memarlığında xəlvətiyyələr...

25.08.2026 / 15:03
Prezident seçkiləri Ukraynanı məğlubiyyətə sürükləyə bilər...

25.08.2026 / 15:00
Bakı ilə Daşkənd bir-birinə əvəzsiz qapılar açır - biri Mərkəzi Asiyaya, digəri Avroatlantik məkana...

25.08.2026 / 14:52
Moskva ilə İrəvan “səssiz boşanma” mərhələsində?...

25.08.2026 / 14:34
ABŞ İranla əlaqəli ölkələri dollar sistemindən ayırmaqla hədələdi - əlaqələri kəsin…

25.08.2026 / 14:18
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasına mane olan yeni qüvvə...

25.08.2026 / 14:02
Pezeşkian ABŞ-ı İranla danışıq tonunu dəyişməyə çağırdı…

25.08.2026 / 13:28
Azərbaycanla Özbəkistan Xəzərdə birgə dəniz donanması yaradır...

25.08.2026 / 13:10
Azərbaycanda bu pulu 250 manata alırlar...

25.08.2026 / 12:55
Özbəkistan nefti Azərbaycan üzərindən Qərbə nəql edilə bilər – qərar verildi...

25.08.2026 / 12:27
ABŞ SEPAH-ın beş yüksək rütbəli komandirinin başına pul qoydu - 10 milyon dollar...

25.08.2026 / 12:15
866 qutu tütünü sərnişinlərə paylayaraq ölkəyə keçirməyə cəhd etdilər....

25.08.2026 / 12:01
Netanyahu İranın oğluna sui-qəsd cəhdi etdiyini açıqladı...

25.08.2026 / 11:47
Köçəryan və oğlu Sedrak saxlandı – ailənin bağlı olduğu bütün şirkətlərdə axtarış aparılır…

25.08.2026 / 11:34
Paşinyan dəmir yolları ilə bağlı Rusiyaya çağırış etdi - üçüncü bir ölkəyə satın...

25.08.2026 / 11:21
Rusiya Ukrayna və Moldova sərhədində daha bir keçid məntəqəsini vurdu…

25.08.2026 / 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə xəbərdarlıq...

25.08.2026 / 09:54
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6500-ü keçdi

25.08.2026 / 09:36
ABŞ BMT-də Rusiyanın əleyhinə olan bəyanatı dəstəkləmədi...

25.08.2026 / 09:12
Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər

25.08.2026 / 08:47
Yaponiya baş naziri tənhalıqdan şikayət etdi - “…tarakanı öldürmədim”…

25.08.2026 / 08:31
İsrail çərpələnglərə qarşı savaş açdı - “…dronlar ilə eyni münasibət göstəriləcək”

25.08.2026 / 08:18
Vaxtilə Navalnının tutulmasına səbəb olan bloger həbsə atıldı - Putini “müharibə cinayətkarı və oğru" adlandırdığına görə

25.08.2026 / 08:01
Oman sahillərində neft tankerinə şübhəli hücum…

25.08.2026 / 07:56
Trampın “Suriyanı çiçəkləndirmək” vədinin icrasına başlandı - “Təhrir əş-Şam” terrorçu siyahısından çıxarıldı

25.08.2026 / 07:35
İsveçrə Rusiya aktivlərinin istifadəsini mümkünsüz saydı

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

24.08.2026 / 19:56
Yeni Xəzər karkası: region ölkələri istehsal və logistikanı birləşdirir

24.08.2026 / 19:52
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

24.08.2026 / 19:48
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

24.08.2026 / 19:36
İlham Əliyevin Naxçıvandakı məlum bəyanatından Zaxarova bu nəticəni çıxardı...

24.08.2026 / 18:57
Çinin Qırğızıstanla məşhur dəmiryolu Zəngəzur dəhlizi ilə birləşəcək...

24.08.2026 / 18:25
Azərbaycanla Özbəkistan beynəlxalq təşkilatlara “əbədi dostlar” kimi çıxacaq...

24.08.2026 / 18:03
Azərbaycan-Özbəkistan ticarətinin hədəf rəqəmi müəyyənləşdi - bu il 33 faiz artım var

24.08.2026 / 17:48
Mirziyoyev 8 avqust Əliyev-Paşinyan sazişinə fərqli siyasi məzmun verdi...

24.08.2026 / 17:32
Paşinyan KTMT ilə bağlı qəti mövqeyini açıqladı və son qərarı Putinin verməsini istədi - məmnun olardıq…

24.08.2026 / 17:05
Rusiyadan Ermənistana mesaj - fitosanitar nəzarət tələblərinə əməl olunmalıdır…

24.08.2026 / 16:57
DİN əməliyyat keçirdi - 116 kiloqram narkotik və 9 500 həb ələ keçirildi - VİDEO

24.08.2026 / 16:50
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar - FOTO

24.08.2026 / 16:45
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar - FOTO

24.08.2026 / 16:44
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı VİDEO paylaşılıb

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ