çərşənbə axşamı günü, 10 noyabr 2026
     

"KPP" 30 illik Laçın ziddiyyətlərinə son qoydu - bu yol nələr görmədi...

Image


Ermənistan Azərbaycan ərazilərini ötən əsrin son dekadasında işğal etməyə başlayarkən daim diqqət etdiyi əsas məqamlardan biri bu yerlərin ilhaqı ilə bağlı olub. Bu mənada təsadüfi deyil ki, ermənilər üçün Laçın və Kəlbəcər rayonlarının işğalı müstəsna önəm kəsb edirdi. Çünki bununla Azərbaycan ərazilərinə birbaşa quru yolla əlaqə təmin olunurdu.

Qeyd edək ki, hələ sovetlər dönəmindən Qarabağda qalan ermənilərin Ermənistanla əlaqəsi Laçın dəhlzi vasitəsilə həyata keçirilirdi. Bir daha xatırladaq ki, Laçın rayonu Azərbaycanın ərazi baxımından ən iri rayonlarından biridir, ərazisi 1843 kvadratkilometrdir. 1 şəhər, 1 qəsəbə və 124 kənddən ibarətdir, əhalisi işğaladək 60 min nəfər olub, hazırda isə 80 min nəfərə çatıb. Ermənistan sülh danışıqları prosesində Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılmasına daim mane olmağa çalışıb. Bu mənada təsadüfi deyil ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda gündəlikdə məlum “5+2” variantı var idi. Yəni razılaşma əldə olunarsa, əvvəlcə ətraf 5 rayonun, sonrakı mərhələdə - Dağlıq Qarabağın statusu müəyyənləşdikdən sonra isə Laçın və Kəlbəcərin  azad olunması məsələsi var idi. Azərbaycan üçün 30 ilə yaxın danışıqlar prosesində, digər ərazilərlə yanaşı, Laçın rayonunun qaytarılması da həmişə önəmli olub. Lakin bu danışıqlarda Ermənistanın əsas istəyi və tələbi o idi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir. Həmin vaxt ermənilərin xarici havadarları da bu mövqeyi dəstəkləyirdi. Elə bu da Ermənistanın mövqeyinin daha da sərtləşməsinə  səbəb olurdu. Yaranmış vəziyyətdə diqqətçəkən daha bir məqam o idi ki, ermənilər məhz Laçın rayonunda çox ciddi məskunlaşma siyasəti aparırdı. İşğaldan azad edilmiş digər yerlərdə qanunsuz məskunlaşma Laçındakı kimi intensiv xarakter daşımırdı.  Xaricdən gətirilən ermənilər Laçın rayonunda daha çox məskunlaşırdılar.  Ümumiyyətlə, Ermənistan tərəfindən bu rayonda  çox böyük məskunlaşma proqramı icra edilmişdi və orada minlərlə insan yaşayırdı. Bütün bunlar o demək iidi ki, Ermənistanın Laçın rayonunu Azərbaycana qaytarmaq niyyəti olmayıb. Bu xüsusda prezident İlham Əliyevin fikirləri xüsusi diqqət cəlb edir: “Biz Laçın dəhlizi haqqında danışıqlar zamanı mövzulara toxunarkən həmişə həm Ermənistan, həm də onun havadarları qeyd edirdilər ki, yox, Laçın rayonu ayrı mövzudur. Birbaşa bizə deyilməsə də, belə bir fikir həmişə var idi ki, Laçın rayonu hansısa formada Ermənistana qalmalıdır!”. Amma Qarabağ məsələsini sülh yolu ilə həll etmək istəyən Azərbaycanın mövqeyi bu idi ki, birinci mərhələdə 5 rayonun Azərbaycana qaytarılması, ikinci mərhələdə isə Laçın dəhlizi istisna olmaq şərti ilə Kəlbəcər və Laçın rayonları ölkəmizin nəzarətinə verilməlidir. Ermənistan tərəfi hər dəfə məsələ qaldırırdı ki, əgər bu 7 rayon Azərbaycana qaytarılacaqsa, mütləq Qarabağın statusu eyni vaxtda öz həllini tapmalıdır. Əslində, bununla Ermənistan sülh prosesindən yayınırdı. Yəni ermənilər iddia edirdi ki, Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılması üçün ölkəmiz ya “Dağlıq Qarabağın müstəqilliyini”, ya da orada keçiriləcək səsverməni tanımalıdır, səsvermə üçün tarix müəyyən edilməlidir. Belə iddia da var idi ki, “Dağlıq Qarabağa müstəqillik verilərsə”, o zaman Ermənistan Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytaracaq, ancaq Laçın dəhlizi Ermənistana verilmək şərti ilə. Azərbaycana ermənilərin bu istəyini qəbul etmək üçün beynəlxalq təzyiqlər də var idi.  Amma Azərbaycanın mövqeyi qəti idi: Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Yenə bu xüsusda prezident İlham Əliyevin dedikləri xüsusi maraq doğurur: “Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq - həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və yeni reallıq yaratdıq”.

Beləliklə, 44 günlük müharibə nəticəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycan 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktı imzalamasına nail oldu. Həmin akt nəticəsində 2020-ci il dekabrın 1-də Laçin Azərbaycana qaytarıldı. Lakin 10 noyabr bəyanatında Laçın dəhlizi ilə bağlı da maraqlı proseslər baş verib. Xatırladaq ki, ənənəvi Laçın dəhlizi rayon ərazisindən və Laçın şəhərinin içi ilə keçir. Həmin  dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilib. Noyabrın 10-da imzalanmış birgə bəyanatın ilkin versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması ilə əlaqədar müddəa yer alıb, lakin prezident İlham Əliyev buna etiraz edib və nəticədə dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilib. Bəyanatın ilkin versiyasında Azərbaycana təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun. Bu xüsusda yenə Azərbaycan prezidenti qəti etirazını ortaya qoyub. Bildirilib ki, dəhliz çərçivəsində təhlükəsizlik tədbirlərini təmin etmək üçün bu qədər geniş dəhlizə ehtiyac yoxdur. Ondan sonra ikinci variantda Laçın dəhlizinin eni 10 kilometr nəzərdə tutulsa da, yenə Azərbaycan bununla razılaşmayıb. Nəticədə 5 kilometr eni olan dəhliz haqqında razılıq əldə edilib. Bundan başqa, 10 noyabr tarixində aparılan danışıqlar nəticəsində prezident İlham Əliyevin təkidi ilə Laçın dəhlziinə alternativ yolun çəkilişi sənəddə təsbit edildi və 3 il ərzində yeni yolun çəkilişi ilə bağlı razılaşmalar aparılmalı idi. Amma Azərbaycan razılaşmaları daha tez bir zamanda başa çatdırdı, Rusiya tərəfi ilə yeni yolun marşrutu təsdiqləndi. Azərbaycan 3 il əvəzinə 1 il  8 ay ərzində yeni yolu çəkdi. Bununla Laçın dəhlizi artıq dəhliz olmaqdan çıxıb adi yola çevrildi. Yol hazır olduqdan sonra Qarabağda yaşayan ermənilər Azərbaycan rəhbərliyinə müraciət edərək xahiş etdilər ki, onlara avqustun 25-nə qədər əlavə vaxt verilsin. Azərbaycan  humanistlik göstərərək onlara bu imkanı verdi. Beləliklə, avqustun 26-da Azərbaycan ordusu Laçın şəhərinə daxil oldu və Laçın şəhəri, Sus, Zabux kəndləri nəzartimizə qayıtdı. Bunun ardınca prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan bayrağını ucaltdı. Laçın yolu ilə bağlı baş verən daha bir mühüm hadisə burada ötən il dekabrın 12-dən keçirilən ekoaksiyadır. Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. 2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb. Məhz bu aksiya Qarabağdan Ermənistana qanunsuz yükdaşımaların qarşısını aldı. Lakin Rusiya sülhməramlı qüvvələrinin yardımı ilə Ermənistandan Qarabağa qanunsuz daşımalar, o cümlədən silah-sursat göndərişi davam edirdi. Bunun qarşısının alınması üçün Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında ölkəmiz  nəzarət-buraxılış məntəqəsinin qurulmasını vacib hesab edirdi. Nəhayət, aprelin 23-də Azərbaycanın Ermənistanla sərhədində sərhəd-buraxılış məntəqəsi quruldu. Belə ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycanla sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Bu, Azərbaycanın əraziləri üzərində suverenliyinin növbəti təsdiqi, Cənubi Qafqazda sülhün, sabitliyin təməlinin qoyulması istiqamətində atılan mühüm addım hesab olunur.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ