çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Vaşinqton İrəvana sülh təzyiqlərini artırır...

Image


Cənubi Qafqazda tezliklə sülhün bərqərar olması, Azərbaycan və Ermənistan arasında barış müqaviləsinin imzalanması bu gün ABŞ-ın xarici siyasətində artıq əsas yerlərdən birini tutmağa başlayır.

Elə bu səbəbdəndir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan ABŞ-da 4 günlük danışıqlar fonunda Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib. Düzdür, müəyyən fikir ayrıqlıqları da qalır.  

Mövcud fikir ayrılıqlarına səbəb olan sərhədlərin delimitasiya və demarkasiyası, Qarabağ ermənilərinin müqəddəratı kimi məsələlərdir. Amma real vəziyyət bu məsələlərdə Ermənistanın Azərbaycan şərtlərini qəbul edəcəyini göstərir. Erməni ekspert Eduard Abrahamyan bunu belə izah edir: “Hazırda regionda Azərbaycanın hegemon mövqeyinə müqavimət göstərə və ya ona qarşı çıxa biləcək bir ölkə yoxdur. Ermənistanın işi bu gün kiçik və əhəmiyyətsizdir. Ermənistanın məsələsinə sırf erməni işi kimi deyil, Azərbaycanı strateji cəhətdən məhdudlaşdırmaq baxımından baxmaq lazımdır. Ermənistan geosiyasi layihə sayılmalı, Azərbaycanın hegemonluq cəhdi cilovlanmalıdır. Amma indiki şərtlər buna imkan vermir”. Digər tərəfdən, ABŞ-ın sülh məsələsində israrlı olması da Ermənistanın manevr imkanlarını məhdudlaşdırır. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta məsələ ilə bağlı qeyd edir: “ABŞ Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün yeni diplomatik təşəbbüs göstərərək, Azərbaycan və Ermənistan arasında görüşə ev sahibliyi edib. Dövlət katibi Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla ayrı-ayrılıqda görüşlər keçirdikdən sonra onlar arasında ikitərəfli danışıqları alqışlayıb. Hər iki tərəf sülh istədiklərini bildirib. ABŞ-dan həqiqətən gözlədiyim şeylərdən biri iki tərəfi bir-birinə yaxınlaşdırmaqda fəal iştirak etməkdir və biz hazırda bunu görürük. Mən açıq söyləyə bilərəm ki, bu, mənim səfir olduğum zaman üzərində çox işlədiyim bir məsələ idi və mən bilirəm ki, İrəvandakı həmkarım Riçard Mills də ABŞ-ın daha yaxşı rol oynadığını görmək və azərbaycanlıların və ermənilərin bu rolu qəbul etmələri üçün eyni şəkildə fəaliyyət göstərirdi. Mən hesab edirəm ki, biz nəhayət bunu müşahidə edirik. Ona görə də ümidlərim böyükdür. Amma mənim qorxduğum və düşünürəm ki, istəmədiyimiz şey bu təşəbbüsün uğursuz ola bilməsidir. Beləliklə, əslində indi nə baş verir? Uğur, mənim fikrimcə, hər iki tərəfin, ermənilər və azərbaycanlıların bir-birini qəbul etmək üçün çoxdan lazım olan sülh sazişini əldə etmək məqsədilə Avropa İttifaqı və Rusiya ilə olduğu kimi, ABŞ ilə də işləməsidir. Mən prezident Əliyevin aprelin 30-da dövlət katibi Blinkenlə telefon danışığından sonra AzərTAc-da yazılan şərhləri gördüm. Mən onun yenə də sülh müqaviləsinin vacibliyi haqqında dediklərinə baxdım. O, bu istiqamətdə işləməyə davam etmək istəyir, sülh gündəmində münasibətlərin tanınması və normallaşdırılmasından danışılmasını istəyir. Bunların hamısı yaxşı şeylərdir. İndi onların necə gerçəkləşməsini görməliyik. Bunların hazırda necə gerçəkləşdiyini görməliyik. Dövlət katibinin bununla məşğul olmasına uzun müddətdir ümid edilirdi və indi dövlət katibi Blinken bunu edir. Beləliklə, demək istəyirəm ki, bu danışıqlar irəli gedə bilər ki, bu da region və Avropa üçün böyük əhəmiyyət kəsb edəcək. Bu, həqiqətən də vacibdir və ümid edirəm ki, hər iki tərəf bu fürsətdən istifadə edəcək”.

Sabiq səfir qeyd edir ki, ABŞ-ın tərəfləri sülhə doğru bir araya gətirməyə kömək etməsi çox vacibdir: “Buna görə də bizim bunu etməyimiz lazım idi və bunun indi baş verdiyini görməkdən məmnunam. Lakin biz onların bir araya gəlməsinə kömək edə bilərik. Biz onları sülhə məcbur edə bilmərik. Bu, artıq XIX əsr deyil. Buna görə də hər iki tərəfin bu məqamdan istifadə etməsi həqiqətən vacibdir. Əlbəttə, hamını narahat edəcək şeylər olacaq, bunun irəlidə yollarını tapmalıyıq. Amma mən hesab edirəm ki, iki xarici işlər nazirinin dövlət katibi ilə görüşməsi onların irəliləmək əzmində olduqlarına işarədir. Dövlət katibi sülh, irəliləyiş üçün bir imkan görməsəydi, onlarla görüşməzdi. Buna görə də, mən həqiqətən ümid edirəm ki, belə irəliləyiş ola bilər. Müqavilənin konturları çoxdan mövcuddur. Biz, sadəcə olaraq, nəhayət bu öhdəliyi yerinə yetirməliyik. Bu asan olmayacaq, lakin hər iki tərəfin bunu etməsi çox vacibdir... Mən sonda onu əlavə etmək istərdim ki, bu böyük ümid dövrüdür. Lakin ermənilər və azərbaycanlılar üçün sülhə nail olmağa sadiq qalmaq önəmlidir. Bu asan olmayacaq. Bəli, bunun üçün təəhhüd tələb olunacaq. Amma hazırda Birləşmiş Ştatlar hökuməti tərəfindən hər iki tərəfin cəlb edildiyini görürük. Əgər bu alınmasa, nə baş verə biləcəyi məni çox qorxudur. Ona görə də mən çox ümidliyəm və hər iki tərəfin həqiqətən də bu fürsətdən istifadə edəcəyinə ümid edirəm”. ABŞ-ın məhşur ekspertlərindən biri olan Pol Qobl qeyd edir ki, Vaşinqton tərəflərin birbaşa danışqlarını da təşviq edir və bu, digər vasitəçilərin etmədiyi bir şeydir: “Ən mühüm şey odur ki, ABŞ və Avropa İttifaqı Bakı və İrəvan arasında amerikalıların və ya avropalıların sədrlik etdiyi danışıqlar deyil, həqiqətən ikitərəfli davamlı danışıqları təşviq etmək üçün bütün imkanlardan istifadə edəcəklər. Mənim fikrimcə, Vaşinqtonda keçirilən bu müzakirələrin ən mühüm nəticəsi dövlət katibi Blinkenin və başqalarının bunun ikitərəfli danışıqlar olduğunu daim qeyd etmələri oldu. Bu, Moskvanın indiyə qədər söyləmədiyi bir şeydir. Bu, iranlıların heç vaxt demədiyi bir şeydir. Lakin bununla bərabər, bu olduqca mürəkkəb problemlə bağlı yekun razılaşmanı əldə etməyin yeganə yolu budur”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ