ABŞ kəşfiyyat analitikləri İranın Fars körfəzindəki MKİ hədəflərinə qarşı hücumlarında Rusiyanın mümkün köməyini araşdırır.
Reuters xəbər verir ki, hazırda Rusiyanın hədəfləmə məlumatları və ya qabaqcıl dron texnologiyası təmin edib-etməməsi ilə bağlı nəzəriyyələr nəzərdən keçirilir.
Agentliyin mənbələrinə görə, Rusiyanın hücumlarda mümkün iştirakı ilə bağlı hələlik qəti nəticələr əldə edilməyib. Lakin onlar MKİ hədəflərinə qarşı hücumların "effektivliyini və zahiri dəqiqliyini", eləcə də Rusiyanın İrana geniş texniki dəstəyini mümkün dəlil kimi göstəriblər.
Rusiyanın iştirakı ilə bağlı şübhələr 17 iyulda İordaniyadakı ABŞ hava bazasına ballistik raket hücumlarından və iki əsgərin ölümündən sonra artıb. Bundan əlavə, analitiklər Rusiyanın ABŞ-a zərər vermək üçün məxfi məlumatlardan istifadə edə bilən və bunu etməkdə maraqlı olan azsaylı ölkələrdən biri olduğunu qeyd edir.
SAMİRƏ