Bazar günü günü, 08 noyabr 2026
     

Antiterror tədbiri Əliyevin "Qafqaz evi" ideyasını da yenidən aktuallaşdırdı...

Image


Ötən ilin oktyabr ayının 24-də Prezident İlham Əliyev qonşu Gürcüstan Respublikasına işgüzar səfəri zamanı Cənubi Qafqazda sülhün və əminamanlığın bərqərar olması naminə çox maraqlı ideya və fikirlər səsləndirdi. Bu fikirlər günümüz üçün də çox aktual olduğundan, bu məsələyə yenidən qayıtdıq.

Azərbaycan Prezidenti ötən il oktyabrda Tiflisdə “Qafqaz evi” ideyasını irəli sürmüşdü.

“...Biz hesab edirik ki, Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Hər halda, bizim niyyətimiz bundan ibarətdir. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Bu gün, eyni zamanda, söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrə başlaması haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq”. Bunu Prezident İlham Əliyev 2022-ci il oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata bəyanatla çıxış edərkən deyib.

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də çıxışında “Cənab Prezident, Sizin Cənubi Qafqazda əməkdaşlıq formatının yaradılması barədə Praqada irəli sürdüyünüz təşəbbüsü də dəstəkləyirəm”-deyə bildirmişdi.

Yeri gəlmişkən, həmin ilin oktyabr ayının əvvəllərində Praqada Prezident İlham Əliyev Cənubi Qafqazda sülhü və sabitliyi təmin etmək üçün Bakı, İrəvan  və Tiflisin  iştirakı ilə üçtərəfli platforma yaratmağı təklif edib. Platforma bir sıra məsələləri əhatə edir. İlham Əliyev Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından Azərbaycan-Gürcüstan-Ermənistan, yəni üçlü formatda vahid müzakirə platformasının yaradılmasının vacibliyini qeyd etmişdi.  Gürcüstanın Baş naziri də Azərbaycan Prezidentinin Praqada və Tiflisdə səsləndirdyi təklifi alqışlayıb. O dövrdə prosesi izləyən müşahidəçilər, siyasi ekspertlər qeyd edirdilər ki, beləliklə, Prezidentin Tiflis səfərinin əsas məqsədi bəlli olub və İlham Əliyev Güney Qafqazın 3 əsas dövlətini bir araya gətirməyi, yeni platforma quraraq, sülhü də, əməkdaşlığı da, gələcəyə dair bütün prosesləri də buradan idarə etməyi planlayıb. Siyasi ekspertlər bildirirdi ki, İlham Əliyev 24 oktyabrda Tiflisdə yaxın gələcəkdəki Qafqaz Evinin təməlini atdı... Tiflisdə Prezdent Əliyevin Qafqaz Evi istiqamətindəki açıqlaması Gürcüstan tərəfindən də təqdir olundu.

Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror  tədbirlərindən sonra Prezidentin ötən il oktyabrda Tiflisdə irəli sürdüyü “Qafqaz evi” ideyasının reallaşması üçün şərait yaranır.

Bu antiterror tədbirləri dövlət başçısının ötən il Tiflisdə irəli sürdüyü “Qafqaz evi” ideyasının gerçəkləşməsinə nə kimi şanslar açır?

  • “İndiki halda Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqazın tarixində yeni bir səhifə açmağa çalışır”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri Elnur Kəlbizadə “Bakı-Xəbər”ə şərhində “Məlum olduğu kimi, “Qafqaz evi”, Qafqaz birliyi, Qafqaz dövlətlərinin fəal əməkdaşlığı ideyasının kökləri hələ XIX əsrə gedib çıxır. Belə bir ideyanın irəli sürülməsində məqsəd Qafqaz regionunun müxtəlif xarici təhlükələrə qarşı birliyinin, bərabərliyinin təmin edilməsi, Qafqazda xalqlar, sonrakı dövrdə isə dövlətlər arasında sülhün və sabitliyin təmin edilməsi olub. Əgər biz tarixə diqqət yetirsək görərik ki, XX əsrin müxtəlif illərində “Qafqaz evi” ideyasının reallaşdırılması istiqamətində təşəbbüslər göstərilmiş, addımlar atılmışdır. Lakin bu addımlar son nəticədə əsasən  erməni milliyyətçi siyasi təşkilatların, terror siyasi qurumlarının Ermənistanın  fəaliyyəti nəticəsində pozulmuşdur”-deyə bildirdi. E.Kəlbizadənin sözlərinə görə, araşdırmalar dəqiqliklə göstərir ki, adətən Qafqaz birliyinin, “Qafqaz evi” ideyasının gerçəkləşdirilməsi məsələsində Azərbaycanla Gürcüstan hər zaman ortaq nəticəyə gələ, ümumi Qafqazın mənafeyinin qorunması uğrunda birgə addımlaya biliblər: “ Eyni zamanda Şimali Qafqazdakı respublikalar da bir çox hallarda bu təşəbbüslərə qoşulublar. XX əsrin sonunda, yəni Sovet ittifaqının süqutundan sonrakı dövrdə isə Şimali Qafqazdakı respublikaların onun federal subyekti olduğunu irəli sürərək Rusiya da bu təşəbbüslərdə iştirak etməyə cəhd göəstərib. Azərbaycanın, Gürcüstanın, o cümlədən də Ermənistanın dövlət müstəqilliklərini bərpa etdikdən sonrakı dövrlərdə bu istiqamətdə atılan ən ciddi addımlardan biri 1996-cı ildə ümummilli lider Heydər Əliyevin Tiflisə səfəri zamanı imzalanmış bəyannamə olub. Bu bəyannamədə Qafqaz birliyi ideyasının reallaşdırılması ilə bağlı mühüm məsələlər öz əksini tapırdı. Sonrakı illərdə “Qafqaz dördlüyü”, eyni zamanda Qafqaz təhlükəsizlik Paktı kimi müxtəlif təşəbbüslər irəli sürülüb. Aydındır ki, əksər hallarda bu cür təşəbbüslərin pozulması halları Ermənistan tərəfindən baş verib.

Bu baxımdan, Prezident İlham Əliyevin 44 günlük müharibənin başa çatmasından sonra region ölkələri və regiona qonşu olan ölkələrin iştirakı ilə bir əməkdaşlıq modelinin qurulması təşəbbüsü ilə çıxış etməsi yenidən “Qafqaz evi” ideyasının dirçəldilməsi istiqamətində atılan addımlardan biri idi. Lakin bəllidir ki, 3 + 3 formatında nəzərdə tutulan dövlətlərin bəziləri, xüsusən də Gürcüstanla Rusiya arasında ciddi fikir ayrılıqları mövcuddur, Gürcüstanın ərazi bütövlüyü ilə bağlı bəzi məsələlər var. Bu baxımdan, indiki halda bu birliyin nüvəsinin həm Rusiyanın, həm Gürcüstanın iştirakı ilə əsasının qoyulması mümkün deyil.  Prezident İlham Əliyevin məsələyə fərqli yanaşması ondan ibarətdir ki, o ilkin mərhələdə Cənubi Qafqazda sabitliyin, sülhün bərqərar olmasını Cənubi Qafqaz Respublikaları arasında qarşılıqlı anlaşmanın təmin olunmasının ilk addımları olaraq görür.  Eyni zamanda Gürcüstanla fikir ortaqlığına gəlmənin daha real olduğunu aydın şəkildə görür. Qafqaz birliyinin, “Qafqaz evi”nin,  Cənubi Qafqaz Respıublikaları arasında qarşılıqlı əməkdaşlıq platformasının yaradılması üçün əsas maneənin Ermənistan olduğunu aydın şəkildə bilir.  Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad edib, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıyıb. Azərbaycan  öz ərazisində yaşayan erməni sakinlərin  reinteqrasiya prosesinə start verməklə yenidən Qafqazda sülhü, əməkdaşlığı, davamlı inkişafı təmin edəcək. Eyni zamanda Cənubi Qafqaz Respublikaları arasında ortaq maraqlara əsaslanan qarşılıqlı əməkdaşlığı təşviq edəcək “Qafqaz evi” ideyasının yeni bir formatda, tamamilə yeni bir baxış əsasında qurulması təşəbbüsü ilə çıxış edir. Müstəqillik dövrünün təcrübəsi   göstərir ki, Azərbaycan onsuz da özünün həm iqtisadi, həm siyasi inkişafını təmin edib. Gürcüstan Azərbaycan və Türkiyə ilə fəal şəkildə əməkdaşlıq edir, eyni zamanda Azərbaycanın özünün neft-qaz layihələrini Gürcüstan ərazisindən keçirməsi nəticəsində bu istiqamətdə Gürcüstan da ciddi addımlar atıb. E.Kəlbizadənin sözlərinə görə, amma Ermənistan sırf Azərbaycan ərazilərini işğalda saxlaması səbəbindən uzun illər ərzində həm inkişafdan, həm də regiondakı əsas inkişaf layihələrindən geri qalıb. “Bu baxımdan qalib Azərbaycanın  məğlub Ermənistana belə bir əməkdaşlıq platformasında iştirak etməyi təklif etməsi Azərbaycanın, eyni zamanda Azərbaycan Prezidentinin hadisələrə, proseslərə necə uzaqgörənliklə baxdığının göstəricisidir. Bəllidir ki, istənilən halda regionda münaqişələrin qalması Cənubi Qafqaz Respublikalarının daha yaxşı inkişaf etməsinin qarşısını alır, regionda xalqlar arasında düşmənçiliyin olması qarşılıqlı etimad mühitini zədələyir. İndiki halda Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqazın tarixində yeni bir səhifə açmağa çalışır. Bu yeni səhifədə sülh, sabitlik,  inkişaf, birgəyaşayış istəkləri aydın şəkildə görünür. Bir az da önə gedərək açıq şəkildə demək olar ki, Azərbaycan Prezidenti gələcəkdə hətta Avropa İttifaqı formatında fəaliyyət göstərə biləcək bir Cənubi Qafqaz əməkdaşlıq platforması üçün ilk addımlar atır”-deyə E.Kəlbizadə qeyd etdi.

İradə SARIYEVA 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ