çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Putinin komandası Ermənistanın qərbyönümlü davranışlarını hələ də malalayır - niyə?

Image


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb. M.Qaluzin və A.Mirzoyan regional və ikitərəfli məsələlərə də toxunublar. İkitərəfli münasibətlərin problemləri ilə bağlı fikir mübadiləsi də diqqət mərkəzində olub.

Tərəflər Rusiya-Ermənistan müttəfiq əməkdaşlığının müsbət dinamikasını qeyd ediblər. Parlament xətti, regionlararası təmaslar və mədəni əlaqələr vasitəsilə ən yüksək və yüksək səviyyələrdə dialoqun mütərəqqi inkişafı, o cümlədən müvafiq idarələr arasında əməkdaşlığın artırılması vurğulanıb. Ticarət-iqtisadi əlaqələrin rekord dinamikası qeyd olunub. Rusiya ilə Ermənistanın beynəlxalq təşkilatlarda koordinasiya səviyyəsindən məmnunluq ifadə olunub. Rusiyalı diplomat Ermənistan xarici işlər nazirinin müavinləri Vaqe Gevorkyan və Mnatsakan Safaryanla da məsləhətləşmələr aparıb.

Rusiyanın rəsmi dairələri Ermənistana gəlib-gedir. Burada diqqət çəkən məqam odur ki, Ermənistanla görüşlərdə həmişə Rusiya rəsmiləri iki ölkə münasibətlərinin yüksək səviyyədə olduğunu, dinamik və hərtərəfli inkişaf etdiyini bəyan edirlər. Bir sözlə, bununla bağlı ancaq pozitiv bəyanatlar verirlər. Bu biri tərəfdən də Ermənistan cəmiyyətində rusafobiya getdikcə güclənib. Bu, müxtəlif səviyyələrdə özünü çox açıq formada göstərir.

Maraqlıdır, Rusiyanın siyasi rəhbərliyi Ermənistanla münasibətlərin əsl mahiyyəti haqqında niyə danışmaq istəmir? Niyə Rusiya hakimiyyəti Ermənistanın qərbyönümlü siyasətini malalayır?

  • “Azərbaycanın parlaq qələbəsindən sonra Rusiyadan "küsmüş" cəmiyyət yeni "arxa-dayaq" axtarışına çıxdı”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev Rusiyanın Ermənistanla bağlı əsl reallıqları görməzdən gəlməsini bir sıra amillərlə əlaqələndirdi: “Ermənistan hakimiyyətinin son illərdə anti-Rusiya siyasəti aparmasının bir çox səbəbləri var. Onlardan biri, deyərdim ən başlıcası 2020-ci ildə Azərbaycan dövlətinin öz haqq davasında Ermənistan üzərində parlaq qələbəsi oldu. O vaxta qədər erməni cəmiyyəti elə düşünürdü ki, Ermənistanla Azərbaycan arasında müharibə baş verərsə onların əvəzinə Rusiya praktiki olaraq müharibəyə cəlb olunacaq. Yəni Ermənistanın yerinə Azərbaycanla savaşa girəcək. Necə deyərlər, “Ac toyuq yuxuda darı gördüyü kimi”. Təbii ki, Azərbaycan fraqmental gücə çevrilməklə geosiyasi anlamda balanslı siyasət apararaq ermənilərin mifik təsəvvürlərini darmadağın etdi. Azərbaycanın parlaq qələbəsindən sonra Rusiyadan "küsmüş" cəmiyyət yeni "arxa-dayaq" axtarışına çıxdı. Üzünü Qərbə çevirən Ermənistan üçün bu "axtarışların" da bir nəticəsi olmadı. Çünki Ermənistan yeni dünya nizamında bir çox dövlətlər üçün əlavə yükə çevrildi. İqtisadi cəhətdən tamamilə çökmüş Ermənistan faktiki olaraq Qərbin və Rusiyanın əlində bir alət olaraq qalmaqdadır”.

Sədr müavini hesab edir ki, Ermənistanın qərbyönümlü siyasətini Rusiya daxilən rahatlıqla həzm edə bilmir: “Ona görə də son günlər Ermənistan hakimiyyəti ilə təmasları intensivləşdirməsi müşahidə olunur. Düşünürəm ki, Rusiyanın özünün böyük problemləri olduğunu dərk edən erməni tərəfi bundan öz mənafeyi naminə istifadə edir. Bununla Ermənistan Qərb dövlətləri və Rusiya arasında siyasi manevrlər edə bilir. Hətta iş o yerə çatdı ki, Ermənistanda özünü anti-Rusiya cəbhəsində təqdim edən qüvvələr Putinin İrəvana səfər edəcəyi halda həbs olunacağını dilə gətirdilər. Bu dairələr Rusiyaya meydan oxumaqla Qərbin "etimadını" qazanmağa cəhd etdilər. Bu onu göstərir ki, Ermənistan siyasi dairələri ikili oyunları ilə hər zaman Qərbə və Rusiyaya öz "gərəkliyini" nümayiş etdirməyə çalışır. Tamamilə iqtisadiyyatı iflic olmuş, hərbi infrastrukturu darmadağın olunmuş Ermənistan hazırda bölgədə mövcudluğunu qorumaq üçün bütün vasitələrdən istifadə etməyə çalışır. Rusiya dövləti Ermənistanla münasibətlərin ən yüksək səviyyədə olduğunu dilə gətirməklə "sınmış" erməni elektoratının  rəğbətini qazanmağa çalışır. Ancaq bu mümkün olacaqmı? Bunu zaman göstərəcək. Kreml Ermənistanın tamamilə Qərbin yanında yer alacağından ehtiyat edir. Ona görə də iki ölkə arasında olan kəskin ziddiyətləri ört-basdır edirlər. Ermənilərin ən doğru seçimi Azərbaycanın irəli sürdüyü sülh şərtlərini qəbul etməsi ola bilər.  Ermənistan bizimlə sülh sazişini imzalasa, düşdüyü ağır iqtisadi vəziyyətdən özünü xilas edə bilər. Ermənilər nə qədər bölgədən kənarda özünə arxa-dayaq axtarışnda olacaqsa, çox böyük şanslarını itirmiş olacaqlar. Onların yeganə çıxış yolu qonşu dövlətlərlə sülhə gəlib dinc yanaşı yaşamaq yoludur. Bunu etməsələr, Ermənistan daha böyük fəlakətlə üz-üzə qalacaq”.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ