çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Heydər Əliyev və Cənubi Azərbaycan problemi - 70-ci illərdən başladılmış strategiya...

Image


“Azərbaycan dövləti, Qərbi Azərbaycan, Cənubi Azərbaycan” rubrikasında Cənubi Azərbaycandakı soydaşlarımızla bağlı ulu öndər Heydər Əliyevin müəllifi olduğu qayğı strategiyasından danışacağıq.

Heydər Əliyev 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəldikdən sonra onun diqqətdə saxladığı  əsas istiqamətlərdən biri Cənubi Azərbaycanla, Cənubi Azərbaycandakı soydaşlarımızla bağlı məsələ olub. 1946-cı ildə Azərbaycan Milli Hökuməti irticaçı qüvvələr tərəfindən süquta uğradıldıqdan sonra Şimali Azərbaycana köç edən mühacirlərə Heydər Əliyev xüsusi diqqət göstərirdi və onların problemlərinin həlli istiqamətində addımlar atırdı. Heydər Əliyevin Cənubi Azərbaycana xüsusi münasibəti, onunla bağlı xüsusi siyasəti vardı. Sovet illərində Azərbaycana rəhbərliyi dövründə Heydər Əliyev Cənub məsələsinə həssas münasibət göstərirdi və bu dövrdən başlayaraq Cənubi Azərbaycandan olan ziyalılara diqqət və qayğı göstərir, onları evlə təmin edir, mənzil-məişət şəraitlərini yaxşılaşdırırdı. Eyni zamanda İrana və Cənubi Azərbaycana Şimali Azərbaycanda nəşr edilən kitablar göndərilir, cənublu gənclərin Bakıda təhsil alması üçün qərarlar qəbul edilirdi. Heydər Əliyevin Şimaldakı güneylilərə qayğısı, Güney Azərbaycanla bağlı müxtəlif tədbirlər görməsi, qərarlar qəbul etməsi oradakı soydaşlarımızı da qürurlandırırdı.

  • Cənubi Azərbaycan bütöv Azərbaycanın bir parçasıdır

SSRİ-İran  münasibətləri çərçivəsində Heydər Əliyev  Cənubi Azərbaycan məsələsinə ciddi önəm verirdi. Tarixi mənbələrdə də yazılır ki, Cənubi Azərbaycan bütöv Azərbaycanın bir parçasıdır.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktori, professor Musa Qasımlı qeyd edir ki, II Dünya müharibəsi illərində xüsusi xidmət orqanlarında işə başlayan Heydər Əliyev Cənubi Azərbaycanda fəaliyyət göstərərək, azərbaycanlıların siyasi və ictimai təşkilatlarının yaradılmasında, onlar arasında müstəqillik, birlik ideyalarının formalaşmasında, Şimali Azərbaycana birləşmə istəklərinin gücləndirilməsində mühüm rol oynamışdı. Heydər Əliyev Cənubi Azərbaycan problemini həm nəzəri-tarixi, həm də praktiki baxımdan dərindən bilirdi. Heydər Əliyev lap gənc yaşlarından cənubi azərbaycanlıların hüquqları, istiqlalı uğrunda mübarizə aparmış bir şəxs idi. O, Təbrizdə işlərkən cənublu gənclərin Pişəvəri hərəkatında iştirak etmələri, Azərbaycan Demokrat Partiyasına üzv olmaları yolunda fəal təbliğat aparmış və bu partiyada çalışmışdı. “Buna görə də, hakimiyyəti illərində Heydər Əliyevin Cənubi Azərbaycan məsələsinə münasibəti bir neçə istiqaməti əhatə edirdi: Cənubi Azərbaycandan olan ziyalılara xüsusi qayğı göstərir, cənub mövzusunun unutdurulmamasına çalışır, elmi araşdırmaların aparılmasını təşviq edir, ağır sovet rejimi şəraitində nəinki böyük ustalıqla bu işin öhdəsindən gəlir, eyni zamanda, həmin ideyanın yayılmasına kömək edir, alim, yazıçı və şairləri cənub mövzusunda yazmağa çağırır, Cənubi Azərbaycandan olan şair və yazıçıların məişət şəraitinin yaxşılaşdırılması məqsədilə sərəncamlar verir, onları mənzillə təmin edir, İrana və Cənubi Azərbaycan şəhərlərindəki kitabxanalara nəşrlər göndərilməsini artırırdı və s.”

  • “Heydər Əliyev Cənubi Azərbaycan məsələsində geniş fəaliyyətə başladı”

Bildirilir ki, Heydər Əliyev hakimiyyətə gələn kimi, ilk növbədə, İrana Azərbaycan ədəbiyyatı göndərilməsi işi genişləndirildi. “Qeyd etmək lazımdır ki, 70-ci illərin əvvəllərindən etibarən İranda Azərbaycan kitabına olan ehtiyac xeyli artmışdı. Ona görə də, "Azərkitab" İrana 5 min nüsxə kitab göndərmək barədə İran naşirləri ilə müqavilə imzaladı. Təbriz, Urmiya, Zəncan və b. şəhərlərdəki ali məktəb kitabxanalarına çoxlu Azərbaycan kitabı göndərildi. Bunların içərisində Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyətinə, digər elm sahələrinə dair kitablar üstünlük təşkil edirdi. Kitab göndərilməsi işində Azərbaycan kitabxanaları da fəal iştirak etməyə başlamışdılar. 1971-1973-cü illərdə Azərbaycan EA kitabxanası və M.F.Axundov adına kitabxana İrana 900-dən çox kitab və jurnal göndərilmişdi...”

Alimə görə, Heydər Əliyev belə hesab edirdi ki, SSRİ-nin İranla normal münasibətlərinin qurulması, inkişaf etdirilməsi, rəsmi nümayəndə   heyətlərinin və ictimaiyyətin səfərləri cənubi azərbaycanlıların öz problemlərini başa düşmələrinə, həlli yolları barədə düşünmələrinə kömək edər... Cənub məsələsini incəliklərinə qədər dərindən bilən Heydər Əliyevin azərbaycanlıların belə vəziyyətinə sovet dövlətinin ümumi siyasəti çərçivəsində biganə qalması mümkün deyildi. Buna görə də, Heydər Əliyev Cənubi Azərbaycan məsələsində geniş fəaliyyətə başladı. Bu fəaliyyət möhtəşəm olub bir neçə istiqaməti əhatə edirdi. Cənubi Azərbaycan problemini, orada yaşayan xalqın vəziyyətini, düşüncələrini və istəklərini yaxşı bilən Heydər Əliyev Azərbaycan SSR-də yaşıyan cənublulara xüsusi diqqət yetirməyə başladı. Qeyd etmək lazımdır ki, 1969-cu il yanvarın 1-nə olan məxfi məlumata əsasən, SSRİ-də 12 min 212 nəfər siyasi mühacir, 5 min 431 nəfər onlara bərabər tutulan şəxs yaşayırdı. Onların 16 min 749 nəfər övladı var idi ki, bunlarm da 15 min 538 nəfəri SSRİ-də doğulmuşdu. Bu mühacirlərin 5 min 109 nəfəri Azərbaycanda idi. 1970-ci il yanvarın 1-də Azərbaycanda 4670, 1971-ci il yanvarın 1-də 4614 nəfər, 1973-cü ildə 4617 siyasi mühacir yaşayırdı. Onlara hüqüqca bərabər olan adamların sayı 1836 nəfər idi. Həmin ildə siyasi mühacirlər üçün 142.500 rubl daimi yardım ayrıldı. Siyasi mühacirlər İrandakı qohumlarına 12480 rubl pul baratı göndərmişdilər. 1974-cü ildə isə bu məbləğ 13960 rubl təşkil etmişdi. MK-nın göstərişi ilə Azərbaycanda olan cənublu mühacirlərə əlavə olaraq maddi yardımlar göstərildi”.

Professor Qasımlı yazır ki,  Heydər Əliyevin tapşırığına uyğun olaraq mühacirlərin mənzil problemlərinin həlli sahəsində ciddi addımlar atılırdı. Azərbaycan SSR Nazirlər Sovetinin 1971-ci il iyul ayının 28-də qəbul etdiyi 184/ 9 N-li qərara uyğun olaraq, ehtiyacı olan mühacirlərin mənzillə təmin edilməsinə başlanıldı. 1973-cü ildə Bakıda 76, Sumqayıtda 15, Gəncədə 15, Şəkidə 5, Əli Bayramlıda 5 mühacir ailəsinə mənzil verildi.

1974-cü ilin üçüncü kvartalında cənublu siyasi mühacirlərə 115. 469 rubl daimi, 39. 368 70 rubl məbləğində müvəqqəti yardım edildi. Heydər Əliyev cənublulara göstərdiyi qayğı və respublikada qazanılan uğurlar onlar tərəfindən rəğbətlə qarşılanırdı: “Azərbaycan Demokrat Partiyası MK-nın sədri Q.Y.Danişyan Heydər Əliyevə ünvanladığı 1974-cü il oktyabr ayının 3-də 109 N-li məktubunda yazırdı ki, partiya adından qan qardaşlarımızın əldə etdikləri yüksək nailiyyətlər münasibətilə Sizi təbrik edirik. Bu nailiyyətlər bizi İranın imperializm və irtica əsarətindən azad olmaq uğrunda mübarizəyə ruhlandırır”.

Alim qeyd edir ki, Azərbaycan radiosunun İran redaksiyasının bazasında 1980-ci ildə müstəqil Cənubi Azərbaycan redaksiyası yaradıldı. Cənubi Azərbaycana yayımlanan radio verilişlərinin həcmi artırıldı, cənubdakı sərhədboyu məntəqələrdə yaşayan əhalinin Azərbaycan televiziyasını  seyr etmək imkanı genişləndi. Bu isə cənubluların ana dilini, milli-mənəvi dəyərləri unutmamalarında, Şimali Azərbaycanla əlaqələrin güclənməsində təsirli rol oynayırdı. Bundan sonra Avropa ölkələrində və ABŞ-də yaşayan cənubluların Azərbaycan SSR-dəki qohumları ilə məktublaşmaları çoxaldı. Belə bir fakt müqayisə üçün diqqəti cəlb edir ki, əgər 1979-cu ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin ünvanına xarici ölkələrdən gələn 1008 məktubdan 213-ü Cənubi Azərbaycandan, Avropa və ABŞ-də yaşayan cənublulardan alınmışdısa, 1980-ci ildə xaricdən gələn 1019 məktubun 461-i cənubi azərbaycanlılardan alınmışdı. Həmin məktub müəlliflərinə Azərbaycandan ana dilində kitab, dərslik, qramplastinka və bukletlər göndərilmişdi. Yazışmalar və göndərişlər milli ruhun yüksəlməsinə, cənubluların özlərinə inam hissinin artmasına kömək edirdi.

Bütün bu tədbirlər nəticəsində Azərbaycan televiziyasına cənubda maraq getdikcə artırdı. Azərbaycan xüsusi xidmət orqanının 1982-ci il 25 yanvar tarixli 10/092 №-li məxfi məlumatında yazılırdı ki, Azərbaycan televiziyasına baxmaq üçün Təbrizdə evlərə son vaxtlar 700-ə yaxın əlavə antennalar qoyulub, bu da televiziyanın məşhurluğunu və ona olan marağın artdığını göstərir. Azərbaycan radio və televiziya verilişlərini dinlədikləri üçün adamlar hətta 50 min riyal cərimə də olunmuşdular. Kəşfiyyat məlumatından aydın olurdu ki, 1982-ci il yanvar ayının 1-də Cənubi Azərbaycanın sərhəd rayonlarının əhalisi Bakıdan Yeni il televiziya proqramına baxdıqları üçün hətta cümə namazına çıxmamışdılar. “Heydər Əliyev Cənubi Azərbaycanda yaşayan gənclərin Azərbaycan SSR-in ali və orta ixtisas məktəblərində təhsil almalarına çalışır, böyük iradə və inadla bu məsələni gündəliyə gətirir və onun müzakirəsini keçirirdi. Azərbaycan KP MK bürosunun 1981-ci il 2 iyun tarixli iclasında “Azərbaycan millətindən olan iranlıların Bakı şəhərində ali məktəblərə təhsil almaq üçün qəbul edilmələri barədə” məsələ müzakirə olundu. Müzakirə zamanı çıxış edən Heydər Əliyev məsələnin çox ciddi əhəmiyyət daşıdığını bildirdi. Bu məsələ ilə bağlı qəbul edilən üç maddədən ibarət qərarda yazılırdı: “1. ... 1981/1982-ci tədris ilindən başlayaraq Bakı şəhərinin ali təhsil müəssisələrinə Azərbaycan millətindən olan iranlılardan 10 nəfər qəbul edilsin. 2. Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin rəyasət heyətinə yuxarıda göstərilən tələbələri təqaüdlə təmin etmək üçün vəsaiti və müvafiq yardımları təhsil müddətində ayırsın. 3. Respublikanın Ali və Orta İxtisas Təhsil Nazirliyi Azərbaycan millətindən olan iranlıların uğurlu təhsil almaları üçün qəbul edilməsini, yerləşdirilməsini və müvafiq şəraitlə təmin edilməsini həyata keçirsin”. Sovet sistemi şəraitində yaranmış imkandan istifadə edərək qəbul olunmuş qərar cənubi azərbaycanlıların maraqlarına tamamilə uyğun idi. Bundan sonra onların nümayəndələri tədricən Azərbaycana təhsil almağa gəlməyə başladılar. Lazımi şərait yaradıldı, yataqxana və təqaüdlə təmin edildilər. Həmin gənclərin Azərbaycanda təhsil almaları, xalqın sosial-iqtisadi və mədəni sahədə qazandıqları uğurları əyani görmələri milli şüurun, müstəqillik, Vahid Azərbaycan ideyalarının güclənməsinə kömək edirdi.

...Heydər Əliyev İranda Azərbaycan dilində nəşr olunan qəzet və jurnallarla əlaqələrin yaradılmasına da xüsusi diqqət verirdi. Qeyd edildiyi kimi, inqilabdan sonra İranın müxtəlif şəhərlərində Azərbaycan dilində bəzi qəzet və jurnallar nəşr olunmağa başlamışdı. Bunlardan biri 1979-cu ilin iyun ayından etibarən Tehranda nəşr edilən Azərbaycan dilində “Varlıq” jurnalı idi. Materialların bir qismi fars dilində dərc olunurdu. Jurnalda Azərbaycan dili və ədəbiyyatı, tarixi, incəsənəti və mədəniyyəti məsələləri işıqlandırılır, şair və yazıçıların əsərləri ixtisarla çap olunurdu. Nəşrin doqquzuncu nömrəsində şah rejimi zamanında Azərbaycan dilinin sıxışdırılması ittiham edilmişdi. Müəllif azərbaycanlıları ana dilində təhsil almağa, dil və ədəbiyyat tarixi ilə yaxından tanış olmağa çağırırdı. İdeoloji baxımdan İslam dini mövqeyində dayanan jurnal Azərbaycan islam ədəbiyyatını da çap edirdi. Jurnalın sahibi olan Cavad Heyət 1946-cı ildə İstanbul Universitetinin Tibb fakültəsini bitirmişdi, ürək cərrahiyyəsi üzrə məşhur mütəxəssis idi. O, 20-dən çox beynəlxalq konqresdə iştirak etmişdi. Fransa və İngiltərədə nüfuzlu jurnallarda 20-dən çox məqaləsi çap olunmuşdu. Fransa Elmlər Akademiyasının müxbir üzvü idi. Tehrandakı “Tibb jurnalı”nın 13 il baş redaktoru işləmişdi. “Cərrahiyyə dərsləri” elmi əsərinin müəllifi idi. Şah zamanında xüsusi xidmət müəssisəsi olmuş “Savak” xəstəxanasının rəhbəri işləmişdi. Cavad Heyət Azərbaycan SSR-ə səfər etmək istəyirdi. Bu barədə məlumat alan Heydər Əliyev onu Bakıya dəvət etdi. Cavad Heyətin Şimali Azərbaycanla əlaqələrinin genişlənməsi cənubluları öz hüquqları uğrunda daha ardıcıl mübarizə aparmağa ruhlandırırdı.  1979-cu ildən Təbrizdə Azərbaycan dilində nəşr olunan “Odlar yurdu” və Urmiyada çap edilən “Tarla” jurnallarında, Təbrizdə nəşr edilən həftəlik “Araz” qəzetində Azərbaycan xalqının adət-ənənələri, mədəniyyəti, dili ilə bağlı məqalələr verilirdi. 1980-ci ilin avqust ayından etibarən Azərbaycan dilində nəşr olunan “Koroğlu” və “Dədə Qorqud” jurnallarında Şimali Azərbaycana dair məqalələr dərc edilirdi. Materialların bir qismi Bakıdan göndərilirdi. Bütün bunlar cənubda milli ruhu gücləndirir, Şimali Azərbaycana olan rəğbəti artırır, Bütöv Azərbaycan düşüncələrini genişləndirirdi. Heydər Əliyev cənubdakı azərbaycanlıların hüquqlarının qorunması və onlara mənəvi dəstək verilməsi məsələsini sovet rəhbərliyi qarşısında qətiyyətlə qaldırdı. Bu xidmətlər cənublular tərəfindən yüksək qiymətləndirilirdi”-deyə professor vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ