Bazar ertəsi günü, 09 noyabr 2026
     

Sosial-iqtisadi tərəqqiyə vətəndaş cəmiyyəti əvəzedilməz töhfələr verir

Image


Bu gün istənilən öllkənin sosial-iqtisadi tərəqqisinin uğuru vətəndaş cəmiyyətinin mövcudluğundan da birbaşa asılıdır. Hər halda, bunun əyani nümunəsini Azərbaycanın timsalında görmək olar.

Ölkəmizdə vətəndaş cəmiyyətinin sürətli inkişafı nəticə etibarı ilə Azərbaycanın iqtisadi tərəqqisinin daha yüksək göstəricilərlə ifadə olunmasının əsas səbəblərindən biridir. Bu mənada təsadüfi deyil ki, Azərbaycanın inkişafı sürətləndikcə, vətəndaş cəmiyyətinin yüksəlişi də buna paralel şəkildə gedir.

  • Vətəndaş cəmiyyəti inkişaf üçün güclü hərəkətverici qüvvədir

Təbii ki, ölkəmizin və vətəndaş cəmiyyətinin inkişafının paralel getməsində qanunauyğunluq var. Məsələ burasındadır ki, istənilən ölkədə cəmiyyətin mürəkkəb quruluşu, inkişafın dinamikası, sosial bərabərsizlik müxtəlif iqtisadi maraqların daşıyıcısı kimi çıxış edən fərqli təbəqələrinin mövcudluğunu müəyyən edir. İstənilən cəmiyyətdə bir çox iqtisadi kateqoriyalar arasında məhsuldar qüvvələrin, iqtisadi və digər münasibətlərin, eləcə də  idarəetmənin bütün səviyyələrində inkişaf üçün güclü hərəkətverici qüvvə kimi çıxış edən iqtisadi maraqlar xüsusi əhəmiyyət kəsb edir.

İqtisadi maraqlar nəzərə alınmadan heç bir aktual sosial-iqtisadi problemləri həll etmək mümkün deyil. Şəxsi mülkiyyət institutunun yaradılması fərdin iqtisadi müstəqilliyinin, bütün təsərrüfat subyektlərinin iqtisadi maraqlarının təhlükəsizliyinin və sabit şəkildə həyata keçirilməsinin əsasına çevrilir. Hər bir fərd, sosial qrup və cəmiyyət öz iqtisadi maraqlarının daşıyıcısıdır. Şəxsiyyətin iqtisadi maraqları öz məcmusunda unikaldır, baxmayaraq ki, fərdlərin bəzi maraqlarının təbiətcə kifayət qədər yaxın olduğunu iddia etmək olar. Bir tərəfdən, ictimai iqtisadi maraqlar fərdi maraqlar tərəfindən formalaşır. Digər tərəfdən, cəmiyyətin iqtisadi maraqları formalaşır, bu da fərdi maraqları istiqamətləndirir. Bu maraqlar sistemində dövlət vətəndaşların və cəmiyyətin inkişafı üçün ən yaxşı şəraiti təmin edən tərəfdir. Ümumi maraqlara əsaslanaraq, əvvəllər uzlaşmayan şəxsi və qrup maraqları arasında ortaq məxrəc tapmaq dövlət sayəsində mümkün olur. Amma  dövlətdən asılı olmayaraq, hər hansı bir fərd, hər hansı bir qrup sosial bütövün bir hissəsidir, onların mövqeləri ümumi maraqla təmsil olunur. Bu səbəbdən hər şeydən əvvəl, onlar bu sosial bütövlüyün qorunub saxlanmasında maraqlıdırlar, bundan kənarda mövcudluqları qeyri-mümkündür. Bu fonda məhz vətəndaş cəmiyyəti fərdi ehtiyacların və məqsədlərin təmin olunması ilə dövlətin siyasi strukturları tərəfindən davranışın müəyyən edilməsi arasında güzəştə getmək zərurətindən yaranır. O, fərdlərin və qrupların spesifik, ümumi qəbul edilmiş və konstitusiya ilə rəsmiləşdirilmiş maraqlarının, cəmiyyət və onun əxlaqi-normativ sistemi ilə, dövlətlə isə öz siyasətinin bütün formaları ilə qarşılıqlı əlaqəsinin tənzimləyicisidir.

  • Şəxsi maraqların müdafiəsində də vətəndaş cəmiyyəti müstəsna rol oynayır

Fərdi və sosial qruplara münasibətdə vətəndaş cəmiyyəti özünüidentifikasiya, müdafiə, leqallaşdırma, xarici təmsilçilik, genişlənmə, lobbiçilik və sosial institutlaşma funksiyalarını yerinə yetirir. Bundan əlavə, vətəndaş cəmiyyəti real demokratiyanı təmin edən və bütün vətəndaşların mənafeyini qoruyan yeganə mexanizmdir. Cəmiyyət insanların birgə həyatı nəticəsində formalaşan sosial və iqtisadi əlaqələrin, norma və institutların ayrılmaz, sabit sistemidir.

Cəmiyyətdə insanların fəaliyyətini əlaqələndirən, əməkdaşlığa sövq edən müəyyən mexanizm var. İqtisadiyyat elmi nöqteyi-nəzərindən bu, bazarın özünəməxsus institutları ilə əlaqələndirilməsi mexanizmidir. Qurumlar dedikdə, müvafiq hüquq və vəzifələrə malik olan subyektlərin mövqeyini müəyyən edən ictimai qaydalar sistemi nəzərdə tutulur. Vətəndaş cəmiyyəti institutları hakimiyyətə təsir və hakimiyyət orqanlarına nəzarət yolu ilə hər kəsin şəxsi maraqlarının müdafiəsini təmin edir. Bu, vətəndaş cəmiyyətinin funksiyasıdır. Vətəndaş cəmiyyəti dövlətlə eyni deyil. Dövlət vətəndaş cəmiyyətinə xidmət etməyə çağırılır, çünki dövlət institutlarını formalaşdıran və saxlayan cəmiyyətdir və buna görə də onların fəaliyyətinə rəhbərlik, nəzarət etmək hüququna malikdir. Qeyd etmək lazımdır ki, vətəndaş cəmiyyətinin və onun institutlarının inkişaf dərəcəsi aşağıdakı kimi problemlərin həllini müəyyən edir:  dövlət hakimiyyəti institutlarında korrupsiyanın və digər neqativ təzahürlərin aradan qaldırılması;  dövlət aparatının və dövlət institutlarının cəmiyyət qarşısında məsuliyyətinin artırılması;  ölkə əhalisinin həyat səviyyəsinin yüksəldilməsi; terrorizmə qarşı effektiv mübarizə və qloballaşmanın ölkə üçün mənfi nəticələrinin aradan qaldırlması. Təbii ki, bu ən mühüm milli maraqların siyahısı onların bütün spektri ilə məhdudlaşmır. Vətəndaş cəmiyyəti institutlarının inkişafı, onların yeni siyasi və iqtisadi rol və əhəmiyyət kəsb etməsi XXI əsrin birinci onilliyindən etibarən özünü daha qabarıq büruzə verir. Bu, artıq  aparıcı qlobal inkişaf tendensiyasına çevrilib. Bu gün xaricdə vətəndaş cəmiyyəti institutları tədricən dövlət institutlarını əvəz edir. Bu, həm cəmiyyətin idarə olunmasının səmərəliliyinin artmasına, həm də iqtisadi effektivliyə təsir göstərir. Eyni zamanda, qloballaşmanın liderləri olan inkişaf etmiş ölkələrin iqtisadiyyatına və sosial həyatına onların təsiri çox böyükdür. Orada vətəndaş cəmiyyəti institutları, ilk növbədə yerli özünüidarəetmə orqanları inkişaf üçün böyük resursdur. Bundan əlavə, millətin elmi, mədəni və təhsil potensialının həyata keçirilməsində vətəndaş cəmiyyətinin fəal köməyi özünü daha qabarıq büruzə verir. Azərbaycan da məhz bu təcrübədən yararlanır. Ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının yaradılmasının stimullaşdırılması da buradan qaynaqlanır. Nəzərə alınır ki, özəl və dövlət sektorları arasında müxtəlif qarşılıqlı əlaqə institutlarının yaradılması prosesi obyektiv olaraq müasir iqtisadi sistemlərin inkişaf meylləri ilə müəyyən edilir. Dünya təcrübəsinin göstərdiyi kimi, bu qurumlar cəmiyyətin fəaliyyətinin və həyat təminatının səmərəliliyini artırmağa, bir çox iqtisadi və sosial problemləri həll etməyə imkan yaradır, biznes və dövlət orqanları arasında risklərin məqsədəuyğun bölüşdürülməsinə töhfə verir. Bu təcrübənin ölkəmizdə tətbiqi Azərbaycanın inkişafını daha dinamik hala gətirir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ