çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Ermənistan Belarusla da düşmən oldu...

Image


Rusiya ilə yanaşı, Ermənistanın son dövrlərdə Belarusla da münasibətlərini əhəmiyətli dərəcədə kskinləşdirdiyi müşahidə olunur. 

Xatırladaq ki, baş nazir Nikol Paşinyan cari ilin iyun ayında parlamentdə çıxışı zamanı bu xüsusda rəsmi münasibətlərə təsir edə biləcək qalmaqallı açıqlamalar vermişdi. Qeyd etmişdi ki, bundan sonra Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa səfər etməyəcək: "Mən bəyan edirəm ki, Aleksandr Lukaşenko prezident olduğu müddətdə bir daha Belarusa gəlməyəcəyəm". Paşinyan hesab edir ki, Lukaşenko Ermənistandan üzr istəsə və ya Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edərsə, İrəvanın KTMT-yə münasibəti dəyişə bilər: "KTMT rəhbərlərindən biri bəyan edir ki, 44 günlük müharibənin hazırlanmasında iştirak edib, təşviq edib, Azərbaycanın qələbəsinə inanıb və arzulayıb. Və bundan sonra mən gedib Belarusun prezidenti ilə oturub KTMT formatında məsələ müzakirə edim?". Bundan öncə Bakıda olan Lukaşenko Azərbaycan rəsmiləri ilə görüşündə İkinci Qarabağ müharibəsinə toxunub. Deyib ki, müharibədən əvvəl prezident İlham Əliyevlə təkbətək görüşündə bu nəticəyə gəliblər ki, müharibədə qələbə çalmaq olar, bu vacibdir və qələbəni qoruyub saxlamaq daha vacibdir. İrəvanın mövqeyindən sonra Belarus və Ermənistan bir-birinin səfirlərini məsləhətləşmələr üçün geri çağırıb. Belarus Xarici İşlər Nazirliyi bildirib ki, onlar Ermənistanın daxili siyasətində nə qədər çətin vəziyyət olduğunu görür. Qurumun sözçüsü Anatoli Qlaz bildirib: "Lakin Belarusun bununla nə əlaqəsi var? Əlbəttə ki, fərqli insanlar ciddi emosional təzyiqə fərqli müqavimət göstərirlər, biz bunu anlaya bilərik. Amma biz başa düşmürük - Belarusun bununla nə əlaqəsi var? Əgər kimsə xarici düşməni göstərməklə diqqəti daxili problemlərdən yayındırmaq qərarına gəlibsə, bu, uzaqgörən siyasət deyil". Bütün bu qalmaqal səngiməmiş Belarus prezidenti Aleksandr Lukaşenkonun "Rossiya" telekanalına müsahibəsində Ermənistanla bağlı dedikləri İrəvanda şok effekti yaradıb. Lukaşenko vurğulayıb ki, Rusiya və Belarusdan başqa Ermənistan heç kəsə lazım deyil: "Bax, bu nə siyasətdir? Bizdən başqa kimə lazımdır axı ermənilər? Onlar heç kimə lazım deyil. Qoy, öz iqtisadiyyatlarını inkişaf etdirib sahib olduqları şeylərə fokuslansınlar. Nə Fransası? Nə Makronu? Sabah Makron olmayacaq və hər kəs bu Ermənistanı unudacaq. Eyni şey ABŞ-la da olub". Onun sözlərinə görə, postsovet ölkələrində bir şey baş versə, köməyə Rusiya gələcək: "Bax, Qazaxıstanda nəsə baş vermişdi. Kimdən kömək istədilər? Çin, Hindistan, Pakistan ora yaxın idi… Amma yox. Bax, dedilər ki, "Putin, Lukaşenko, kömək edin!" Və biz KTMT sülhməramlılarını yarım gün ərzində ora göndərdik…Vəziyyəti sakitləşdirdik". Lukaşenko bu sözləri qınamaq və danlamaq üçün demədiyini bildirib: "Lakin anlamaq lazımdır, elə bir vəziyyət yarana bilər ki, bizdən kömək istəyəcəksiniz, kimdənsə yox. Heç kim sizin köməyinizə gəlməyəcək". Belarus prezidenti keçmiş Sovet ölkələrinin iqtisadi məkan yaratdığını da xatırladıb: "Onu niyə itirməliyik ki? Bu ölkələrin məhsullarını Amerikada və ya Avropa İttifaqında gözləyirlər? Yox əşi. Çatışmayan şeylərdən, bəlkə də, 2 milyon dollarlıq nələrsə alarlar, qalan şeylərdə isə "özünüz yeyin" deyəcəklər. Böyük həcmdəki artığı isə Rusiyaya – ortaq bazara satmaq üçün xahiş edirlər. Ona görə də sahib olduğumuz şeyi niyə itirməliyik ki? Gəlin, sahib olduğumuzu daha da artıraq".

Bütün bunlardan sonra Ermənistanın hakimiyyətə yaxın bir neçə qərbyönlü siyasi qrupu hökumətdən Minsklə bütün əlaqələri kəsməyi tələb edib. "Respublika naminə", Avropa və Xristian-Demokrat partiyaları, bəzi ictimaiyyət nümayəndələri İrəvandan Ermənistanın Belarusun üzv olduğu bütün ittifaq və təşkilatlardan çıxmasını tələb edib. "Respublika naminə" partiyanın nümayəndəsi Arman Babacanyan tələbnamənin mətnini oxuyub: "Belarusun Ermənistandakı səfiri və diplomatik missiyası "persona non grata" elan olunsunlar və onlara Ermənistan ərazisinin tərk edilməsi üçün üç gün vaxt verilsin". "Respublika naminə" partiyanın sədr müavini Ruben Mehrabyan Lukaşenkoya müraciətlə deyib: "Ermənilərin kimə lazım olduğunu, Allaha şükür ki, sən həll etmirsəm". Onu da qeyd edək ki, "Respublika naminə" partiyanın üzvləri və tərəfdarları etiraz olaraq Belarus səfirliyinin divarlarını yumurta, pomidor və kartof "atəşinə" tutublar. Siyasi fəallar əmindirlər ki, vaxtaşırı erməniləri təhqir edən Lukaşenko təlimatlarını Rusiya prezidentindən alır. Minsk İrəvanın ittihamlarını rədd edir və bildirir ki, Paşinyan bu hay-küyü qaldırmaqla diqqəti ölkə daxilindəki problemlərdən yayındırmağa çalışır. Onu da qeyd edək ki, Ermənistanın müvəqqəti işlər vəkili Narek Tiraturyan Belarusun İrəvandakı diplomatik missiyasının binasına qarşı vandalizm aktı ilə əlaqədar Belarus Xarici İşlər Nazirliyinə çağırılıb. Belarus deputatı Oleq Romanov İrəvandakı Belarus səfirliyi qarşısında keçirilən mitinqi şərh edərkən bildirib ki, bu, demoqrafik fəlakət yoludur, çünki Ermənistan cəmiyyəti parçalanır, ölkə isə demoqrafik potensialını itirir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ