çərşənbə axşamı günü, 10 noyabr 2026
     

“Qlobal düşünüb lokal hərəkət etmək lazımdır” - Heydər Əliyevin dövlətçilik konsepsiyasının əsas prinsipləri...

Image


Yaxın tarixi təcrübələr real şəkildə bəyan edir ki, müstəqillik sözün həqiqi mənasında xalqa xidmət edir, millətə öz milli həyatını sərbəst, özünəməxsus şəkildə qurmaq imkanını verir. Milli inkişafın müqəddəs şərti də elə bu dəyərlər hesab oluna bilər.

Ümummilli lider Heydər Əliyevin zamanında söylədiyi: "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm", - kəlamını bu gün də həyəcansız xatırlamaq mümkün deyil.

Ulu öndərin rəhbərliyi ilə milli varlığımızın taleyüklü problemlərinin həlli yolunda atdığı uğurlu addımlar, milli tərəqqiyə mane olan neqativ halları vaxtında təmkin və qətiyyətlə aradan qaldırması əzmi və bacarığı, elin qüdrətindən bac alan milli təfəkkürün də təcəssüm edir.  

Ümummilli Lider milli müstəqillik probleminə həsr edilmiş elmi əsərlər yazmamışdır. Lakin  özünün bütün siyasi karyerası ilə xalqımızın müstəqillik istəyini dərindən duymuş və müdafiə etmiş, taleyüklü milli problemin məzmun və mahiyyətinə dərindən nüfuz etmiş, bu amalı özünün fəaliyyət kredosuna çevirmişdir. O, müxtəlif sahələrlə bağlı çıxışlarında, xalqla keçirdiyi görüşlərdə səsləndirdiyi ideyalarla müstəqillik konsepsiyasının nəzəri-praktik əsaslarını yaratmışdır. Bu konsepsiyada milli dövlətçilik ideyaları ilə müdrik siyasətin dialektik vəhdətini aşkar görmək mümkündür.

Heydər Əliyev milli varlığımızın təminatı olan müstəqillik konsepsiyasını işləyərkən, sabiq Fransa prezidenti F.Mitteranın Avropa konfederasiyası, ABŞ prezidenti C.Buşun (ata) Almaniyanın xarici işlər naziri Q.Qenşerin Avropada yeni dünya nizamı haqqında konseptual mülahizələri irəli sürülürdü. Deməli, Azərbaycan o dövrdə öz müstəqilliyini təsdiq etməklə həm də dünya birliyinə tədricən inteqrasiya olmaq zərurətini təsdiq edirdi. Müstəqillik konsepsiyasını zamanın konkret sosial-siyasi vəziyyəti məcrasında nəzərdən keçirmək lazımdır. Konsepsiyanın işlənildiyi ziddiyyətli dövrdə, yəni Azərbaycanda 80-ci illərin sonu və 90-cı illərin əvvəlində fərdi, ictimai və milli şüur haçalanmışdı. Kütləvi  şüurda qarşıdurmaya və başdan-başa dağıdıcılığa olan meyl sosial həyatın pozitiv prinsiplərini üstələyirdi. Sovet rejiminin struktur böhranının tələblərini təhlil edən Heydər Əliyev görürdü ki, 1989-cu ildən başlayaraq yenidənqurmanın əsas problemlərinin həllinin uğursuzluğu ölkəni uçuruma yuvarlayır. Yeniliklərlə ayaqlaşan idarəçilik konsepsiyasının olmaması, rəhbərlikdə müxtəlif fikir ayrılıqları, ritorik nəzəriyyəçilik halları və s. mərkəzin səriştəli qərarlarının qəbul edilməsinə mane olurdu.

Bu baxımdan kontinental imperiyanın iflası mütləq idi və artıq qlobal xarakter almışdı. Sonralar dünyada baş verən transformasiya proseslərinin yeni, demokratik ölkələrin formalaşmasına təsiri Heydər Əliyevin müdrik uzaqgörənliyinin təzahürü idi.

Heydər Əliyev müstəqillik konsepsiyasını işləyərkən həmişə Azərbaycan gerçəkliyindən çıxış edirdi, "Qlobal düşünüb lokal hərəkət etmək lazımdır", - prinsipinə riayət edərək Azərbaycan xalqının müstəqilliyinin qorunmasını dünya hadisələri məcrasında həll etməyə çalışardı. Heydər Əliyev konsepsiyasına görə, milli müstəqilliyi, millətin mədəniyyətini, iqtisadiyyatını, elmini,  vətəndaşların təhlükəsizliyini və layiqli həyat səviyyəsini təmin edib, incəsənətini inkişaf etdirməklə özünütəsdiq üçün şərait yaradılır. Başqa dövlətlərdən asılılıq minimuma endirilir, dünya dövlətləri ilə inteqrasiya şəraitində əməkdaşlıq etmək mümkün olur. Millətin hər bir nümayəndəsinin şüurunda və psixologiyasında özünün keçmişi, bu günü və gələcəyi barədə həqiqətləri dərk etmək xalqın mənəviyyatını qorumaq deməkdir. Heydər Əliyev konsepsiyasının əsas məqsədi də Azərbaycan xalqını sosial – siyasi fəlakətdən xilas etməkdən ibarət idi. Ümummilli liderin müstəqillik konsepsiyasının mahiyyətində Vətən, Dövlətçilik, və dövlətin ali məqsədi, Suverenlik, Vətənpərvərlik və Vətənə Sədaqət anlayışları önəmli yer tutur. Ölkənin  taleyi hər bir soydaşımızın taleyindən asılı olur. Azərbaycanın müstəqilliyini dərk edərkən ən yeni tariximizdə dövlətçiliyimiz üçün təhlükəli keçid mərhələsini – 1991-1993-cü illəri xatırlamalı oluruq. Klassik alman fəlsəfəsinin baniləri millətlərin tarixi inkişafını dövlətlərin  quruluşu ilə bağlayırdılar. Bu mənada Azərbaycan dövlətçiliyinin təkmilləşdirilməsi və suverenliyinin möhkəmləndirilməsi, xalqın milli müstəqilliyinin müdafiəsindən, onun  əsaslarının möhkəmləndirilməsindən keçirdi. Ulu öndər Heydər Əliyevin dediyi kimi: "Azərbaycan Respublikası milli dövlətçilik quruculuğu yolunda müvəffəqiyyətlər qazanaraq şərəfli gələcək istiqamətində inamla addımlayır”. Qeyd olunanlar belə bir tarixi həqiqəti üzə çıxartdı ki, böhranlı anlarda xalq, dövlət və onun lideri birgə məqsəd uğrunda çalışır. Xalqın vahidliyi isə dövlətin təməlini - özülünü təşkil edir. Belə şəraitdə dövlət başçısının təmsil etdiyi  xalqın vahidliyini təcəssüm etdirməsi həmişə qürur və məmnunluqla anılır. Heydər Əliyevin müstəqillik konsepsiyasında "vətən" sözü mücərrəd anlayış olmayıb, ana yurd suveren Azərbaycanın doğma məkanı kimi təqdim edilir. Vətən hissi özündə millətin mənəvi-əxlaqi dəyərlərini ehtiva edir. Ulu Öndər millətin mənəvi və əxlaqi dayağını vətən amalının formalaşmasında görürdü. Heydər Əliyev konsepsiyası çərçivəsində millət Vətən tarixinin  mühüm hadisələrinə uyğun vətəndaşlıq münasibətini müəyyənləşdirir, tarixi prosesin məntiqinə riayət edərək mənəvi dəyərlərə yeni düşüncə mövqeyindən baxa bilir. Buna görə də vətənin taleyi üçün məsuliyyət hissi mühüm element kimi diqqət çəkir. Heydər Əliyev 1993-cü ilin avqust ayında ümumrespublika müşavirəsindəki çıxışı zamanı demişdi: "Biz böyük imtahan içindəyik və bu imtahandan ləyaqətlə çıxmağı bacarmalıyıq. Hər bir Azərbaycanlı, əgər onun qəlbində azərbaycanlı hissiyyatı varsa, nəbzi Azərbaycan xalqının ümumi nəbzi ilə həmahəng vurursa, bu yolla getməlidir". Ölkəmizin ərazisində yaşayan hər bir millət və xalq vətən qarşısındakı konstitusion vəzifəsini aydın dərk etməli, öz fəaliyyətini onun çiçəklənməsinə istiqamətləndirməlidir. Azərbaycan Respublikası onların hər biri üçün vətəndir, doğma ocaqdır.

Heydər Əliyev Azərbaycan gənclərinə xitab edərək deyirdi ki: "Siz də Azərbaycan xalqına xidmət edib vətənpərvərlik hissi ilə yaşayaraq, özünüzü qəhrəman kimi, cəsur, qüdrətli bir insan kimi formalaşdırmalısınız və qarşıdan gələ biləcək bütün çətinliklərə hazır olmalısınız"! Bu mənada Ulu öndərin; "Mən - milli ordu - müstəqillik" triadası mühüm əxlaqi mahiyyət daşıyır. O, xalqını inandıra bilmişdi ki, güclü milli ordunun yaradılması milli ləyaqət və şərəf işidir. Heydər Əliyevin nəzəri irsində azərbaycançılıq milli həmrəyliyin ideologiyası kimi işlənir. Onun fikrincə, dövlət və dövlətçilik, vətən və vətəndaşlıq fenomenləri azərbaycançılıq ideologiyasından bəhrələnməlidir. Maarifçilik fəlsəfəmizin tarixi-mənəvi dəyərlərindən bəhrələnmiş Heydər Əliyev vətən, millət və milli dövlət anlayışlarını azərbaycançılıq ideyası çərçivəsində vəhdətdə götürürdü. Bu sintezi milli bütövlüyün təmin edilməsi, onun həmrəylik ruhunda inkişaf etdirilməsinin mühüm sosiomədəni mexanizmi hesab edirdi. Azərbaycançılıq ideyası müharibə gedən ölkəni fəlakətdən çıxarmaq üçün millət və cəmiyyət qarşısında həmrəy qüvvələri birləşdirmək simvoluna çevrilmişdi. Onun; "Azərbaycanlının Azərbaycandan başqa vətəni yoxdur", - müdrik kəlamı vətəndaşlarımız və xaricdə yaşayan soydaşlarımız üçün də epiqrafa çevrilmişdi. Ulu Öndərin bilavasitə təşəbbüsü ilə Bakıda keçirilmiş dünya azərbaycanlılarının qurultayında qeyd etmişdi ki, həmrəylik fenomeni bütün dünyadakı soydaşlarımızın milli inkişafı üçün misilsiz sərvətdir. Biz, tariximizə olduğu kimi yanaşaraq düşmən üzərində qələbəyə köklənən tarixi həqiqətə xidmət edə bilərik! Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olarkən "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR-in ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" imzaladığı fərman 150 mindən çox azərbaycanlının Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmasını təsdiqləyən bir akt idi. Avtoritar-totalitar rejimin xüsusiilə amansız repressiyaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar... Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin ...törədilən cinayətlərin təşkilində iştirakı da az olmamışdır". Fərmanın başlıca qayəsi budur ki, tarix xalqın yaddaşı kimi, tarixi həqiqətləri, özümüzü dərk etmək və unutmamaq üçün bir vasitədir. Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunub saxlanması, inkişaf etdirilməsi haqqında 13 avqust 2001-ci il tarixli bəyanatı müstəsna əhəmiyyət kəsb edir. Həqiqətən də, öz mənəvi-əxlaqi dəyərlərini yalnız azad və müstəqil xalq saxlaya bilər. Bu bəyanat, hər şeydən əvvəl, azərbaycançılıq ideologiyasına sadiq qalan xalqı öz tarixi köklərinə, əcdadlarının yaratdığı milli-mənəvi dəyərlərə daha sıx bağlı olmağa çağırır. Ulu Öndərin müstəqillik konsepsiyası barədə çox önəmli fikirlər və mülahizələr söyləmək mümkündür. Mövzu tədqiqatçıları dərindən düşündürməyə vadar edir. Heydər Əliyevin  müstəqillik konsepsiyası onun siyasi və diplomatik fəaliyyətinin tərkib hissəsi kimi xarizması zəngin liderlik bacarığı ilə üzvi surətdə bağlıdır. Praktika sübut etdi ki, dərin tarixi təcrübəyə və geniş erudisiyaya malik dövlət adamları çox zaman ekstremal və fövqaladə şəraitlərdə siyasi müvazinətini qoruyub saxlaya bilməklə, məsuliyyətli tarixi qərarlar qəbul edə bilirlər. Bəzən  tarix, onu öyrənmək istəməyənlərə də ibrət dərsi verir. Zaman bəzən də xalq tarixinin ibrət dərsini Liderin uzaqgörən və müdrük siyasəti ilə dərk edir. Şübhəm yoxdur ki, Ulu Öndərin sarsılmaz qətiyyəti nəticəsində əldə edilmiş sabitlik mühüm sosial fenomen kimi hələ çox tədqiq olunacaq. Ulu öndərin gərgin və hamıya görk olacaq fəaliyyəti sivilizasiyalı dünyanı bir daha inandıra bildi  ki, dünya nə vaxtsa kiçik Azərbaycanın geniş siyasət arenasında xalqın rəğbətini qazanmış görkəmli lider və strateq – Heydər Əliyevlə iş görməli olacaqlar. Bir vaxtlar Avropa Şurası Parlament Assambleyasının sədri Lord Rassel Constonun Prezident Heydər Əliyevə söz verərkən: "İndi siz böyük təcrübəyə malik olan dünya siyasətçisinə qulaq asacaqsınız", - deməsi bu həqiqətin əyani təsdiqidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycanın daxili və xarici siyasətində əldə edilən hər bir uğur ulu öndər Heydər Əliyev zəkasının təcəssümü, qoyub getdiyi milli ideyalarının təcallasıdır. 2003-cü ildə prezidentlik fəaliyyətinə başlaması Azərbaycanda heç vaxt olmayan modern islahatlar və quruculuq yolu ilə irəliləməsində yeni mərhələ olmuşdur. O vaxtdan başlayaraq respublikada geniş demokratikləşmə prosesləri və uğurlu islahatlar, dünyanın  transformasiya proseslərinə ölkəmizin inteqrasiyası intensiv xarakter daşımış, milli iqtisadiyyatın inkişafı üçün mühüm sosial-siyasi baza yaranmışdır. Heydər Əliyev məktəbinin layiqli  məzunu İlham Əliyevin böyük siyasətdəki balanslaşdırılmış addımları Azərbaycanda sosial-iqtisadi, siyasi və ictimai təsisatlarda əsaslı yeniliklərin olmasına səmərəli təsir etmişdir. Prezident İlham Əliyevin: "Bizim təcrübəmiz onu göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. İqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir, ölkəmiz üçün çox lazım olan sabitliyi möhkəmləndirir, ictimai-siyasi vəziyyətə müsbət təsir göstərir. Ona görə də siyasi və iqtisadi islahatların davam etdirilməsi zamanın tələbidir. Əgər biz doğrudan da müasir, güclü ölkə yaratmaq istəyiriksə, bunu etməliyik. Bu işdə dövlətin üzərinə böyük vəzifələr düşür. Biz buna birlikdə nail olmalıyıq", – dərin məzmunlu müdrik fikirləri qeyd olunanları bir növ imperativləşdirir.

Ulu Öndərin xalqımızın və cəmiyyətimizin milli inkişafına yönəlmiş müstəqillik konsepsiyasını yaradıcılıqla davam və inkişaf etdirən Prezident İlham Əliyevin milli inkişaf proqramının başlıca qayəsi də, ölkədə demokratik islahatları uğurla həyata keçirmək, vətəndaş cəmiyyəti institunun və ictimai nəzarətin inkişafına geniş imkan yaratmaqdan, - "Sabitlikdən inkişafa doğru" ideyasının inkişafından ibarətdir.                               

Şəmsəddin Əliyev
Hüquqşünas-publisist



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ