çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Laçın yolunda legitim "KPP" - “Böyük Qayıdış”a möhkəm təhlükəsizlik zəmanəti...

Image


Azərbaycanın Laçın-Xankəndi yolunda qurduğu nəzarət-buraxılış məntəqəsi əslində bundan sonra bölgədə sülhün və təhlükəsizliyin təmin olunması nöqteyi-nəzərindən vacib bir məqamdır.

Azərbaycan Vətən müharibəsində qələbə əldə etdikdən sonra imzalanmış 10 noyabr bəyannaməsinin müddəalarına uyğun olaraq Ermənistan silahlı qüvvələri Qarabağ ərazisindən çıxarılmalı və bu əraziyə rus sülhməramlı qüvvələri yerləşdirilməli idi. Eyni zamanda, Azərbaycan Qarabağda yaşayan ermənilərin Ermənistanla gediş-gəlişini asanlaşdırmaq məqsədilə Laçın rayonu ərazisindən keçməklə Ermənistana yeni yolun çəkilişini həyata keçirməli idi. Azərbaycan bu öhdəliyi tez bir zamanda yerinə yetirdi. Baxmayaraq ki, burada müddət 3 ilə qədər göstərilmişdi. Azərbaycan tərəfi təxminən ilyarıma bu öhdəliyi yerinə yetirdi və beləliklə, Qarabağda yaşayan ermənilərin Laçın yolundan keçərək Ermənistana gediş-gəlişi asanlaşdı. Amma sonrakı tarixlərdə biz görürdük ki, ermənilər Qarabağda yaşayan ermənilərin gediş-gəlişini asanlaşdırmaq məqsədilə yaradılan yoldan digər məqsədlərlə istifadə edirlər. Yəni Ermənistanda silahlı birləşmələrin və minaların bu yol vasitəsilə Qarabağa daşınması həyata keçirilir. Bütün bunlar isə rus sülhməramlı qüvvələrinin gözü qarşısında baş verir. Bəzən rus sülhməramlı qüvvələri bunlara himayədarlıq edir. Bütün bunlar bir daha göstərir ki, Laçın-Xankəndi yolundan humanitar məqsədlər üçün deyil, hərbi məqsədlər üçün istifadə edilir. Hərbi məqsədlər üçün istifadə edildikdə isə bu, heç bir beynəlxalq hüquq normalarına uyğun gəlmir”.

  • Vətəndaşlarımızın təhlükəsiz, rahat qayıdışı prosesində sərhəd buraxılış məntəqəsinin böyük əhəmiyyəti var

Əksər təhlilçilər hesab edir ki, sərhəd-buraxılış məntəqəsinin qurulması o bölgənin sakinlərinin geri qayıdışında mühum rol oynayacaq. Nəzərə almaq lazımdır ki, ölkə başçısı İlham Əliyev elan edib ki, bu ilin sonuna kimi laçınlıların doğma yurdlarına geri qayıdışı təmin ediləcək. Məlumdur ki, Laçın yolunda sərhəd buraxılış məntəqəsinin olmaması bir sıra problemlərə səbəb olurdu. Həm qanunsuz silah daşınması, həm separatçılara yük daşınması, həm də Azərbaycan ərazisinə qanunsuz giriş-çıxış baş verirdi. Təəssüflər olsun ki, Xankəndi və Laçın yolunda sülhməranlıların müvəqqəti olaraq yerləşdirilməsi bölgədə qanunun, haqqın, ədalətin təmin edilməsinə o qədər də töhfə vermirdi. Sərhəd buraxılış məntəqəsi Qarabağa qayıdacaq məcburi köçkünlərin özlərini daha güvənli, rahat, təhlükəsiz hiss etməsinə səbəb olacaq. Danılmaz faktdır ki, sakinlərimiz yolu keçib gələrkən istənilən bir separatçının, Ermənistanın təxribatına tuş gələ bilərdi. Bu baxımdan da vətəndaşlarımızın təhlükəsiz, rahat qayıdışı prosesində sərhəd buraxılış məntəqəsinin böyük əhəmiyyəti var. Buraxılış məntəqəsi tək siyasi, hüquqi deyil, eyni zamanda, təhlükəsizlik baxımından Azərbaycan üçün önəmlidir. Laçın yolunda sərhəd buraxılış məntəqəsinin açılması tarixi, mənəvi və hüquqi anlamda Azərbaycanın ən böyük qələbələrindən biridir.

  • Azərbaycan öz suveren ərazilərində separatizmin ləğvi və Qarabağa qayıdış məsələsində ilk həlledici addımını atmış oldu

Bundan sonra rəsmi Bakı reinteqrasiya tələbində israrı artıracaq və bu tələbin qəbul edilməsi məqsədilə həm hərbi, həm sosial-iqtisadi müstəvidə praktiki addımlar atacaq. Əliyevin separatçılara “ya Azərbaycan bayrağı altında yaşayacaqlar, ya da rədd olub gedəcəklər” xəbərdarlığından sonra Laçın yolunda postun qurulması məsələnin ritorikadan ibarət olmadığını təsdiq etdi. Bakının Xankəndiyə doğru addım-addım yaxınlaşmaqla bağlı planının olduğu aydın görünür və bu addımlar da mərhələli şəkildə atılır. Bundan sonra reinteqrasiya tələbi fonunda iki istiqamətdə addımların atılacağı ehtimalı böyükdür. Birincisi, erməni qoşunların çıxarılması, bölgənin silahsızlaşdırılması ilə bağlıdır. Bu, həm tələb kimi irəli sürüləcək, həm də terrorçu rejimin mövcud postlarının ləğv edilməsi məqsədilə addımlar atıla bilər. İkincisi, separatçı rejimin ləğvidir. Rejimin erməni əhalisi üzərində təsirinin minumuma endirilməsi məqsədilə sosial-iqtisadi müstəvidə addımlar atıla bilər. Bu addım Qarabağdakı mövcud situasiyanı dəyişməklə yanaşı, həm də münaqişənin mövcud olduğu dövrdə və müharibədən sonra da ermənilərin, eləcə də problemin qalmasında maraqlı olan qüvvələrin əsas istinad nöqtəsi olan “Laçın dəhlizi”nin faktiki olaraq sıradan çıxması deməkdir. Qarabağda “müstəqillik”, “öz müqəddəratını təyin etmə”, “dövlət” kimi iddiaların kökündə çıxış yolu həmişə “Laçın dəhlizi” olaraq qəbul olunub. Bu dəhliz yoxdursa, separatçıların danışdıqları faktiki olaraq sözdən başqa bir şey olmayacaq. Beləliklə, Azərbaycan öz suveren ərazilərində separatizmin ləğvi və Qarabağa qayıdış məsələsində ilk həlledici addımını atmış oldu. Bunlarla yanaşı, erməni əhalisinə Azərbaycan vətəndaşlığı ilə daha yaxşı yaşamaq imkanları təqdim olunacaq. Bu həm informasiya müstəvisində ola bilər, həm də ağırlaşan həyat şərtlərindən çıxış yolu kimi nümayiş etdirilər bilər.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ