çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Azərbaycan siyasətində “dələduzluq” necə yarandı? - Abutalıb Səmədov yazır...

Image


İnsanların varlı olmaq, heç kimdən geri qalmamaq, övladlarını, həyat yoldaşlarını bolluq içərisində yaşatmaq istəyində mənəviyyata zidd, qəbulolunmaz, qeyri-adi heç nə yoxdur. 

Bu hər bir insanın təbii haqqıdır və bu haqqı ləyaqətlə, qanunları pozmadan reallaşdıranların hər cür hörmətə, hər cür təqdir olunmağa layiq olduqları heç kimdə şübhə doğurmur. 

Lakin o da hamıya yaxşı məlumdur ki, imkanlı olmaq, bolluq içərisində yaşamaq üçün hətta yüksək istedadlı, çox ağıllı adamların da xeyli zamana ehtiyacı var.

Yəni, qanunu pozmadan qısa müddətdə çox pul qazanmaq, varlı insana çevrilmək olduqca çətindir, Azərbaycan reallığını nəzərə alsaq etiraf etməliyik ki, hətta qeyri-mümkündür.

Məhz bu səbəbdən ağıllı və ləyaqətli insanlar xəyallarında olan rifahı doğmaları üçün yaratmaq məqsədilə illərlə zəhmət çəkir və səbrlə arzularının reallığa çevriləcəyi günü yaxınlaşdırmağa çalışırlar.

Ancaq bir qrup insan da var ki, onlar gecəni-gündüzə qatıb çalışmadan, əziyyət çəkmədən, ən əsası qısa müddət ərzində ailəsini “yüksək rifah” səviyyəsinə çatdırmaq istəyirlər.

Təbii ki, bu halda qanunları, mənəviyyat tələblərini tapdalamaqdan, kobud şəkildə pozmaqdan başqa yol qalmır.

Qısa müddətdə var-dövlət sahibinə çevrilmək, ev, bağ, maşın və s. daşınar-daşınmaz əmlaka malik olmaq istəyənlər siyasətdə də kifayət qədərdir.

35 ilə yaxın olan siyasi fəaliyyətim ərzində xeyli sayda bu cür “siyasətçilərlə” rastlaşdım, onların evlərində “yüksək rifah cəmiyyəti” qurmaq istiqamətində “fəaliyyətlərini” ürək ağrısı ilə müşahidə etdim.

Deməliyəm ki, xüsusilə, 90-cı illərin axırlarından başlayaraq siyasətə gələn gənclər özlərindən yaşlı siyasi xadimləri təqlid etməyə, onlarla “bərabər” olmağa, hətta üstələməyə çox çalışırdılar.

Ancaq bu məqsədə öz üzərində daha çox işləməklə, daha çox öyrənməklə deyil, daha “mötəbər” görünməklə, daha imkanlı “lider” olduqlarını “sübut etməklə”nail olmağa cəhd göstərirdilər.

Əmin idilər ki, “mötəbər lider”in mütləq ən azı Əli Kərimli səviyyəsində xidməti maşını, guya ictimai əsaslarla işləyən cangüdənləri, onları mindirdiyi əlavə maşınları, köməkçiləri, trol ordusu və s. olmalıdır.

Bütün bunlara nail olmaq üçün səni böyük, ən azı perspektivli siyasətçi sayan cəmiyyətin, onun imkanlı hissəsinin yardımına ehtiyac var.

Ancaq başqa bir reallıq da bundan ibarətdir ki, cəmiyyət nə istedadlı siyasətçilərə, nə də siyasətə təsadüfən, anlaşılmazlıq nəticəsində atılmış kəslərə dəstək vermək istəmir.

Məhz bu səbəbdən “Siyasi partiyalar haqqında” yeni qanuna uyğunlaşmaq əksər siyasi partiyalar üçün son dərəcə çətindir, daha doğrusu mümkünsüzdür.

Məhz qısa müddətdə varlı, mötəbər siyasətçi sayılmaq istəyindən Azərbaycanda 90-cı illərin sonlarından başlayaraq siyasi dələduzlar “törəməyə” başladı.
Bu “filankəsin partiyasıdır”, “mən filankəs müəllimlə yaxınam” kimi yalanlar uyduran partiya liderləri qısa müddətli də olsa məqsədlərinə nail oldular.

Nəticədə dələduzluq yolunu seçən partiyalara üzv yazılmaq istəyənlərin çoxsaylı ərizələri, bəzi sədrlərin ciblərinə isə “vəzifə həsrəti” ilə yananların pulları “axmağa” başladı.

Bəzi partiyaların sədrləri isə nisbətən xırda dələduzlar kimi fəaliyyətlərini Azərbaycan ərazisi ilə məhdudlaşdırmaq istəmədilər, dünya miqyasına çıxdılar və “mühacir biznesi” kimi həm yeni, həm də daha gəlirli “dələduzluq sahəsi” meydana çıxardılar.

Ancaq bəzi məşhur peşə sahiblərinin “aşkaraçıxma müddəti” ilə bağlı atalarımızın hökmü burda da özünü göstərdi və  siyasi partiya liderlərinin yalanlarının ömrü “40 gün”dən artıq olmadı.

“Filankəsin partiyası” yalanı ilə şişən partiyalar “sabun köpüyü” kimi partladılar və əvvəlki miskin durumlarına qayıtdılar.

Partiyalarını “işə düzəltmə” bürolarına çevirən bəzi sədrlər aldıqlarının ən azı əsas hissəsini geri qaytarmaq məcburiyyətində qaldılar.  

Qaytara bilməyənlər içərisində çox təəssüf ki, həbs olunanlar və məhkəmənin hökmü ilə məhkum olunanlar da oldu.
“Mühacir biznesi”nin yaradıcıları isə ifşa olunsalar da qibtə olunacaq “qırmızılıq” nümayiş etdirərək dirəniş göstərməkdə davam edərək vəziyyətdən çıxacaqlarına ümid edirlər. 

Bu günlərdə Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin həbs edildiyini, Oqtay Qasımov və İlham Hüseynovun şikayətləri əsasında onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işinin başlanıldığını eşitdim.

Nisbətən gənc siyasətçilərdən sayılan Anar Əsədlinin həbs olunması və “dələduzluq” ittihamı ilə haqqında cinayət işinin başlanması qətiyyən xoşagələn hal deyil.

Eyni zamanda bəzilərinin partiya sədrini “siyasi məhbus” elan etmələri hər cür ciddilikdən uzaq davranışdır və bu cür iddialarla çıxış edənlərə “başucalığı”, Anar Əsədliyə isə “xeyir” gətirməyəcəyi əvvəlcədən məlumdur.

Çünki Anar Əsədli heç vaxt kəskin müxalifət mövqeyində olmayıb və onu nəinki hakimiyyət olimpinin zirvəsində olanlar, heç orta vəzifəli məmurlar belə tanımayıblar.

Olsa-olsa Prezident Administrasiyasında bir-iki nəfərin tanıdığı və iqtidar üçün heç vaxt, heç bir təhlükə  təşkil etməyən partiya sədrini hakimiyyət nə üçün həbs etməli və özünə problem yaratmalıdır?

Heç kimə sirr deyil ki, Azərbaycanda hakimiyyətə qarşı ən kəskin, bəzi hallarda hətta düşmən mövqeyində dayanan siyasi partiya sədrləri Arif Hacılı və Əli Kərimlidir.

Onlar heç bir təhlükə hiss etmədən öz “fəaliyyətlərini” davam etdirirlər və heç kim onları həbs edib, “siyasi məhbusa” çevirməyi ağlına belə gətirmir.

Digər tərəfdən, tutaq ki, hakimiyyət Anar Əsədlini özünə “çox ciddi rəqib” gördüyündən, onun dərin savadından və böyük natiqliyindən “çəkindiyindən” belə bir addım atmaq qərarına gəlib.

Bu halda  “işverən” qismində bu işdə ad çıxarmış “peşəkarları” qoyub Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımovu qabağa vermək nə dərəcədə ağlabatandır?

Onu az-çox tanıyanlar içərisində təmizliyi, dürüstlüyü heç kimdə şübhə doğurmayan Oqtay Qasımov belə bir şeyə razılıq verib, kiməsə “böhtan atmaqla” illərlə qazandığı hörməti yerlə bir edərmi?

Sonda mən üzümü bir daha Anar Əsədlini “siyasi məhbus”a çevirmək istəyənlərə tutaraq məsləhət görərdim ki, imkan daxilində onun borclarını qaytarmaqla həbsdən qurtarmağa çalışsınlar.

Əks halda nə onu  bu “bədnam” maddə ilə məhkum olmaqdan xilas etmək, nə də “siyasi məhkum” iddialarına  daxildə və xaricdə  kimisə inandırmaq mümkün olmayacaq.

Abutalıb Səmədov




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ