çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Postmünaqişə dövrünün daha bir reallığı: Qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası qaçılmazdır

Image


Ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan Ermənistanla düşmənçilik səhifəsini çevirib regionda sülh və əməkdaşlıq şəraitində yaşamaq üçün qarşı tərəfə müvafiq təkliflər ünvanlayıb.

Lakin hələ də bu vaxta kimi Ermənistan Azərbaycanın təkliflərinə müvafiq cavablar verməyib. Bununla qarşı tərəf əslində, Qarabağda qalan ermənilər gələcəyi üçün də müəyyən təhdidlər yaradır. Çünki bu hal həmin ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını əngəlləyən başlıca faktorlardan biridir.

  • Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki…

Hazırda Azərbaycan qətiyyətli mövqeyi bundan ibarətdir ki, Qarabağda qalan ermənilərlə bağlı məsələ sırf ölkəmizin daxili işidir. Onların qarşısında konkret seçimlərin və bunların nədən ibarət olduğunu bir neçə gün əvvəl Azərbaycan prezidenti İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsi zamanı konkret şəkildə ifadə edib: “Biz dəfələrlə bəyan etmişdik ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Burada tam sərbəstlik var, bütün demokratik əsaslar təklif olunur. Bu məsələ insan hüquqları əsasında öz həllini tapmalıdır. Bu gün bizim hərəkətlərimiz onu göstərir və niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun”.

Bunlar fonunda aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin Laçın-Xankəndi yolunun əvvəlində keçid məntəqəsinin quraşdırılmasından sonra Ermənistan, eləcə də Qarabağda qalan ermənilər  Azərbaycanın niyyətinin ciddiliyinə, mövqeyinin qətiyyətinə  əmin olublar. İndi ekspertlər hadisələrin gələcək inkişafı ilə bağlı müxtəlif fərziyyələr irəli sürürlər. Məsələn, “Karnegi” Fondunun eksperti Kiril Krivoşeyev bildirir ki, Azərbaycan-Ermənistan münaqişəsində dönüş “Laçın dəhlizi”nin tamamilə Bakının nəzarətinə keçməsindən sonra başlayıb: “Ötən həftə baş nazir Nikol Paşinyan parlamentdə demişdi ki, Ermənistan yalnız bir şərtlə sülhə nail ola bilər: Azərbaycanın SSRİ sərhədləri daxilində ərazi bütövlüyünü tanımaq, yəni keçmiş Dağlıq Qarabağ regionuna hər hansı iddiadan əl çəkmək. Paşinyanın bəyanatı geniş rezonans doğurdu və bundan cəmi bir neçə gün sonra Azərbaycan öz keçid məntəqəsini Həkəri körpüsünün digər ucunda yerləşdirdi. Görünür, İrəvan həqiqətən də Qarabağdan birdəfəlik imtina etməyə və bundan sonrakı bütün nəticələrlə barışmağa hazırdır”. Buna baxmayaraq, ekspertin qeyd etdiyi kimi, keçid məntəqəsinin yaranması erməni tərəfi üçün bir çox yeni və həlledilməz suallar yaradır: “Bu sualları üç əsas suala qədər azaltmaq olar: Azərbaycan sərhədçiləri səyahət üçün hansı sənədləri tələb edəcəklər? “Şübhəli görünən” erməniləri saxlaya bilərlərmi? Belə çıxmayacaqmı ki, yalnız Ermənistana giriş açıq olacaq, sərhədi keçənlərin isə Qarabağa qayıtmağa “heç bir əsası” olmayacaq? Görünür, bu sualların cavabı ermənilərin yeni reallıqla barışıb-barışmamasından asılıdır. İndi deyəsən, bu mərhələ artıq gəlib çatıb. İrəvan başa düşdü ki, nə kütləvi etirazlar, nə də ki, yalnız dəfələrlə “narahatlıq ifadə edə” bilən beynəlxalq tərəfdaşlar Qarabağın taleyinə təsir etməyəcək. İndi Qarabağ Ermənistan üçün əsəbi çıxarılan, ağrısız qazılıb doldurula bilən dişdir. Bu faktı, görünür, Qarabağ erməniləri yaxşı başa düşürlər”. Bu vəziyyətdə ermənilər artıq seçimlərini etməlidirlər, özü də mümkün qədər tez.

  • Bakının diqtə və şərtlərini qəbul etməkdən başqa seçim yoxdur

Qarabağ erməniləri üçün seçim zamanının azalması artıq beynəlxalq müstəvidə də qəbul olunur. Elə Kiril Krivoşeyevin də fikrincə, indi nə İrəvanda təhlükəsi haqqında danışılan Qarabağda etnik təmizləmə, nə də Bakının qorxa biləcəyi partizan müharibəsi gözləməyə əsas yoxdur: “Azərbaycan hakimiyyətinin bəyanatlarına əsasən, onlar ermənilərə digər milli azlıqlar: talışlar, ləzgilər, tatlar kimi yanaşırlar. Yəni, xüsusi muxtariyyətlər və uyğunlaşma proqramları olmayacaq. Eyni zamanda, Azərbaycan pasportunun alınması çətin ki, sadə məsələ olsun. Sözsüz ki, müəyyən bir gözləmə müddəti tətbiq olunacaq, bu müddət ərzində Qarabağda qalan ermənilər yeni sərt reallıqla üzləşəcəklər. Və ola bilsin ki, sonda Ermənistana köçməyə qərar verəcəklər”.

Krivoşeyev qeyd edir ki, bu halda da çoxlu suallar yaranır. Məsələn, daşınmaz əmlakın taleyi bəlli deyil: erməni Qarabağda mülk sata biləcəkmi, yoxsa sadəcə olaraq müsadirə olunacaq? Hər halda Azərbaycan buna müvafiq çarə tapmağa hazırdır. Krivoşeyev bu xüsusda qeyd edir: “Yəqin ki, Azərbaycan hakimiyyəti regionun yerli sakinlərinə və Ermənistandan gələn mühacirlərə fərqli yanaşacaq. Bütün bunlar Qarabağ ermənilərinin kütləvi şəkildə mühacirətini ən real varianta çevirir. Yalnız yaşlı insanlar qalacaq, belə insanlar siyasi həyatda iştirak etmir və hakimiyyətə problem yaratmır. Azərbaycan hətta əhəmiyyətli dərəcədə region standartlarına uyğun olaraq onlara layiqli pensiya təyin edə və evlərində asayişi bərpa etmək üçün yaxın əyalət QHT-lərindən könüllülər göndərə bilər”. indilikdə Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın bütün sərhədlərinə tam nəzarəti ələ aldığını göstərir.  Türkiyənin tanınmış siyasi şərhçisi Yakup Aslan isə bildirir ki,  Ermənistanın təxribatları və dünya birliyini aldatmağa çalışaraq Qarabağın erməni əhalisinin guya blokada şəraitində qalması barədə yalan iddiaları özünü doğrultmadı: “Ermənistanın xahişi ilə bu ölkə sərhədlərinə Avropa İttifaqının müşahidəçi missiyası yerləşdirilib. Əgər Azərbaycan Qarabağdakı erməni əhalini blokada vəziyyətində saxlasaydı, onda bu barədə həmin müşahidəçilər Aİ rəhbərliyinə məlumat verərdilər. Belə bir məlumat yoxdur və bu fakt Ermənistanın yalan təbliğat apardığını, bu yolla Azərbaycana təzyiq edərək, ərazi bütövlüyünün bərpasına maneə olmağa çalışdığını göstərir.Azərbaycan beynəlxalq ictimaiyyətə sübut etdi ki, o, sülh istəyir və bu istiqamətdə ardıcıl addımlar atır. Bu addımlar bölgədə yaşayan ermənilərin də maraqlarını əks etdirir”.  Beləliklə, Azərbaycanın addımları artıq beynəlxalq müstəvidə erməni yalanlarının da məharətlə ifşa olunmasına xidmət edir. Bu, həm də İkinci Qarabağ müharibəsindən sonra regionda yaranan reallıqların təzahürüdür.

Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ