çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Ermənistan hakimiyyətinin başı "Nemesis bəlasında"...

Image


İrəvanda 1920-ci illərin əvvəllərində Osmanlı İmperiyasının siyasi və hərbi rəhbərlərinin, eləcə də o dövrün Azərbaycan rəsmilərinin və hətta Osmanlı imperiyasının bəzi erməni əsilli vətəndaşlarının qətlini törədənlərə həsr olunmuş “Nemesis” abidəsinin açılışı Ermənistanda hələ də terrora simpatiyanın ən real göstəricilərindən biri hesab olunur.

Lakin bu hal həm də Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşma prosesinə də ciddi xələl gətirir.

Məsələ burasındadır ki, sözügedən  biabırçı abidənin açılışı türk diplomatlarının  və onların ailə üzvlərinin ölümü ilə nəticələnən dəhşətli hücumlara səbəb olan qanlı terror aktının şöhrətləndirilməsi kimi qəbul olunur. Bu hadisənin erməni mətbuatında təqdim olunma tərzi də onu göstərir ki, qarşı tərəf hələ də təxribatçı bir əhval-ruhiyyədədir. Xüsusən də Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinin ruhuna uyğun gəlməyən bu cür təxribatçı addımlar heç bir halda regionda möhkəm və davamlı sülh və sabitliyin bərqərar edilməsi səylərinə töhfə vermir, əksinə, normallaşma prosesinə mənfi təsir göstərir. Bundan ən çox zərər görənin Ermənistanın özünün olması adıçəkilən ölkədə etiraf olunur. Hər halda, Türkiyənin hava məkanını yenidən Ermənistanın üzünə bağlaması bunu təsdiq edir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hava məkanının məhz abidənin qoyulması səbəbindən bağlandığını təsdiqləyib: “Türkiyə Ermənistanla münasibətlərin normallaşmasında səmimidir. Amma Ermənistanda “Nemesis” abidəsinin qoyulması qəbuledilməzdir. Mən bunu qəbul edə bilmərəm. Ermənistanın bu barədə açıqlamaları isə səmimi deyil. Biz adekvat cavab olaraq hava sahəsini bağladıq. Lazım olsa başqa addımlar da ata bilərik”. Çavuşoğlu deyib ki, Ermənistan Türkiyəni aldatmağa cəhd etməməlidir. Erməni ekspert Karine Xodikyanın sözlərinə görə də, abidənin qoyulması lazımsız idi. Xodikyan Ermənistan hakimiyyətinə müraciət edərək sual verib ki, niyə 20 il ərzində “Nemesis” heykəlini qoymaq barədə düşünməyiblər? O hesab edir ki, bunun indi edilməsi Ermənistanın zərərinədəir: “Nə üçün bizim üçün taleyüklü məqamda “Nemesis” heykəlinin qoyulması qərara alındı? Baş nazirin mətnindən onun “Nemesis” heykəlinin qoyulmasının əleyhinə olduğu açıq-aydın görünürdü. Əgər dövlətin marağı bunu tələb edirdisə, baş nazir “Nemesis” heykəlinin ucaldılmasına əvvəldən mane olmalı idi”. Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan “Azatutyun” radiosuna müsahibəsində etiraf edib ki, “Nemesis” abidəsi məsələsində yanlış qərar verilib və bu qərarın icrası da yanlış olub. O, abidənin ucaldılması qərarını hökumətin vermədiyini bir daha təkrar edərək, demokratiyanın ən böyük çatışmazlıqlarından biri kimi hökumət başçısının hamıya nəzarət etməməsini göstərib: “Bəli, bu bizim komandadır. Bu, emosional fonda və Ermənistanda bir çoxlarının bir çox xəyanətkar hesab etdiyi və bir çoxlarını xəyanətə görə edamla hədələdiyi bir vəziyyətdə baş verdi. Dərin problemlər var”. Bundan əvvəl Paşinyan deyib ki, “Nemesis” əməliyyatının qəhrəmanlarına abidənin ucaldılması ideyası 2020-ci ilin sonu – 2021-ci ilin əvvəlində müzakirə edilib. Və hakimiyyət maneələr yaratsaydı, o halda xəyanətdə ittiham olunacaqdı: “Əslində, böyük sual yaranır: əsl milli və dövlət xəyanəti nədir? Yollar üzümüzə bağlı olanda, bu onları bağlayan Azərbaycanın və Türkiyənin  problemindən daha çox bizim problemlərimizdir. Bəlkə Azərbaycanın və Türkiyənin də problemləri var, amma bizimki qədər dərin deyil. Bütün bunlar barədə danışmalıyıq”. Paşinyan hesab edir ki, Ermənistan demək olar heç vaxt öz iqtisadi maraqlarını rəhbər tutmayıb. O, həmişə emosiyalara rəhbərlik edib:  “Ermənilər emosional insanlardır. Dövlət xalqı olmağın vaxtı çatıb”.

Ermənistan parlamentinin spikeri Alen Simonyan da bildirir ki, “Nemesis” abidəsinin qoyulması qərarını yerli özünüidarəetmə qurumu qəbul edib, bu qərar Ermənistanın xarici siyasətinin təzahürü kimi qəbul edilməməlidir: “Təəssüf ki, abidənin qoyulması Türkiyədə belə reaksiyaya səbəb oldu, mən türk həmkarımla bu məsələni müzakirə etdim. “Nemesis”  abidəsinin qoyulması qərarını yerli qurum qəbul edib, bu qərar xarici siyasətin təzahürü kimi və ya Ermənistanın qonşuluqdan kənar addımı kimi qəbul edilməməlidir. Ermənistanın xarici siyasətini baş nazir və xarici işlər naziri həyata keçirir və hamınız bu səviyyədə qərarların şahidisiniz”. Onun sözlərinə görə, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq niyyətində tamamilə səmimidir: “Biz başa düşməliyik ki, yol asan olmayacaq. Ancaq buna baxmayaraq, biz irəli getməliyik. Ümid edirəm ki, türkiyəli tərəfdaşlar da irəliləyəcəklər və biz bu tarixi fürsətdən yararlanaraq, özümüz və region üçün yeni səhifə açacağıq”. Beləliklə, “Nemesis” məsələsindən indi daha çox zərər görən Ermənistan özüdür. Bu xüsusda abidənin sökülməsi Ermənistan üçün vəziyyətdən ən yaxşı çıxış yoludur. İndilikdə Ermənistanın bu cür addımları bu ölkənin Azərbaycan və Türkiyə ilə davam edən normallaşma danışıqları ilə bağlı iddia etdiyi “səmimiyyətini” və “xoş iradəsini” ciddi sual altına qoyur. İndi Ermənistan hakimiyyəti “Nemesis” məsələsində atılan addımın həqiqətən də yanlış olduğunu qəbul edirsə, onun sökülməsi üçün də özündə cəsarət tapmalıdır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ