çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Azərbaycan-Rusiya münasibətlərinə Ermənistanda paxıllıq başladı...

Image


Azərbaycan və Rusiya arasında qarşılıqlı münasibətlər artıq ikitərəfli çərçivədən çıxaraq regional miqyas alıb. bunu şərtləndirən mühüm səbəblərdən biri Azərbaycanın ikinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar yaratması, həmçinin xarici siyasətində ardıcıl mövqe sərgiləməsidir. Elə bu fonda "Radio Free Europe" qeyd edir ki, son bir neçə ildə Azərbaycan təlatümlü regionda Rusiya ilə sabit münasibətləri ilə seçilib.

Ona da xüsusi diqqət olunur ki, Bakı xeyli vaxtdır, özünün çoxvektorlu xarici siyasəti ilə müxtəlif meydançalarda məharətlə oynaya bilir: "Onilliklər boyunca Rusiya ABŞ və Avropa ölkələri ilə birlikdə Azərbaycan və Ermənistan arasında münaqişənin tənzimlənməsində əsas rolu oynayıb. Lakin münaqişə tənzimlənməsi prosesini kənar güclər üçün regionda öz təsirini artırmaq imkanı hesab edən Azərbaycan son aylarda Rusiyanı, eləcə də başqa xarici qüvvələri prosesdən uzaqlaşdıraraq sülh müqaviləsi üzərində Ermənistanla təkbətək işləmək qərarına gəlib. Azərbaycanın bu yaxınlarda ən ziddiyyətli məqamlardan biri olan Azərbaycan-Naxçıvan nəqliyyat dəhlizi məsələsini sülh müqaviləsi danışıqlarından çıxarmaq qərarı da Bakının müstəqil oynadığını göstərir. Putinin Azərbaycana səfər etdiyi bir vaxtda Bakının başqa bir hissəsində onun keçmiş müşaviri Ruben Vardanyan və Qarabağın başqa separatçı liderləri həbsxanada idilər. Putinin səfərindən əvvəl Rusiya Erməniləri İttifaqı ona müraciət edərək, Bakıda Qarabağ məhbusları məsələsini qaldırmağı xahiş etmişdilər. Belə görünür ki, bu məsələyə də toxunulmayıb. Amma iki ölkə arasında iqtisadi məsələlərlə bağlı ortaq məxrəc tapmaq çətin deyil. Əliyev aprel ayında Moskvaya səfər edəndə, danışıqların əsas diqqəti Azərbaycan ərazisindən keçərək Rusiyanı İranla və Fars körfəzi ilə birləşdirəcək nəqliyyat şəbəkəsinə yönəldilmişdi. Bu layihə Rusiya üçün son dərəcə mühüm əhəmiyyətə malikdir. Rusiya 2022-ci ildə Ukraynaya tammiqyaslı müdaxilə edəndən sonra Qərblə münasibətləri çöküb və indi bu səbəbdən özünün ticarət əlaqələrini Şərqə və Cənuba doğru inkişaf etdirməyə çalışır". Məqalədə deyilir ki, belə bir şaxələndirmədən Azərbaycan da mənfəətlənə bilər, amma Putin və Əliyev arasında danışıqlardan bunu ilk növbədə Moskvanın istədiyi təsdiqlənib: "Əliyev-Putin danışıqları başa çatandan sonra tərəflər ərzaq təhlükəsizliyi və ya əmək müfəttişliyi kimi məsələlərə dair müqavilələr imzaladıqlarını bəyan ediblər. Bundan başqa, Bakıda Rusiya-Azərbaycan Universitetinin açılması və iki ölkənin neft tankerləri istehsalı üçün birgə müəssisə yaratmağa dair razılaşmanın əldə olunduğu deyilir". Bunlar fonunda Ermənistanda belə bir fikir hakimdir ki, Azərbaycan Rusiya ilə münasibətlərindən istifadə edib, Zəngəzur dəhlizinin də istədiyi şərtlərlə açılmasına nail olacaq. Erməni hərbi ekspert Davit Camalyan bildirir ki, əslində, Qərb də bu məsələdə Ermənistanı tələsdirir: "Qərbə dəhliz lazımdır, buna görə ABŞ Zəngəzur məsələsində Ermənistandan güzəşt gözləyir". Onun sözlərinə görə, ABŞ Ermənistana sadəcə anti-Rusiya mövqeyindən baxır: "Vaşinqton Moskvanın təsirini regiondan uzaqlaşdırmaq istəyir, İrəvanla yaxınlaşması da buna görədir. Cənubi Qafqazda Ermənistan dövlətinin mövcud olması tarix boyu Rusiyanın maraqlarına uyğun olub. ABŞ-ın isə belə qayəsi yoxdur. İrəvandakı Qərb agentləri antierməni mövqeyindən çıxış edərək maraqlarımızın ziddinə gedirlər. İlham Əliyev tamamilə fərqli siyasət yürüdür. O, Heydər Əliyevin oğludur, diplomatik təcrübəsi və siyasi savadı var. Azərbaycan Rusiya və Qərblə balanslı siyasətə üstünlük verir. Moskva ilə əlaqələri istədiyi məsafədə saxlayır. Qərbin ehtiyaclarını və vəziyyətini görür, mövcud situasiyaya uyğun olaraq addımlarını dəyərləndirir. Hətta Rusiyanın zəifliklərindən istifadə etməyi bacarır. İrəvanda isə vəziyyət belə deyil".

Qeyd edək ki, Rusiya və Ermənistan arasında münasibətlər getdikcə daha gərgin hala gəlir. Rusiyanın Xəzər Strateji Tədqiqatlar İnstitutunun baş direktoru İqor Korotçenko bildirir ki, bu halda Azərbaycanın Moskva üçün əhəmiyyəti daha da artır: "Cənubi Qafqazın beynəlxalq aləmdə rolu və əhəmiyyəti artır. Bu, regionda baş verən proseslərlə əlaqədardır. Belə ki, Cənubi Qafqaz qlobal əhəmiyyətə malik olan qlobal multimodal nəqliyyat dəhlizlərinin keçdiyi əsas regiondur. Öz ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan mövqelərini ciddi şəkildə möhkəmləndirib. Eyni zamanda Ermənistan isə onu öz təsir dairəsinə cəlb edən bir sıra təsisatların oyuncağına çevrilib. Biz Fransa, ABŞ kimi ölkələrin və Avropa İttifaqının ayrı-ayrı nümayəndələrinin Ermənistanın köməyi ilə regionda sabitliyi pozmaq və öz milli maraqlarını, həm də region dövlətlərinin maraqları ilə qətiyyən üst-üstə düşməyən məqsəd və vəzifələrini reallaşdırmaq üzrə oynadığı destruktiv rolu görürük. Bu baxımdan başa düşürük ki, Cənubi Qafqazda baş verənlər böyük dərəcədə regiondakı əsas aktorların mövqeyi ilə müəyyənləşəcək. Təbii ki, onlardan biri də Azərbaycandır". Ekspert Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri zamanı prezident İlham Əliyevin ünvanına səsləndirdiyi fikirləri xatırladıb: "Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz". Korotçenko əlavə edib: "Həqiqətən, Azərbaycan regionun təhlükəsizliyinə və sabitliyinə cavabdehdir. Bu kontekstdə Bakıda Rusiya prezidenti Vladimir Putinin və Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə aparılan danışıqlar olduqca mühümdür, deyərdim ki, bu, qlobal beynəlxalq hadisədir". Ekspertin sözlərinə görə, Rusiyada hesab edirlər ki, səfər zamanı imzalanan bir sıra sənədlər Rusiya-Azərbaycan münasibətlərinin kompleks şəklində inkişafına kömək edəcək və bu, Ermənistandan alət kimi istifadə edən xarici aktorların regionda vəziyyəti gərginləşdirmək cəhdlərinin qarşının alınmasına yönəlib. Hesab edilir ki, Ermənistanın Qərbə üz tutması fonunda Azərbaycanla münasibətlərin inkişafı Rusiya üçün sərfəlidir. Bu isə Ermənistanda ciddi narahatlıqla qarşılanır. Rusiya Dövlət Dumasının deputatı Mariya Butina bu fonda qeyd edir ki, Azərbaycan çox ardıcıl və savadlı siyasət yürüdür. O hesab edir ki, danışıqlarda, o cümlədən bağlı qapılar arxasında müzakirə olunan məsələlərin bir çoxunun Rusiya və Azərbaycan üçün uzunmüddətli müsbət nəticələri olacaq: "Vladimir Putinin Bakıya səfəri, şübhəsiz ki, Rusiya-Azərbaycan münasibətləri tarixində yeni səhifə açır".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ