çərşənbə axşamı günü, 03 noyabr 2026
     

BRICS-lə Qərbin arasında əsas vasitəçiyə çevrilirik...

Image


Azərbaycanın rəsmi olaraq BRICS-ə üzvlük üçün müraciət ünvanlamasından sonra bu məsələ, onun gözlənilən nəticələri ölkəmizdən kənarda da geniş şəkildə müzakirə olunur. 

Xatırladaq ki, 2006-cı ildə yaradılan, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilat olan BRİCS nüfuzlu beynəlxalq qurumdur. 

Bu quruma üzvlük ölkəmizə çoxsaylı üstünlüklər vəd edir. Xüsusən də Azərbaycanın iqtisadi niyyəti BRICS-in nəqliyyat, kommunikasiya və ticarətlə bağlı fəaliyyətlərində aktiv şəkildə iştirak etməkdir. Bu, ölkə üçün yeni perspektivlər və imkanlar aça bilər. Çin-Avropa, Rusiya-Hindistan-İran arasındakı ticarət dövriyyəsində Azərbaycan önəmli yer ala bilər. Uzun illər böyük səylər əsasında yaradılan Şərq-Qərb, Şimal-Cənub koidorlarının intensivləşməsi bizə böyük iqtisadi fayda vəd edir. Amma BRICS-in də qazanacğı çox şey var. Türkiyədən olan ekspert Levent Ersin Orallı CGTN kanalına açıqlamasında bu xüsusda qeyd edir: "BRICS nöqteyi-nəzərindən sabitlik sözünün ən çox aid olduğu iki ölkə var. Bu, Çin və Azərbaycandır. Əgər BRICS ölkələri Qərb dövlətləri ilə münasibətlərdə sıçrayışa nail olmağı hədəfləyirsə, bunun üçün ən düzgün platforma güclü iqtisadiyyata və dünyanın bir çox dövlətləri ilə yüksək səviyyədə münasibətlərə malik Azərbaycandır". Onun sözlərinə görə, Azərbaycanın BRICS-in Qərblə əlaqələrində əsas oyunçuya çevrilmək üçün bütün imkanları var və bu baxımdan Bakının rolu yalnız artacaq. Ekspert vurğulayıb ki, müasir Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş qalib dövlətdir:  "Azərbaycan yenidən İranla dialoq quran, Rusiya prezidenti Vladimir Putini qəbul edən xarizmatik lideri olan ölkədir". Ekspert BRICS-ə üzv ölkələrdəki vəziyyətə diqqət çəkib: "Tehran və Moskvanın Qərblə münasibətlərinin yaxın gələcəkdə həll olunacağı ehtimalı azdır. Misir və BƏƏ-nin daxili siyasətində problemlər mövcuddur, Efiopiya ilə Somali arasında fikir ayrılıqları qalmaqda davam edir. Buna görə də Azərbaycan BRICS-in Qərb dünyasına yeganə "pəncərəsidir". O xatırladıb ki, 2006-cı ildə BRICS-in yaradılması ideyasının əsasını Qərb hegemonluğuna əsaslanan dünya nizamına meydan oxumaq təşkil edib: "Müasir BRICS artıq doqquz dövləti birləşdirən və dünya ticarətinin üçdə ikisinə nəzarət edən iqtisadi modeldir. Azərbaycan BRICS dövlətləri ilə bir sıraya durmağa hazır olduğunu bildirməklə, erməni işğalından azad edilmiş torpaqların bərpasından qat-qat əhəmiyyətli məqsədlər güdür. Bakı Qərb imperializminə müqavimət göstərmək və çoxqütblü dünya ideyasını dəstəkləmək əzmini nümayiş etdirir".Onun fikrincə, Azərbaycan BRICS-ə ərizə verməklə, respublikanın gələcək inkişafının iqtisadi modelinin bu təşkilatın vektorunu nəzərə alacağını açıq şəkildə bildirib.

Ekspert Bakının BRICS-ə qoşulmaq üçün müraciətinin Türk Dövlətləri Təşkilatına üzv olan digər ölkələr tərəfindən də analoji addımların atılması üçün nümunə və təkan olacağına əminliyini ifadə edib. Türkiyənin BRICS-ə qoşulma ehtimalına gəlincə, ekspert qeyd edib ki, Avropa İttifaqı və digər Qərb ölkələri ilə sıx inteqrasiya əlaqələri və gömrük sazişləri mövcud olduğundan, Ankaranın belə birliyə daxil olması daha çətin olacaq: "Türkiyə müəyyən Aİ standartlarına riayət edir. Eyni zamanda, Türkiyə ixracatı dollar və avro ilə əməliyyatlara əsaslanır. Yenə də Almaniya Türkiyə üçün ən böyük bazarlardan biri olaraq qalır. Türkiyə ixracatçıları Qərb bazarlarına güvəndikcə, Ankaranın iqtisadi vektorunun dəyişməsi çətin görünür". Orallı BRICS-i ciddi seçim adlandırıb: "Bunun üçün Aİ-yə bənzər, hələ mövcud olmayan güclü vahid bazarın olması lazımdır. Ankarada güclü bazarın olması və yeni böyük xarici sərmayələrin cəlb edilməsi imkanları barədə təsəvvür yaranmayana qədər ölkəmiz təşkilata üzvlük üçün səy göstərməyəcək. Bunu BRICS üzvləri də dərk edirlər". Eyni zamanda, o, orta müddətli perspektivdə proseslərin Ankaranın bu məsələdə mövqeyinə təsir edə biləcəyini istisna etməyib. Azərbaycanın BRICS-ə müraciəti mövzusuna qayıdaraq ekspert qeyd edib ki, bu platforma həm də iştirakçı ölkələr arasında fikir ayrılıqlarının həll edilməsi potensialını ehtiva edir: "Məsələn, İran BRICS-in üzvüdür. Azərbaycanın qəbul olunması iki ölkənin iqtisadi yaxınlaşmasına və müəyyən mərhələdə siyasi maneələrin aradan qaldırılmasına töhfə verə bilər". Orallının sözlərinə görə, XXI əsrin çağırışları əvvəlki əsrin problemlərindən ciddi şəkildə fərqlənir: "Əgər XX əsrdə dövlətlər müdafiə və hərbi sahədə güclü ittifaqlar axtarırdılarsa, bu gün iqtisadiyyata güvənirlər. XXI əsr iqtisadi inkişafın getdikcə mürəkkəbləşdiyi və dövlətlərin artıq Qərb hegemonluğunun təzyiqi problemindən xilas ola bilməyəcəyi bir dövrdür". O bildirib ki, əgər BRICS dövlətləri iqtisadi müstəqilliyini təmin edə bilsələr və ya təşkilatın iqtisadi platforması çərçivəsində özlərini təhlükəsiz hiss etsələr, o zaman qlobal səviyyədə yeni təhlükəsizlik arxitekturası formalaşacaq". Onu da qeyd edək ki, Azərbaycan artıq qlobal təşəbbüslərlə çıxış edən, qlobal dialoqun keçirildiyi bir ölkəyə çevrilib. Regionda yeni reallıqların yaradılması ölkəmizə qlobal miqyasda inamı daha da artırıb. Eyni zamanda, dünyada yeni qütblərin, qüvvələrin yaranması baş verməkdədir. Belə bir şəraitdə Azərbaycanın yeni dünyada öz yerini tutmağa çalışması tamamilə normaldır. BRICS-in üzv dövlətləri böyük əmək bazarına, təbii resurslara sahibdirlər. Onların potensialından istifadə Azərbaycana çoxsaylı üstünlüklər vəd edir. 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ