çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Qərb Ermənistanı küncə sıxır - Moskvanın qisası isə daha ağır olacaq...

Image


Son dövrlərdə Qərb ölkələri Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların qeyri-işləkliyi səbəbindən Ermənistana təzyiqlərini artırır. Buna səbəb sanksiyalar tətbiq edilən məhsulların Ermənistan vasitəsilə Rusiyaya təkrar ixracıdır.

Elə bu günlərdə Ermənistanın "Qraparak" qəzeti belə bir yazı ilə çıxış etmişdi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Almaniyaya səfəri zamanı qərbli həmkarları ona sərt xəbərdarlıq edib. Nəşr qeyd edirdi ki, Paşinyana Rusiya Federasiyasına tətbiq edilən sanksiyalardan yan keçməyə kömək edilməməsi barədə xəbərdarlıq edilib. Məlumata görə, Paşinyan Ermənistana qayıdandan sonra Mərkəzi Bankın sədrinə, hökumət üzvlərinə Rusiyaya yardımı dayandırmağı tapşırıb. Bildirilir ki, Rusiya Federasiyası ərazisinə texnoloji vasitələrin daşınmasının qarşısını almaq üçün hava limanında ciddi nəzarət tədbirləri həyata keçirilib. Xatırladaq ki, Paşinyan martın 2-də Almaniyaya səfər edib. O, Berlində Almaniya kansleri Olaf Şolts və prezident Frank-Valter Ştaynmayerlə görüşüb. Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra bəzi erməni şirkətləri sanksiyalara məruz qalıb. 2022-ci ilin sentyabrında ABŞ Maliyyə Nazirliyi Ermənistanın “Taco LLC” təchizatçı şirkətinə sanksiya tətbiq edib. Bu şirkətə qarşı sanksiyaların tətbiq edilməsinin səbəbi Rusiya hərbi sənayesi üçün müxtəlif məhsulların təchizatı ilə məşğul olmasıdır. Bundan başqa, Rusiyanın “Qazprom” şirkətinin Ermənistandakı törəməsi olan “Areksimbank-Qazprombank” Rusiyadan qazın rublla alınması ilə bağlı köçürmə əməliyyatlarını həyata keçirdiyi üçün sanksiyalara məruz qalıb. Rusiyanın “VTB Bank”ının Ermənistandakı törəməsi olan “VTB Bank Ermənistan” da Rusiya banklarına müxtəlif xidmətlər göstərməsi və pul köçürmələrini davam etdirməsi səbəbindən "qara siyahı"ya düşüb. Amma bunlar Ermənistan üçün yetərli olmayıb. “The New York Times“ qəzeti yazır ki, əvvəlki kimi ABŞ və Avropa İttifaqı rəsmiləri Rusiyanın bu ölkəyə idxalı qadağan olunmuş Amerika və Avropa texnologiyalarını Ermənistan və bəzi Mərkəzi Asiya ölkələri vasitəsilə marşrutlarını dəyişdirərək əldə etməsindən narahatdır. Qəzet yazır ki, ötən ay ABŞ və Avropa rəsmilərinin Rusiyaya girişi qadağan olunsa da, digər ölkələr vasitəsilə bu ölkəyə göndərilmiş texnologiyalar haqqında məlumat mübadiləsi edib, vəziyyəti dəyərləndiriblər. Nəşrin əldə etdiyi 24 mart iclasının slaydlarına görə, yüksək vəzifəli vergi və ticarət rəsmiləri Ermənistan, Qazaxıstan və digər ölkələr vasitəsilə Rusiyaya çiplərin və digər elektron komponentlərin satışında artım olduğunu qeyd ediblər. "The New York Times" nəşri bildirib ki, artıq bir ildir Qərbin qəbul etdiyi sanksiyalara görə Rusiyanın silah istehsal etmək qabiliyyəti azalsa da, ölkə hələ də bir çox elektron komponentlərə dövri giriş əldə edir:

“ABŞ və müttəfiqlərindən Rusiyaya birbaşa satış sıfıra enib. Lakin ticarət məlumatları göstərir ki, digər ölkələr Rusiyaya lazım olanların bir hissəsini təmin etmək üçün bu ölkəyə kömək edir".

Döyüş meydanından çıxarılan Rusiya silahlarını tədqiq edən "Conflict Armament Research" müstəqil qrupu tərəfindən bu günlərdə dərc edilən hesabata görə, işğalın başlamasından sonra Rusiyanın istehsal etdiyi silahlarda bu ölkəyə idxalı qadağan olunmuş çiplərin nümunələri tapılıb. Təhqiqata rəhbərlik edən Damien Spleetersin sözlərinə görə, ABŞ şirkəti tərəfindən hazırlanmış üç eyni çip ötən ilin fevral və mart aylarında Ukraynada Rusiyanın istifadə etdiyi "Lancet" dronlarında tapılıb. "The New York Times" bildirir ki, mart görüşündə ABŞ və Avropa rəsmiləri Rusiyanın Amerika və Avropa mallarını Ermənistan, Qazaxıstan və digər Mərkəzi Asiya ölkələri vasitəsilə marşrutlarını dəyişdirərək əldə etməsindən narahatlıqlarını qeyd ediblər: "ABŞ Sənaye və Təhlükəsizlik Bürosunun möhürü ilə işarələnmiş bir sənəddə deyilir ki, 2022-ci ildə Ermənistan 2021-ci ilə nisbətən ABŞ-dan 515 faiz, Avropa İttifaqından isə 212 faiz çox çip və prosessor idxal edib. Sənəddə bildirilir ki, daha sonra Ermənistan eyni məhsulların 97 faizini Rusiyaya ixrac edib. Digər bir sənəddə Sənaye və Təhlükəsizlik Bürosu Rusiya silahlarının inkişafı üçün kritik hesab edilən səkkiz kateqoriya çip və komponentləri, o cümlədən, Rusiya qanadlı raketlərinin bir modeli olan KH-101-də Rusiya idxalı qadağan edilmiş hissə tapılıb". Erməni iqtisadçı Nairi Sarkisyan isə qeyd edir ki, Mövcud durumda Ermənistana yeni sanksiyalar edilib, ABŞ və Avropadan mal gətirən erməni iş adamları Rusiyaya mal ixrac edə bilmirlər: “ABŞ və Avropadan Ermənistana malların idxalı, sonra isə Rusiyaya təkrar ixracı ilə bağlı problem yeni deyil. Bunlar Rusiyaya sanksiyalar başlayandan var, sadəcə müəyyən məhsullarla bağlı idi. Əlbəttə, yeni məhdudiyyətlər tətbiq olunduqca məhsul çeşidlərinin siyahısı artır. Pul köçürmələri həmişə problemli olub və kifayət qədər çətin üsullarla həyata keçirilib, digər ölkələr vasitəsilə həyata keçirilir, müqavilələrlə tənzimlənirdi. Amma bu da sərtləşməkdə davam edir. Problemlər həmişə olub, indi isə həcm baxımından, kəmiyyətcə artır. Əlbəttə, Qərbdən Ermənistana idxal edilən malların yenidən Rusiyaya ixracı ilə bağlı sanksiyalar səbəbindən biznes sektoru böyük itkilərə məruz qalacaq. Zərərlər yalnız köçürmələrin ağırlaşması və ya qadağan olunmuş malların siyahısının genişlənməsi ilə əlaqəli deyil, texniki problemlər də artır. Bundan əlavə, təkrar ixracla bağlı məzənnə dəyişikliyi əlavə risklər və itkilər yaradır. Məsələn, Qərbdən avro və ya dollarla alınan məhsulları Rusiyaya rublla satanda. Təkrar satarkən məzənnə tamamilə fərqli olur. Belə olan halda erməni iş adamları kifayət qədər ciddi itkilərə məruz qalırlar. Bu baxımdan erməni iş adamlarının vəziyyəti o qədər də ürəkaçan deyil”. Sarkisyan Qərbin sanksiyalarının Baş nazir Nikol Paşinyanın Almaniyaya səfərindən sonra qüvvəyə minməsinə diqqət çəkib. Qeyd edir ki, indi Ermənistan müvafiq məhsulları Rusiyaya çatdıra, bilməsə Moskvanın da təzyiqlərinə tuş gələcək.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ