çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Bakıda Niderlandın müstəmləkəçiliyi altındakı Bonayre adası ilə bağlı bəyannamə qəbul edildi - YENİLƏNDİ

Image


Avqustun 22-də Bakı Təşəbbüs Qrupu, Bonayre İnsan Haqları Təşkilatı və Dəyişiklik Naminə Hərəkatının birgə təşkilatçılığı ilə Bakıda keçirilən "Bonayre adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu" mövzusunda beynəlxalq konfransın yekunlarına dair Bəyanat qəbul edilib.

Bəyanatı təqdim edirik: "Biz konfrans iştirakçıları olaraq tədbirin təşkilinə görə Bakı Təşəbbüs Qrupuna, səmimi və qonaqpərvər münasibətinə görə isə Azərbaycan xalqına dərin minnətdarlığımızı bildiririk.

Bu tədbir əsarət altında olan Bonayre xalqının durumuna həsr olunmuş və maraqlı tərəflərə Niderlandın müstəmləkə siyasətinin fəsadlarını müzakirə etmək üçün geniş imkan yaradıb. Bu siyasət uzunmüddətli perspektivdə Bonayre xalqının gələcəyini və mövcudluğunu ciddi təhlükə altına qoymaqdadır:

Tarixi məlumat - Bonayrenin statusu:

Bonayre bir vaxtlar Niderland Antil adalarının tərkib hissəsi kimi daxili özünüidarə ilə geniş səlahiyyətlərə malik Niderland müstəmləkə vahidinin bir hissəsi olub. 2010-cu il oktyabrın 10-da Niderland Antil adalarının buraxılmasından sonra Bonayre Niderland hökuməti tərəfindən birtərəfli qaydada qeyri-bərabər hüquqlarla Niderland Konstitusiyasında təsbit edilmiş və muxtariyyəti olmayan bir "dövlət orqanı/qurumu" kimi bu ölkəyə birləşdirilib.

Demoqrafik dəyişikliklər - Əhalinin dinamikası:

2010-2024-cü illər arasında Bonayrenin əhalisi 11 min nəfərdən 25 min nəfərə qədər artıb. Bu artım əsasən Avropadan gələn Niderland immiqrantlarının axını nəticəsində baş verib. Nəticədə yerli bonayrelilər öz adalarında demoqrafik azlıq vəziyyətinə düşüb və 2024-cü ildə onların sayı ada əhalisinin 32 faizindən az hissəsini təşkil edib.

Müqəddəratın təyin edilməsi uğrunda mübarizə - 2015-ci il referendumu:

2015-ci il dekabrın 18-də keçirilmiş referendumda seçicilərin 66 faizi 2010-cu ildən etibarən Bonayredə tətbiq edilən konstitusiya statusunu rədd edib. Bu nəticələr ada parlamentinin nümayəndələri tərəfindən Bonayre xalqının qanuni və hüquqi demokratik qərarı kimi yekdilliklə təsdiqlənib. Lakin Niderland hökuməti referendumun nəticələrini nəzərə almadan mövcud vəziyyəti saxlayıb.

Eyni zamanda, Niderlandın müstəmləkə təzyiqindən qurtulmaq üçün beynəlxalq dekolonizasiya hüququna uyğun effektiv və səmərəli addımların atılması məsələsinin müzakirəsi məqsədilə Bonayredəki vətəndaş cəmiyyəti qrupları Ceyms Finesin rəhbərliyi ilə 2016-cı ildə BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinə (C24) öz iddialarını təqdim edərək Niderlandın Bonayre xalqının hüquqlarına zidd hərəkətlərini vurğuladılar. C24 səfirləri Bonayrenin özünü idarə etməyən ərazilər siyahısına yenidən daxil olunması məqsədilə tədbirlərin görülməsini, Karib dənizi və Latın Amerikası ölkələrinin hökumətlərindən dəstəyin alınmasını, həmçinin Bonayrenin özünüidarəsinə dair müstəqil araşdırmaya başlamaq üçün işlərin həyata keçirilməsini tövsiyə etdilər.

Konfrans iştirakçıları bu fürsətdən istifadə edərək bu il mayın 14-16-da Venesuelanın Karakas şəhərində BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsi tərəfindən təşkil olunmuş "Müstəmləkəçiliyin ləğvi üzrə beynəlxalq dördüncü onilliyin tətbiqi, özünüidarəedən ərazilərin məqsədlərinə nail olunması və ehtiyaclarının təmin olunması" mövzusunda Karib dənizi regional seminarında Azərbaycan Respublikasının iştirakını alqışlayıblar.

Müstəqil Hesabat:

"Özünüidarənin beynəlxalq səviyyədə təsdiq edilmiş standartlara uyğunluğunun qiymətləndirilməsi: Bonayre ölkəsi haqqında hesabat" Asılı Ərazilərin Araşdırılması Layihəsi (Dependency Studies Project) tərəfindən 2021-ci ildə BMT-nin eksperti və baş analitiki Karlayl Q. Korbinin rəhbərliyi altında hazırlanıb. Hesabatda qeyd olunur ki, Bonayredə tətbiq olunan "dövlət orqanı/subyekti" statusunun "ərazi dövlət qurumu" statusuna dəyişdirilməsi, müstəmləkəçi asılılıq idarəetmə islahatıdır ki, bu da bütün demokratik idarəetmə ölçülərində qeyri-bərabərliyi davam etdirir və beynəlxalq hüquqa uyğun əsl özünüidarəetmə hüququnu əngəlləyir. Bu hesabat BMT-nin Baş Assambleyası tərəfindən müstəqil olaraq təsdiqlənib və akkreditə edilib. Çünki o, BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş özünüidarəetmə göstəricilərini ehtiva edir.

BMT-nin öhdəlikləri:

Bonayrenin özünü idarə etməyən ərazilər siyahısına daxil edilməsi, Niderland hökumətinin hər il BMT Baş Assambleyasına Bonayrenin sosial, iqtisadi və siyasi inkişafına dair hesabat verməsini tələb edəcək. Bu, BMT Nizamnaməsinin 73-cü maddəsi, 1-ci və 55-ci maddələri, 1960-cı ildə qəbul edilən 1514 (XV) saylı qətnaməsi (BMT-nin Dekolonizasiya üzrə Bəyannaməsi), Beynəlxalq Mülki və Siyasi Hüquqlar Paktı, Beynəlxalq İqtisadi, Sosial və Mədəni Hüquqlar Paktı, Hər növ irqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Beynəlxalq Konvensiya və Birləşmiş Millətlər Təşkilatının Yerli Xalqların Hüquqları üzrə Bəyannaməsi ilə nəzərdə tutulur. Bu hesabat BMT orqanlarına Bonayre ilə əlaqəli tədbirlər görmək, müdaxilə etmək və zəruri hallarda ona yardım göstərmək imkanı yaradır.

Nəticə - Bonayrenin yenidən özünü idarə etməyən ərazi kimi siyahıya alınması ilə bağlı qətnaməyə beynəlxalq dəstəyin göstərilməsi üçün çağırış:

Bonayre öz müqəddəratını təyinetmə və özünüidarəetmə hüququnu qorumaq, təmin etmək naminə özünü idarə etməyən ərazi kimi yenidən qeydiyyata alınmasını müdafiə etmək üçün beynəlxalq ictimaiyyətin dəstəyini qazanmağa çalışır. Bu məsələ ilə bağlı qətnamənin Sent-Vinsent və Qrenadinin Baş naziri, Latın Amerikası və Karib Hövzəsi Ölkələri Birliyinin (CELAC) keçmiş prezidenti Ralf Qonsalvesin rəhbərliyi ilə bu il oktyabrın əvvəlində BMT Baş Assambleyasında dekolonizasiya gündəliyinin bir hissəsi olaraq yeddi (7) Karib adası tərəfindən təqdim ediləcəyi gözlənilir.

Biz BMT Baş katibini və təşkilata üzv dövlətləri həmrəylik göstərməyə çağırır, Bonayre xalqının öz müqəddəratını təyinetmə hüququnu müdafiə edən humanitar əhəmiyyətli bu mübarizəni dəstəkləmələrini, Bonayre məsələsinə dair qətnaməyə həmmüəllif kimi yeddi Karib adasına qoşulmalarını xahiş edirik. Bu qətnamə Bonayrenin BMT-nin özünü idarə etməyən ərazilər siyahısına daxil olunmasını və BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin nəzarəti altına alınmasını nəzərdə tutur.

Biz Bonayre xalqı olaraq Qoşulmama Hərəkatı Troykasının üzvü olan Azərbaycanın Prezidenti İlham Əliyevdən, Qoşulmama Hərəkatı ölkələrindən Bonayre xalqının beynəlxalq dekolonizasiya hüququna uyğun olaraq öz müqəddəratını təyinetmə hüququnu dəstəkləməyi, Bonayrenin BMT-nin özünü idarə etməyən ərazilər siyahısına daxil olunması məsələsini qaldırmağı xahiş edirik.

Biz Niderland hökumətini müstəmləkə siyasətindən əl çəkməyə və Bonayrenin BMT-nin özünü idarə etməyən ərazilər siyahısına yenidən daxil olunmasının qarşısını almamağa çağırırıq".

ZÜMRÜD



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ