çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Ermənistan Avropa İttifaqının sanksiyalarının bir addımlığına çatdı…

Image


Avropa Komissiyası Avropa İttifaqının üzv ölkələrinə Rusiyaya qarşı sanksiyaların 11-ci paketi üzrə təkliflərini göndərib. Məlumatlara görə, 11-ci paket barədə qərar mayın ikinci yarısında qəbul oluna bilər və bu, Avropa İttifaqı standartları ilə o qədər də uzun müddət deyil.

Bunun iki səbəbi var. Səbəblərdən biri budur ki, Avropa Komissiyası paketin məzmunu ilə üzv ölkələri hələ aprel ayında tanış edib və bu paket əvvəlki paketlərdən az fərqlənir. Sənədin sürətlə qəbul olana biləcəyinin ikinci səbəbi buradakı sanksiyaların əvvəlikilərlə müqayisədə, belə demək olarsa, zəifliyidir.

Bu sanksiyalarda əsasən bundan əvvəlki sanksiyalardan yayınmanın qarşısının alınması məqsədilə boşluqlar doldurulur. Yeni sanksiyalar Rusiya iqtisadiyyatını əhəmiyyətli şəkildə təsirləndirməyəcək. Bu ona görədir ki, Macarıstan və bir neçə başqa ölkə Rusiyaya qarşı bundan sonra hər hansı enerji sanksiyalarını dəstəkləməyəcəklərini bildirib. Yenilik bundan ibarətdir ki, bu paketdə hər halda Rusiyanın enerji sektorunu hədəfləyən müddəalar yer alıb. Bu təkliflərə görə, Almaniya və Polşaya Rusiyanın “Drujba” neft kəmərinin şimal sektoru ilə neftin qəbulu üçün verilmiş icazə müddəti bitir. Berlin və Varşava bu müddəalara etiraz etməyə bilərlər, çünki onlar başqa mənbələrdən neft almaq imkanındadırlar. “Drujba” kəmərinin cənub sektoru ilə Rusiyadan neft alan Macarıstanı və bir sıra Mərkəzi Avropa ölkələrini isə bu qane etməyəcək. Amma 11-ci sanksiya paketinin ən önəmli cəhətlərindən biri də budur ki, orada Aİ sanksiyalarından bilərəkdən yayınan üçüncü ölkələr hədəflənir. Yeni sanksiya paketi ilə tanış mənbələr bildirirlər ki, Rusiyaya sanksiyalardan yayınmaqda alət olan ölkələrə sanksiyalar qoyulmazdan əvvəl Brüssel bu ölkələrlə ikitərəfli əlaqələrini möhkəmləndirməlidir. Sənəddə ikincili sanksiyalarla hədəflənəcək ölkələrə bu barədə xəbərdarlıq edilməsi nəzərdə tutulur ki, bəlkə onlar bunun qarşısını almaq üçün müəyyən tədbirlər görə bilsinlər. Yeni sanksiya paketinin ən əngəlli hissəsi 8 Çin şirkətinə qarşı sanksiyalardır. Onların Kremlin hərb maşınına kömək etdikləri deyilir. Burası da var ki, onlar böyük şirkətlər yox, məqsədli şəkildə yaradılmış firmalardır. Elə bu səbəbdən də bu şirkətlərlə bağlı sanksiyalara Aİ üzvlərinin iradı az olacaq. Çünki bəzi Aİ üzvləri Çinlə ticarət münasibətlərinin korlanmasını istəmirlər. Təkliflərin qalan hissəsi mövcud sanksiyaların sərtləşdirilməsi üçündür. Aİ Rusiyaya indiyədək minlərlə məhsulun ixracını qadağan edib, lakin Rusiyanın özünün mikroçiplər istehsal etmək qabiliyyətində olduğunu nəzərə alaraq qadağan siyahısına yarımkeçiricilər, mikroçiplərin yoxlanması üçün test cihazları, optik komponentlər və dənizçilik cihazlarında istifadə olunan bir sıra metallar daxil edilib. Yeni sanksiyalara görə, Rusiyanın “RT Balkans” telekanalının Aİ-də yayım üçün lisenziyası dayandırılacaq. Rusiyada qeydiyyatdan keçmiş yük maşınlarının Aİ yollarında hərəkəti qadağan olunacaq. Qadağan siyahısına, hətta Rusiya materiallarından istifadə olunmaqla başqa ölkələrdə istehsal olunmuş mallar da daxil ediləcək.

Hesab edilir ki, mövcud vəziyyətdə Aİ-nin sanksiyalarına məruz qalacaq ölkələrdən biri də Ermənistan olacaq. Çünki hələ də Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir. Xatırladaq ki, son dövrlərdə çoxsaylı nüfuzlu Qərb mediası bunu fəal şəkildə gündəmə gətirir. Yenidən bu mövzuya toxunan “Euroactiv” portalı yazır ki, Ermənistan Qərb texnologiyalarının Rusiyaya daşınmasında mühüm rol oynayır: “Azərbaycanı Türkiyə və İsrail dəstəklədiyi halda, Ermənistan İran və Rusiyanın tərəfini seçib ki, bu da onların beynəlxalq arenadakı hazırkı rolu nəzərə alınmaqla Ermənistanın Avropa ilə münasibətlərini ciddi şəkildə poza bilər”. Məqalədə Ermənistanın bu təsirdən uzaqlaşa bilib-bilməyəcəyinə dair ritorik sual verilir: “İsrailin qatı düşməni olan, uzun illərdir Cənubi Qafqazda öz qaydalarını diqtə etməyə çalışan İran Rusiya ilə strateji və enerji müqaviləsi olan Ermənistana dəstəyi artırıb. Öz növbəsində, Rusiyanın Ermənistan üzərində uzunmüddətli təsir tarixçəsi var”. Məqalədə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyovdan sitat gətirilir: “Rusiyanın Ermənistanda bazaları var. Ermənistanın sərhədlərinin böyük hissəsi Rusiya FTX tərəfindən qorunur, Ermənistan iqtisadiyyatının 75 faizi isə Rusiya şirkətlərinə məxsusdur. Moskvadan uzaqlaşmaq çətin olacaq”. Ermənistan BMT-də həmişə, o cümlədən 2014-cü ildə Krımın qeyri-qanuni ilhaqından sonra Rusiyaya dəstək verdiyi halda, Azərbaycan hər zaman öz azadlığını qoruyub saxlamağa çalışıb. Azərbaycan 2022-ci ildə müharibə başlayandan sonra Ukraynaya yardım edən ilk Qafqaz ölkəsi oldu. Ukrayna prezidenti Volodimir Zelenski 2022-ci il fevralın 26-da SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrinə təcili tibbi yardım maşınlarını pulsuz yanacaqla təmin etmək göstərişi verildiyinə görə Azərbaycan hökumətinə təşəkkür edib. Həmçinin Azərbaycan Ukraynaya tibbi ləvazimatlar da tədarük edib: “Beləliklə, İran və Ermənistan, eləcə də Rusiya arasında sıx münasibətlər İrəvanın Avropaya sədaqətində ciddi problem yaradır. Ancaq hətta bu cür məqamda belə Fransa prezidenti Emmanuel Makron İrəvanı Tehran və Moskva ilə əlaqələrinə görə heç vaxt pisləmir, əksinə, Ermənistanı fəal şəkildə dəstəkləyir”. Lakin  bunlara baxmayaraq, Ermənistan Aİ-nin 11-ci sanksiyalar paketinə tuş gələ bilər. Özü də ən yaxın müddət ərzində.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ