çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Ermənilər Qərbi Azərbaycanda bu ziyarətgahlarımızı təhqir ediblər...

Image


“Qərbi Azərbaycanın daş yaddaşı” rubrikasında elə həssas bir mövzuya toxunacağıq ki, o hər birimizin qəlbini sızladacaq. Qərbi Azərbaycan elləri çox zəngin mədəni, mənəvi, tarixi irsə malikdir, amma təəssüf ki, bu gün biz onların çox hissəsinin erməni şovinstləri tərəfindən dağıdıldığını, məhv edildiyini, bəzilərinin isə erməniləşdirildiyini bilirik.

Bu ərazidə adı bəlli ziyarətgahlar, pirlər, insanlarımızın daim ziyarət yerinə çevirdiyi məkanlarımız çox idi. Hacıxəlil  ocağı, Seyid Bayramağa ocağı, Ağadədə piri, eləcə də başqa adı bəlli ziyarət yerlərimiz var ki, ermənilərin onları yerlə-yeksan etdiyi deyilir. Ermənilərin 1988-ci ildən sonra və əvvəl ziyarət yerlərimizə divan tutduğu məlumdur. Bolşevizm dönəmində onlar özlərinin sonradan tikib quraşdırdığı “ziyarətgahlar”ı qoruyurdular, Azərbaycan türklərinə aid əsrlərlə yaşı olan abidələri, ziyarətləri, pirləri isə dağıdırdılar. Qərbi Azərbaycan ərazisində həm islama qədərki, həm də islam dövrü abidələri, pirləri, ziyarət yerləri mövcud olub. Oradakı bütün xristian irsinə ermənilər sahib çıxıb, müsəlman irsini isə dağıdıblar.

  • Ağadədə ocağına qarşı erməni vandalizmi...

Qərbi Azərbaycanın məşhur Ağadədə ocağı yaddaşlarda yaşayır. Bu barədə internet resurslarında yayımlanan məlumata görə, 1950-1980-ci illərdə Zəngibasar mahalının (indiki Masis rayonu) ən mötəbər ziyarətgahı olan Ağadədə ocağı Uluxanlı, Həbilkənd, Seyidkənd və Sarvanlar kəndlərinin əhatəsində, Qulucan kəndinin yaxınlığında, Qarasu çayının kənarında yerləşirdi. Ora müsəlmanlarla yanaşı, bəzən xristianlar da ziyarətə gəlirdilər. 1950-ci illərə qədər burada ancaq bir qəbir olmuş, adamlar onu pir kimi ziyarət etmişlər. Deyilənlərə görə, gecələr bu yerdə işıq yanarmış, yaxınlaşanda itərmiş. 1950-ci illərdə orada bina tikiblər. Binanın ətrafında yanmış ağaclar vardı. Adamlar o ağacın kömüründən götürüb istifadə edir, şəfa tapırdılar. Get-gedə ətraf kəndlərdən, hətta İrəvan şəhərindən imkanı olan adamlar öz əzizlərini bu ocağın ətrafında yaranmış qəbiristanlıqda dəfn edirdilər. Təəssüf ki, Qərbi Azərbaycan türklərinin 1988-ci il soyqırımından sonra bu müqəddəs ocaq da ermənilər tərəfindən dağıdılıb. Qərbi Azərbaycanın sınaqlı ocaqlarından biri də “Hacı Xəlil” piri, ocağıdır ki, bu ziyarətgahın da erməni vandalizminə məruz qaldığı məlumdur. Bu pir bütün ətraf mahalların ziyarət yeri olan sınaqlı bir ocaq kimi şöhrət tapıb. Amma bu gün o məkanın dağıdılması erməni vandalizminin əsl mahiyyətini ortaya qoyur.

  • Göyçəli Seyid Bayramağa ocağı...

Burada başqa bir ocaq isə Seyid Bayramağa ocağı idi. Bu barədə Araz Yaquboğlunun hazırladığı vikipediya məqaləsində qeyd edilir: “İslam dininin təbliğində, yayılmasında peyğəmbərlərin və imamların keçdiyi mənalı həyat yolu hamımıza yaxşı məlumdur. Bu sırada dini alimlərin, müctəhidlərin, üləmaların və ulu babaları imamlar olan seyidlərin də günümüzə qədər fəaliyyətləri, xalq içində böyük rəğbət qazanmaları danılmaz faktdır. Azərbaycanın hər yerində olduğu kimi, tarixi Azərbaycan torpağı olan Göyçə mahalında da sınanmış seyidlər və seyid ocaqları çox olmuşdur. Hələ XVI əsrdə Şah İsmayıl Xətainin Göyçənin Sarıyaqub kəndində xalq tərəfindən ziyarət olunan Miskin Abdal ocağını ziyarət etməsi də tarixi mənbələrdən bizə məlumdur. XIX-XX əsrlərdə Göyçə mahalında Mir Mahmud ağa, Mir Məcid ağa, Mir Əli ağa, Mir Yaqub ağa, Seyid Nazaralı ağa və adını çəkmədiyimiz neçə-neçə tanınmış seyidlər, onların ziyarətgahları olmuşdur. Belə məşhur ziyarətgahlardan biri də Seyid Bayram ocağı idi.
Seyid Nazaralı oğlu Seyid Süleymanın Sövgülü xanımdan Seyid Hüseyn, Seyid Ağa və Seyid Bayram adlı övladları olub. 1864-cü ildə Seyid Bayram doğulanda anası vəfat edir. Uşağı ağızlandırmaq üçün yanı balalı maral ocağa ziyarətə gəlir. Üç gün sağıb südünü uşağa verirlər. Həm də Seyid Süleyman maralın südündən camaata da paylayır. Deyilənlərə görə maral üç gündən sonra balasını başı ilə itələyir və onu ocaqda qoyub getmək istəyir. Seyid Süleyman maralın üzündən öpərək: "Ay Allahın heyvanı sən balanı ocağa nəzir verirsən, mən də onu sənə qaytarıram" – deyir. Seyid Süleymanın özünün də döşündən süd gəlirmiş. Həmin süddən Seyid Bayrama da verirmiş. Seyid Süleymanın ikinci evliliyindən Seyid Musa, Seyid Miri, Seyid Əhməd, Seyid Sinəxanım və Seyid Zərnigar adlı uşaqları da anadan olublar.
Seyid Bayramın nişanlı olan ortancıl qardaşı Seyid Ağa 17 yaşında axşam yatıb, səhər qalxmayıb. Seyid Bayram böyük qardaşı Seyid Hüseyn ilə bacanaq olub. Onların həyat yoldaşları Göyçə mahalının Nərimanlı kəndindən Hacı Alının qızları idi. 1905-ci il qaçqınlığına qədər Seyidlər nəsli mahalın Çaxırlı kəndində yaşayıb. Göyçəlilər doğma yurdlarına qayıdanda Seyid Bayram görür ki, Çaxırlıda ermənilər məskunlaşıb. Bu zaman Seyid Bayram – "Daha mən bu kənddə erməni ilə qonşu olub yaşaya bilmərəm" – deyir. Bu söhbəti eşidən Seyid Bayramın Daşkənddən olan dostları Kərbəlayi Rüstəm və Hacı Balı deyir ki, Seyid, gəl bizim kənddə yaşa. Beləliklə, Seyid Bayram Daşkənd kəndində məskunlaşır. Seyid Hüseynin oğlu Seyid İsmayıl da Daşkənddə yaşamışdır. O, 1970-ci ildə vəfat edib və 1934-cü ildə vəfat edən əmisi Seyid Bayramın yanında dəfn olunub. Seyid Bayrama "Ağa Seyid" deyə də müraciət edirmişlər. Seyid Bayramla Pəri nənənin ailəsində Seyid Gülsüm (1901), Seyid Yusif (1919), Seyid Maral (1923), Hacı Seyid Səkinə (1926), Seyid Sədət (1929) və Seyid Tamam (1931) adlı el-obamızın, xalqımızın sevimli seyid övladları dünyaya gəliblər...”
Qeyd edilir ki, Seyidlərin ocağı Göyçə kəndləri ilə yanaşı Azərbaycanın Göyçəyə yaxın əraziləri – Dərələyəz mahalı, Qaraqoyunlu dərəsi, Qazax, Gəncəbasar, Gədəbəy, Kəlbəcər camaatının da ziyarət yeri idi. Hətta bu ocağı tarixi düşmənlərimiz olan ermənilər də ziyarət edir, nəzir-niyaz verir, qurban kəsirdilər.

  • Erməni vandalizmi sərhəd tanımır...

Filologiya elmləri doktoru, professor Avtandil Məmmədov mətbutata açıqlamasında deyib ki,

Qərbi Azərbaycanda yaşayan soydaşlarımız bir əsrdə dörd dəfə deportasiya ediliblər. Onlar bu deportasiyalar zamanı təkcə şəxsi əmlaklarını deyil, yüz illər boyu inanc yerləri olan ziyarətgahlarını da itiriblər. Həmin müqəddəs məkanlar erməni vandalizminin hədəfinə çevrilib.

Amasiya rayonunun Ağbaba mahalında tarixi-dini abidələrin yerlə-yeksan edildiyini vurğulayan alim deyib: “Onların arasında nəinki Ağbaba, həmçinin Mesxetiya, Aran Borçalı, Çıldır, Qarsda məşhur olan, dəniz səviyyəsindən 3 min metr hündürlükdə yerləşən Ağbaba, karvan yolunun kənarındakı Bəzirgan, Öysüz ocağı, Qızıldağ ziyarətgahları və digərləri də olub”.

Tədqiqatçı həmin ziyarətgahlarla yanaşı, Amasiya kəndinin yaxınlığında - Arpaçayın sol sahilindəki Dərə ocağının, Çivinli çayının sahilindəki Süddaşı, Mağaracıq kəndi ərazisindəki Ocaqqaya, Seyid Abbas, Güllücə kəndi yaxınlığındakı Qaragüney pirlərinin, Qızıl qoç ziyarətgahının və digər müqəddəs yerlərin də vəhşicəsinə məhv edildiyini bildirib.

Professor deyib ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə qaldırılan məsələlərin həlli bu istiqamətdə tədqiqatlıların aparılmasına yeni impuls verəcək.

Qərbi Azərbaycandakı ziyarərgahlarımızın erməni vandalizminə məruz qalması bizi çox narahat edir və bu pirlərin, ziyarətgahların, müqəddəs ocaqlarımızın genosididir. Əlbəttə, bu vandalizmə dünya birliyi reaksiya verməlidir. Biz tarixi ədalətin bərpa olunacağı günə çox inanırıq və gün gələcək, xalqımız yenidən o yurdlara qovuşacaq.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ