çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Ermənistan tezliklə bəyan edəcək: Qarabağ Azərbaycandır!

Image


Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun erməni həmkarı Ararat Mirzoyanla danışıqları sülh üçün ümidləri daha da artırır. Ermənistanda da belə hesab olunur ki, sülh olmadan ölkənin regionda təhlükəsiz şəkildə mövcudluğu və inkişafı mümkün deyil.

Ermənistan baş naziri Nikol Paşinyan da parlamentin iclasında deputatların suallarını cavablandırarkən artıq məsələnin bu tərəfinə xüsusi diqqət edib. Onun sözlərinə görə, Ermənistan bəyan etməlidir ki, onun qonşu ölkələrə qarşı nəinki ərazi iddiası yoxdur, hətta heç vaxt olmayacaq. Baş nazirin açıqlamasına səbəb deputatlardan birinin Paşinyanın Ermənistanın həm iqtisadi, həm demoqrafik nöqteyi-nəzərdən güclənməli və inkişaf etməli olduğu bəyanatına cavab olaraq “həm də ərazi baxımından” deməsi olub. Buna Ermənistan hökumətinin başçısı sərt cavab verib: “Yox!”. Bununla o, hansısa ərazi iddialarında olmadığını vurğulayıb: “Hakimiyyətin mövqeyi qonşu ölkələrə qarşı heç bir ərazi iddiasının tamamilə olmamasıdır. Bu bizə dövlətçiliyə sahib olmaq şansı verəcək yeganə prinsipdir. Əks halda, dörd tərəf bizim dövlət olaraq mövcud olmamağımız üçün hər şeyi edəcək. Onlar da bunu edirlər”. Hər halda, Paşinyanın bu yanaşması onun reallıqları daha yaxşı dərk etdiyini göstərir. Bu fonda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi gördüyünü bildirməsi istisna olunmur. Qərb ölkələri tərəfindən Azərbaycanın ərazi bütövlüyünə dəstəyin açıq şəkildə ifadə olunması ilə bağlı məsələyə toxunarkən, bu xüsusda prezident İlham Əliyevin Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışı zamanı səsləndirdiyi fikirlər də olduqca diqqət cəlb edir: “Qərb ölkələri tərəfindən Azərbaycanın ərazi bütövlüyünə dəstəyin açıq şəkildə ifadə olunmasına gəlincə, düşünürəm ki, bunun vaxtı gələcək, faktiki olaraq artıq gəlir. Vacib olan isə odur ki, Ermənistan özü indi Ermənistanın Qərbdəki bəzi dostlarından daha açıq şəkildə deyir ki, onlar bunu de-fakto tanıyırlar, çünki ötən ilin oktyabrında onlar Praqa Bəyannaməsini, yenə də ötən ilin oktyabrında Soçi Bəyannaməsini imzalayıblar. Orada razılaşıblar ki, 1991-ci il Almatı Bəyannaməsi normallaşma üçün əsas kimi götürülməlidir. Almatı Bəyannaməsi faktiki olaraq keçmiş respublikaların sərhədlərini müəyyənləşdirib və onları rəsmi sərhədlər hesab edib. Bu, o deməkdir ki, onlar artıq razılaşıblar ki, Qarabağ Azərbaycandır. Bu yaxınlarda mən dedim ki, onlar, sadəcə, sonuncu sözü deməlidirlər. Onlar A deyiblər, B deməlidirlər. Onlar mənim söylədiyimi söyləməlidirlər – Qarabağ Azərbaycandır! Mən bunu gözləyirəm. Ümidvaram ki, o gün gələcək”.

Rusiyanın “Vedomosti” nəşri yazır ki, əslində, artıq o gün gəlib. Nəşr “Ermənistan Qarabağla vidalaşıb” məqaləsində qeyd edir: “Son günlər Paşinyan və ona yaxın siyasətçilər, hətta ABŞ-ın Dövlət katibi Blinken də Laçın yolundakı vəziyyətdən narahatdır. Amma yenə də görünən odur ki, Nikol Laçın yolu barədə açıqlamaları ilə daha böyük mövzunu - qonşuları ilə uzunmüddətli qarşıdurmada məğlubiyyətinin faktiki etirafını kamuflyaj etmək üçün əlindən gələni edir. Ötən ay Paşinyan bəyan edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam tanıyır. Bu, Azərbaycanın münaqişə başlayandan bəri tələb etdiyi Qarabağdan son imtinadır. “Ermənilər Ter-Petrosyanın dövründə birinci müharibədə qalib gəldilər. Amma Ter-Petrosyan o vaxtkı erməni çoxluğun nöqteyi-nəzərindən pis vətənpərvər oldu. Keçmiş prezident Qarabağın müstəqilliyini tanımırdı və onu Ermənistana birləşdirmirdi. Baxmayaraq ki, o, ordunun ən yaxşı hissəsini ora göndərib, qarabağlıların “sağ qalması” üçün hər cür köməklik göstərib, Ermənistan vətəndaşlarından mümkün olan hər şeyi qoparmışdı. Qələbədən sonra Ter-Petrosyan Azərbaycanla kompromisin qaçılmazlığından danışıb, həmvətənlərinə Ermənistanın kiçik, dənizə çıxışı olmayan, ciddi resurslara malik olmayan dövlət olduğunu xatırlatdı: Azərbaycanın isə üç dəfə çox əhalisi, nefti, qazı, eynisoylu Türkiyənin köməyi və İslam dünyasının rəğbəti var.

Qələbədən məst olan Ermənistan “məğlubiyyətçini” rədd etdi. 1998-ci ildə Qarabağ milislərinin keçmiş səhra komandiri Köçəryan, müdafiə naziri Sərkisyan prezidentin ərazi güzəştləri ilə bağlı Qarabağ probleminin həlli planı ilə razılaşmırdılar. Köçəryan yeni prezident oldu: Ermənistan Qarabağ klanının hakimiyyətinin 20 illik dövrünə qədəm qoydu. Yeni hakimiyyət Ermənistana yaxşı heç nə gətirmədi: korrupsiya tüğyan etdi, ciddi iqtisadi inkişaf proqramları yox idi, yoxsulluq erməniləri köçməyə məcbur etdi - bəziləri Rusiyaya, bəziləri Qərbə. Ordunun inkişafı üçün vəsait yox idi. 2016-cı ilin dördgünlük aprel müharibəsi Azərbaycan ordusunun peşəkarlığının və texniki təchizatının kəskin yüksəlişini nümayiş etdirdi ki, bu da neft dolları axınının və Türkiyənin yardımının nəticəsi idi”. Nəşr onu da qeyd edib ki, nə “türkləri yalın əlimizlə öldürərik” deyə arxayın olan Ermənistan cəmiyyəti, nə də bu halda Rusiyanın imdadına çatacağına əmin olan Qarabağ klanı dördgünlük müharibədən nəticə çıxardı: “Rusiya, müqavilələrə əsasən, Qarabağda “respublikanın maraqlarını” deyil, yalnız Ermənistanın sərhədlərini qorumağı öhdəsinə götürüb. Bəli, Azərbaycan və Azərbaycanın müttəfiqi olan Türkiyə ilə münasibətlər də Moskva üçün  heç də az əhəmiyyət kəsb etmirdi. 2018-ci ildə Ermənistanda Qarabağ klanının hakimiyyəti dinc, lakin yaxşı təşkil olunmuş kütləvi nümayişlərin basqısı altında süqut etdi. Həmin hadisələrdə yeni nəsil ermənilər siyasi səhnəyə çıxdı. O nəsil ki, onlar üçün Qarabağ məsələsi ikinci, lakin korrupsiya və klançılıq, yoxsulluq və iqtisadi çöküş problemləri ön planda idi. 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı ermənilər tez və sarsıdıcı məğlubiyyətə uğradı. Müharibədən sonra Paşinyan ən yaxşı halda siyasətdən uzaqlaşdırıla bilərdi. Amma o, seçki keçirdi və onu az qala diri-diri yeyəcəkləri ilə hədələyən Qarabağ vətənpərvərlərini asanlıqla məğlub etdi. Bu, erməni cəmiyyətinin sülh yolu ilə inkişafa keçid adı ilə Qarabağdan imtina etməyə hazır olduğunu göstərdi. İkinci Qarabağ müharibəsindən sonra və aprelin 18-dək Paşinyan Qarabağın statusundan deyil, Qarabağ ermənilərinə təminatlardan danışıb. Amma Bakı bu təminatı vermək fikrində deyil. Azərbaycan deyir ki, qoy onlar Azərbaycan vətəndaşlığını alsınlar, ya da getsinlər. 18 apreldən sonra bu məsələ də keçmişdə qaldı. İndi Ermənistana yalnız öz ərazisinin bütövlüyünə təminat lazımdır”. Amma bunun üçün Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi, eləcə də ərazi bütövlüyümüzü tanıması lazımdır. Bu, Azərbaycanın şərtidir və proseslər də elə bu istiqamətdə gedir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ