çərşənbə günü, 26 avqust 2026
     

Azərbaycan Rusiyanı və Qərbi "Qafqazda sülh" mövzusunda bir mövqeyə gətirir...

Image


Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana iki günlük dövlət səfəri və onun nəticələri dünya mediasında, ekspert dairələrində əsas müzakirə predmetlərindən biri olaraq qalmaqdadır. Bu fonda "Döyçe velle" radiosu qeyd edir ki, artıq bir neçə ildir davam edən Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsi həqiqətdir və hətta hər iki ölkədə bu yaxınlaşmadan məmnun olmayanlar da proseslə barışıblar.

Bakının mövqeyi sabit və ardıcıldır, bu mövqe dünyada qəbul edilir. Ona da diqqət çəkilir ki, Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biri ikitərəfli münasibətləri üçüncü ölkələrdən asılı vəziyyətə salmamaq, ardıcıl və proqnozlaşdırıla bilən olmaqdır. "Ritm Evraziyi" analitik saytı isə qeyd edir ki, beynəlxalq siyasi sistemdə baş verən transformasiya Qafqaz regionundakı vəziyyətə də təsirsiz ötüşməyib. Qafqaza yalnız regionun deyil, eyni zamanda, qlobal güclərin, o cümlədən Rusiyanın da marağı artıb. Yazıda diqqətə çatdırılır ki, Qafqaz Rusiyanın xarici siyasətində həmişə prioritet istiqamətlərdən biri hesab olunub. Bu baxımdan Rusiya prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunur ki, Rusiya prezidenti Azərbaycana 7 dəfə səfər edib. Bundan başqa, hər iki ölkənin lideri beynəlxalq platformalar çərçivəsində çoxsaylı görüşlər keçiriblər: "Avqustun 18-də Bakıya səfər edən Rusiya prezidenti Vladimir Putin prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən yüksək səviyyədə qarşılandı. Səhəri gün Rusiya prezidenti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi. Sonra Vladimir Putin, köməkçisi Yuri Uşakov, baş nazirin müavini Aliksey Overçuk, xarici işlər naziri Serqey Lavrov Azərbaycan prezidentinin iqamətgahına gələrək qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı barədə danışıqlar apardılar. Hər iki dövlət başçısının mətbuata verdikləri bəyanatdan aydın oldu ki, qarşılıqlı münasibətlərdə böyük irəliləyiş müşahidə olunur və 2022-ci ilin fevralında Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında imzalanan Bəyannamənin bəndlərinə tərəflər əməl edir. Bu fonda prezident İlham Əliyev bildirdi ki, Azərbaycanla Rusiya nəqliyyat, energetika, humanitar sahələrdə əməkdaşlıq edir və bu səfər qarşılıqlı münasibətlərin inkişafı üçün səmərəli olacaq. Vladimir Putin isə nəzərə çatdırdı ki, hər iki dövlət energetika, nəqliyyat, kooperasiya, yüngül sənaye sahələrində yaxın əməkdaşlıq əlaqələrinə malikdir. Rusiya Azərbaycan iqtisadiyyatına 4 milyard rubl həcmində investisiya yatırıb və ölkədə Rusiya kapitalına əsaslanan 1200 müəssisə fəaliyyət göstərir. Rusiya prezidenti, həmçinin, rus dilinə göstərilən yüksək münasibətə görə Azərbaycana təşəkkürünü bildirib. Görüşün əsas məqamı regionda təhlükəsizlik məsələsinin müzakirəsi olub. Ukrayna istiqamətində yaranan çətinliklərə baxmayaraq. Rusiya Cənubi Qafqazı diqqətdən kənarda saxlamaq fikrində deyil. Vladimir Putin bildirdi ki, son dövrlər baş verən hadisələr Rusiyanın Cənubi Qafqazdakı proseslərə qatılması zərurətini yaradıb. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması və sərhədin demarkasiyası Rusiya üçün şad xəbər olar".

Materialda həmçinin qeyd olunub ki, səfər çərçivəsində dövlətlər arasında bir sıra əhəmiyyətli sənədlər imzalanıb: "Bunlar da perspektivdə iqtisadi, siyasi, mədəni, ekoloji sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafına stimul yaradacaq. Qərbin Azərbaycana təzyiqlərinə baxmayaraq, rəsmi Bakı yaxın qonşusu ilə konfrontasiyaya getmək istəmir, əksinə, əlaqələrini inkişaf etdirmək yolunu tutub. Bu isə praqmatik siyasi xəttin davam etdirilməsidir". O da qeyd edilir ki, hazırda Rusiyaya da Qafqazda barış mühitinin hökm sürməsi lazımdır. Bu halda Moska üçün regionda narahaetdici prpseslər cərəyan etməyəcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da qeyd edir ki, Rusiya və Azərbaycan prezidentləri Bakı ilə İrəvan arasında barışıq mövzusunu ətraflı müzakirə ediblər: "Bizim bütün səylərimiz həm Bakı, həm də İrəvanla xalqlarımız arasında dərin tarixi və mədəni əlaqələrə və regionda güclü təhlükəsizlik sistemi qurmaq üçün birgə səyə əsaslanan xüsusi müttəfiqlik münasibətlərinin ruhuna uyğundur. Biz mütəmadi olaraq Bakı və İrəvanı vəziyyətin pisləşməsinə səbəb olan istənilən hərəkətlərdən çəkindirməyə çağırırıq. Bütün mübahisəli məsələlər müstəsna olaraq sülh, siyasi və diplomatik yolla həll edilməlidir". Zaxarova qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olunması üçün ən mühüm şərtdir: "Biz sülh müqaviləsinin mümkün qədər tez imzalanmasında maraqlıyıq və bunun üçün praktiki baxımdan əlimizdən gələni etmişik. Erməni və azərbaycanlı tərəfdaşlarımıza kömək etmək niyyətimiz qeyd olunan mətbuat konfransında Rusiya Federasiyasının prezidenti tərəfindən şəxsən təsdiqlənib". Zaxarova əlavə edib ki, Rusiya tərəflərə üçtərəfli sazişlərin bütün istiqamətləri üzrə ən yüksək səviyyədə kömək etməyə hazırdır. Bütün bunları şərtləndirən səbəblər də az deyil. Əvvəla, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən sonra bölgədə yeni reallıqlar yaranıb. Bunu bütün dünya, o cümlədən də Rusiya qəbul edir. Regonun güclü dövləti olan Azərbaycanın maraqlarını da Rusiya mütləq nəzərə alır. Digər tərəfdən, indi regionda sülh heç vaxt olmadığı qədər yaxındır. Həm Qərb, həm də Rusiya başa düşür ki, buna qarşı çıxsalar, regionda öz mövqelərinə zərbə vurmuş olarlar.  O səbəbdən mümkün sülh prosesində iştirakçı olmaq hər iki tərəfin marağında yer alır. Azərbaycanın da istədiyi məhz budur.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

25.08.2026 / 23:10
İrana qarşı iqtisadi müharibə ABŞ-Çin qarşıdurmasını tətikləyə bilər - dünya iqtisadiyyat böyük təhlükə ilə üz-üzə…

25.08.2026 / 22:16
Kreml Britaniyanın məşhur raket zavodunu vurmaqla hədələdi – “Putin təzyiq altındadır, gec-tez bu hücum olacaq”…

25.08.2026 / 21:50
Trampın keçmiş nümayəndəsi Ukraynanı qadınları da müharibəyə göndərməyə çağırdı

25.08.2026 / 21:37
Paşinyan Müstəqillik bəyannaməsini konstitusiyadan birdəfəlik silib atdı...

25.08.2026 / 21:31
Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:25
Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:12
Azərbaycanın və Özbəkistanın “paralel kursla inkişafı”... Yeni mülahizə...

25.08.2026 / 20:53
Mərkəzi Asiyanın daha sıx birləşməsi Azərbaycan və Özbəkistandan çox asılıdır...

25.08.2026 / 20:35
Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşması Tehranı və Moskvanı çox qıcıqlandırdı...

25.08.2026 / 20:16
Nə qədər ki, dəmir yolları Rusiyanın əlindədir, Zəngəzur dəhlizində dəmir yolu olmayacaq - Paşinyan...

25.08.2026 / 19:49
Ermənilər 1406-cı il Naxçıvan döyüşünü də mənimsəməyə başladılar...

25.08.2026 / 19:33
Rusiya Azərbaycan üzərindən Ermənistana 14 vaqon buğda, 1 vaqon taxta göndərdi

25.08.2026 / 19:22
Həbs edilmiş təcavüzkar sabiq prezident görün nələr mənimsəyib... Böyük siyahı...

25.08.2026 / 18:51
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

25.08.2026 / 18:38
İranın şimal-şərqindən qərbinə dəmir yolu çəkilir - Zəngəzur-Naxçıvan-Türkiyə dəmir yoluna alternativ?...

25.08.2026 / 18:11
Astarada həyətində narkotik bitkilər yetişdirən şəxs saxlandı

25.08.2026 / 17:57
Türkiyədə trekkingin ən qeyri-adi ünvanı - Duz Gölündə ultra-trail macərası

25.08.2026 / 17:39
Tramp İranla bağlı dünya liderlərinə bir-bir zəng vuracaq - xəbərdarlıq və hədə zəngi...

25.08.2026 / 17:25
Paşinyan Köçəryanın bütün gəlir qaynaqlarını da qurudur… Şirkət direktorları saxlandı - 2,6 milyardlıq yeyinti…

25.08.2026 / 17:11
Paşinyan Köçəryan və Sarkisyanı bitirmək üçün hərəkətə keçdi – biri həbs edildi, digərinə cinayət iş açıldı…

25.08.2026 / 16:55
Qazaxıstanda "Ədalət"lə "Əmanət" birləşsə də, Tokayevin planları ilə bağlı qeyri-müəyyənlik qaldı...

25.08.2026 / 16:34
“Azəripək” “Azərxalça”ya birləşdirilir - FƏRMAN

25.08.2026 / 16:32
“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevrilir...

25.08.2026 / 16:29
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM

25.08.2026 / 16:25
Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi

25.08.2026 / 16:22
Qeyri-neft ixracı 184 faiz böyüdü - qızılın ölkə iqtisadiyyatında xüsusi çəkisi artır...

25.08.2026 / 16:03
İsrail özünü "Yaxın Şərqdə ən demokratik ölkə" elan etdi - Türkiyə bu bəyanatı cavabsız buraxdı...

25.08.2026 / 15:45
Ukrayna Rusiyanın Afipski və Həştərxan neft-qaz emalı zavodlarını vurdu…

25.08.2026 / 15:30
Ermənistanın Avroittifaqa üzvlük referendumunun vaxtı bəyan edildi...

25.08.2026 / 15:17
Laçında Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü keçirildi

25.08.2026 / 15:12
Azərbaycan memarlığında xəlvətiyyələr...

25.08.2026 / 15:03
Prezident seçkiləri Ukraynanı məğlubiyyətə sürükləyə bilər...

25.08.2026 / 15:00
Bakı ilə Daşkənd bir-birinə əvəzsiz qapılar açır - biri Mərkəzi Asiyaya, digəri Avroatlantik məkana...

25.08.2026 / 14:52
Moskva ilə İrəvan “səssiz boşanma” mərhələsində?...

25.08.2026 / 14:34
ABŞ İranla əlaqəli ölkələri dollar sistemindən ayırmaqla hədələdi - əlaqələri kəsin…

25.08.2026 / 14:18
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasına mane olan yeni qüvvə...

25.08.2026 / 14:02
Pezeşkian ABŞ-ı İranla danışıq tonunu dəyişməyə çağırdı…

25.08.2026 / 13:28
Azərbaycanla Özbəkistan Xəzərdə birgə dəniz donanması yaradır...

25.08.2026 / 13:10
Azərbaycanda bu pulu 250 manata alırlar...

25.08.2026 / 12:55
Özbəkistan nefti Azərbaycan üzərindən Qərbə nəql edilə bilər – qərar verildi...

25.08.2026 / 12:27
ABŞ SEPAH-ın beş yüksək rütbəli komandirinin başına pul qoydu - 10 milyon dollar...

25.08.2026 / 12:15
866 qutu tütünü sərnişinlərə paylayaraq ölkəyə keçirməyə cəhd etdilər....

25.08.2026 / 12:01
Netanyahu İranın oğluna sui-qəsd cəhdi etdiyini açıqladı...

25.08.2026 / 11:47
Köçəryan və oğlu Sedrak saxlandı – ailənin bağlı olduğu bütün şirkətlərdə axtarış aparılır…

25.08.2026 / 11:34
Paşinyan dəmir yolları ilə bağlı Rusiyaya çağırış etdi - üçüncü bir ölkəyə satın...

25.08.2026 / 11:21
Rusiya Ukrayna və Moldova sərhədində daha bir keçid məntəqəsini vurdu…

25.08.2026 / 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə xəbərdarlıq...

25.08.2026 / 09:54
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6500-ü keçdi

25.08.2026 / 09:36
ABŞ BMT-də Rusiyanın əleyhinə olan bəyanatı dəstəkləmədi...

25.08.2026 / 09:12
Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər

25.08.2026 / 08:47
Yaponiya baş naziri tənhalıqdan şikayət etdi - “…tarakanı öldürmədim”…

25.08.2026 / 08:31
İsrail çərpələnglərə qarşı savaş açdı - “…dronlar ilə eyni münasibət göstəriləcək”

25.08.2026 / 08:18
Vaxtilə Navalnının tutulmasına səbəb olan bloger həbsə atıldı - Putini “müharibə cinayətkarı və oğru" adlandırdığına görə

25.08.2026 / 08:01
Oman sahillərində neft tankerinə şübhəli hücum…

25.08.2026 / 07:56
Trampın “Suriyanı çiçəkləndirmək” vədinin icrasına başlandı - “Təhrir əş-Şam” terrorçu siyahısından çıxarıldı

25.08.2026 / 07:35
İsveçrə Rusiya aktivlərinin istifadəsini mümkünsüz saydı

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

24.08.2026 / 19:56
Yeni Xəzər karkası: region ölkələri istehsal və logistikanı birləşdirir

24.08.2026 / 19:52
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

24.08.2026 / 19:48
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

24.08.2026 / 19:36
İlham Əliyevin Naxçıvandakı məlum bəyanatından Zaxarova bu nəticəni çıxardı...

24.08.2026 / 18:57
Çinin Qırğızıstanla məşhur dəmiryolu Zəngəzur dəhlizi ilə birləşəcək...

24.08.2026 / 18:25
Azərbaycanla Özbəkistan beynəlxalq təşkilatlara “əbədi dostlar” kimi çıxacaq...

24.08.2026 / 18:03
Azərbaycan-Özbəkistan ticarətinin hədəf rəqəmi müəyyənləşdi - bu il 33 faiz artım var

24.08.2026 / 17:48
Mirziyoyev 8 avqust Əliyev-Paşinyan sazişinə fərqli siyasi məzmun verdi...

24.08.2026 / 17:32
Paşinyan KTMT ilə bağlı qəti mövqeyini açıqladı və son qərarı Putinin verməsini istədi - məmnun olardıq…

24.08.2026 / 17:05
Rusiyadan Ermənistana mesaj - fitosanitar nəzarət tələblərinə əməl olunmalıdır…

24.08.2026 / 16:57
DİN əməliyyat keçirdi - 116 kiloqram narkotik və 9 500 həb ələ keçirildi - VİDEO

24.08.2026 / 16:50
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar - FOTO

24.08.2026 / 16:45
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar - FOTO

24.08.2026 / 16:44
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı VİDEO paylaşılıb

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ