çərşənbə günü, 26 avqust 2026
     

Gürcüstan növbəti “rəngli inqilab” üçün hədəf seçilib...

Image


ABŞ oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri öncəsi vəziyyətdən son dərəcə narazıdır və ölkədə "rəngli inqilab" hazırlayır. Belə bir açıqlama ilə Rusiya Xarici Kəşfiyyat Xidməti çıxış edib. 

Məlumatda bildirilir ki, "rəngli inqilab" üçün zəmin də hazırlanır: "Tiflis Maydanı"nda səsvermə zamanı "saxtakarlıq sübutları"nın dərc edilməsi, seçkilərin nəticələrinin tanınmadığını elan etmək və hakimiyyət dəyişikliyini tələb etmək planlaşdırılır. Etirazları zorla yatırmaq üçün hüquq-mühafizə orqanları təhrik ediləcək". Həmçinin, ABŞ hakim "Gürcü arzusu"nun seçki mövqeyini mümkün qədər zəiflətmək üçün ölkə hakimiyyətinə təzyiqləri ciddi şəkildə artırmağı planlaşdırır. Xatırladaq ki, son dövrlərdə Gürcüstanın Qərb ölkələri, o cümlədən də ABŞ-la münasibətləri xeyli pisləşib. Parlamentin "Xarici təsirin şəffaflığı haqqında" qanunu qəbul etməsi, ABŞ başda olmaqla, Qərblə Gürcüstan arasında münasibətləri daha da gərginləşdirib. Birləşmiş Ştatların bu ölkəyə yardım məqsədilə ayırdığı 95 milyon dollardan artıq maliyyə yardımını dayandıraraq o vəsaiti qeyri-hökumət təşkilatlarına verəcəyi bildirilir. ABŞ-nin dövlət katibi Entoni Blinken rəsmi Tiflisi antidemokratik fəaliyyət göstərməkdə və yalan açıqlamalar verməkdə ittiham edib. Bu arada, Gürcüstanda ziddiyyətli "Xarici təsirin şəffaflığı haqqında" qanun qüvvəyə minsə də, ona heç də hər kəs əməl etmir. Qanuna əsasən, maliyyəsinin 20 faizdən çoxunu xaricdən alan QHT və media qurumlarına bu bazada qeydiyyatdan keçmək üçün bir ay vaxt verilib. Tiflisdə yerləşən Beynəlxalq Ədalətli Seçkilər və Demokratiya Cəmiyyəti  də tələbə əməl etməlidir. Bu seçki monitorinqi qrupu, demək olar, bütün maliyyəsini Qərb donor qurumlarından – Avropa İttifaqından, ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID), Vaşinqtonda yerləşən Milli Demokratiya Fondundan və müxtəlif Avropa dövlətlərinin səfirliklərindən alır. Ancaq qurum məlumat bazasında qeydiyyatdan keçmir. Gürcüstanda 400-dən çox təşkilatla birlikdə onlar da vətəndaş itaətsizliyi aktı olaraq ictimai şəkildə yeni qaydaya tabe olmurlar. Təşkilat öz açıq məktubunda bununla bağlı yazır: "Rus qanunu" bizim ölkəmizdə işləməyəcək! O bizim heç birimizin əməl etməyəcəyimiz tanınmamış sənəd olaraq qalacaq!". İddia olunur ki, bir çoxları bölgədə ilk dəfə 2012-ci ildə Rusiyada qəbul edilən bu cür qanunun Gürcüstanı da bənzər duruma sala biləcəyindən rahatsızdır. Beynəlxalq Ədalətli Seçkilər və Demokratiya Cəmiyyətinin proqram meneceri İrina Mamulaşvili qeyd edir: "Biz bu ssenarini Rusiyada görmüşük və onun hara apardığını bilirik". 

İstər hakim "Gürcü arzusu" partiyası, istərsə də müxalifət bu qanunun qəbulunu ölkə siyasətində dönüş nöqtəsi sayır. Bu ilin yazında qanunu nəhəng küçə etirazları fonunda qəbul edən "Gürcü arzusu"na görə, bu qanun dövlətin suverenliyinin xarici donorlar və onların yerli "agent"lərindən qorunması üçün qaçılmazdır. Müxalifətin və iri QHT sektorunun fikrincə, sözügedən qanun hakim partiyanın daha böyük güc ələ keçirməsi məqsədi güdən və ölkəni avtoritar, antiqərb istiqamətində aparan addımdır. Tam açıq şəkildə qanuna tabe olmaqdan boyun qaçıran QHT-lər bilgi bazasında qeydiyyatdan keçməsə, ağır cərimələrlə üzləşəcək. Onların bu cərimələri necə ödəyəcəyi də tam aydın deyil. Ancaq onlar oktyabrın 26-na planlaşdırılan parlament seçkilərinədək ayaqda qalmağa ümid bəsləyirlər. Müxalifət, qalib gələrsə, qanunu ləğv edəcəyinə söz verib. Ancaq müxalifət qalib gəlməzsə, təşkilatların gələcəyi sual altında qalacaq. Mamulaşvili bildirir: "Bizim öncəliyimiz bu seçkilərədək bir şəkildə salamat qalmaqdır. Seçkilərdən sonra isə, düzü, nə edəcəyimizi bilmirik". "Gürcü arzusu"nun liderləri iddia edirlər ki, qeydiyyatdan keçməmələri həmin təşkilatların gizlətməyə çalışdığı sirlərinin olmasından xəbər verir. Hakim partiya qeydiyyatdan keçməyəcəyini bəyan edən 474 təşkilatın ictimaiyyətə açıq bilgilərinə dair hesabat yayıb. Parlamentin spikeri Şalva Papuaşvili  deyib ki, təşkilatların 80 faizi qrantlarının həcmini, 70 faizi də donorlarının kimliyini açıqlamayıb: "Bu onu sübut edir ki, onların şəffaflıq qanununa dirənişi damğalanma məsələsi deyil, maliyyənin necə xərcləndiyini gizlətmək məsələsidir". Partiya rəsmiləri bu itaətsizliyi təşviq etməkdə QHT-lərin Qərb donorlarını da günahlandırıblar.  Donorlar və onların Gürcüstanda qrant verdiyi qurumlar iddia edir ki, danışığın şəffaflıq ətrafında qurulması əsas məsələlərdən diqqəti yayındırmaq üçündür və ən iri qurumlar maliyyələri haqda informasiyanı öz səhifələrində açıq yerləşdirir. Yeni prosedurlarla bağlı tələb olunan sənəd işlərinin həcmi də narazılıq yaradır.  Doldurulmalı olan formalarda təşkilatın xərclərinin hər biri, o xərclə bağlı şəxslərin adı, şəxsi identifikasiya nömrəsi və bank detallarınadək bütün bilgilər qeyd edilməlidir. Bütün mühasibat məlumatları retroaktiv olaraq ötən il üçün də doldurulmalıdır. Qərb donor təşkilatının əməkdaşlarından biri məsələ ilə bağlı bildirib: "Formaların detallılıq dərəcəsi diqqətə alınsa, bunun özəlliklə qoyulan vaxt limiti çərçivəsində nə qədər mümkünlüyü ilə bağlı ciddi suallar doğur. Tələb olunan detallılıq səviyyəsi əziyyət verməyə bərabərdir". Neçə təşkilatın qeydiyyatdan keçmək niyyətində olduğu bilinmir. Qanuna tabe olmamağı seçən qurumların strategiyası da aydın deyil. Onlardan bəziləri açıq şəkildə qanuna dirənməyi seçdiyi halda, digərləri öz qanuni qeydiyyatlarını xaricə köçürərək oradan işləməyə davam etmək haqda düşünür. Bu halda onlar Gürcüstanda qanuni qeydiyyatdan keçmədən fəaliyyət göstərə biləcəklərinə ümid bəsləyir. Bütün bunlar parlament seçkiləri fonunda həqiqətən də gərgin aksiyaların və etirazların olacağını göstərir. Gürcüstanın baş naziri İrakli Kobaxidze isə bildirib ki, parlament seçkilərinin nəticələrinə görə ölkənin qanunverici orqanına yalnız iki partiyanın - hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" və "Vahid Milli Hərəkat"ın düşəcəyini proqnozlaşdırır: "Vahid Milli Hərəkat" müxalifət partiyasının deputatlarının mandatları ləğv olunarsa, oktyabrın 26-da keçiriləcək seçkilərdən sonra parlamentin birpartiyalı ola biləcəyi istisna deyil. Bu gün Moldova parlamenti praktiki olaraq birpartiyalıdır, lakin bu barədə heç kim danışmır. Ancaq hər kəs bunu alqışlayır. Eynisi Gürcüstanda da olacaq".

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

25.08.2026 / 23:10
İrana qarşı iqtisadi müharibə ABŞ-Çin qarşıdurmasını tətikləyə bilər - dünya iqtisadiyyat böyük təhlükə ilə üz-üzə…

25.08.2026 / 22:16
Kreml Britaniyanın məşhur raket zavodunu vurmaqla hədələdi – “Putin təzyiq altındadır, gec-tez bu hücum olacaq”…

25.08.2026 / 21:50
Trampın keçmiş nümayəndəsi Ukraynanı qadınları da müharibəyə göndərməyə çağırdı

25.08.2026 / 21:37
Paşinyan Müstəqillik bəyannaməsini konstitusiyadan birdəfəlik silib atdı...

25.08.2026 / 21:31
Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:25
Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:12
Azərbaycanın və Özbəkistanın “paralel kursla inkişafı”... Yeni mülahizə...

25.08.2026 / 20:53
Mərkəzi Asiyanın daha sıx birləşməsi Azərbaycan və Özbəkistandan çox asılıdır...

25.08.2026 / 20:35
Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşması Tehranı və Moskvanı çox qıcıqlandırdı...

25.08.2026 / 20:16
Nə qədər ki, dəmir yolları Rusiyanın əlindədir, Zəngəzur dəhlizində dəmir yolu olmayacaq - Paşinyan...

25.08.2026 / 19:49
Ermənilər 1406-cı il Naxçıvan döyüşünü də mənimsəməyə başladılar...

25.08.2026 / 19:33
Rusiya Azərbaycan üzərindən Ermənistana 14 vaqon buğda, 1 vaqon taxta göndərdi

25.08.2026 / 19:22
Həbs edilmiş təcavüzkar sabiq prezident görün nələr mənimsəyib... Böyük siyahı...

25.08.2026 / 18:51
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

25.08.2026 / 18:38
İranın şimal-şərqindən qərbinə dəmir yolu çəkilir - Zəngəzur-Naxçıvan-Türkiyə dəmir yoluna alternativ?...

25.08.2026 / 18:11
Astarada həyətində narkotik bitkilər yetişdirən şəxs saxlandı

25.08.2026 / 17:57
Türkiyədə trekkingin ən qeyri-adi ünvanı - Duz Gölündə ultra-trail macərası

25.08.2026 / 17:39
Tramp İranla bağlı dünya liderlərinə bir-bir zəng vuracaq - xəbərdarlıq və hədə zəngi...

25.08.2026 / 17:25
Paşinyan Köçəryanın bütün gəlir qaynaqlarını da qurudur… Şirkət direktorları saxlandı - 2,6 milyardlıq yeyinti…

25.08.2026 / 17:11
Paşinyan Köçəryan və Sarkisyanı bitirmək üçün hərəkətə keçdi – biri həbs edildi, digərinə cinayət iş açıldı…

25.08.2026 / 16:55
Qazaxıstanda "Ədalət"lə "Əmanət" birləşsə də, Tokayevin planları ilə bağlı qeyri-müəyyənlik qaldı...

25.08.2026 / 16:34
“Azəripək” “Azərxalça”ya birləşdirilir - FƏRMAN

25.08.2026 / 16:32
“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevrilir...

25.08.2026 / 16:29
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM

25.08.2026 / 16:25
Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi

25.08.2026 / 16:22
Qeyri-neft ixracı 184 faiz böyüdü - qızılın ölkə iqtisadiyyatında xüsusi çəkisi artır...

25.08.2026 / 16:03
İsrail özünü "Yaxın Şərqdə ən demokratik ölkə" elan etdi - Türkiyə bu bəyanatı cavabsız buraxdı...

25.08.2026 / 15:45
Ukrayna Rusiyanın Afipski və Həştərxan neft-qaz emalı zavodlarını vurdu…

25.08.2026 / 15:30
Ermənistanın Avroittifaqa üzvlük referendumunun vaxtı bəyan edildi...

25.08.2026 / 15:17
Laçında Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü keçirildi

25.08.2026 / 15:12
Azərbaycan memarlığında xəlvətiyyələr...

25.08.2026 / 15:03
Prezident seçkiləri Ukraynanı məğlubiyyətə sürükləyə bilər...

25.08.2026 / 15:00
Bakı ilə Daşkənd bir-birinə əvəzsiz qapılar açır - biri Mərkəzi Asiyaya, digəri Avroatlantik məkana...

25.08.2026 / 14:52
Moskva ilə İrəvan “səssiz boşanma” mərhələsində?...

25.08.2026 / 14:34
ABŞ İranla əlaqəli ölkələri dollar sistemindən ayırmaqla hədələdi - əlaqələri kəsin…

25.08.2026 / 14:18
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasına mane olan yeni qüvvə...

25.08.2026 / 14:02
Pezeşkian ABŞ-ı İranla danışıq tonunu dəyişməyə çağırdı…

25.08.2026 / 13:28
Azərbaycanla Özbəkistan Xəzərdə birgə dəniz donanması yaradır...

25.08.2026 / 13:10
Azərbaycanda bu pulu 250 manata alırlar...

25.08.2026 / 12:55
Özbəkistan nefti Azərbaycan üzərindən Qərbə nəql edilə bilər – qərar verildi...

25.08.2026 / 12:27
ABŞ SEPAH-ın beş yüksək rütbəli komandirinin başına pul qoydu - 10 milyon dollar...

25.08.2026 / 12:15
866 qutu tütünü sərnişinlərə paylayaraq ölkəyə keçirməyə cəhd etdilər....

25.08.2026 / 12:01
Netanyahu İranın oğluna sui-qəsd cəhdi etdiyini açıqladı...

25.08.2026 / 11:47
Köçəryan və oğlu Sedrak saxlandı – ailənin bağlı olduğu bütün şirkətlərdə axtarış aparılır…

25.08.2026 / 11:34
Paşinyan dəmir yolları ilə bağlı Rusiyaya çağırış etdi - üçüncü bir ölkəyə satın...

25.08.2026 / 11:21
Rusiya Ukrayna və Moldova sərhədində daha bir keçid məntəqəsini vurdu…

25.08.2026 / 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə xəbərdarlıq...

25.08.2026 / 09:54
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6500-ü keçdi

25.08.2026 / 09:36
ABŞ BMT-də Rusiyanın əleyhinə olan bəyanatı dəstəkləmədi...

25.08.2026 / 09:12
Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər

25.08.2026 / 08:47
Yaponiya baş naziri tənhalıqdan şikayət etdi - “…tarakanı öldürmədim”…

25.08.2026 / 08:31
İsrail çərpələnglərə qarşı savaş açdı - “…dronlar ilə eyni münasibət göstəriləcək”

25.08.2026 / 08:18
Vaxtilə Navalnının tutulmasına səbəb olan bloger həbsə atıldı - Putini “müharibə cinayətkarı və oğru" adlandırdığına görə

25.08.2026 / 08:01
Oman sahillərində neft tankerinə şübhəli hücum…

25.08.2026 / 07:56
Trampın “Suriyanı çiçəkləndirmək” vədinin icrasına başlandı - “Təhrir əş-Şam” terrorçu siyahısından çıxarıldı

25.08.2026 / 07:35
İsveçrə Rusiya aktivlərinin istifadəsini mümkünsüz saydı

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

24.08.2026 / 19:56
Yeni Xəzər karkası: region ölkələri istehsal və logistikanı birləşdirir

24.08.2026 / 19:52
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

24.08.2026 / 19:48
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

24.08.2026 / 19:36
İlham Əliyevin Naxçıvandakı məlum bəyanatından Zaxarova bu nəticəni çıxardı...

24.08.2026 / 18:57
Çinin Qırğızıstanla məşhur dəmiryolu Zəngəzur dəhlizi ilə birləşəcək...

24.08.2026 / 18:25
Azərbaycanla Özbəkistan beynəlxalq təşkilatlara “əbədi dostlar” kimi çıxacaq...

24.08.2026 / 18:03
Azərbaycan-Özbəkistan ticarətinin hədəf rəqəmi müəyyənləşdi - bu il 33 faiz artım var

24.08.2026 / 17:48
Mirziyoyev 8 avqust Əliyev-Paşinyan sazişinə fərqli siyasi məzmun verdi...

24.08.2026 / 17:32
Paşinyan KTMT ilə bağlı qəti mövqeyini açıqladı və son qərarı Putinin verməsini istədi - məmnun olardıq…

24.08.2026 / 17:05
Rusiyadan Ermənistana mesaj - fitosanitar nəzarət tələblərinə əməl olunmalıdır…

24.08.2026 / 16:57
DİN əməliyyat keçirdi - 116 kiloqram narkotik və 9 500 həb ələ keçirildi - VİDEO

24.08.2026 / 16:50
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar - FOTO

24.08.2026 / 16:45
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar - FOTO

24.08.2026 / 16:44
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı VİDEO paylaşılıb

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ