çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Putin Bakı səfərini Paşinyanla niyə müzakirə etdi? - Könül alma, ya gizli oyun...

Image


 Abutalıb Səmədov:"Belə bir praktika diplomatiyada geniş yayılıb" 

Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinin   açıqlamasında bildirilir ki, 

Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub, telefon söhbəti zamanı Rusiya liderinin Azərbaycana səfəri müzakirə edilib. 

"Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Rusiya prezidenti ötən həftə Azərbaycana səfərinin təəssüratları barədə Ermənistanın baş nazirinə məlumat verib və buna görə baş nazir Paşinyan prezident Putinə təşəkkür edib", - məlumatda belə deyilir.

Ermənistan Nazirlər Kabinetindən onu da bildiriblər ki, Paşinyan gələcəkdə Putinlə ikitərəfli gündəlikdəki məsələləri müzakirə etmək üçün görüşməyə razılaşdığını deyib. Bu xəbəri Ermənistan hökuməti yayıb, amma hələ Rusiyadan reaksiya yoxdur. Putin Bakı səfərinin təəssüratları barədə Paşinyana niyə məlumat verib?

Putinin Paşınyana Bakı səfəri barədə məlumat verməsi nə deməkdir? Putinin Paşinyanla danışması ola bilərmi ki, onun könlünü almaq üçün bir gedişdir? Yəni Paşinyanın könlünü alır ki, o, Qərbə doğru çox qaçmasın. Ya bəlkə elə Paşinyanla Putinin arasında gizli bir oyun var və hələ bunu heç kim bilmir? Bəlkə bu, gizli oyunun elementlərindən biridir ki, sən üzdə Rusiyanın əleyhinə get, Amerikadan da yardım al, amma pərdə arxasında biz öz işimizi birlikdə görəcəyik. Elə Azərbaycana qarşı da, başqalarına qarşı da. Yəni gizli oyunun da ehtimallarını kənara qoymaq olmaz. Bu həm də Paşinyanla Putinin arasında gizli bir oyun ola bilərmi?

"Paşinyan artıq bütün körpüləri yandırıb və burda hər hansı bir oyunun olması ehtimalı da yoxdur"

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov baki-xeber.com-a şərhində bildirdi ki, Putin Bakıda Azərbaycan Prezidenti ilə danışıqlar apararkən sülh sazişinin imzalanması, kommunikasiyaların açılması və digər məsələlər barədə onların arasında müzakirələr oldu. "Bu məsələlər eyni zamanda Ermənistanla bağlı olduğuna görə Putin elə görüşün gedişində dedi ki, Bakıdan geri qayıtdıqdan sonra bu məsələlər barədə Ermənistanın baş naziri Nikol Paşinyana telefonla məlumat verəcək. Ümumiyyətlə, belə bir praktika diplomatiyada geniş yayılıb. Adətən, bu cür danışıqlar apararkən danışıqların digər tərəfinə də zəruri sayılan məlumatlar verilir. Nəzərə alsaq ki, Putin həm kommunikasiyaların açılması, həm delimitasiya və demarkasiya məsələlərində, həm də sülh sazişinin imzalanmasında vasitəçi olmağa çalışır, bu addımın atılması normal qarşılanmalıdır və Azərbaycan Prezidenti də bunu normal qarşıladı. Putinin məqsədi də aydındı. Bu, əvvəlki mövqeyini qaytarmağa cəhd göstərməkdir. Məlumdur ki, Azərbaycan-Ermənistan danışıqları 2020-ci ilin 9-10 noyabrında Putinin vasitəçiliyi ilə bəyanat imzalanması ilə nəticələndi. Ondan sonra 2021-ci ildə Moskvada görüş oldu, kommunikasiyaların açılması ilə bağlı yenə növbəti bəyanat imzalandı, 2021-ci ilin sonlarında Soçidə keçirilən görüşdə delimitasiya və demarkasiya məsələləri müzakirə olundu və yenə də Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyanat imzalandı. Həmin danışıqlarda Ermənistan və Azərbaycan ikitərəfli delimitasiya komissiyası yaratmaq və Rusiyanın məsləhətçi rolundan faydalanmaq barədə razılığa gəldilər. Qərara alındı ki, ikitərəfli delimitasiya komissiyası yaradılsın və Rusiya da bu işdə məsləhətçi kimi çıxış etsin. Çünki xəritələrin əsli Rusiyanın baş qərargahında mövcuddur. Sonrakı dövrdə - 2022-ci ildən artıq sülh danışıqları başladı, bu danışıqlar əvvəlcə Avropa Birliyinin moderatorlugu, vasitəçiliyi ilə başladı, sonra bu prosesə Vaşinqton da qoşuldu. Məlum Vaşinqton formatı ortaya çıxdı. Rusiya da, əvvəllərdə cəhd göstərməsə də, sıradan sülh sazişinin vasitəçisi kimi çıxış etməyə başladı. 2022-ci ilin sonlarında Soçidə keçirilən sammitdə hətta Rusiya Ermənistanı maksimum qane edən bir layihə ortaya qoydu. Həmin layihənin 15-ci bəndində Qarabağın statusunun gələcəkdə müəyyənləşdirilməsi müddəası var idi ki, bu, erməniləri çox qane edirdi. Pasinyan dəfələrlə israrla xahiş etdi ki, bu təklifdən Rusiya imtina etməsin. Ancaq Soçidə Azərbaycan prezidenti qəti şəkildə Qarabağ məsələsi həll olunub, bu müzakirə olunmayacaq dedi, Rusiya bu qətiyyətin qarşısında geri çəkilmək məcburiyyətində qaldı və layihəni birdəfəlik götürdü, həmin 15-ci bənd dövrüyyədən çıxarıldı. 2023-cu ilin yanvarından başlayaraq artıq Ermənistan Rusiyaya olan bütün ümidlərini itirdiyinə görə antirusiya bəyanatları verməyə başladı. İrəvanda keçirilən KTMT-nin sammitində Ermənistan Azərbaycanla bağlı mövqe bildirməyi tələb etdi, buna KTMT üzvləri razılıq vermədilər və nəticədə Ermənistan yekun sənədi imzalamaqdan imtina etdi. İrəvanda keçirilən KTMT sammiti nəticəsiz başa çatdı. Ondan sonra Ermənistan Rusiya ilə aralarında olan körpüləri yandırmağa başladı və son dərəcədə kəskin və Rusiya üçün xoşagəlməz bəyanatlar verdi"-deyə A.Səmədov bildirdi.

A.Səmədovun sözlərinə görə, Ermənistan KTMT-də fəaliyyətini dayandırdı, maliyyələşdirməkdən imtina etdi, nümayəndəsini təyin etmədi, təlimlərdə iştirak etmir. O vurğuladı ki, Ermənistan ABŞ-la, NATO ilə müəyyən yaxınlaşma istiqamətində addımlar atır və Rusiyanın vasitəçiliyi ilə danışıqlardan açıq şəkildə imtina etdi. "Putinin Paşinyana zəngi, təbiidir ki, bu reallıqları dəyişdirə bilməz. Paşinyan artıq bütün körpüləri yandırıb və burda hər hansı bir oyunun olması ehtimalı da yoxdur. Çünki birincisi, ABŞ-ı aldatmaq o qədər asan deyil, onların texnoloji vasitələri imkan verir ki, Paşinyanla Putin arasında aparılan hətta gizli danışıqları da izləsinlər. İkincisi, hətta oyun olmaq ehtimalını biz mümkün saysaq belə, oyun zamanı körpülər bu qədər yandırılmır. Ermənistan, demək olar ki, geriyə yol qoymayıb. Bundan sonra onun Rusiya ilə yaxınlaşması mümkün deyil. Daha doğrusu, Ermənistanın yaxınlaşması mümkündür, ancaq bu, Paşinyansız baş tuta bilər. Bu səbəbdən də Rusiya bir neçə dəfə onu hakimiyyətdən uzaqlaşdırmağa cəhd göstərdi və bu cəhdlər uğursuz nəticələndi. Bu səbəbdən güman edirəm ki, hər hansı bir oyunun mövcudluğundan söhbət gedə bilməz. Telefon zəngi diplomatik praktikada geniş yayılmış bir vasitədir. Əslinə qalsa, vasitəçi olmaq iddiasında olan dovlət qonşu dövlətlərdən birinə səfər edirsə mütləq digərinə də səfər planlaşdırmalıdır. Hətta Azərbaycan prezidenti Fransa rəsmilərinin, Fransanın yüksək vəzifəli şəxslərinin Ermənistana gəlib Azərbaycana gəlməməsinin yanlış olduğunu dəfələrlə bəyan edib və onlara Fransanın keçmiş prezidenti Ollandın səfərini xatırladıb. O, Ermənistana səfərə gələrkən eyni zamanda Azərbaycana da gəldi. Hətta Azərbaycan Prezidentini gözləmək məcburiyyətində qaldı, çünki bu səfər əvvəlcədən nəzərdə tutulmamışdı.

Bu səbəbdən Putin də Ermənistana səfəri əvvəlcədən planlaşdırmalı idi, təbii, həqiqətən də vasitəçilik etmək istəyirsə. Nəzərə alsaq ki, həm Ermənistanla, həm Azərbaycanla Rusiyanın müttəfiqlik müqaviləsi var. Ancaq yaranmış vəziyyət, Ermənistanın atdığı addımlar, xüsusilə Roma statutuna qoşulması, beynəlxalq cinayət məhkəməsinin Roma statutunu imzalaması Rusiyanı həddindən artıq hiddətləndirdiyinə görə Putin də Ermənistana səfər etmədi və bundan sonra da yəqin ki, uzun müddət etməyəcək, amma qorxduğuna görə yox. Bəziləri iddia edir ki, Ermənistana getsə Putin həbs oluna bilər. Belə bir təhlükə təbiidir ki, yoxdur. Sadəcə olaraq, Ermənistan rəhbərliyinin fəaliyyəti Rusiyanı ciddi şəkildə narahat edir. Ancaq hələlik Ukraynadakı vəziyyət imkan vermir ki, o ikinci cəbhəni açsın və Ermənistanla bağlı tədbirlər görsün. Ancaq hesab edirəm ki, gələn il bu addımlar mütləq atılacaq və Ermənistan-Rusiya münasibətlərindəki bütün suallar Rusiya tərəfindən açıq şəkildə cavablandırılacaq"-deyə A.Səmədov bildirdi.

İradə SARIYEVA




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ