çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Qərb sülh, Rusiya Zəngəzur dəhlizi üçün Ermənistana təzyiqləri artırır

Image


Yaxın zamanda Ermənistanın sülh müqaviləsi ilə bağlı danışıqlar masasına qayıtması gözlənilir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın xarici işlər naziri Ketrin Kolonnanın iştirakı ilə keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan təkliflər irəli sürsə də, Ermənistan cavab verilməsi prosesində də ciddi ləngimələrə səbəb olur: “Son dəfə Ermənistandan sülh müqaviləsi ilə bağlı şərtləri almaq üçün 6 həftə vaxtımız getdi. Bu da prosesin gedişatı ilə üst-üstə düşən hal deyil”. C.Bayramov qeyd edib ki, sülh sazişi ilə bağlı bütün təşəbbüslər Azərbaycan tərəfindən edilib: "Ermənistan tərəfi sülh danışıqlarına qayıtmasını bəyan edib. Növbəti danışıqların keçirilməsi növbəti önəmli addımdır. Biz bu prosesdə iştirak edəcəyik və sülh prosesinin irəli aparılması üçün əlimizdən gələni edəcəyik”. Beləliklə, bu açıqlamadan görünür ki, Ermənistan tezliklə sülh danışıqları masasına qayıdacaq və bu, Azərbaycanın sülh təşəbbüslərinin reallaşması üçün mühüm hallardan biri hesab olunur. Belə bir vaxtda Ermənistanın “Qraparak” qəzeti də olduqca maraqlı bir məlumat yayıb. Burada qeyd edilir ki, ABŞ Bakı ilə tezliklə sülh müqaviləsi imzalamaq üçün İrəvana təzyiq edir. Bildirilib ki, Vaşinqton Azərbaycan və Ermənistanın may ayının sonuna qədər sülh müqaviləsinin ilkin variantını təsdiqləmələrini istəyir. Nəşrin məlumatına görə, ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olsonun hər iki ölkəyə sonuncu səfəri də bununla bağlı olub. Lakin Ermənistan sülh gündəliyindən uzaq olduğuna görə, ABŞ-ın İrəvana təzyiqləri artıracağı gözlənilir. İddia edilir ki, sülh sazişinin layihəsini bu yaxınlarda Erika Olson baş nazir Nikol Paşinyana təqdim edib. Məlumatda bildirilir ki, sülh sazişi layihəsinin təfərrüatı haqda bilgi yoxdur, ancaq Ermənistanın maraqlarına “cavab vermədiyi” təxmin edilir. Ehtimallardan biri də odur ki, Ermənistan Rusiyaya sanksiyaların dəlinməsində ciddi dəstək verir. Bu, Qərbi qətiyyən razı salmır. ABŞ rəhbərliyindəki Qərb koalisiyası Ermənistandan Rusiyaya sanksiyaların dəlinməsində yardımı dayandırmağı, sülh sazişi imzalamaqla Kremlin Cənubi Qafqazdan çıxarılmasının sürətlənməsini tələb edir: “Qərb görür ki, Ermənistanın gəlirlərinin kəskin artması (Rusiyaya ixrac 2022-ci ildə 5 dəfə, Rusiyadan Ermənistana pul köçürmələri isə 7 dəfə artıb) birbaşa Rusiyaya tətbiq edilən sanksiyalarla bağlıdır. Buna görə də Ermənistana iqtisadi-siyasi təzyiqlər artıb”. Məqalədə vurğulanıb ki, Qərbin müxtəlif rəsmilərinin tez-tez Ermənistana səfərləri İrəvanın manevr vaxtının bitdiyini və Nikol Paşinyanın tez qərar qəbul etməyə məcbur olduğunu təsdiqləyir: “Azərbaycanın xarici işlər naziri fransalı həmkarı ilə keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistan XİN rəhbərlərinin gələn həftə ABŞ-da görüşəcəklərini, mövqeləri uyğunlaşdırmağa çalışacaqlarını açıqlayıb. Maraqlıdır ki, Qərb rəsmilərinin səfərləri və Paşinyanın Rusiya prezidenti Putinlə telefon danışığından sonra açıqlama verən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bir sıra antirusiya bəyanatları ilə çıxış edərək, təkcə bugünkü gündəmə görə deyil, təhlükəsizlik böhranı, Laçın dəhlizi ətrafındakı vəziyyət, həm də 44 günlük müharibədə Rusiyanı günahlandırıb”.

Maraqlıdır ki, Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna da qeyd edir ki, Azərbaycan və Ermənistan arasında sülh olmalıdır: “Azərbaycan sülh müqaviləsi üçün cəhdlər edir və bunu alqışlayırıq. Sülhə gedən yol çətin yoldur, səbr, təmkin tələb edir. Bununla bağlı gələcək planlar da qurulmalıdır”. Deməli, Qərb sülh üçün Ermənistana təzyiqləri artırır və İrəvanın Qərbin orbitinə yuvarlanıb Moskvanı tənqid etməsi rusları razı salmır. Ermənistan hökumətinə bağlı “Baqramyan 26” teleqram kanalı bildirir ki, elə bu səbəbdən Rusiya Ermənistana qarşı iqtisadi sanksiyaları sərtləşdirir. Qeyd olunur ki, Ermənistandan olan fermerlər və yük maşınları günlərlə kənd təsərrüfatı məhsullarını Rusiyaya apara bilmir: “Gürcüstanda erməni sürücülərə və fermerlərə məlumat verilir ki, Rusiya tərəfi Ermənistan yük maşınlarının ölkəyə girişinə qadağa qoyulması barədə qərar qəbul edib”. “Baqramyan26” vurğulayıb ki, bunun nəticəsində istixana təsərrüfatı böyük itkilərə məruz qalır: “Bundan başqa, Ermənistana maye qaz idxal edən yük maşınları yanacaq doldurmaq üçün Rusiya ərazisinə daxil ola bilmirlər. Ona görə də Ermənistanda maye qazın qiyməti son bir ayda, demək olar ki, 80 faiz artıb”. Məqaləyə əsasən, Rusiya tərəfi bu məhdudiyyətləri texniki problemlərlə izah edir: “Ancaq görünən odur ki, baş verənlər Ermənistana qarşı iqtisadi sanksiyalardır və bunun arxasında siyasi sifariş dayanır”. Rus ekspert Fyodor Qayda isə qeyd edir ki, indiki halda Kremlin daha bir ciddi təzyiqi Zəngəzur dəhlzinin açılması ola bilər: “Yalnız bu halda perspektiv var, əks halda perspektiv yoxdur. Nəyisə xilas etmək üçün harda güzəştə getdiyimizi başa düşməliyik. Dəhlizlə bağlı söhbət, təbii ki, gec-tez Ermənistan yurisdiksiyası qorunub saxlanılmaqla baş tutacaq. Əsas odur ki, Ermənistan və Rusiya Azərbaycanla Türkiyə arasında nəqliyyat əlaqəsini təmin edir və Ermənistan bunun üçün Qarabağın erməni əhalisi ilə bağlı təminat alır. Bütün bunların qarantı Rusiyadır. Beləliklə, tək qapılı oyun dalana dirənir”. Ekspert vurğulayıb ki, Azərbaycan üçün yeganə maraq Qarabağ deyil: “Ola bilsin ki, Azərbaycan Türkiyə ilə hansısa nəqliyyat əlaqəsinin olmasını istərdi. Biz hələ ki, ekstraterritorial dəhlizdən danışmırıq, hələ də Ermənistan yurisdiksiyasının qorunub saxlanmasından danışırıq, amma nəzərə almalıyıq ki, yemək yedikdə iştaha açılır. Danışıq apara bilməmə və münaqişə davam etdiyi üçün tələblər arta bilər. Bu halda region elədir ki, tələblər sonsuz şəkildə arta bilər. Bunu nəzərə almaq lazımdır. Ona görə də tərəflər danışıqlara nə qədər tez başlasa, bu, hamı üçün bir o qədər yaxşı olacaq, əks halda çox şey baş verə bilər”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ