çərşənbə axşamı günü, 10 noyabr 2026
     

XVIII əsr fransız səyyahının İrəvanda gördükləri erməni-fransız saxtakarlığını ittiham edir...

Image


İrəvanın, Qərbi Azərbaycanın Azərbaycan türklərinin tarixi torpaqları olduğunu xarici səyyahlar da birmənalı olaraq öz yazdıqları səyahətnamələrdə təsdiqləyiblər. Bu sənədlər Avropanın, Qərbin məşhur muzeylərində qorunub saxlanılır.

Avropa səyyahları birmənalı olaraq təsdiqləyirlər ki, Qərbi Azərbaycanda yalnız Azərbaycan türkləri yaşayıblar, onlar ulularımızın həyatını, məişətini, məşğuliyyətini qələmə alıblar. Onların da yazdıqlarından aydın olur ki, XIX əsrin əvvəllərinə qədər bu bölgədə ermənilər kompakt şəkildə yaşamayıblar. Ermənilərin bura sonradan köçürüldüyünü Qərb səyyahları da təsdiq edirlər. Əlbəttə, burada fransız səyyahları da var ki, onlar İrəvanın türk şəhəri olduğunu, əhalinin tam tərkibinin türklərdən ibarət olduğunu yazıblar. Azərbaycanın İrəvan xanlığı ərazisində yaşamış məşhur fransız səyyahı Jan Batist Şardenin yazdıqlarına baxsaq, bunu bir daha görmüş olarıq. “İrəvanda izim qaldı” rubrikasında Jan Batist Şardenin İrəvan xatirələrinə diqqət yetirəcəyik.

Bu gün təəssüf ki, özünü Ermənistanın “böyük bacısı” kimi aparan Fransa bu gerçəyi görmək, tarixi vərəqləyib ermənilərin o ərazilərə nə zaman köçürüldüyünü yada salmaq istəmir. Uzağa getməsinlər,  Şardenin Fransa Milli Kitabxanasında saxlanılan “Səyahətnamə” (“Parisdən İsfahana səyahət”) əsərinə diqqət yetirsinlər, görsünlər ki, o kimlərdən, nələrdən danışıb, İrəvanda hansı xalqın yaşadığını yazıb. Erməni və fransız saxtakarlığı dünyanı başına götürüb və onlar birləşib yalan iddialarla dünyanı aldadırlar. Halbuki, fransız səyyahının yazdıqları onların boş və mənasız iddialarını bir daha heçə endirir.   

Bir neçə il əvvəl Dövlət Tərcümə Mərkəzi orta əsrlərdə Azərbaycanın İrəvan xanlığı ərazisində yaşamış məşhur fransız səyyahı Jan Batist Şardenin Fransa Milli Kitabxanasında saxlanılan “Səyahətnamə” əsərində azərbaycanlılar, onların həyatı, adət-ənənələri haqqında yer almış fikirlərini əks etdirən “Məşhur fransız səyyahın İrəvan təəssüratları” adlı sənədli material hazırlayaraq yayıb. İngilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrain, ispan və alman dillərinə tərcümə edilmiş materialın xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın aidiyyətli mətbuat orqanlarına göndərilməsi, beynəlxalq internet məkanında, sosial şəbəkələrdə yerləşdirilməsi həyata keçirilib.

Materialda Jan Batist Şarden haqda yazılır ki, 1643-cü ildə Parisdə anadan olub və  Səfəvi hökmdarı II Şah Abbasın 1666-cı ildə imzaladığı Xüsusi fərmanla Səfəvi hökmdarının taciri vəzifəsinə təyin edilib. 1685-ci ildə İngiltərəyə köçüb və ömrünün sonunadək (1713) orada yaşayıb. Şardenin Paris Milli Kitabxanasında saxlanılan “Səyahətnamə” əsərinin “Parisdən İsfahana səyahət” adlı II fəsli Azərbaycan haqqında qeydlərlə zəngindir.

Dövlət Tərcümə Mərkəzi səyahətçinin qədim Azərbaycan şəhəri İrəvanla bağlı təəssüratlarını təqdim edib.  Mərkəzin saytında yer alan parçaya diqqət yetirək və görək fransız səyyah nə yazıb...

  • “Sərdarın adı Səfiqulu xandır”

“...Bir çox şəhər və qəsəbələrdən keçib, şər qovuşanda İrəvana çatdıq... Tiflisdən İrəvana məsafə 48 lyödür. İrəvan böyük şəhərdir, lakin yöndəmsiz və çirklidir. Şəhərin böyük hissəsi bağlardan və üzümlüklərdən ibarətdir. Bircə dənə də olsun, gözəl binası yoxdur. Şəhər hər tərəfdən dağlarla əhatə edilmiş düzənlikdə yerləşir. Şimal-qərb tərəfdən Zəngi[2], cənub-qərb tərəfdən isə Qırxbulaq çayları axır. Bu çaya bulaqlarının sayına görə  “Qırxbulaq çay” deyirlər.

...İrəvan qalası həcmcə kiçik bir şəhərdən böyükdür. Qala oval formadadır, dairəsi dörd min addımdır və təxminən səkkiz yüz evdən ibarətdir. Orada ancaq təmizqanlı səfəvilər yaşayırlar... Qalanın müdafiəsi üçün iki min əsgər ayrılıb. İrəvan hakiminin sarayı qalanın içərisindədir... Qalanın şimal tərəfində yerləşən təpədə kiçik bir qala da var. Aralarındakı məsafə min addım olar. Bu yerin müdafiəsi ikiqat divarla və toplarla möhkəmləndirilib. Orada iki yüz adam yerləşə bilər. Buranın adı “Keçiqala”dır.

  • Şəhər qaladan bir top mərmisi məsafəsi qədər uzaqdır... Şəhərdə qədim bir qüllə də var. Onun nə vaxt tikildiyini öyrənə bilmədim...

Qarşıda yerləşən bazarın lap yaxınlığında kərpicdən tikilmiş və hazırda uçub-dağılmış qədim bir məscid var. Məbəd onu inşa etdirən şəxsin şərəfinə Div Sultan məscidi adlanır. Oradan üç yüz addım kənarda böyük bir meydan yerləşir... Şəhərdə və qalada çoxlu hamam və karvansara var...

 Bu hakim bəylərbəyi (söhbət İrəvan hakimindən gedir) hələ də sərdar adlanır. ...Sərdarın adı Səfiqulu xandır.

İrəvan bəylərbəyiliyi ən varlı və ən çox gəliri olan əyalətdir. Onun ildə otuz iki min tümən (500 min ekü) gəliri olur. Orada qadağan olunmuş yollardan istifadə etməklə bu gəliri ildə iki yüz min tümənə çatdırırlar”.

  • Şardenin Novruz təəssüratları...

Qeyd edilir ki, J.B.Şardenin İrəvana ilk gəlişi milli Azərbaycan bayramı olan Novruza təsadüf edib. O bu barədə yazıb: “...1673-cü ilin mart ayının 21-i idi. Gün çıxandan qırx yeddi dəqiqə sonra qala qarnizonu və artilleriyası Yeni ili elan etdi və bayram münasibətilə üç yaylım atəşi açıldı. Burada Yeni ilin gəlişini, gecəyə, ya gündüzə təsadüf etməsindən asılı olmayaraq, Günəş Qoç bürcünə daxil olan an elan edirlər.

Səfəvilərdə dini və xalq bayramları lap çoxdur. İstər dini ayinlərin və əsas dini hadisələrin tarixi, istərsə də ilin fəsil dəyişməsini bildirən günlər müqəddəs, əziz günlər hesab olunur. Bununla belə, dini bayramlardan üçü təntənə ilə qeyd edilərək, ənənə şəklində qorunur. Səfəvilər Orucluq bitən günün səhərini bayram edirlər. İbrahim qurbanı və Əli tərəfdarlarının din yolunda şəhid olması tarixi burada hüznlə qeyd olunur. Yeni il təntənəsi də, xalq bayramı olmasına baxmayaraq, təntənə ilə qeyd edilir. Bunu da demək lazımdır ki, Novruz bayramı üç gün davam edir. Saraydakı kimi, digər yerlərdə də bu bayram Günəş Qoç bürcünə daxil olduğu andan hesablanmaq şərtilə səkkizinci günədək davam edir. Bu bayram Novruz Sultaniyyə adlanır. Bu isə “Möhtəşəm yeni il”, yaxud “İmperiyanın yeni ili” deməkdir.

Bayram günlərində bayram libası geyinmiş münəccimlər şah sarayına və ya yerli hökmdarların iqamətgahına gəlirlər. Onlar gecə-gündüz bərabərliyi anını müşahidə etmək üçün ora bir-iki saat əvvəl təşrif buyururlar. Münəccimlər gecə-gündüz bərabərliyini alçaq damların üstündən, meydançalardan izləyərək təyin edirlər. Məhz onların işarəsilə yaylım atəşləri açılır, musiqi alətləri – nağaralar, şeypurlar səsləndirilir”.

Qeyd edilir ki, "Parisdən İsfahana səyahət"i (Amsterdam 1711) Fransız dilindən dilimizə Vaqif Aslan tərcümə edib.

  • Şəhər qalasında yalnız azərbaycanlılar yaşayırdı…

“Azərbaycan tarixi” dərsliyində qeyd edlir ki, Osmanlı sultanı IV Muradın 1635-ci ildə İrəvanı ələ keçirməsi münasibətilə yazılan sənəddə bu şəhər Naxçıvan və Şirvanın qapısı, Azərbaycan mülkünün həsəd doğuran “İrəvan qalası” kimi qeyd edilir. 1655-ci ildə İrəvana gəlmiş Avropa səyyahı Jan Batist Taverniye yazır ki, şəhər qalasında yalnız müsəlmanlar (Azərbaycan türkləri) yaşayırdı.

J.B.Taverniye və J.B.Şardenin məlumatlarının oxşar cəhətləri var və hər ikisi də İrəvanın azərbaycanlılara, türklərə məxsus olduğunu vurğulayıb.

Sözümüzün canı odur ki, hər iki Jan Batistin yazdıqlarını Fransa və Ermənistan rəhbərliyi oxuyub nəticə çıxarsa yaxşı olar. Onlar da görməlidir ki, fransız səyyahların yazdıqları tarixi həqiqətləri bir daha təsdiqləyir və bu, erməni-fransız cütlüyünün uzun illərdir həyata keçirdiyi saxtalaşdırma kampaniyasını alt-üst edir. Gerçəkdən də, birrmənalı olaraq İrəvan tarixi Azərbaycan şəhəridir və Azərbaycan türklərinin əbədi məskənidir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ