çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Söz, məlumat azadlığının imkanları seçki dövründə də aydın göründü...

Image


Məlum olduğu kimi, avqustun 9-da növbədənkənar parlament seçkilərinin təşviqat mərhələsi başlayıb. Sentyabrın 1-də keçiriləcək seçkiyə 25 partiyanın təmsilçiləri və partiyasız iddiaçılar qatılıb. Rəsmi məlumata görə, 1052 namizəd qeydə alınıb. Seçkidə qələbə üçün nisbi səs çoxluğu kifayət edir .

Namizədlərin yerli KİV-də ödənişli təbliğat kampaniyası üçün şərait də yaradılıb. Amma deputatlığa namizədlər mediada ödənişli təşviqata hələ meyl etmir. Bəzi ekspertlər bunu "xəsisliklə", bəziləri isə televiziyanın tələb etdiyi ödənişin yüksək olması ilə izah edirlər. Yəni dövlət və qanunlarımız sağlam təbliğat üçün bütün imkanları yaradır, ancaq bəzi namizədlər bundan yaralanmaq  istəmir.

"Qazi və ya şəhid ailəsi sentyabrın 1-də filankəsə səs verəcəyinə söz verdi" deyə öyünürlər… 

Bu amil özünü  növbədənkənar parlament seçkilərində daha qabarıq göstərir.  Media sağlam dartışma üçün  meydan verirsə, namizədlər polemikadan çəkinirsə, deməli, fikir, söz və məlumat azadlığının, plüralizmin inkişafı ilə bağlı problem ümumi yox,  fərdi amillərə bağlıdır.

Təşviqatla bağlı daha bir mövzunu "Bakı-Xəbər" qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev öz Facebook səhifəsində gündəmə gətirib. A.Quliyev deputatlığa namizəd olan bəzi şəxslərin son davranışları, qazi və şəhid ailələrinin üzərindən təbliğat qurmaq kimi qüsurlu hərəkətləri barədə tənqidi paylaşım edib. Baş redaktor yazır: "Prezident İlham Əliyev bu yaxınlarda Şuşada demişdi ki, Zəfər mövzusunu çox da istismar etmək olmaz və irəlidəki məsələlərə daha çox diqqət göstərməliyik. Sadə deyilmiş fikrin çox sadə də açmaları var. Prezident demək istədi ki, Zəfərin qədrini- qiymətini tam bilək, Zəfər Ali Baş Komandanın, ordunun və xalqımızın Zəfəridir, qazilərə və şəhid ailələrinə həssas olun, etdiklərinizi üzlərə vurmayın, Vətən üçün canını və övladını vermiş insanlara nə versək də azdır, lakin onları verdiklərimizin müqabilində aşağılamayaq, elə etməyək ki, verdiklərimizin, etdiklərimizin əvəzində onlardan hansısa təmənna güddüyümüzü düşünsünlər...

Bəs  bir sıra namizədlər nə edir, bu sözlərdən hansısa dərsi götürürlərmi?

Seçki dairəsində qazinin, şəhid ailəsinin qapısını əlində bir şirniyyatla açır, bir fincan çayını içir, foto çəkdirir və sonra da bu məzmunsuz jesti "böyük xəbərə" çevirərək ictimailəşdirir. Ən pisi də odur ki, "qazi və ya şəhid ailəsi sentyabrın 1-də filankəsə səs verəcəyinə söz verdi" deyə öyünürlər. Ayıbdır, vallah..."

MSK tərəfindən təşviqatın aparılması üçün, qanunun tələblərinə uyğun olaraq, ideal şərait yaradılıb 

AĞ Partiya sədri, deputatlığa namizəd Tural Abbaslı   deyib ki, bir çox media qurumlarının təbliğat-təşviqat müddətində reklam xarakterli yayımlarının qiymətlərinə baxıb: "Kifayət qədər çox maliyyə tələb edilir. Məlum olur ki, televiziyalarda reklam xarakterli yayımların saniyəsi 25-30 manatdır. Bu baxımdan təbii olaraq namizədlər əsasən sosial mediaya yönəlirlər, çünki orada xidmətlər demək olar ki, pulsuzdur. Hətta kiçik məbləğlərlə reklam yerləşdirə bilirlər, bu məbləğ medianın tələb etdiyi məbləğdən xeyli aşağıdır, üstəlik, çatımlılığı daha genişdir".

Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib ki,

qeydə alınmış namizədlərin seçkiqabağı təşviqat apara bilməsi üçün ideal şərait yaradılıb. MSK katibi qeyd edib ki, namizədlərin seçicilərlə canlı təmas qura bilməsi üçün bütün dairə seçki komissiyalarının ərazilərində qapalı və açıq görüş yerləri ayrılıb: "Qeydə alınmış namizədlər həmin yerlərdə seçicilərlə sərbəst şəkildə görüşlər keçirə bilir. Bununla yanaşı, bütün məntəqələrdə namizədlərin təbliğat materiallarını təqdim etməsi üçün təbliğat lövhələri yerləşdirilir".MSK katibi bildirib ki, namizədlərin media subyektlərinə çıxışı da tam təmin edilib:

"MSK tərəfindən ödənişsiz və ödənişli media subyektləri müəyyənləşdirilib, təşviqatın aparılması üçün qaydalar açıqlanıb.Seçkiqabağı təşviqat qanuna uyğun şəkildə davam edir, heç bir problem yoxdur. Ciddi problemlərin olacağını düşünmürəm, çünki hər şey qanunla tənzimlənir və MSK tərəfindən təşviqatın aparılması üçün qanunun tələblərinə uyğun olaraq, ideal şərait yaradılıb".

Artıq seçkilər də müasir texnologiyaların inkişafı ilə ayaqlaşır 

Seçkiqabağı təşviqatın aparılması qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən həyata keçirilə bilər. Bununla yanaşı, qanunvericiliyə görə, növbədənkənar seçkilərdə seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına dövlət büdcəsindən maliyyələşən bir sıra media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq.  

Bunlar İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Azərbaycan" qəzeti, "Xalq qəzeti", "Respublika" qəzeti, "Bakinski raboçi" qəzetidir. 

Hiss olunur ki, hazırda deputatlığa namizədlərin əksəriyyəti öz auditoriyalarına müraciət üçün daha çox sosial şəbəkələrdən istifadə etməkdə maraqlıdır. Burada qəribə heç nə yoxdur. Çünki artıq seçkilər də müasir texnologiyaların inkişafı ilə ayaqlaşır. Əvvəllər namizədlər seçiciləri ilə görüşlər keçirir, televiziya və qəzetlər vasitəsilə təbliğat-təşviqat fəaliyyətini yerinə yetirirdi. İndi isə auditoriyaya müraciət forması köklü formada dəyişib. Artıq sosial şəbəkələr nəinki ənənəvi mətbuatı, hətta bir sıra internet KİV-i də qabaqlayır.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ