çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Ermənistanda “Arsaxı yenidən işğal” çağırışları güclənir...

Image


Qasım Hacıyev: "Voskanyanın Qarabağı yenidən işğal etmək çağırışının erməni cəmiyyətinə ciddi təsir göstərəcəyinə inanmıram"

Ermənistanda revanşist qüvvələrin fəaliyyəti geniş miqyas alıb. Diqqətçəkən məqamlardan biri odur ki, onların sırasında adını alim, elm adamı qoyanlar da var. 

Bir tərəfdən, Ermənistan hökuməti sülhdən danışır, tezliklə sülh müqaviləsinin imzalanmasında maraqlı olduqlarını, Qarabağ sevdasından əl çəkdiklərini, Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqlarını deyir, bu ölkənin konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını çıxarmaq istədiklərini üstüörtülü şəkildə bildirirlər, o biri tərəfdən isə erməni alimləri sülhə balta vuran çıxışlar edirlər. Bunların alimləri sülhü yox, Qarabağın yenidən işğalının zəruriliyini təbliğ edirlər. Bu günlərdə İrəvan Dövlət Universitetinin (YDU) Şərqşünaslıq fakültəsinin İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan çox cəfəng iddia ilə çıxış edib. Voskanyan "erməni mədəniyyət abidələrini xilas etməyin yeganə yolu Artsaxın yenidən azad edilməsidir" kimi cəfəng iddia irəli sürüb. O, erməniləri yenidən işğala sürükləyir. 

Voskanyanın cəfəng fikirlərinin üstündə çox dayanmaq istəmirik. Amma onun iddia etdiyi bəzi məqamlara toxunmaq istəyirik. Yenə də ağvan (alban) məsələsini ortaya atan Voskanyan iddia edir ki, guya ağvanların Azərbaycana aidiyyəti yoxdur. Voskanyan tamamilə reallıqdan uzaq düşünür və erməni cəmiyyətini növbəti dəfə uydurma, cəfəng iddiaların ardınca salmağa çalışır. 

Voskanyanın cəfəngiyatı bir daha onu sübüt edir ki, erməni alimləri Azərbaycana qarşı ərazi iddiaları prosesinə qoşulublar. Yəni Ermənistan hakimiyyəti başqa söz deyir, amma erməni alimləri ictimaiyyəti başqa məsələyə, işğala hazırlayırlar. 

Erməni mediasında bu cür həqiqətlə uzlaşmayan məsələlərə çox yer verilir. Voskanyanın dedikləri azmış kimi, "Artsax Respublikası parlamentüinin fraksiyaları" da birgə antiazərbaycan çağırışı ediblər. Artıq məhv edilmiş oyuncaq bir rejimin tör-töküntüləri olan bu dəstə öz ömrünü başa vursa da, yenə də özlərinin mövcudluğunu sübut etməyə cəhdlər göstərirlər. Halbuki, bu qondarma "parlament" çoxdan buraxılmalı idi. Amma təəssüf ki, bunların Ermənistanda fəaliyyəti yenidən aktivləşir.

Qondarma rejim 2023-cü ilin sentyabr ayının sonlarında özünü buraxdı. Buna görə də onlar Azərbaycandan rahatlıqla çıxıb gedə biliblər. Onu da deyək ki, Samvel Şahramanyan 2024-cü ilin yanvarından qondarma rejimin qalıqlarının tamamilə ləğv ediləcəyini bəyan etmişdi. Amma gördüyünüz kimi, onlar gedib orada ziyanlı, separatçılıq fəaliyyətlərini yenidən bərpa ediblər və Azərbaycanda keçiriləcək  COP29 əleyhinə çağırışlar edirlər, cəfəng fikirlər irəli sürürlər.  Yenə də baş verməyən etnik təmizləmədən, Bakıda həbsdə saxlanılan separatçı "liderlərin" azadlığa çıxarılmasının vacibliyindən danışırlar. Guya onların heç bir günahı yoxdur, guya Azərbaycan Qarabağı "işğal edib" və sair iddialar səsləndiriblər. Yalançı göz yaşları və uydurmaları ilə dünya ictimaiyyətinin diqqətini cəlb etmək istəyirlər. 

Bir yandan erməni alimləri antiazərbaycan təbliğatı ilə cəmiyyəti işğalçılığa sövq edir, başqa bir tərəfdən də separatçı qurumun tör-töküntüləri İrəvanda fəaliyyətlərini bərpa ediblər.

"...Yerlərini bilsinlər  və sülhə mane olmasınlar" 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev "Bakı-Xəbər"ə bildirdi ki, başda Voskanyan olmaqla, erməni alimlərinin bu davranışları suda boğulanın saman çöpündən yapışmasına bənzəyir. Voskanyana qədər yüzlərlə yalan uyduran erməni alimləri olub. 200 ilə yaxındır ki, Qriqoryan kilsəsi də daxil olmaqla ermənilər yalanlar uydurmaqla məşğuldurlar. Ondan əvvəl yazan erməni alimlərinin çap etdirdiyi saxta kitablar, məqalələr heç bir nəticə vermədiyi kimi, Voskanyanın da irəli sürdüyü çürük təkliflər nəticə verməyəcək. Torpaqlarımız işğalda olduğu dövrdə erməni alimlərinin yazdıqlarının bir təsiri var, o da xalqımıza əziyyət vermək idi. Həm torpaqlarımızı işğal etmişdilər, həm də yalanlar uydururdular. Bu da bizim insanlara pis təsir edirdi. Amma indi onların dedikləri də, yazdıqları da heç bir rol oynamır. Voskanyanın uydurmaları ondan əvvəl saxtakarlıqla məşğul olanların uydurmalarından çox-çox zəifdir. Nə mənada? Voskanyan yalnız özünü psixoloji cəhətdən rahatlamaq üçün, tutduğu vəzifəni qorumaqdan ötrü ermənilərin gözünə kül üfürmək üçün belə çıxışlar edir. Voskanyan özü də yaxşı bilir ki, Qarabağda heç bir erməni irsi olmayıb və o torpaqların ermənilərə aidiyyəti yoxdur. Gerçəyi bilə-bilə bədbəxt erməni xalqını aldadır, bu nağıllarla onların başını qatmaq istəyir. Voskanyanın Qarabağı yenidən işğal etmək barədə çağırışının erməni cəmiyyətinə ciddi təsir göstərəcəyinə inanmıram. Çünki artıq Ermənistan hökuməti də, ermənilərin mütləq əksəriyyəti də reallıqla barışıb. Bu mənada onun çağırışına ancaq özü kimi revanşistlər qoşula bilər". 

Q.Hacıyevin sözlərinə görə, erməni alimlərinin böyük əksəriyyəti heç zaman sülh istəməyib, xalqın sülh istəyinə qarşı çıxıblar. "Ümumiyyətlə, təkcə Voskanyan deyil, başqa erməni alimləri də heç vaxt sülh tərəfdarı olmayıblar, erməniləri hər zaman işğala, revanşizmə sürükləyiblər. Çünki onların antisülh çağırışlarının kökündə başqa niyyət durur. Bu adamlar həmişə müəyyən mərkəzlərdən pul alıb onların sifarişini yerinə yetiriblər. Bu alimlər xarici ağalarının sifarişi ilə bu hərəkətləri edirlər. 

Bu adam həddən artıq savadsızdır, nə danışırsa hamısı yalandır. Onun çağırdığı bayatılar köhnə bayatılardır, elmlə, tarixi faktlarla heç bir əlaqəsi yoxdur. Qarabağın tarixini saxtalaşdırmaqla onu ermənilərə bağlamaq gülüncdür. Vaxtilə başqa erməni alimləri də bu cür cəfəngiyatlar danışırdılar. O da bu şər-böhtanı davam etdirir. Əvvəla, Qarabağ heç zaman erməni torpağı olmayıb, heç olmayacaq da. Odur ki, Voskanyan kimiləri yerlərini bilsinlər  və sülhə mane olmasınlar. Qarabağ məsələsi çoxdan bitib və bu müzakirə mövzusu deyil. 

İndi İrəvandan, Qərbi Azərbaycan toraqlarından danışmaq lazımdır. Əgər o obyektiv şərqşünasdırsa tarixi öyrənsin, həqiqəti etiraf etsin. Alim düz danışmalı, həqiqəti yazmalıdır. Görək o, həqiqi alimdirmi? O gerçəyi etiraf edib erməni xalqına bildirməlidir ki, nəinki Qarabağın, eləcə də Ermənistan adlandırılan Qərbi Azərbaycanın ermənilərə heç bir aidiyyəti yoxdur, bu ərazilərdə onların heç bir tarixi irsi olmayıb. Bunun əvəzinə o, saxta irsdən və Qarabağı yenidən işğal etməkdən danışır. Arsaqdakı irs yerli Azərbaycan türklərinə məxsusdur, onu da əsrlər boyu qoruyub saxlamışıq. Ermənilər ora gəlməmişdən əvvəl də, ermənilər orada yaşadıqları  vaxtlar da, indi də o irsi qoruyub saxlayırıq, nəsillərə ərmağan edirik. Bu irsin ermənilərə heç bir aidiyyəti yoxdur. 

Ermənilərin son dövrlər buna bənzər uydurma çıxışları olub. Bu da, başqaları da işğalı reallaşdırmaqdan, revanşizmdən danışır. Voskanyan kimdir ki, erməniləri bizim torpaqları işğal etməyə çağırır? Bu adam kiçik fiqurdur, amma danışdığı başından, vəzifəsindən böyükdür. 

Bir əhvalatı xatırlayıram. Bir kənddə bir ana-bala yaşayırmış, bunlar ermənilər kimi çox pis ad çıxarıbmışlar. Yerindən qalxan onları tənqid edirmiş ki, siz filankəssiniz. Onlar görür ki, getdikcə hörmətdən düşürlər, onların sözü eşidilmir, hansı məclisə gedirlərsə pis qarşılanırlar, buna görə kənddən köçmək istəyirlər, yükü arabaya yığıb getmək istəyərkən bir nəfər bunların qabağına çıxıb deyir ki, hara gedirsiz? Deyirlər ki, köçüb getmək istəyirik. O adam da onlara məsləhət verir ki, getməyin, kim sizə pis söz demək istəsə siz onu qabaqlayıb o pis sözləri deyin. O adamlar qalırlar. Lap ermənilər kimi olublar. Ermənilər heç zaman elmi söhbət etmirlər ki, elmi faktlar gətirəsən.

İndi Voskanyan kimilərinin yatıb yuxuda görmək istədikləri erməni xalqının özünə ziyan vurur. Öz dərdlərini çəkmək əvəzinə yenidən revanşizm, işğal haqqında düşünürlər. Bu çox pis ənənədir. Vaxtilə bizim tarixçilər Sovet ideologiyasına xidmət edərək dostluqdan-qardaşlıqdan danışanda bunlar erməni dilində saxta kitablar yazırdılar, erməniləri revanşizmə, işğala çağırırdılar, ədavət toxumu səpirdilər. Onlar erməni xalqı üçün revanşist ideologiya yaratdılar, amma bunun da ziyanını ermənilər çəkir. Biz torpaqlarımızı işğaldan azad etmişik, quruculuq işləri görürük, əhalimizi öz doğma torpaqlarında məskunlaşdırırıq, onların həyatını gözəlləşdiririk. Erməni alimləri də erməni xalqını bataqlığa sürükləyirlər. Erməni xalqının düşməni Voskanyan kimi üzdəniraq alimlərdir"-deyə Q.Hacıyev bildirdi.  

Q.Hacıyev həmçinin bildirdi ki, bu gün separatçı rejimin tör-töküntülərinin İrəvanda aktivləşməsi Ermənistanın özünə zərər vurur. O hesab edir ki, o cinayətkar dəstənin bütün üzvləri barədə tədbir görülməlidir. Professor Hacıyevin sözlərinə görə, Ermənistan hökuməti separatçı tör-töküntülərinin aktivləşməsinin qarşısını almaq üçün konkret addımlar atmalıdır: "Separatçı tör-töküntülərinin İrəvanda aktivləşməsinin məsuliyyəti Ermənistan hökumətinin üzərinə düşür. Tezliklə onların bu ziyanlı fəaliyyətinə son qoyulmalıdır. Ermənistan tezliklə sülhə nail olmaq istəyirsə, bunu arzulayırsa daxildəki revanşist qüvvələrin fəalyyətinə, işğal çağırışlarına qarşı tədbir görülməlidir".

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ