çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Qərb Ermənistanı silahlandırır - Cənubi Qafqazda sülhün sonu gəlir...

Image


Bəllidir ki, Fransa başda olmaqla, müəyyən Qərb ölkələri Cənubi Qafqaz regionuna soxulmaq üçün orada vəziyyəti gərginləşdirən addımlar atır. Qərbin Ermənistanı silahlandırması bunun təzahürüdür. Silah satışı ilə yanaşı, daha əvvəl bir qrup fransız siyasətçisi Fransa prezidentinə müraciət edərək Ermənistana qoşun göndərməyə dair çağırış edib. 

Bunun təşkil olunmuş kampaniya olması heç kimdə şübhə doğurmur. Açıq-aydın görünür ki, Qərb regionda təxribat törətməyə və yaranacaq vəziyyətdən sui-istifadə edərək Ermənistana qoşun göndərməyə çalışır.

Ermənistan rəhbərliyinin bir tərəfdən sülhdən danışıb, digər tərəfdən hücum silahları alması ziddiyyətlidir. Bunlar fonunda isə iki məqam indi daha çox diqqət cəlb edir. Fransa ilə yanaşı, ABŞ və Almaniya istehsalı olan silahlar da İrəvana  çatdırılır. İkincisi, Fransa-İran, Fransa-Hindistan, Hindistan-İran marşrutu üzrə silah daşınır. Xatırladaq ki, yerli mediada yayılan məlumatlara görə, bir bir neçə həftə ərzində Fransanın 155 mm-lik SEZAR özüyeriyən artilleriya qurğuları və onların komponentləri, həmçinin tank əleyhinə raket kompleksləri və hava-hava raketləri Ermənistana çatdırılıb. Hərçənd, iyun ayında Fransa və Ermənistan arasında SEZAR-ların verilməsi ilə bağlı müqavilə imzalansa da, bu hərbi texnikanın İrəvana ən azı 1,5 il ərzində çatdırılacağı gözlənilirdi. Bu qədər qısa müddətdə 12 ədəd SEZAR özüyeriyən artilleriya sisteminin Ermənistana verilməsi diqqət çəkir. Məlumatlara görə, Fransa yeni SEZAR-ların istehsalını gözləmədən öz ordusunun arsenalında olan artilleriya qurğularını ermənilərə hədiyyə edib. Bu tələsik addım Ermənistanın müharibəyə hazırlığından xəbər verir.
 Bununla yanaşı, Ermənistan ordusunun sərəncamına onlarla R511 və R530 hava-hava raketləri, "ERYX" tank əleyhinə idarəolunan raketləri, alman istehsalı DM32 qumbaraatanları və "Panzerfaust 3" tank əleyhinə raket sistemləri verilib. Ermənistan ordusu Fransa istehsalı olan 500-ə yaxın birdəfəlik "Apilas" reaktiv yaylım atəşi sistemləri və ABŞ-ın 50 ədəd BGM71-TOW tank əleyhinə idarə olunan raket kompleksləri ilə də təmin edilib. R511 və R530 hava-hava tipli raketləri Ermənistan Hərbi Hava Qüvvələrinin balansında olan müasir Su-30 SM qırıcılarına quraşdırılmaq üçün nəzərdə tutulur. Ermənistan Su-30 SM qırıcılarını Rusiyadan alsa da, onların raket sistemləri yox idi. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan buna görə Rusiyanı tənqid də etmişdi. Məlumatlara görə, Fransanın R511 və R530 hava-hava tipli raketləri Su-30 SM qırıcılarına quraşdırılacaq. Modifikasiya işi hindistanlı hərbi mütəxəssislərə həvalə olunub. Ermənistana çatdırılan silahlar arasında Almaniya və ABŞ istehsalı olan silahların olması da diqqət çəkir. Almaniyanın "Panzerfaust" və "Bunkerfaust" raketləri, eləcə də ABŞ-ın "TOW" raketləri Ermənistan silahlı qüvvələrinin arsenalına daxil edilib. Bütün bunlara paralel şəkildə Hindistandan da Ermənistana silahların çatdırılması davam edir. Silahların çatdırılması prosesində əsas tranzit İrandır. 12 ədəd SEZAR artilleriya qurğusu da daxil olmaqla silahlar Fransanın Orli hava limanından İranın Mehrabad hava limanına göndərilir, daha sonra İranın "Merac" aviaşirkəti silahları birbaşa son təyinat yerinə - Ermənistana çatdırır. İran Fransa ilə yanaşı, Hindistandan Ermənistana daşınan silahların da tranzitini həyata keçirir. Məlumatlara görə, İranın "Bəndər-Abbas" dəniz limanı Hindistandan Ermənistana göndərilən hərbi yükləri də qəbul edir. Əsas diqqət çəkən məqam odur ki, Ermənistana daşınan silahların bir hissəsi rəsmi şəkildə bəyan edilmir, bir hissəsi isə mülki mallar adı altında qeydə alınır. Beləliklə, İranın Azərbaycana qarşı planlarda aktiv şəkildə yer alması müşahidə olunur.

Digər tərəfdən, görünən odur ki, ABŞ, Almaniya və Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi bölgədə sülh danışıqlarını əngəlləyir. Türkiyədən olan ekpert Hilmi Daşdemir bu xüsusda bildirir: "Azərbaycanın Zəfəri ilə nəticələnən Vətən müharibəsindən təqribən dörd il ötür. Ötən müddət ərzində bəzi dairələr Qarabağ həqiqətləri qarşısında ikiyə ayrıldı, yəni bunu qəbul edənlər və etməyənlər oldu. Ermənistan daxilində də bu məsələ ilə bağlı fikir ayrılığı yarandı". Son dövrlər bəzi Qərb dairələrinin Azərbaycan əleyhinə yeni gərginlik mənbəyi yaratmaq məqsədilə bir sıra erməni separatçıları ilə təmaslarını aktivləşdirmələrinə dair Qərbi Azərbaycan İcmasının bəyanatını şərh edən ekspert deyib: "Ermənilərin arasında olduqca irqçi, faşist mövqe nümayiş etdirən siyasi təbəqə var. Burada Ermənistanın baş naziri Nikol Paşinyanın daha realist siyasət apardığını qeyd etmək lazımdır. O, torpaqların həqiqi sahiblərinin kim olduğu və ya müharibə nəticəsində azad edilən torpaqların olması həqiqəti ilə barışıb. Son dövrlər bəzi erməni siyasətçilərin də fikirlərinin bu istiqamətdə dəyişdiyini görürük. Lakin digər tərəfdən baxdıqda, bunu qəbul etməyən və türklərə, azərbaycanlılara qarşı çox kəskin düşmənçilik bəsləyən təbəqə də var. Hətta onların arasında Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlılara qarşı törədilən bir sıra qətliamlarda iştirak edənlərin adları da hallanır. Onlardan biri də Robert Köçəryandır. Onun bu qətliamlardakı rolunu hər kəs bilir. Onları narahat edən əsas məqam Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanla Türkiyə arasında birbaşa quru yolu bağlantısının yaradılmasıdır. Bu dəhliz fəaliyyətə başladıqdan sonra Qərbin, eləcə də bir sıra bölgə və dünya ölkələrinin regiondakı təsiri azalacaq, region xalqları buranın təbii sərvətlərindən tam mənada faydalanacaq". Hilmi Daşdemir bildirib ki, bəzi Qərb ölkələrinin Azərbaycana qarşı erməni separatçılarından istifadə etməsində digər məqam isə Şimal-Cənub dəhlizinin daha səmərəli fəaliyyəti nəticəsində ticarətin həcminin artırılmasıdır. "Təbii ki, bu dəhlizin aktivləşdirilməsi də bütün bölgə xalqlarının xeyrinə olan məsələdir. Buraya Ermənistan da daxildir. Lakin Ermənistanın bəzi dairələrinin Qərb ölkələrinin təsiri altında olduğu danılmazdır. Bəlli olduğu kimi, Hindistan belə Ermənistana dəstək vermək istiqamətində addımlar atır. Burada Hindistanın mövzuya yanaşmasını təkbaşına qiymətləndirmək düzgün olmaz. Hindistanın, eyni zamanda, Qərbin bəzi imperialist ölkələri tərəfindən Çinə qarşı dəstəklənən ölkə olduğunu da nəzərə almalıyıq. Yəni sadaladığımız amilləri ümumiləşdirsək, fikrimcə, burada əsas məqsəd Türkiyə-Azərbaycan birliyindən yaranan gücün və bir sıra irimiqyaslı layihələrin qarşısını almaq, onların bölgədəki təsirini azaltmaqdır. Təbii ki, burada regionun təbii sərvətlərinə sahib çıxmaq həvəsini də unutmamalıyıq". Hazırda baş verənlər eyni zamanda son həftələr ərzində Ermənistanın Azərbaycanla şərti sərhəddə aqressiv davranışlarının səbəbi kimi qəbul edilir. Daha bir məqam odur ki, son aylar Ermənistana verilən silahlar barədə BMT silahlar registirinə məlumat verilməyib. Bu isə ondan xəbər verir ki, Qərb və Hindistan silahları Ermənistana qaçaq yolla çatdırır. Hərbi ekspert Ədalət Verdiyev isə qeyd edir ki,  İranın Ermənistanın silahlanmasına susqun qalmasının səbəbi birmənalı olaraq onun bu proseslərin iştirakçısı olmasıdır: "İran tərəfi Qərbin verdiyi silahların detallı şəkildə öyrənilməsi və onların oxşarının hazırlanması üçün kifayət qədər imkanlar əldə edib". 

Azərbaycan isə istənilən halda preventiv tədbirlər hazırlayır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ