çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Ermənistan Rusiyaya qarşı siyasətini açıq müstəviyə keçirdi, Kremlin cavabı sərt olacaq

Image


Rusiya ilə münasibətlərində müəyyən gərginliklər yaşayan Ermənistan bu istiqamətdə daha bir addım atıb. Söhbət BMT və Avropa Şurası arasında əməkdaşlığa həsr olunmuş bu qətnaməyə münasibətdən gedir. Ermənistan Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsini “təcavüz” adlandıran qətnamənin lehinə səs verib.

Əslində BMT və Avropa Şurası arasında əməkdaşlığa həsr olunmuş bu qətnamədə Rusiyanın Ukraynaya qarşı təcavüzü cəmi bir paraqrafda yer almışdı. Avropa ölkələri, Kanada və ABŞ tərəfindən dəstəklənən bu qətnamə 122 lehinə, 18 bitərəf nisbəti ilə qəbul olunub. Ermənistanla yanaşı, bu dəfə Çin Qazaxıstan, Braziliya və Hindistanla birgə qətnamənin lehinə səs verib. Qətnamənin əleyhinə Rusiyadan başqa yalnız Belarus və Suriya səs veriblər. Budəfəki səsvermədə ümumiyyətlə iştirak etməyən ölkələrin sayı daha çox olub. Bir sıra şərhçilər qeyd edirlər ki, bu qətnaməyə əslində ötən həftə səsvermə keçirilsə də, səsi, necə deyərlər, indi çıxıb. Çünki bu sənəddə yalnız preambulanın bir yerində, 9-cu paraqrafda Rusiyanın adı çəkilirdi: “Rusiya Federasiyasının Ukraynaya qarşı, ondan əvvəl isə Gürcüstana qarşı təcavüzünə görə Avropanın misilsiz çətinliklərlə üzləşməsi və Rusiya Federasiyasının Avropa Şurasında üzvlüyünün dayandırılması ilə bağlı biz BMT və Avropa Şurası arasında gücləndirilmiş əməkdaşlığa çağırırıq”. Ermənistanın qətnamənin lehinə səs verməsi, şübhəsiz ki, Moskva-İrəvan münasibətlərinə mütləq öz təsirini göstərəcək. Bu xüsusda “armenianreport” portalı yazır: “Baş verənlər, ümumiyyətlə diplomatiyamıza, xüsusən də Ermənistanın BMT-dəki nümayəndə heyətinə bir qədər fərqli nəzər salmağa vadar edir. Özümüzdə öz fikrimiz olduğunu və bundan sonra rusların diqtəsi ilə hərəkət etmədiyimizi göstərmək üçün güc tapdıq. Rusiyanın təcavüzkar adlandırıldığı qətnaməyə “lehinə” səs verərək, biz özümüzü dünyanın əksər dövlətləri sırasında gördük – 122 ölkə bu qətnaməyə “lehinə” səs verdi. Lakin “əleyhinə” səslər yalnız beş dövlətdən - Rusiya, Belarus, Konqo, Nikaraqua və Suriyadan gəlib. Və sadəcə əladır ki, Ermənistan əvvəlki kimi üçüncü dünyadan olan bu yaramaz dövlətlər sırasında deyil. Son vaxtlara qədər bunu təsəvvür etmək çətin idi. Bəli-bəli, bu yaxınlarda,  məsələn, bu ilin fevralında bizim nümayəndə heyətimiz BMT-də Ukraynada sülhlə bağlı qətnaməyə biabırçılıqla bitərəf qaldı. İndi gördüyümüz kimi, vəziyyət yaxşılığa doğru dəyişməyə başladı. Amma əhalinin rusiyapərəst təbəqəsi belə düşünmür (ədalət naminə etiraf etmək lazımdır ki, Moskvanın hər bir xəyanətkar addımı ilə onların sayı getdikcə daha az olur) və Kremlin nəzarətində olan müxalifətin gülünc ittihamlarla ölkə hakimiyyətinə hücumu müşahidə edilir. Necə ki, bununla biz yeganə “müttəfiqimizə” “xəyanət edirik” və Rusiya “sülhməramlıları” tərəfindən “mühafizə olunan” Qarabağ sakinlərini təhlükəyə məruz qoyuruq. Bu ittihamlar və daha da artığı, onlarda səsləndirilən arqumentlərin heç bir dəyəri yoxdur. Birincisi, Rusiya uzun müddətdir Ermənistanın müttəfiqi deyil. 2016-cı ilin aprelindən, Moskvanın Bakı və Ankara tərəfinə keçdiyi məlum olandan o bizimlə müttəfiq olmayıb. O bizi müdafiə etmədi, əksinə, bunun Ermənistana qarşı yönəldiyini yaxşı bildiyi üçün Azərbaycana silah tədarükünü artırmağa başladı. İkincisi, İrəvan Ermənistanın maraqlarına səs verir. Bunu o qədər də anlayışlı olmayan həmkarlarımızın hücumlarına qarşı mübarizə aparan hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Arman Eqoyan da vurğuladı. O haqlıdır, hər bir dövlət öz ölkəsinin maraqlarını düşünür. Əgər bu qətnamədə onun üçün müsbət bir şey varsa, o da “lehinə” səs verə bilər. Ermənistan Rusiyanın əyaləti deyil ki, bizim maraqlarımız Moskva ilə 100 faiz üst-üstə düşsün. Ermənistanın isə Kremlin xarici siyasətinin fonunda Rusiyadan üz döndərməkdə və artıq onun arxasınca getmək istəməməsində yalnız ruslar günahkardır”.

Portal belə bir məqama da diqqət çəkir ki, Rusiya Ermənistanı Azərbaycanla sülh müqaviləsi imzalamaqdan çəkindirməyə çalışır: “Bakı və İrəvan bu ay ərzində sülh müqaviləsi imzalayacaq. Əgər Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlarda uğur qazanılarsa, bu ay ərzində Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasını gözləmək olar. Qərb bu gün Ermənistanla çox maraqlanır. Rusiya Qərbin bu planlarına müqavimət göstərmək istəyəcək. Ermənistanın “yeni Ukrayna” olmaq risqi böyükdür. Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesinə Qərbin müdaxiləsini özü üçün təhlükə hesab edir. Və onun bütün bunlara necə qarşı çıxdığını biz Ukraynanın timsalında görürük. Ona görə də çox narahatıq”. Erməni analitik Artur Ovhannisyan isə qeyd edir ki, Rusiyaya qarşı hər hansı yanlış münasibət Ermənistan üçün fəlakətli nəticələr verəcək. Onun sözlərinə görə, Ermənistanın hazırkı hakimiyyəti ölkəni Rusiya ilə üz-üzə qoyur. Rus ekspert Sergey Voronin isə hesab edir ki,  Qərb Ermənistan-Rusiya münasibətlərində eynən Ukrayna ssenarisini tətbiq edir və bunun reallaşmasına İrəvan da yardım göstərir: “Hər şeydən öncə qeyd etmək lazımdır ki, Paşinyan artıq ölkəsini əminliklə Qərbə tərəf aparır. Bu, Rusiyadan qopmaq deməkdir. Fikir verin, Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədinə göndərdiyi missiyanın da konkret qalma müddətinə riayət olunmur. Bu isə o deməkdir ki, həmin missiya Ermənistanda daha çox qala bilər. Üstəlik, nəzərə alaq ki, mülki missiya pərdəsi altında Ermənistana NATO ölkələrinin hərbi müşavirləri, kəşfiyyatın nümayəndələri göndərilir. Çox qəribədir ki, məhz Ermənistanın xahişi ilə, tələbi ilə Azərbaycan tərəfinin iştirakı olmadan Ermənistanla Azərbaycan arasında mümkün münaqişə alovunu söndürmək vəzifəsini icra etməlidir. Rusiya Qafqazda özünə yeni cəbhənin açılmasına qarşı çıxdığı bir vaxtda Ermənistanda əks addımlar atılır”. Erməni politoloq Davit Stepanyan isə vurğulayır ki, bu, İrəvana baha başa gələcək: “Düşünmürəm ki, Rusiyanın bu gün təxribatlara əl atmaq, hücumlar təşkil etmək üçün resursları var. Rusiyada tez-tez qeyd olunur ki, Ermənistan vektoru dəyişmək niyyətindədir. Ümid edirəm ki, bu proses davam edəcək, çünki Rusiya hər şeyə qadirdir ki, bu vektor dəyişikliyinin davam etməsi baş verməsin. Ermənistan çox ayıq olmalıdır. Ölkə daxilində hər şey mümkündür. Ölkə daxilində müxtəlif ssenarilər mümkündür və o ssenarilərin arxasında Rusiya dayanacaq”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ