Aİ-nin Rusiya əleyhinə 21-ci sanksiya paketi Rusiya və Belarusdakı neft emalı zavodlarını əhatə edəcək.
Bu barədə qərarı Aİ-nin Xarici İşlər üzrə Ali Nümayəndəsi Kaja Kallas açıqlayıb.
Onun sözlərinə görə, yeni sanksiyalar 100-dən çox bank və kriptovalyuta operatoruna, eləcə də Rusiya və Belarusdakı neft emalı zavodlarına təsir göstərəcək..
Kallas 21-ci sanksiya paketini son dörd ildə ən böyük vahid paket kimi təsvir edib. Buraya 218-dən çox maddə daxildir. Aİ-nin Ali Nümayəndəsi həmçinin məhdudiyyətlərin 40 dəniz gəmisinə və 50-dən çox müdafiə sənayesi müəssisəsinə təsir edəcəyini bildirib.
SAMİRƏ