Bazar günü günü, 13 sentyabr 2026
     

Qazaxın 7, Naxçıvanın 1 kəndi Azərbaycana qaytarılır…

Image


Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşləri sülh razılaşmasına, bu istiqamətdə mümkün irəliləyişə dair ümidləri artırır.

Məsələ ilə bağlı Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda prezident İlham Əliyevin dedikləri də müəyyən nikbinlik yaradır. Belə bəlli olur ki, Vaşinqton danışıqları əvvəlkindən fərqlənir. Bu xüsusda prezident İlham Əliyev qeyd edib ki, danışıqların bu raundu əvvəlkindən fərqlidir: “Artıq bir neçə gün davam edib və ola bilsin ki, daha bir neçə gün davam edəcək. Bizim fikrimiz ondan ibarət idi ki, onlar müəyyən nəticələrə gəlməlidirlər, əks halda bu, böyük məyusluq olar”. 

Danışıqların detalları barədə dəqiq məlumatlar yoxdur. Amma yayılan bilgilər göstərir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır. Həlli vacib olan daha bir məsələ isə Qazaxın 7 kəndinin və Naxçıvanın Kərki kəndinin Azərbaycanın nəzarətinə qaytarılmasıdır. Ermənistanın “Qraparak” qəzeti bu xüsusda maraqlı məlumat paylaşıb: “Baxmayaraq ki, xarici işlər naziri Ararat Mirzoyan və onun Azərbaycandan olan həmkarı arasında Vaşinqton danışıqları geniş ictimai dairələrin marağına səbəb olub, hakim “Vətəndaş Müqaviləsi” partiyası daxilində danışıqların nədən getdiyini bilənlər azdır. Hökumətyönlü mənbəmizin sözlərinə görə, həm Ermənistan, həm də Azərbaycan münasibətləri normallaşdırmaq üçün müqavilə imzalamağa maraqlıdır. Və əgər Ermənistan buna qarşı deyilsə və çoxdan açıq şəkildə bəyan edibsə ki, Qarabağ məsələsini sənədi imzalamamaq üçün ilkin şərt hesab etmir və Qarabağdakı ermənilər üçün təhlükəsizlik təminatları almaq şərti ilə onu faktiki olaraq Azərbaycanın bir hissəsi kimi tanımağa hazırdır, o zaman Azərbaycan qalan məsələlərin də həllinin sülh müqaviləsində əksini tapmasını istəyir. Söhbət müəyyən ərazilərlə bağlı mübahisələrdən gedir. Amma söhbət konkret hansı ərazilərdən gedir, mənbəmiz dəqiqləşdirməyib. Halbuki anlaşılandır ki, söhbət anklavlardan gedir. Qeyd edildiyi kimi, müzakirə edilən məsələlərdən biri Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyinin qorunmasıdır, bu məsələdə Azərbaycan ciddi zəmanətlər verəcək. Lakin əsas mübahisəli və razılaşdırılmayan məsələ anklavlardır. Bakı bununla bağlı israrını davam etdirir”. Qeyd edək ki, söhbət Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndindən gedir. Bu kəndlər delimitasiya prosesində Azərbaycana qaytarılmalıdır.

Qeyd edək ki, hələ ötən il bu məsələ ilə bağlı Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov da çox maraqlı açılamalar verib. Həmin vaxt o qeyd edib ki, Ermənistanın nəzarəti altında olan Qazax rayonunun yeddi və Naxçıvan Muxtar Respublikasının bir anklav kəndi dövlət sərhədlərinin delimitasiyası prosesində Azərbaycanın tərkibinə qayıdacaq. Qarabağ coğrafiyasından kənarda yerləşən anklav kəndlərin Azərbaycanın tərkibinə qaytarılması Azərbaycanın irəli sürdüyü sülh gündəminin əsas istiqamətlərindən  biridir. İndi Bakının istədiyi zəmin tam olaraq formalaşıb və danışıqlarda həmin kəndlərin geri qaytarılması müzakirə olunur. Beləliklə, sərhədlər müəyyən edildikdən sonra Qazaxın Ermənistanda qalan 7 kəndi və Kərki üzərində nəzarət bərpa ediləcək. Qeyd edək ki, Ermənistan Qazax rayonunun 7 kəndini 30 ildən çoxdur ki,  zəbt edib, bu kəndlər hələ də işğalda saxlanır. Onu da bildirək ki, Qazax rayonu Ermənistanla 168 km-lik sərhəd zolağına malikdir. Erməni kartoqraf, coğrafiyaşünas Ruben Qaliçyan qeyd edib ki,  Ermənistan ərazisindəki Azərbaycan anklavlarının geri qaytarılmasında Bakı israrlıdır: “Onlardan biri də Qazaxa gedən magistral yolda yerləşən Bərxudarlıdır. O biri Voskeparın yanında olan, Voskeparla eyni adda olan Əskiparadır. Bərxudarlını versək, Ermənistandan Qazaxa gedən avtomobil yolu bağlanacaq və bizim magistral üç yerdə Azərbaycan ərazisindən keçəcək, bu, arzuolunan deyil. İrəvandan Zəngəzura, Qarabağa gedən magistral yolda yerləşən Kərki də eyni vəziyyətdədir. Azərbaycana versək, magistral yolumuz kəsiləcək”. Amma qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2021-ci il noyabrın 26-da imzaladığı növbəti üçtərəfli bəyanatda bu məsələ qaldırılıb. Bəyanatda Rusiyanın iştirakı ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə birgə Ermənistan-Azərbaycan komissiyasının yaradılması təklif olunub. Bu məsələ 2022-ci il aprelin 6-da və mayın 22-də Azərbaycan və Ermənistan liderləri arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Brüsseldə təşkil etdiyi ikinci və üçüncü görüşlərdə də müzakirə olunub. Həmin məqsədlə aprelin 6-da Brüsseldə keçirilən sammitin yekunlarına uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması qərara alınıb. Bu komissiyanın mandatı Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsindən ibarət olmalıdır. 2022-ci il mayın 24-də Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın rəhbərlik etdiyi Birgə Sərhəd Komissiyaları ilk dəfə Ermənistan-Azərbaycan dövlət sərhədində vasitəçilərsiz görüş keçirib. Bu, 2022-ci il mayın 22-də Brüsseldə üçüncü görüş zamanı əldə olunan anlaşmanın real nəticəsi idi. Bununla belə, 2022-ci ilin sentyabrında baş verən silahlı toqquşmalar da daxil olmaqla, dövlətlərarası sərhəddə gərginlik qalmaqdadır. 30 illik erməni işğalı səbəbindən sərhədlərin demarkasiya edilmədiyi bir şəraitdə sərhədin dəqiq yerini yalnız delimitasiya prosesi müəyyən edə bilər. Bu fonda da Ermənistan tərəfi 1991-ci ildən bəri işğalda saxlamaqda davam etdiyi 8 Azərbaycan anklavını mütləq geri qaytarmalıdır.  

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"

11.09.2026 / 13:28
Şəfiqə Məmmədovanın vahid namizəd olması narazlıq yaradıb

11.09.2026 / 13:24
Hikmət Hacıyev: "Azərbaycanda 32-dən çox terror aktı törədilib"

11.09.2026 / 13:15
Rusiya və Türkiyə Qafqazda və Orta Asiyada “kənar qüvvələrə” qarşı birləşdilər...

11.09.2026 / 13:04
Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

11.09.2026 / 13:00
Şəfiqə Məmmədova AKİ sədri oldu

11.09.2026 / 12:55
"İşğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb" - Hikmət Hacıyev

11.09.2026 / 12:51
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir

11.09.2026 / 12:41
Ukrayna Saratovda neft emalı zavodunu və “Ozon” mərkəzini vurdu… - VİDEO

11.09.2026 / 12:28
Formula 1-in hazırlıq müddəti 12 aydan 4 aya endirildi...

11.09.2026 / 12:17
Corc Buş 11 sentyabr hücumlarından sonrakı ilk saatlardan danışdı - o an mən müharibə dövrünün prezidenti oldum…

11.09.2026 / 12:10
Diplomatik korpus nümayəndələri Xankəndi Mədəniyyət Mərkəzində...

11.09.2026 / 12:02
Eldəniz Quliyev:"Həmidə Ömərovanı dəstəkləyirəm"

11.09.2026 / 11:48
Oman sahillərində daha iki gəmi vuruldu…

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ