çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Qarabağ ermənilərinin inteqrasiyası istiqamətində növbəti mühüm addım...

Image


Məlum olduğu kimi, Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Artıq sözügedən ərazidə Azərbaycan bayrağı da ucaldılıb.

Rəsmi məlumatda deyilib ki, aprelin 23-ü saat 12:00-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkənin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Azərbaycan Xarici İişlər Nazirliyi görülən tədbirlə əlaqədar bildirib ki, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət mexanizminin təsis edilməsi yoldan hərəkət üzrə şəffaflığı, qanunun aliliyini və beləliklə, hərəkətin təhlükəsizliyini təmin edəcək.

Bildirilir ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat üzrə öhdəliklərə uyğun olaraq, Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə bu əlavə tədbir çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bu məntəqədən hər iki istiqamətdə Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şərait yaradılacaq. Bakı həmçinin bildirib ki, qeyd edilən nəzarət mexanizmi Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirmə şəraitində həyata keçiriləcək. Ermənistan və onun bəzi havadarları məsələyə isterik reaksiya veriblər. Azərbaycan isə bunları əhəmiyyətsiz hal adlandırır. Birincisi o baxımdan ki, bu, ölkəmizin suveren hüququdur. İkincisi, rəsmi Bakının bu qərarı sülh prosesinə töhfə vermiş olacaq. Çünki sərhəd-buraxılış məntəqəsini açmaqla Azərbaycan separatçı, başıpozuq birləşmələrin silahlanmasını və digər çirkin niyyətləri məhdudlaşdırmış oldu. Bu mənada Azərbaycan sərhəd qoşunlarının Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin açılması tarixi hadisədir. Onu da xüsusi qeyd edək ki, Vətən müharibəsi bitdikdən sonra Ermənistan məhz bu yolda nəzarət-buraxılış məntəqəsinin olmaması səbəbindən milli təhlükəsizliyimizə təhdid yaradan təxribatlar törədib. Bu təhdidlərin qarşısının alınması üçün nəzarət-buraxılış məntəqəsinin olması zərurət idi. Müharibədən ötən dövr ərzində Ermənistan Laçın-Xankəndi yolundan Qarabağdakı separatçıları silahlandırmaq və Azərbaycan vətəndaşlarına qarşı müxtəlif təxribatlar törətmək üçün istifadə edirdi. Məhz bu yoldan sui-istifadə hallarının nəticəsidir ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində 10 min nəfərdən artıq şəxsi heyəti olan qeyri-qanuni silahlı birləşmə yaradılıb. Üçtərəfli bəyanatın imzalanmasından keçən iki il yarım ərzində Laçın yolundan minaların daşınaraq sonradan Azərbaycanın suveren ərazilərində basdırılması xüsusilə ağır fəsadlara səbəb olub. Dəfələrlə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında hərbi maşınlarda Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün Qarabağa canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının həyata keçirilməsi aşkarlanıb. 2022-ci ilin avqust ayından etibarən Laçın və Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkar edilib. Aydındır ki, bu minalar üçtərəfli Bəyanata zidd olaraq Azərbaycan ərazisinə məhz Laçın yolu vasitəsilə daşınıb. Bununla yanaşı, Laçın yolunda Azərbaycanın sərhəd-buraxılış məntəqəsini qoyması Qarabağda yaşayan mülki ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan mühüm addımdır. Cinayətkar elementlərin və silahlı dəstələrin əsirlərinə çevrilən Qarabağdakı ermənilərin bu gün hansısa formada özlərinin fikirlərini və iradələrini açıq şəkildə ifadə etdiyini düşünmək absurddur. Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması Qarabağı cinayətkar elementlərdən və qeyri-qanuni silahlı birləşmələrdən azad etməklə, buradakı erməni əhalisini uzun illərin girovluğundan azad edəcək. Eyni zamanda, onların hüquq və təhlükəsizliyini, Azərbaycan cəmiyyətinə reinteqrasiyasını təmin etməyə imkan verəcək.

İndi Ermənistanda hesab olunur ki, Azərbaycan artıq məqsədlərinə çatır və kimsə onu bu yolda dayandıra bilməz. Məsələ ilə bağlı açıqlamasında rus ekspert  Anton Bredixin qeyd edir ki, Laçın yolunun başlanğıcında Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin təsis edilməsinin Rusiya sülhməramlıları ilə razılaşdırılması məsələnin sülh yolu ilə nizama salınması planının təcəssümüdür: “Əgər bu addım Rusiya sülhməramlıları ilə razılaşdırılbsa, həqiqətən çox yaxşıdır. Buna müvafiq olaraq, Rusiya hərbçiləri tərəfindən heç bir iddia və ya ehtiyatlılıq yoxdur. Belədirsə, demək bu, həm də sülh planının təcəssümüdür. Bu addım 2020-ci ildə Moskvanın vasitəçiliyi ilə imzalanmış üçtərəfli razılaşmaların təbii şəkildə reallaşdırılmasıdır”. Onun sözlərinə görə, erməni tərəfi, bütün bunlara baxmayaraq, de-fakto regionda qüvvələr balansı ilə razılaşır: “Erməni tərəfinin nəzarət-buraxılış məntəqəsi tikməsinə gəldikdə, qoy tiksinlər. Onlar bununla de-fakto regionda qüvvələr balansı ilə razılaşırlar. Bununla yanaşı, onlar praktik addımların ardından informasiya cəbhəsində ideoloji fəaliyyətə başlayacaqlar. Müəyyən çıxışlar, etirazlar, mitinqlər, “Daşnaksütyun”un Azərbaycan və Türkiyə bayraqlarına qarşı hərəkətləri kimi təxribatlar tamamilə gözləniləndir. Şübhəsiz ki, Ermənistanın baş naziri Paşinyan bunun erməni xalqının hansısa qələbəsi olması barədə danışmayacaq, əksinə, o, özünü təmizə çıxararaq Azərbaycan tərəfini ittiham edəcək. Hərçənd o, faktiki olaraq, hazırkı status-kvo ilə barışır və görünür ki, bu vəziyyəti hansısa hərbi təxribatlar səviyyəsinə qaldırmayacaq”. Erməni tərəfinin təbliğat tərkibli reaksiyasına rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko da diqqəti cəlb edib. Laçın yolunun başlanğıcında Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin təsis edilməsini şərh edən politoloq deyib: “Azərbaycan tərəfinin nəzarət-buraxılış məntəqəsinin qurulması barədə qərarı məcburi xarakter daşıyıb və Laçın dəhlizinin Ermənistandan Qarabağa müxtəlif silah növləri, minalar, silah-sursat göndərilməsi məqsədilə istifadəsi ilə əlaqədardır. Belə bir fikir söyləmək olar ki, Azərbaycanın hərbi yük maşınının ermənilərin basdırdığı minaya düşməsi səbr kasasını daşıran son damla olub. Müəyyən edilib ki, orada sayı onlarla olan bu piyadaəleyhinə və tankəleyhinə minalar 2021-ci ilə aiddir və Ermənistan ərazisində istehsal edilib. Ermənistanın reaksiyasına gəldikdə, bu, ifrat dərəcədə isterikdir və əlbəttə, Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi İrəvan tərəfindən bəyənilmir. Əksinə, hansısa “yeni erməni soyqırımı”, “etnik təmizləməyə” hazırlıq və s. barədə təbliğat xarakterli bəyanatlar səslənir. Lakin bunlar bəyanat olaraq qalır. Reallıqda isə sadəcə nəzarət proseduru həyata keçiriləcək. Erməni millətindən olan qanunları pozmayan vətəndaşlar maneəsiz olaraq Qarabağdan Ermənistana gedə və geriyə qayıda biləcəklər”.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ