çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Qafqazda sülh - Moskva-Tehran-Paris üçlüyü Vaşinqtona qarşı...

Image


Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla onun erməni həmkarı Ararat Mirzoyan arasında keçirilən danışıqlar iki ölkə arasında sülh müqaviləsinin imzalanması ehtimalını xeyli yüksəldib.

Artıq Vaşinqton görüşündə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində irəliləyişin əldə olunacağı ilə bağlı gözləntilər var. Ekspertlərə görə, Ermənistan rəhbərliyi nəhayət bu işə ciddi yanaşır.

Güman edilir ki, keçirilən görüşlərdə sənədlərin imzalanması haqqında müzakirələr aparılır. Hələ də bəzi məqamlarla bağlı fikir ayrılıqları mövcuddur. Bu günlərdə aparılan danışıqlar uğurla bitsə, hətta bu ay ərzində nəticə əldə edilə bilər. Amma bunun üçün kənar müdaxiələr olmamalıdır. Məsələnun bu tərəfinə diqqət çəkən Amerikanın nüfuzlu “The Wall Street Journal” nəşri yazır ki, İrəvan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyana qədər Ermənistan ilə Azərbaycan arasında münaqişə bitməyəcək. Bunu anlayan İrəvan artıq qeyd edilən istiqamətdə addımlar atır. Qeyd olunur ki, ABŞ-dan başqa Rusiya prezidenti Vladimir Putin də vasitəçi rolunu öz üzərinə götürüb: “Məsələnin tam həll edilməsi və sülhün əldə olunması Qarabağda yerləşən Rusiya qüvvələrinə ehtiyacı aradan qaldırardı. Məhz həmin qüvvələr Putinin əsas alətlərindən biridir. Ermənistan xüsusilə hərbi sahədə Rusiyadan çox asılıdır. Rusiya hərbçiləri Ermənistanda azı üç mühüm mövqeyə nəzarət edirlər. Burada Rusiyanın hərbi bazası var, Rusiya hərbçiləri Ermənistanın sərhədlərinin əsas hissələrində patrul həyata keçirir və bu ölkənin hava məkanına tam nəzarət edir”. Öz növbəsində, Azərbaycan prezidenti İlham Əliyev Moskvanın nəzarətindən qurtulmağı bacarıb: “Azərbaycan neft və qaz tədarük etdiyi Avropa ilə güclü iqtisadi əlaqələri gücləndirməklə yanaşı, həm də Türkiyə və İsraillə müdafiə sahəsində güclü əlaqələr qurub. Azərbaycanın Türkiyə və İsraillə üçtərəfli əməkdaşlığı rəsmi Tehranı xüsusilə narahat edir. Bunun səbəblərindən biri də rəsmi Bakının ölkə əhalisinin azı beşdə birini təşkil edən İran azərbaycanlılarına verdiyi dəstəkdən qaynaqlanır. Nəticə etibarı ilə Tehran Türkiyə-İsrail-Azərbaycan əlaqələrini balanslaşdırmaq və sülh danışıqlarını pozmaq üçün Moskva və İrəvanla işləyir. Amma  Bakının Avropa, Türkiyə və İsraillə də müdafiə sahəsində əməkdaşlığı Azərbaycan hərbçilərinə öz gücünü qeyri-adi sürətlə artırmağa kömək edib. İkinci Qarabağ müharibəsində onların nümayiş etdirdikləri güc həm Moskvada, həm də Tehranda təcrübəli müşahidəçilərin çoxunu heyrətə gətirdi”.

Bildirilir ki, Azərbaycan həm Rusiya, həm də İranla həmsərhəd olan yeganə ölkədir: “Onun Türkiyə və İsraillə üçtərəfli əməkdaşlığı Tehranı daha çox narahat edir. Beləliklə, Tehran Moskva və İrəvanla Türkiyə-İsrail-Azərbaycan qrupunu tarazlaşdırmaq məqsədi daşıyan üçtərəfli vektor üzrə fəaliyyət göstərir. Bu vektora öz hərəkətləri ilə həqiqətən də Azərbaycanın deyil, Ermənistanın xeyrinə çalışan Fransa prezidenti Emmanuel Makron dolayı yolla kömək edir. Fransada böyük erməni diasporu yaşayır. Onun təsiri və Makronun beynəlxalq arenada ekssentrik təşəbbüslərə meylliliyi sayəsində Parisin tutduğu mövqe bütövlükdə Rusiya və İranın Cənubi Qafqazda nüfuzunu gücləndirir. Noyabrda  Paris özünü Şarl Mişelin rəhbərliyi altında Avropa vasitəçiliyinin iştirakçısı rolunda görürdü. Makron Şarl Mişelə təzyiq göstərib ki, o, Makronu danışıqlara dəvət etsin. Bu, Avropa vasitəçiliyinin “Bakının gözündə qeyri-legitim” olmasına gətirib çıxarıb. Belə vəziyyətdə ABŞ dövlət katibi Entoni Blinken indi etiraf edir ki, Amerika yolu Ermənistanı sülhə sövq etmək və bununla da Rusiya-İran alyansı ilə əməkdaşlıq formasını məhdudlaşdırmaq üçün həyat qabiliyyətli yeganə yoldur. Yəni ABŞ başa düşüb ki, rəsmi Vaşinqton Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesində daha fəal iştirak etməsə, Rusiya və İran hər zaman bu prosesə maneə törədəcək. Əgər Ermənistan ağlını başına yığsa, ABŞ və müttəfiqləri Rusiya qoşunlarına arxalanmadan Qarabağ ermənilərinin rifahını təmin etmək üçün həm İrəvan, həm də Bakı ilə işləyə biləcək. Təəssüf ki, Bob Menendez və konqresmen Adam Şiff kimi ABŞ-dakı erməni icmasının bir çox nüfuzlu dostları İrəvanı bu istiqamətə sövq etməkdən imtina edirlər. Demokratlar Partiyasından olan dostları Ermənistanı yolundan azdırmayacaq ki? Gələcək göstərəcək”. Hesab edilir ki, ABŞ bu vəziyyətdə qətiyyətli olmalı, sülh üçün Ermənistana bütün təsir vasitələrindən istifadə etməlidir.  ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bu fonda qeyd edir ki, Vaşinqton Cənubi Qafqazda sülh prosesinə və dinc gələcəyə dəstəkdə sadiqdir: “Biz hesab edirik ki, birbaşa dialoq məsələlərin həllinin açarıdır”. Vaşinqtonda səfərdə olan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə dair suala gəldikdə isə, Patel hadisələri qabaqlamamağa çağırıb.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ