ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatı genişləndirməyi nəzərdən keçirir və bu məqsədlə bölgəyə yeni qüvvələr və texnika cəmləşdirilir.
“The Wall Street Journal” (WSJ) mənbələrə istinadən xəbər verir ki, Trampa daha güclü hərbi imkanlar vermək üçün Yaxın Şərqə qoşun, tibb işçisi və texnika daşınır. Bildirilir ki, Tramp İranla münaqişəni daha da genişləndirçəyi nəzərdən keçirir.
Qeyd edildiyi kimi, son bir həftə ərzində ABŞ Xüsusi Əməliyyat Qüvvələri Yaxın Şərqə yerləşdirilib. Qırıcı eskadrilyalar da bölgədəki ABŞ bazalarına gətirilib.
Tahir TAĞIYEV