çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Brüssel və Kişinyov görüşlərində Ermənistan-Azərbaycan ixtilafına son qoyula bilər

Image


Məlum olduğu kimi, Qərbin vasitəçilik səylərinin artması fonunda bu həftəsonu Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçiriləcək. “Financial Times” qəzeti yazır ki, iki ölkə liderlərinin danışıqları Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşkilatçılığı ilə baş tutacaq.

Nəşrin məlumatına görə, Qərb müttəfiqlərinin vasitəçilik səylərini artırması fonunda Azərbaycan və Ermənistan liderlərinin bu həftəsonu Brüsseldə sülh danışıqlarını bərpa etməsi mühüm hadisə hesab olunur. Qeyd edilir ki, Azərbaycan prezidenti İlham Əliyevi və Nikol Paşinyan fevralda Münhen danışıqlarından sonra ilk dəfə təkbətək görüşəcək. Bundan əvvəl Vaşinqtonda iki ölkənin xarici işlər nazirləri arasında geniş müzakirələr aparılıb. Nəşr  yazır ki, ABŞ dövlət katibi Entoni Blinken bu danışıqların uzunmüddətli sülh sazişi üzərində nəzərəçarpacaq irəliləyiş əldə etdiyini bildirib. Qəzetə danışan mənbələr qeyd edib ki, İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyanın iyunun 1-də Moldovada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronla daha bir görüş keçirməsi planları da var. Nəşrin məlumatına görə, danışıqlarda Azərbaycanın Laçına gedən yolda sərhəd-buraxılış məntəqəsinin yaradılması məsələsi, həmçinin sərhədlərin demarkasiyası, əsirlərin mübadiləsi və digər mövzular müzakirə olunacaq. Qeyd olunub ki, bu görüş mühüm irəliləyişə səbəb ola bilər: “Ermənsitanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində Vaşinqton və Brüsselin səyləri bir-birini tamamlayır”. Ermənistanın “Qraparak” nəşri yazır ki, Qərbin fəal dəstəyi ilə hətta iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin sülh müqaviləsi imzalaması da mümkündür.  Nəşrə görə, ehtimal var ki, həmin gün Vaşinqtonda müzakirə edilən sənəd əsasında Münasibətlərin Tənzimlənməsi Müqaviləsi adlanan sülh sazişi imzalansın: “Daha əvvəl Paşinyan parlamentdə bəyan edib: “Belə olsa, çox xoşbəxt olaram. Bu pis xəbər deyil, yaxşı xəbərdir”. Bu arada, nələrin baş verə biləcəyini cüzi bilən hakim partiya üzvləri Vaşinqtondan sonra heç bir sənədin imzalanmaması üçün dua edirlər, çünki bu, Rusiyanın müdaxiləsinə səbəb olacaq, yeni dünya müharibəsinin başlanğıcını qoyacaq, ABŞ-Rusiya münaqişəsinin yeni cəbhəsini açacaq, Ermənistan bundan qalib çıxa bilməyəcək”.

Bunlar fonunda “Ermənistanın səsi” qəzeti yazır ki, əslində, Paşinyan hakimiyyəti Qarabağ yükündən mümkün qədər tez xilas olmağa çalışır: “İndi iş o yerə çatıb ki, Paşinyan nəinki “öz nöqteyi-nəzərindən” danışıqların başlanmasını, hətta danışıqlar faktını da inkar edir. Siyasiləşmiş ictimaiyyətə onun danışıqlarda iştirak etməyə vaxtı olmadığına inanmaq təklif olunur. Təlqin edilir ki, o, hakimiyyətə gələnə kimi konkret sənəd artıq danışıqlar masasında olub və o da bu əsasda danışıqları davam etdirməyə məcbur olub. İctimaiyyət inanmalıdır ki, danışıqları dalana dirəyən, Azərbaycanın əl-qolunu açan o deyildi. Paşinyanın siyasətçiyə xas olan bir xüsusiyyəti var: hər dəfə növbəti açıq-saçıq yalanın ifşasından sonra özünü heç nə olmamış kimi aparır və daha da yalan danışmağa davam edir. Təəssüf ki, Paşinyan 44 günlük müharibədən əvvəl reallıqlara məhəl qoymadı və öz məlumatsızlığı ilə danışıqları iflasa sürüklədi. O dəfələrlə vurğulayıb ki, Ermənistan tərəfinin təqsiri üzündən danışıqlar dalana dirənib və bu, Əliyevə məsələni hərbi yolla həll etmək üçün qanuni şərait yaradacaq. O heç kimə qulaq asmırdı, çünki hesab edirdi ki, “məxməri, zorakı olmayan sevgi və harmoniya inqilabı” Ermənistanın təhlükəsizliyinin ən etibarlı təminatıdır. 2020-ci il noyabrın 10-da təslim olduqdan sonra o, “2016-cı ilin aprel müharibəsindən sonra Qarabağ Azərbaycanın tərkibində olmamaq kimi nəzəri imkanları belə itirdi” yalanını təkrarlamaqla özünə haqq qazandırmağa çalışdı. İndi isə posmühribə dövründə fəaliiyəti ilə Azərbaycanın istəyi əsasında sülh müqaviləsini imzalamağa hazır olduğunu gizlətmir. Bu mənada cari il ərzində imzalanacaq sülh müqaviləsinin nəticələri daha çox müzakirə mövzusu olacaq. Ermənistan parlamentində “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan qeyd edir ki, Ermənistan-Azərbaycan danışıqlarında irəliləyişin və qarşılıqlı anlaşmanın qeydə alındığı bildirilir. Amma Ermənistanın hazırkı hakimiyyəti irəliləyişdən nə qədər çox danışırsa, ölkə bir o qədər faciəvi geriləmə yaşayır. Erməni deputatın sözlərinə görə, Ermənistanın hazırkı hakimiyyəti tərəfindən təklif olunan paket həll mahiyyətcə paket kapitulyasiyasıdır: “Başqa sözlə, bu hər şeydən imtina etmək deməkdir. Müxalifətin hakimiyyətin “paket kapitulyasiyası” ilə sənəd imzalayacağından ciddi narahatlığı var”. Amma bunlar Paşinyanı dayandırmayacaq”. Erməni politoloq Kayts Minasyan qeyd edir ki, Paşinyan ABŞ və ümumilikdə Qərbin sülh planına qarşı müqavimət göstərə bilmyəcək: “ABŞ danışıqları təşviq edir, lakin ruslar kimi tam iştirak etmir. ABŞ sülh müqaviləsinin birbaşa imzalanmasını gözləmir, lakin prinsiplər əsasında bəyanat gözləyir. Təhdidlərə baxmayaraq, ABŞ “xaç atası” olaraq qalmaq istəyir, bu yaxşıdır. Qərb variantı Azərbaycan və Ermənistanın ərazi bütövlüyünü tanımaqdır, lakin “Qarabağın statusu”ndan söhbət gedə bilməz. Mən əmin deyiləm ki, Bakı Rusiyanın yerlərdə güclü mövcudluğunu davam etdirmək istəyir. Bu bizim üçün ümidvericidir”.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ