çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Cənubi Azərbaycanda XVIII əsrin dövlət qurumları - məşhur Urmiya xanlığı...

Image


“Azərbaycan dövləti, Qərbi Azərbaycan, Cənubi Azərbaycan” rubrikasında Cənubi Azərbaycan xanlıqlarından Urmiya xanlığı  barədə danışacağıq.

Urmiya qədim Azərbaycan dövlətlərinin yarandığı tarixi ərazilərimizdən biridir ki, burada indinin özündə də dövlətçilik tariximizi, mədəniyyətimizi, insanlarımızın həyat tərzini ifadə edən örnəklər var. Baxmayaraq ki, əvvəlcə Pəhləvi rejimi, bu gün isə molla hakimiyyəti Urmiyadan bizim izlərimizi silməyə çalışır, böyük tarixi mədəni irsimizi məhv edir, başlıcası isə Urmiya gölünü qurutmaqla həm ekosid törədir, həm də yerli əhalinin, yəni Azərbaycan türklərinin buradan başqa yerlərlə köçünə nail olmaq istəyir. Molla rejimi Urmiya gölünə qarşı soyqırım həyata keçirir... Buna soyqırım demək olar, çünki Urmiya gölünü qurutmaqla bizim irsimizi məhv edir...

  • Urmiya xanlığını kim yaradıb?

Bildiyimiz kimi, Nadir şah Əfşarın ölümündən sonra həm Azərbaycanın Güneyində, həm də Quzeyində xanlıqlar yaranıb. Güneydə qurulan səkkiz xanlıqdan biri Urmiya xanlığı idi.

Urmiya xanlığı 1747 və 1868-1869-cu illər arasında, mərkəzi Urmiya şəhəri olmaqla, Cənubi Azərbaycanın qərbində yerləşmiş ən nüfuzlu xanlıqlardan biri kimi tarixə düşüb. Urmiya xanlığının tarixini ilk dəfə mərhum tarixçi Hüseyn Dəlili əsasən farsdilli mənbələrə əsaslanaraq tədqiq edib. Bu barədə xanlıq haqda internet resdurslarında verilən məlumatda bildirilir. Tədqiqatçılara görə, xanlığın əsasını Nadir şah Əfşarın əmisi oğlu, Əfşar tayfasından olan Fətəli xan Əfşar qoyub. O, hətta Nadir şahın sərkərdəsi olan Azad xanı da öz tərəfinə çəkə bilir və bundan sonra, o, mərkəzləşdirmə siyasətini həyata keçirməyə başlayır. İlk olaraq Təbrizə hücum etdi, Təbriz asılı hala salındı və Təbrizi paytaxt etdi. Daha sonra Xoy xanı Şahbaz xan da Fətəli xanla ittifaq bağlamağa məcbur oldu. “Bundan sonra isə Qaradağ, Marağa və Sərab xanlıqları Urmiya xanlığından asılı vəziyyətə salındı. O,1751-ci ildə Azad xanı onunla ittifaqdan imtina edən İrəvan xanlığı üzərinə göndərdi. İrəvan xanı Mir Mehdi Kartli çarı II İraklidən kömək istədi. II İrakli Qazax və Borçalı azərbaycanlılarından topladığı ordunu Mir Mehdi xana köməyə göndərdi. Azad xan geri oturduldu. Beləliklə, Fətəli xan Əfşar Maku və Ərdəbil xanlıqları istisna olmaqla, bütün Cənubi Azərbaycan xanlıqlarına öz hakimiyyətini yaya bildi.

Urmiya xanlığının hökmdarı Fətəli xan Əfşar Nadir şah Əfşarın ən yaxın adamlarından biri idi və Əfşarlar tayfasına mənsub idi. Fətəli xan Əfşar Cənubi Qafqazın tutulması və İranda ali hakimiyyət uğrunda mübarizəyə də xüsusi əhəmiyyət verirdi”.

  • Ali hakimiyyət uğrunda mübarizə...

Tarixçilər yazır ki, bu məqsədlə müxtəlif xanlıqlara müttəfiqlik haqqında müraciətnamələr göndərildi. İrəvan xanlığına hücum uğursuz olduqda hücum istiqaməti Gürcüstana yönəldi. Çar II İrakli məğlub edildi.

Fətəli xan indi İran adlanan ölkədə ali hakimiyyət uğrunda mübarizə aparan Kərim xan Zəndin üzərində qalib gəldikdən sonra hakimiyyətini Mərkəzi və Qərbi İrana yaya bildi (1752). İranın şimalında möhkəmlənən Məhəmmədhəsən xan Qacarla mübarizə çə­tin oldu. Məhəmmədhəsən xan onun Kərim xan Zəndlə müharibəsindən istifadə edərək Gilanı tutan Fətəli xanı oranı tərk etməyə məcbur etdi. Bununla kifayətlənməyərək Təbrizi, sonra isə Urmiyanı tutdu (1757). Yalnız Məhəmmədhəsən xanın öldürülməsilə asılılıqdan qurtulmaq mümkün oldu (1759). Fətəli xan Təbrizə qayıtdı və hakimiyyətini möhkəmləndirdikdən sonra Qarabağa hücum etdi və onu asılı vəziyyətə saldı (1759).

Məhəmmədhəsən xandan sonra İranda başlıca qüvvəyə çevrilən Kərim xan Zənd Urmiyanı 1763-cü ildə 9 ay mühasirədə saxlayır. Nəhayət Urmiya xanlığını tutan Kərim xan Zənd Fətəli xan Əfşarı Şiraz qonaqlığında edam etdirir.

  • Urmiya xanlığı yenidən müstəqil siyasət yollarında...

Tarixçilər yazır ki, Kərim xan Zəndin ölümü ilə xanlıq yenidən müstəqil siyasət yeritməyə başladı. Bu zaman Məhəmmədhəsən xan Qacarın oğlu Ağa Məhəmməd xan Urmiyalı Əli xanı yanına çağırıb gözlərini çıxartdı. Ağa Məhəmməd xanın çəkilməsindən sonra İmamqulu xan hakim seçildi. O, Sərablı Əli xan Şəqaqi ilə Xoylu Əhməd xana qarşı ittifaq bağladı. Müttəfiqlər Təbriz yaxınlığındakı döyüşdə məğlub oldular. Əmiraslan xan Əfşar Urmiyaya hakim təyin edildi, lakin onun xanlığı uzun çəkmədi. Məhəmmədqulu xan yeni hakim təyin olundu. Ağa Məhəmməd xanın hücumundan sonra Uşnu qalasına çəkildi. Qacarın ölümü ilə müstəqilliyini bərpa edən xanlıq, İran taxtına çıxan Fətəli şaha tabe oldu.

Tarixçilərin verdiyi bilgiyə görə, Azərbaycanın ən qədim və ən böyük vilayətlərindən biri olan Urmiya xanlığı şimalda Salmas, şərqdə Urmiya gölü, cənubda Gürcüstan, qərbdə Türkiyə və İranla həmsərhəd idi. Xanlığın şərqində yerləşən Urmiya gölünün əyalət üçün böyük strateji, iqtisadi və siyasi əhəmiyyəti vardı. Bu göl vasitəsilə Azərbaycanın digər cənub xanlıqları ilə ticarət əlaqələri qurulmuşdu. Urmiya əyaləti Urmiya gölünün sahilləri istisna olmaqla, hər tərəfdən böyük dağ silsilələri ilə əhatə olunmuşdur. Urmiyada dağ torpaqlarının yuxarı hissəsi daha çox qara torpaqla örtüldüyündən burada quru əkinçilik məhsullarının becərilməsi üçün çox əlverişli şərait var idi. Sərhəd dağlarının bəzilərinin səthi ilin bütün fəsillərində qarla örtü olurdu. Bu da, vilayətin suya olan tələbatını tamamilə ödəmiş, kiçik çayların və dərələrin yaranmasına səbəb olmuşdur.

  • Urmiya mahalları...

Xanlıq mərkəz Urmiya şəhərindən və mahallardan ibarət idi. Mahallar nahiyələrə, nahiyələr kəndlərə, obalara bölünürdü. Xanlıq dönəmindən əvvəl mövcud olmuş inzibati-ərazi quruluşu xanlıqlar dövründə də olduğu kimi saxlanmışdı. Urmiya vilayətinin inzibati-ərazi vahidlərindən biri də Dol mahalıdır. Dol mahalının ərazisi Qaşqagədikdən Xantavusa qədərdir. Mahal qərbdən Kurd, Meh dağları, şimaldan Baranduz mahalı ilə həmsərhəd idi. Mahalın tabeliyində Rəşki-Sultanava, Pirəli, Kamanə, Nizava, Nara, Oğul Daşağıl, Birinci Kənan, İkinci Kənan, Bərdəxoş, Nazlı, Papaz, Zivə, Carava, Şeytanava, Samurta, Xudrava, Dölə, Dördbənd, Talava, Cuşbər, Balıstan, Xan, Tavus və Təzəkənd kəndləri var idi.

Nazlı mahalı da Urmiyanın mahallarından biridir.  Mahal şimaldan Ənzəl, şərqdən Urmiya gölü, cənubdan Sumay, qərbdən isə Urmiyanın özü ilə həmsərhəd idi. Markəzi Saatlı qəsəbəsi idi. Nazlı mahalında Avşar elinin Kuhgiluyəli (Kəhgəhli) oymağı ya- şam sürürdü. Rövzə mahalı isə şimaldan Sumay, şərqdən Nazlı, cənubdan Tərgəvər, qərbdən Urmiya ilə sərhədlənir. Rövzə mahalına 25 böyük və kiçik kənd bağlı idi. Kəlbəli sultan Qasımlı elin Qırxlı oymağını Rövzə çayının sahilində yerləşdirmişdi.

Sulduz mahalı  Urmiya gölünün cənubunda yerləşən mahal öz adını XIII əsrdə monqollarla Azərbaycana gəlmiş Sulduz ulusundan alıb. Mahal cənub tərəfdən Firəngi dağları ilə əhatə edilmişdi. Mahal Avşar eli tərəfindən idarə olunurdu. Baranduz mahalı  öz adını Bəradost tayfalarından alıb. V. Minorski Bəradost tayfası haqqında yazır: “Bəradostlar dövri: “Aləm-araya” görə, Şah Təhmasib zamanında Urmiyada böyük əmirlər vali olarkən Şahsevən kimi tanınan Bəradost tayfası Kara Tac, Tərgəvər ilə Mərgəvəri almış idi.“ Mahal cənubdan Tərgəvər, şərqdən Urmiya mahalları şimaldan Balaşan yüksəkliyi, qərbdən Şəkən bulağı, Dilavan və Nuşirəvan gədiyi ilə həmsərhəddir. Mahalın kəndləri dağ ətəklərində və düzənliklərində yerləşmişdi.

Ənzəl mahalı  bəzi mənbələrdə Qarabağ da adlanır. Ənzəl mahalı şimaldan Salmas, şərqdən Urmiya gölü, cənubdan Sumay mahalı və qərbdən Baranduz çayı ilə həmsərhəddir. Mahal I Şah Abbas dövründən (1611-ci ildən) başlayaraq, xanlıqlar dövrünədək Yəhya bəy və daha sonra onun nəsli tərəfindən irsi olaraq soyurqal və tiyul hüququ əsasında idarə edilirdi.

Sayınqala mahalı isə günümüzdə Şahindej adlanır. Mahal Marağanın cənub-şərqində yerləşirdi və şimaldan Əcirli, Çahardol mahalları, cənubdan Saqqız mahalı, şərqdən Tikab mahalı, qərbdən Bokan mahalı ilə həmsərhəd idi.

Üşnü mahalı şimaldan Urmiya, şərqdən Sulduz, qərbdən Qasımlı dərəsi ilə həmsərhəddir.Üşnü ümumiyyətlə dağlıq yerdir. Lakin onun əsas kəndləri mahalın mərkəzində uzanan düzənlikdə yerləşir. Qaradağ və Kəlləşin dağları arasındakı dərələrdən axan Əlixan və Ağçay bu düzənliyə tökülür. Mahalın mərkəzi Üşnü şəhəridir.

Dəşt mahalı cənubdan Mərgəvər, şərqdən Urmiya gölü, şimaldan Bərrə, Rövzə, qərbdən Mirşeyxi və Zərinə çayları ilə həmsərhəd idi. Mahalın ərazisi əsasən dağlıq və təpəlikdən ibarətdir.

Mərgəvər mahalı  Şəmdinan, Ovsi, Qəsəbəli kəndləri və Bərdəsur mahalı ilə həmsərhəd idi. Mahalın ərazisi əsasən dağlıqdır. Onun ən böyük düzənliyi uzunluğu 5 və eni 1, 5 mil olan ovalıqdır. Məşhur Dumdum qalası Mərgəvər mahalında yerləşirdi.

Tərgəvər mahalı  Cənubdan Dəşt, şərqdən Urmiya mahalları, şimaldan Nazlı çayı, qərbdən Mərgəvərlə həmsərhəd idi. Mahalın əsas düzənliyi Deyr dərəsindən başlayaraq şimal-şərqə-Bərdərəş və Ərzin qalalarına qədər geniş məsafədə uzanır. Mahalın ərazisi Nazlı çayından ayrılan və Meşgin adı daşıyan qolun suyu ilə təmin edilirdi. Məhəmmədqulu xan Avşarın hakimiyyəti dönəmində Tərgəvər mahalının naibi İbrahim xan idi.

Sumay mahalı Cənubdan Baranduz, şərqdən Urmiya, şimaldan Salmas mahalı, İskəndər və Sultan adlı kiçik dağlarla həmsərhəd idi. Mahal dağlıq sahə olduğu üçün onun sakinləri əsasən maldarlıqla məşğul olurdular. Eyni zamanda burada əkinçiklik də yayılmışdır.

Bərdəsur mahalı  Mərgəvər, Şəmdinan, Urmiya və Tərgəvər mahalları ilə əhatə edilmişdi. Onun inzibati mərkəzi yüzdən artıq evi olan Bərdəsur kəndi idi. Bu qala yerli hakimlərin iqamətgahı idi. Qalada dövlət işləri ilə məşğul olan hissə “Ələmlik”, yerli hakimin ailəsinin yaşadığı hissə isə “Hərəmlik” adlanırdı.

Xanlığın kiçik mahallarından biri olan Bəykişili şimaldan Nazlı çayı, şərqdən Urmiyə gölü, cənubdan Urmiya mahalı, qərbdən Baranduzla həmsərhəddir. Mahal öz adını Avşar elinin Bəykişili oymağından alıb. Bəykişili oymağı əsasən Urmiya bölgəsində köç-düşlə məşğul id. Tarixi ədəbiyyatda bəzən Bəgəşli, Bəgişli kimi də yazılır.

Urmiya mahalının inzibati mərkəzi Urmiya şəhəri idi. Şəhər əhalisinin suya olan ehtiyacı Urmiya və yaxud «Şəhər» çayı adlanan çay vasitəsilə təmin edilirdi. Əhalinin əsas peşəsi bağçılıq, xüsusilə üzümçülük, sənətkarlıq, ticarət, əkinçilik və maldarlıq idi. Xanlıqlar dövründə şəhər qalın və möhkəm daş hasarla əhatə edilmişdir. Qala divarlarının ətrafında geniş və dərinxəndəklər qazılmışdı. Şəhə daxil olmaq üçün qala divarlarında Torpaqqala, Hazaran, Bazarbaş, Şah Yurdu (Yurte-şah), Hindi, Məşəd, Ərk, adlı darvazalar var idi. Xanlığının mahalları çox olub, biz sadəcə bir neçəsi barədə yazdıq. Heç şübhəsiz, bu yazıdakı faktlar alimlərin tədqiqatları sayəsində araya-ərsəyə gəldi. Növbəti saylarımızda digər Güney Azərbaycan xanlıqlarından bəhs edəcəyik.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ