çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Laçın-Xankəndi yolunda "KPP" - Azərbaycanın dövlət və ictimai maraqlarının növbəti vəhdəti...

Image


Azərbaycan Vətən müharibəsində qələbə əldə etdikdən sonra imzalanmış 10 noyabr bəyannaməsinin müddəalarına uyğun olaraq Ermənistan Silahlı Qüvvələri Qarabağ ərazisindən çıxarılmalı və bu əraziyə rus sülhməramlı qüvvələri yerləşdirilməli idi.

Eyni zamanda Azərbaycan Qarabağda yaşayan ermənilərin Ermənistanla gediş-gəlişini asanlaşdırmaq məqsədilə Laçın rayonu ərazisindən keçməklə Ermənistana yeni yolun çəkilişini həyata keçirməli idi. Azərbaycan bu öhdəliyi tez bir zamanda yerinə yetirdi. Baxmayaraq ki, burada müddət 3 ilə qədər göstərilmişdi. Azərbaycan tərəfi təxminən ilyarıma bu öhdəliyi yerinə yetirdi və beləliklə, Qarabağda yaşayan ermənilərin Laçın yolundan keçərək Ermənistana gediş-gəlişi asanlaşdı. Amma sonrakı tarixlərdə biz görürdük ki, ermənilər Qarabağda yaşayan ermənilərin gediş-gəlişini asanlaşdırmaq məqsədilə yaradılan yoldan digər məqsədlərlə istifadə edirlər. Yəni Ermənistanda silahlı birləşmələrin və minaların bu yol vasitəsilə Qarabağa daşınması həyata keçirilir. Bütün bunlar isə rus sülhməramlı qüvvələrinin gözü qarşısında baş verir. Bəzən rus sülhməramlı qüvvələri bunlara himayədarlıq edir. Bütün bunlar bir daha göstərir ki, Laçın-Xankəndi yolundan humanitar məqsədlər üçün deyil, hərbi məqsədlər üçün istifadə edilir. Hərbi məqsədlər üçün istifadə edildikdə isə bu, heç bir beynəlxalq hüquq normalarına uyğun gəlmir.

  • Bütün bu amillər də bölgədə davamlı və təhlükəsiz sülhün təmin olunmasına köməklik göstərəcək

Ermənistan tərəfinin birtərəfli olaraq Azərbaycan-Ermənistan sərhədinin Laçın rayonu ərazisində sərhəd müşahidə məntəqəsini qurması göstərir ki, Azərbaycan tərəfi də öz ərazisində bu sərhəd müşahidə məntəqəsini reallaşdırmalı idi.

Digər bir tərəfdən isə biz ekofəalların Laçın-Xankəndi yolunda həyata keçirdiyi aksiyalarda da bizim tələbimiz ondan ibarət idi ki, həm Qarabağda mövcud olan Azərbaycan təbii sərvətlərinin Ermənistan tərəfindən qeyri-qanuni daşınaraq aparılmasının qarşısı kəsilsin, həm bölgəyə Azərbaycan ekofəalları buraxılsın, eyni zamanda Laçın-Xankəndi yolundan Azərbaycanın təbii sərvətlərinin daşınmasının qarşısı alınsın. Çünki Qarabağa gediş-gəliş, yük maşınlarının yoxlanılması göstərəcək ki, bölgədə davamlı sülh davam edir. Burada qeyri-qanuni birləşmələrə yardım etmək, silah daşımaq, minalar daşımaq, hərbi riski artırmaq və başqa qonşu dövlətlərin xüsusi xidmət orqanlarının tez-tez bu ərazilərə səfərlərinə son qoyacaq. Bütün bu amillər də bölgədə davamlı və təhlükəsiz sülhün təmin olunmasına köməklik göstərəcək. Bir sözlə, Azərbaycan 10 noyabr bəyannaməsinə sadiqdir və müddəalara da əməl edir.

  • ... Azərbaycanın ictimai və dövlət maraqlarının təmin olunması baxımından önəmlidir

Dövlətin öz ərazilərini qanunsuz müdaxilələrdən qoruması və sərhəd-keçid məntəqələrində nəzarəti təmin etməsi onun suveren və ayrılmaz hüququdur. Beynəlxalq ictimaiyyət bu hüququn ifadəsinə hörmətlə yanaşır. Ermənistan ötən müddət ərzində öz məkrli əməllərindən əl çəkmədi, dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadı və nəticədə Dövlət Sərhəd Xidmətimiz Laçın-Xankəndi yolunu nəzarətə götürdü.

Əgər dövlətimiz bu gün şərti sərhədlərdə bunu edirsə, bu o deməkdir ki, delimitasiya və demarkasiya prosesinin başlamasından asılı olmayaraq Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görməyə məcburdur. Bu, çox önəmlidir. Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunda DSX-nin nəzarət-buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququ və suverenliyinin növbəti təsdiqidir. Çünki həmin bölgədə bir sıra ərazilər nəzarətsiz qalmışdı.

Bu addım eyni zamanda Azərbaycanın ictimai və dövlət maraqlarının təmin olunması baxlmından önəmlidir.

  • İstənilən təzyiqlərə, çağırışlara baxmayaraq, biz öz yolumuzdan çəkilən deyilik

Bu, bizim dövlətin çox  böyük qələbəsidir. Çünki Azərbaycan Respublikası bütün suveren ərazilərində özünün birbaşa nəzarətini təmin etmiş oldu. Beləliklə də, artıq Ermənistan ərazisindən Xankəndi-Laçın yolu vasitəsilə ola biləcək bütün qeyri-qanuni hərəkətliliyin qarşısının operativ şəkildə alınması mümkün olacaq.

Təbii ki, bu istiqamətdə atılacaq addımlara bu günə qədər müşahidə edildiyi kimi rus sülhməramlılarının öz mandatından sui-istifdə edərək qeyri-qanuni erməni silahlı birləşmələrini himayə etməklə silahlandırmaq cəhdlərinin qarşısının alınması da daxildir. Bu yoldan istifadə edən hər kəsin müvafiq qaydada yoxlanışdan keçməsi nəzərdə tutula bilər və belə hallar istisna edilmir.

Prezident İlham Əliyev Azərbaycan televiziyasına verdiyi müsahibədə tam açıqlığı ilə, növbəti dəfə ermənilərə xəbərdarlığında, onların iki yolu olduğunu bildirdi:  “Ya, Azərbaycan qanunlarına tabe olmaqla vətəndaşlığı qəbul edəcəksən, ya da ki, çıxıb gedəcəksən”.  Üçüncü yol yoxdur.

Demək olmaz, ki, Azərbaycanın bu addımı hamı tərəfindən razılıqla qarşılanır. Təbii, bir çox dairələrdən ölkəmizi qınayanlar olacaq. Ələlxüsus, ənənəvi ermənipərəst qüvvələr həmişə olduğu kimi, can-fəşanlıq edəcək, separatçılar "etnik təmizləmə", ağlaşması quracaqlar.

Onlar, başa düşüləndi. Ancaq, özlərini müxalifət adlandıranların mövqeyini anlamaq çətindir. İstənilən təzyiqlərə, çağırışlara baxmayaraq, biz öz yolumuzdan çəkilən deyilik. Addım-addım tarixən itirilmiş ərazilərimizə sahib çıxırıq və beynəlxalq hüquq da bizim tərəfimizdədir. 30 illik işğal dövrü, uzun-uzadı aparılan mənasız danışıqlar göstərdi ki, güc olmayan yerdə beynəlxalq hüququn normaları işləmir. Həm güclüyük, həm də hüquq, ədalət bizim tərəfimizdədir. İctimai və dövlət maraqlarının müdafiəsi baxımından da bu addımları önəmli saymaq olar. Bir sözlə, Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması  Azərbaycanın dövlət və ictimai maraqlarının növbəti vəhdəti sayıla bilər.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ