çərşənbə axşamı günü, 10 noyabr 2026
     

İrəvanın ziddiyyətli siyasəti Zəngəzur dəhlizinin açılmasını tezləşdirə bilər

Image


Xarici siyasətində çoxsaylı qüsurlara yol verən Ermənitan bu gün həm Qərbin, həm də Rusiyanın sərt təzyiqləri ilə üzləşmək ərəfəsindədir. Məsələ burasındadır ki, hazırda İrəvana Qərb orbitinə daxil olmaq daha cəlbedici gəlir. Amma Moskvanın buna gözlənilən reaksiyaları da Ermənistanı qorxudur.

Məsələ ilə bağlı Ermənistanın Respublika Naminə Partiyasının sədr müavini Ruben Mehrabyan bildirib ki, istənilən halda İrəvan seçim etmək məcburiyyətindədir: “Qərb daha yaxşı seçimdir. ABŞ regionda davamlı və hərtərəfli sülhə nail olmaq arzusunu gizlətmir. Qərbin cəlb edilməsində fürsət var. Əgər Rusiya intihara hazırlaşırsa, biz ritual intiharın iştirakçısına çevrilməyəcəyik. Biz imkan verə bilmərik ki, Rusiya intihar etməmiş dövlətçiliyimizə daş atsın. Hökumət sülhdən danışır, lakin sülh hərəkətləri strateji müttəfiq tərəfindən pozulur”. Məsələ ilə bağlı “armenianreport” portalı yazır ki,  İrəvan Kremldən üz döndərdikdən sonra postsovet məkanında sözün əsl mənasında təsirini itirməkdə olan Rusiya üçün çox qorxulu mənzərə yaranıb: “Hazırda Kreml şimal kuratorlarının əli ilə Ermənistan cəmiyyətində qorxu və panika yaradır. Onlar panika yayırlar ki, Vaşinqton İrəvanı Rusiyaya qarşı qoyur və bu, sonda ölkəmizi uçurumun kənarına qoyacaq. Kreml və onun Ermənistandakı marionetləri arqument kimi ABŞ nümayəndə heyətlərinin İrəvana tez-tez səfərlərini göstərirlər. Son iki həftə ərzində ABŞ-dan 4 nümayəndə heyəti İrəvana səfər edib, müxtəlif idarələrdə və hökumətdə ən yüksək səviyyədə görüşlər keçirib. Rusiyapərəstlər bundan nəticə çıxarırlar, amerikalılar Paşinyana təzyiq göstərirlər ki, həssas sahələrdə Rusiya ilə əməkdaşlıqdan imtina etsin və hətta antirusiya sanksiyalarına qoşulsun. Mesaj aydındır. Amma Paşinyan Sarkisyan deyil. O, Serj kimi Putinə təslim olmayacaq. Yeri gəlmişkən, KTMT haqqında. Ruslar bizi qorxudurlar ki, biz KTMT-dən çıxsaq və ya KTMT Ermənistanı tərk etsə, o zaman ölkəmiz sadəcə olaraq “sağ” qala bilməyəcək. “Beşinci kolon”un dəhşətli hekayələrinə, Moskvanın təhdidlərinə və Kremlin cəmiyyətimizdə yaratdığı xof və panikaya baxmayaraq, tamamilə Qərbə üz tuturuq”. Lakin rus ekspert Dmitri Solonnikov bildirir ki, Paşinyanın əli ilə Ermənistanın üzünü Rusiyadan çeviriblər: “Ölkədə daim anti-Rusiya təbliğatı aparılır, anti-Rusiya informasiya kanalları yaradılır. İnsanların şüur altında Rusiyanın düşmən obrazı yaradılır. Bundan sonra isə artıq texnoloji addımlar atmağa başlayırlar. Avropa İttifaqının missiyasının dəvət olunması məhz texnoloji addımdır. Avropa İttifaqı nə deməkdir? Bu, hərbi planda NATO-ya söykənən siyasi təşkilatdır. Hamı yaxşı başa düşməlidir ki, bu, NATO ölkələrinin missiyasıdır. Bütün bunlar Ermənistanın KTMT-də üzərinə götürdüyü öhdəliklər çərçivəsində baş verir. Eyni vaxtda KTMT ilə münasibətləri kəsmək Ermənistana sərf etmir. Çünki ölkədə Rusiya hərbi bazası var, Qarabağdakı erməniləri Rusiya sülhməramlıları qoruyur. Əgər Rusiya sülhməramlısı olmasa, Ermənistan üçün Cənubi Qafqazda gərginləşəcək münaqişə daha çətin olacaq. Bunun Ermənistan üçün gözlənilməz nəticələri olacaq. Həm Qarabağ, həm də Zəngəzur dəhlizi nöqteyi-nəzərindən Ermənistan üçün nəticəsi pis ola bilər. Lakin buna baxmayaraq, Ermənistan bu yolda irəliləyir. Ermənistanı NATO-nun Cənubi Qafqazda daha bir forpostu etmək cəhdləri reallaşacaq”. Solonnikov bu əhval-ruhiyyənin Ermənistanda daha da güclənəcəyini qeyd edib. “Düşünürəm ki, Avropa İttifaqının vasitəçi kimi aparacağı bütün danışıqların məqsədi yeni qanlı prosesi təşkil etməkdir. Avropanın başqa məqsədi yoxdur. Ona görə də, Ermənistanın addımı, ona sahibinin diqtə etdiyi addım, Paşinyanı hakimiyyətə gətirənlərin ona verdiyi tapşırıq məhz bundan ibarətdir. Paşinyan bunun üçün o vəzifəyə gətirilib. Təəssüflər olsun ki, Ukrayna nümunəsi heç nə öyrətmir”.

Bunlar fonunda erməni ekspert Davit Stepanyan da bildirir ki, İrəvanın Rusyadan uzaqlaşması məsələsi heç də asan olmayacaq: “Ermənistan rəhbərliyi sivil dünyanın qaydaları ilə oynayanda qırmızı xətt çəkiləcək”. Erməni ekspert hesab edir ki, Ermənistan xarici vektoru dəyişməsə, Rusiya orbitində qalacaq. O qeyd edib ki, Ermənistanı yaxşı heç nə gözləmir: “Rusiya Federasiyası bizə təzyiq edir ki, 10 noyabr razılaşmasının 9-cu bəndi Bakının görmək istədiyi tonu alsın”. Qeyd edək ki, söhbət burada Zəngəzur dəhlzindən gedir. İndi Ermənistanda hesab olunur ki, ölkə Qərb orbitinə yuvarlansa, Rusiya Zəngəzur dəhlzinin açılmasını tezləşdirəcək. Hesab edilir ki, Ermənistan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanata əsasən, Zəngəzur dəhlizi ilə avtomobil və dəmir yollarının birləşdirilməsi üzrə öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır. Bunu erməni türkoloq Varujan Geqamyan da etiraf edir. O, Dığ kəndi istiqamətində son hərbi insidentlər fonunda qeyd edir: “Ermənistan Müdafiə Nazirliyi mövqe itkisinin olmadığını desə də, əslində mövqeləri Azərbaycan Ordusu Dığ kəndinin bir hissəsinə nəzarət edəndə itirmişdi və bunun nəticəsidir ki, son döyüşlərdə ağır itkilər verdik”. Onun sözlərinə görə, Azərbaycan Ordusunun hazırda dayandığı yüksəkliklər Dığ kəndinə və bitişik ərazilərə nəzarət imkanı verir: “Azərbaycan Zəngəzuru addım-addım, tədricən nəzarətinə keçirir. Dünən baş verən döyüşlər göstərdi ki, Ermənistan hakimiyyəti ölkəni qoruya bilmir. Nəticədə biz yeni mövqelər itirdik, yeni itkilər verdik. Dığ kəndi və bitişik ərazilərdə artıq yaşamaq mümkün deyil, insanlar oradan köçmək haqda düşünür”.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ