Bazar ertəsi günü, 09 noyabr 2026
     

Ermənilər sülh danışıqlarından imtina etdi - üfüqdə müharibə görünür...

Image


Son günlərdə həm şərti sərhəd zonasında, həm də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qanunsuz erməni silahlı birləşmələrinin təxribatlarının sayında ciddi artım müşahidə edilir. Belə görünür ki, erməni tərəfi regionda hadisələrin sülh müstəvisində inkişafında maraqlı deyil. Azərbaycan Müdafiə Nazirliyi də artıq bu xüsusda müvafiq xəbərdarlığını edib.

Nazirlik bildirir ki, yuxarıda qeyd olunan istiqamətlərdə Ermənistan silahlı qüvvələrinin aktivliyi müşahidə olunur: “Ərazidəki qeyri-qanuni birləşmələr və Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən döyüş mövqelərinin şəxsi heyət, silah-sursat baxımından gücləndirilməsi, eləcə də yeni müdafiə hədlərinin, səngərlərin, uzunmüddətli fortifikasiya qurğularının hazırlanması və əraziyə minaların basdırılması müşahidə olunub. Bundan başqa, qanunsuz hərbi birləşmələrin üzvlərinin Qarabağ iqtisadi rayonunun bir neçə yaşayış məntəqəsində müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirməsi, mülki əhalinin kütləvi şəkildə silahlandırılması faktları da məlum olmuşdur. Planlaşdırılmış şəkildə atəş mövqeləri bir çox hallarda yaşayış evlərinin yaxınlığında yerləşdirilir. Qeyd olunan fəaliyyətlərin dayandırılması barədə Azərbaycan tərəfinin tələblərinin dəfələrlə Rusiya sülhməramlı kontingenti vasitəsilə Ermənistan tərəfinə bildirilməsinə baxmayaraq, qeyri-qanuni erməni silahlı birləşmələrinin daha da aktivləşməsi və Azərbaycan ərazilərində intensiv döyüş hazırlığı tədbirlərini həyata keçirməklə yeni təxribatlara hazırlıq işlərini görməsi müşahidə olunur. Bu kimi qanunsuz və təhrikçi fəaliyyətlərin bölgədə gərginliyin artmasına səbəb olduğunu nəzərə alaraq bildiririk ki, baş verə biləcək istənilən hadisələrə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”. Bunlar fonunda bəlli olub ki, avqustun 14-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən atəş mövqelərinin dəstəyi ilə Azərbaycan ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin qarşısında təxribat məqsədilə mühəndis işləri görməyə cəhd göstəriblər. Lakin ordumuz tərəfindən aparılan işlərin dərhal dayandırılması və atəş nöqtələrinin susdurulması məqsədilə təxirəsalınmaz tədbirlər görülüb. Ekspertlər hesab edir ki, mövcud vəziyyətdə erməni tərəfi regionda sülhdən yayınır və təxribatçı əməllərə daha çox üstünlük verir. Təbii ki, burada müəyyən xarici qüvvələrin rolu da az deyil. Rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktori İqor Korotçenko hesab edir ki, bu hal yeni toqquşmaları istisna etmir: “2023-cü ilin sonuna kimi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması nəzəri cəhətdən mümkündür. Amma siyasi vəziyyətin inkişaf dinamikasına, Ermənistan və Qarabağ separatçılarının davranışına baxanda nikbinlik bədbinliklə əvəzlənir”. Onun sözlərinə görə, Bakının təşəbbüsləri ermənilər tərəfindən düzgün qarşılanmır. Ekspert bunu belə izah edir: “Bakı Qarabağ ermənilərinin Azərbaycanın qanuni və hüquqi məkanına reinteqrasiya məsələlərini real müzakirə etmək üçün bir neçə dəfə onları görüşə dəvət edib. Amma belə təkliflərə heç bir müsbət reaksiya olmayıb. Azərbaycanın Qarabağ iqtisadi rayonu Ermənistan silahları, mina və hərbi texnikaları ilə doldurulur. Rəsmi Bakı gömrük və sərhəd-baxış nəzarəti yaratmağa, giriş-çıxışa müəyyən məhdudiyyətlər qoymağa məcbur oldu. Beynalxalq hüquqa görə bu, Bakının təbii haqqıdır. Amma erməni diasporu və İrəvan hakimiyyəti baş verən hadisələrə çox neqativ reaksiya verir. Hətta hərbi provokasiyaların şahidi olduq. Bunlar hamısı sülh razılaşmasının əldə olunmasına mane olur”.

Yaxın zamanlara kimi sülhün əldə edilməsinin olduqca real göründüyünü deyən hərbi ekspert bildirib ki, separatçıların təxribatı hər şeyi sıfırladı: “Bu yaxınlarda Moskvada Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə prinsip etibarı ilə müəyyən razılaşmalar əldə olundu. “Kommersant” qəzetindəki yazıdan da məlum olur ki, humanitar təchizatla bağlı Ağdam-Xankəndi yolunun açılması danışılmışdı. Hətta 24 saat sonra Laçın yolu ilə trafikin reallaşdırılması, Azərbaycan hakimiyyəti ilə Qarabağ erməniləri arasında praktik danışıqlar haqqında da razılaşmalar var idi. Amma separatçılar tərəfindən edilən provokasiya əldə olunmuş razılaşmaların pozulmasına gətirib çıxardı. Nəticədə hər şey sıfırlandı”. Korotçenko sülhün əldə olunmasına mane olmaq üçün erməni diasporunun xüsusi canfəşanlıq göstərdiyini bildirib: “Azərbaycan əleyhinə güclü informasiya təzyiqi kampaniyası müşahidə edirik. Müxtəlif ölkələrdə bir sıra erməni lobbiləri tələblər səsləndirir. Onlar Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaq, əlverişsiz təkliflər sırımaq, Qarabağ ermənilərinin Azərbaycanın hüquqi məkanına reinteqrasiya yolunda hansısa nəzarət mexanizmi tətbiq etmək, Laçın sərhəd məntəqəsini zorla keçmək kimi provokasiyalar dilə gətirirlər. Onlar hər yerə bəyan edirlər ki, guya Qarabağ erməniləri blokadaya düşüb və az qala yeni “erməni soyqırımı” başlayıb. Bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının çağırılmasını istəyirlər. Hansı soyqırımdan söhbət gedə bilər ki? Separatçılar humanitar təchizatdan, lazım olanlardan özləri imtina edərək Ağdam-Xankəndi yolunu bağlayırlar. Ona görə gözləyək, görək bu vəziyyət nə ilə bitəcək. Amma aydındır ki, Ermənistan Azərbaycanı nəyəsə məcbur edə bilməyəcək. Hətta müxtəlif ölkələrdəki erməni lobbilərin təzyiqi Azərbaycanı öz milli maraqlarına zidd addım atmağa vadar etmək gücündə deyil. Bir sözlə, Qarabağ ermənilərinin Azərbaycanın hüquqi məkanına könüllü inteqrasiyadan başqa yolu yoxdur. Onlar Azərbaycan vətəndaşı olaraq məsuliyyət və hüquqlar əldə etməlidir. Amma köçmək üçün yol açıqdır: Kaliforniya, Marsel, Ermənistan - hara istəsələr, gedə bilərlər”. Ekspert bildirib ki, sülh və rifahın əldə olunmasına Ermənistanla yanaşı, xarici qüvvələr də müəyyən əngəllər yaradır. Beləliklə, son günlərdə baş verən təxribatlar, o cümlədən Laçın istiqamətinə toplanan ağır texnikalar, habelə “TIR şousu” bölgədə vəziyyəti gərginləşdirməkdən başqa bir amala xidmət etmir. “Ermənistanda revanşist qüvvələr xaricdəki himayədarlarının göstərişi ilə sülh prosesinə əngəl yaradırlar, Azərbaycana qarşı qanunsuz, absurd iddialar irəli sürürlər. Ermənistanın Yevlaxda keçirilməsi planlaşdırılan görüşdən imtinası, diplomatik səylərə qəsdən mane olması və erməni silahlı qüvvələrinin ərzilərimizdə hərbi-mühəndislik işlərini və digər hərbi quruculuq fəaliyyətini davam etdirməsi ölkəmizdən adekvat addımlar atmağı tələb edir. Digər tərəfdən, bu gün beynəlxalq ictimaiyyətin Ermənistanın təxribatlarına adekvat reaksiya verməsi olduqca önəmlidir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ