çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Faşist Almaniyasının həqiqi kapitulyasiya tarixi - tarixçilərimizin rəyi...

Image


Məlum olduğu kimi, Ukrayna prezidenti Vladimir Zelenski İkinci Dünya müharibəsində nasizm üzərində Qələbə gününün 9 maydan 8 may tarixinə keçirilməsini təklif edib. Eyni zamanda, mayın 9-u əvvəllər mayın üçüncü şənbə günü qeyd edilən “Avropa Günü” olacaq.

Bu barədə “RBK-Ukraina” Zelenskinin fərmanına istinadən xəbər verir. Sənəddə vurğulanır ki, Ukraynada hər il mayın 9-da Avropa İttifaqı dövlətləri ilə birlikdə qeyd olunan “Avropa Günü” təsis edilsin.

Zelenski bildirib ki, Ukrayna Ali Radasına 1939-1945-ci illər İkinci Dünya müharibəsində 8 Mayın Anım və Nasizm üzərində Qələbə Günü kimi təsis edilməsini təklif edən qanun layihəsi təqdim edib. Zelenski xatırladıb ki, məhz mayın 8-də nasizm üzərində qələbə dünya xalqlarının əksəriyyətinin yaddaşında qalıb və 8 may 1945-ci ildə Faşist Almaniyası kapitulyasiya aktını imzalayıb.

Faşist Almaniyasının həqiqi kapitulyasiya tarixi hansı günə təsadüf edir?

  • Aydın Quliyev: “Göründüyü kimi, antifaşist qələbənin gerçək tarixi aktın həqiqətən qüvvəyə mindiyi 8 maydır”

“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində bu barədə  “Antifaşistlərin 9 may qələbəsi ətrafında çox maraqlı hadisələr baş verir. Bir hadisə budur - Ukrayna prezidenti Zelenski 9 may qələbəsinin qeyd olunmasını mayın 8-nə dəyişib, mayın 9-u tarixinin isə Avropa günü kimi qeyd olunmasını rəsmiləşdirib. Bu haqda Ali Radaya, yəni Ukrayna parlamentinə qanun layihəsi göndərib”-deyə qeyd edib. 

A.Quliyev daha sonra yazır: “Zelenski qərarını belə izah edib ki, faşist Almaniyasının qeyd-şərtsiz kapitulyasiya aktı məhz mayın 8-də qüvvəyə mindiyi üçün Qələbə tarixi 8 maydan hesablanmalıdır. Bəziləri bunu Zelenskinin Rusiyaya nifrətdən doğan emosional qisasçılığı kimi başa düşərək qərarı təftiş edirlər...

Bir dostum xahiş etdi ki, mübahisənin həqiqi tarixi məzmunu barədə bildiklərimi anladım. Beləliklə...
Faşist Almaniyasının kapitulyasiya aktı 1945-ci il mayın 7-də Avropa vaxtı ilə gecə saat 3-də Fransanın Reyms şəhərində imzalandı. Amerika, Britaniya, Sovet nümayəndəsi və Almaniyanın baş qərargah rəisi imzaladı. Bu akt Moskva vaxtı ilə mayın 8-də gecə 23-də qüvvəyə mindi. Stalin müttəfiqlərdən tələb etdi ki, kapitulyasiya aktının rəsmən bəyan edilməsi 36 saat təxirə salınsın ki, Sovet hökuməti kapitulyasiya aktının təkrar imzalanma mərasimini təşkil edə bilsin. Beləliklə, 45-ci il mayın 8-dən 9-a keçən gecə saat 1-də Berlin yaxınlığında Karlsxorst şəhərində Sovet hökuməti adından Almaniyanın 2-ci, lakin 1-ci ilə eyni olan kapitulyasiya aktı imzalandı... Onu da deyim ki, "Assoşieyted press" agentliyi oyunpozanlıq edərək mayın 7-də gündüz saatlarında xəbəri yaydı və buna görə müxbir Eduard Kennedi Agentlikdən azad edildi.

Göründüyü kimi, antifaşist qələbənin gerçək tarixi aktın həqiqətən qüvvəyə mindiyi 8 maydır. Sovetlər qələbəni 9 maya aid etsə də, Avropa məkanı üçün qələbənin günü 8 maydır. Zelenskinin bildiyi və əsaslandığı tarixi gerçək belədir.

O ki qaldı ümumən Almaniyanın kapitulyasiya ideyasına, bunun da müəllifi və təşəbbüskarı Sovet hökuməti olmadı. Kapitulyasiya ideyasını ilk dəfə 1943-cü ilin yanvarında Antihitler koalisiyasının Kasablanka konfransında ABŞ prezidenti Ruzvelt irəli sürdü və kapitulyasiya aktının mətnini hazırlamaq üçün Ali Məşvərət Komissiyası yaradıldı...

9 mayın gerçək tarixi budur və müzakirələrə hazıram...”

  • Mais Əmrahov: “Sovet qoşunları mayın 1-də Berlinə daxil olub və mayın 8-də kapitulyasiya aktı imzalanıb, 9 may isə SSRİ-də Qələbə günü  élan olunub”

Tarix elmləri doktoru, professor Mais Əmrahov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Hitler Almaniyası kapitulyasiya aktını mayın 8-də imzalasa da, Stalinin fərmanı ilə keçmiş SSRİ-də mayın 9-u qeyd edilib. “Kapitulyasiya aktı 8 mayda imzalanıb, amma Stalinin əmrinə əsasən bunu mayın 9-dan hesablayıblar. 8 may Berlinin alınması ilə bağlı məsələdir. Sovet qoşunları mayın 1-də Berlinə daxil olub və mayın 8-də kapitulyasiya aktı imzalanıb, 9 may isə SSRİ-də Qələbə günü élan olub. Faşizm üzərində Qələbənin 9 mayda qeyd edilməsi  Stalinin qərarı olub, bu SSRİ-yə aid idi. Mənim şəxsi fikrimi soruşsanız deyərdim ki, heç bu qələbə günü qeyd olunmasın. Amma Azərbaycan bu müharibədə iştirak etdiyi və 350 min nəfər də vətəndaşımız həlak olduğu üçün biz Azərbaycanın o müharibədəki mübarizəsinin əhəmiyyəti olaraq onu qeyd edirik. Çünki o veteranları yaddan çıxara bilmərik. Fikrimcə, 9 may hələlik qalmalıdır. Amma bizim özümüzün bayramımız noyabrın 10-dur. Vətən müharibəsi termini ordan meydana gəlir. SSRİ uğrunda gedən müharibə SSRİ-yə daxil olan xalqların Vətən müharibəsi deyildi, məcbur olunmuş bir müharibə idi”-deyə M.Əmrahov qeyd etdi.  

  • Mehman İsmayılov: “Stalin qələbəni özəlləşdirmək məqsədilə onun 9 mayda keçirilməsi ilə bağlı əmr imzalayıb”

Politoloq Mehman İsmayılov da hesab edir ki, Zelenski tamamilə gerçəkliyi ifadə edib: “Bütün dünya İkinci Dünya müharibəsinin sonunu 8 mayda qeyd edir. Məhz 8 mayda nasist Almaniyasının rəhbərliyi kapitulyasiya aktını imzalayıb. Bu faktdır və bütün dünya  bunu bilir. Stalinin göstərişi ilə  bunu 9 maya keçiriblər ki, qələbənin əsas nüvəsinin Sovet İttifaqı olduğunu göstərsinlər. Əslində, 9 may kommunist-bolşeviklərin düşündüyü bir gündür”.

Faşist Aımaniyasının kapitulyasiya aktını 9 mayda imzaladığını qələmə vermək Stalinin ideyası, düşüncəsi, qərarı olub. “Stalin qələbəni özəlləşdirmək məqsədilə onun 9 mayda keçirilməsi ilə bağlı əmr imzalayıb. Necə ki, bu gün Rusiya bunu edir. Guya nasist Almaniyasına qarşı mübarizənin əsas ağırlığını Sovet İttifaqı daşıyıb. Halbuki, bütün xalqlar orada mübarizə aparıblar. ABŞ, Böyük Britaniya da bu mübarizədə iştirak edib. Təəsvvür edin, dünyanın 61 ölkəsi bu müharibəyə qoşulub, 40 ölkənin ərazisində müharibə gedib. Dünyada 1 milyard 700 milyon insanı bu müharibə əhatə edib. Bunu Rusiya təkcə Kremlin qələbəsi kimi qələmə vermək istəyirsə, bu yanlışdır. Zelenskinin qərarı olduqca doğrudur”- deyə M.İsmayılov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ