çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Dövlət-vətəndaş cəmiyyəti tandemi - demokratik tərəqqinin əsas təməl sütunlarından biri...

Image


Güclü vətəndaş cəmiyyəti rəqabətqabiliyyətli iqtisadiyyata malik sabit demokratik dövlətin əsas xüsusiyyətidir. Vətəndaş cəmiyyəti eyni zamanda həm öz üzərinə götürdüyü bütün öhdəliklərin həyata keçirilməsində hakimiyyətin tərəfdaşı, həm də hər bir vətəndaşın və cəmiyyətin müxtəlif qruplarının azadlıq və mənafelərini müdafiə edən konstruktiv tərəfdaş kimi çıxış edir.

Eyni zamanda müasir vətəndaş institutlarının inkişafı və vətəndaş təşəbbüslərinin təşviqi ölkənin davamlı inkişafı üçün katalizator rolunu oynayayır, cəmiyyətin iqtisadi, siyasi hüquq və azadlıqlarına təminat yaradır.

  • Vətəndaşların qərarların qəbulu prosesində iştirak imkanları genişlənir

Yuxarıda qeyd edilənlər fonunda Azərbaycan dövləti müasir vətəndaş cəmiyyətinin inkişafı, əhalinin sosial proseslərə geniş cəlb edilməsini  ölkənin tərəqqisinin,  modernləşdirilməsinin prioritet istiqamətləri kimi müəyyən edib. Elə bu səpkidə  dövlətin qeyri-hökumət təşkilatları (QHT) ilə əməkdaşlığı məsələsi də ölkənin siyasi sisteminin müasirləşməsi şəraitində getdikcə aktuallaşır.

Real mənzərənin təhlili göstərir ki, bazar iqtisadiyyatı və güclü vətəndaş cəmiyyətinə malik dövlətin yaradılması Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biridir. Öz növbəsində vətəndaş cəmiyyətinin formalaşması sivil inkişaf yolu ilə insanlar birliyi halında mümkündür. Bu halda vətəndaşlar azad, iqtisadi cəhətdən müstəqil, mənəvi və siyasi cəhətdən yetkin, sosial məsuliyyət daşıyan, müvafiq vəzifələrini öz üzərinə götürə bilirlər. Sosial problemlərin qarşılıqlı razılıq əsasında, hamının və hər kəsin mənafeyini nəzərə almaqla həlli mümkünləşir. Cəmiyyətlə dövlətin sıx əlaqəsi bu halda özünü qabarıq göstərir. Bu da ondan irəli gəlir ki, vətəndaş cəmiyyəti dövlətsiz mövcud ola bilməz, inkişaf etmiş cəmiyyəti olmayan dövlət isə demokratik deyil. Dövlət inkişaf etdikcə öz vətəndaşlarının əsas sosial əhəmiyyətli qərarların qəbulu prosesində iştirak imkanlarını genişləndirir, həmçinin sosial potensialını artırır, onun köməyi ilə kollektiv səyləri cəmləşdirmək və səmərəli səfərbər etmək imkanına malik olur.

İnkişaf etmiş ölkələrdə vətəndaş cəmiyyəti subyektlərinin dövlət orqanları ilə müqayisədə daha çevik strukturlar olduğu faktı qəbul edilir. Bu halda adətən, qeyri-hökumət sektoru dövlət, müxtəlif sosial qruplar və ayrı-ayrı vətəndaşlar arasında vasitəçi kimi çıxış edir, onların hüquq və mənafelərini qoruyur. QHT-lər əhalinin sosial problemlərinin həllində fəal iştirak edir, öz sosial qrupunun maraqları naminə sivil şəkildə lobbiçilik edir, eyni zamanda, qeyri-hökumət təşkilatlarının nümayəndələri də öz fəaliyyət sahələrində ekspert kimi çıxış edirlər ki, bu da cəmiyyət üçün cəlbedicidir. Çünki əksər hallarda yalnız QHT-lər həqiqətən problemi və bu problemin həlli mexanizmlərini göstərə bilər ki, bu da səmərəli dövlət siyasətinin işlənib hazırlanmasında böyük əhəmiyyət daşıyır. Bunlar fonunda ölkəmizdə vətəndaş cəmiyyətinin təşəkkülündə və ölkənin əsas hərəkətverici qüvvələrindən birinə çevrilməsində dövlət fəaliyyət artıq sistemli xarakter daşıyır. Xatırladaq ki,  1995-ci ildə qəbul edilən Azərbaycanın Konstitusiyası ölkənin inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarıb. Bununla da hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Konstitusiyanın qəbul edilməsi həm də ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının yaranmasına, formalaşmasına şərait yaratdı. Sonrakı dövrdə bu istiqamətdə görülən işlər Azərbaycanın demokratik inkişafını daha dinamik mərhələyə yüksəltdi.

  • QHT-lərin fəaliyyət dairəsi genişlənir

Azərbaycanda bazar-demokratik transformasiyaların əsas alətlərindən biri kimi vətəndaş cəmiyyəti institutlarının, xüsusən də qeyri-hökumət sektorunun rolunun artırılmasının zəruriliyi dövlətin modernizasiya siyasətinə, cəmiyyətin sosial-siyasi strukturlaşdırılmasına böyük töhfə verir. Vətəndaş qruplarının müxtəlif maraqlarının formalaşması və həyata keçirilməsi, əhalinin özünütəşkili, vətəndaş təşəbbüslərinin reallaşması, sabit və səmərəli demokratiyanın infrastrukturunun qurulması ölkəmizdə dönməz xarakterə malikdir.

Bu gün dövlət QHT-lərə ciddi dəstək verir və bu, qeyri-hökumət təşkilatlarının demokratik proseslərdə rolunun artmasına rəvac verib. Qeyri-hökumət təşkilatları bu gün Azərbaycanda həm insan hüquqlarının müdafiəsi sahəsində, həm də  cəmiyyətin sosial sabitləşməsində böyük rol oynayır. Xüsusilə sosial əhəmiyyətli layihələrin həyata keçirilməsi üçün qrantlar sistemi vasitəsilə ciddi dövlət dəstəyi bu prosesə öz töhfəsini verir. Vətəndaş cəmiyyəti institutlarının inkişafına fəal dövlət dəstəyi müvafiq normativ-hüquqi bazanın hazırlanıb qəbul edilməsində də özünü göstərir. Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin qanunvericiliklə təminatı onların inkişafı üçün ən mühüm şərtdir. Bu gün QHT-lərin fəaliyyəti bir sıra qanunvericilik aktları ilə tənzimlənir. Ümumiyyətlə, Azərbaycan müstəqillik əldə etdikdən sonra qeyri-hökumət sektorunun formalaşması və inkişafı sahəsində ciddi təcrübə toplayıb. Minlərlə QHT-nin fəaliyyət göstərdiyi “üçüncü sektor”un səmərəli fəaliyyəti, qeyri-hökumət təşkilatları üçün zəruri qanunvericilik bazasının yaradılması, QHT-lərlə dövlət orqanları arasında səmərəli qarşılıqlı fəaliyyət mexanizmi bunların təsdiqidir. Bu halda o da açıq nəzərə çarpır ki, QHT-lərin cəmiyyətdə rolu artır, ictimai təşkilatların müəyyən dərəcədə konsolidasiyası prosesi gedir. Bununla belə, Azərbaycanın qeyri-hökumət sektorunun inkişafında bir sıra çətinliklər də var. Məsələn, lazımi maddi-texniki bazaya malik təşkilatların bir hissəsi faktiki fəaliyyət göstərmir. Onlar əhalinin sosial problemlərinin həllində nəzərəçarpacaq nəticələrin əldə edilməsinə töhfə vermirlər. Qeyri-hökumət təşkilatlarının müəyyən kateqoriyası dövlət tərəfindən məcburi maliyyələşməni və dəstəyi zəruri hesab edir ki, bu da ilk növbədə “üçüncü sektor” nümayəndələrinin paternalist yanaşmasını, siyasi qərarların qəbulu prosesində real iştirak üçün yetərincə yetkinliyin olmadığını göstərir. Qht sektorunda daimi əsaslarla işləyən ixtisaslı mütəxəssislər çatışmazlığı var, əksər hallarda ictimai təşkilatların işi müəyyən dövrlərdə, “müsabiqədən müsabiqəyə” gedir və müvafiq olaraq, mövsüm üçün işçilər işə götürülür. Halbuki, dövlət QHT-lərin fəal olmasında, konkret təşəbbüslərlə çıxış etməsində xüsusi maraqlıdır.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ