çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Ermənistan məcbur edilir: Zəngəzur dəhlizi açılacaq

Image


Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır və Zəngəzur dəhlizinin inşasına başlamaq lazımdır. Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Türk” kanalına müsahibəsində bildirib:

"Ermənistanla Azərbaycan arasında aprelin 11-də, təəssüf ki, yenə bir gərginlik yaşandı. Ermənistanın fərqli yollarla sızmağa, silah göndərməyə çalışdığı müşahidə edilir. Bu gərginlikləri kənara qoyub əhatəli sülh müqaviləsi imzalanmalı və Zəngəzur dəhlizinin inşasına başlamaq lazımdır. Bu, Ermənistanın da xeyrinədir. İran vasitəsilə Azərbaycandan Naxçıvana bir yolun qurulması fikri var və biz bunu da dəstəkləyirik, çünki hər zaman alternativlər lazımdır".

Artıq beynəlxalq miqyasda da belə bir fikir hakim olmağa başlayır ki, Zəngəzur dəhlizinin açılmasına ciddi zərurət var və bu, bütün Avrasiya üçün vacibdir. Qazaxıstandan olan ekspert Talqat Kaliyev bu xüsusda bildirir: “Azərbaycanın iki hissəsini - Naxçıvan Muxtar Respublikası və ölkənin qalan hissəsini quru yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi layihədə iştirak edən bütün ölkələrin əhəmiyyətli iqtisadi artımına töhfə verəcək”. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin əhəmiyyətini qiymətləndirməmək mümkün deyil: “Orta Dəhliz adlandırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf etdirilməsi kontekstində Zəngəzur dəhlizinin bu marşruta daxil edilməsi Çin və Mərkəzi Asiyadan Avropaya yüklərin tranzit daşınması müddətini xeyli azaldacaq. Dəhliz Türkiyə sərhədinə birbaşa yol açacaq. Bu, Orta Dəhlizin ötürücülük qabiliyyətini, oradan yüklərin daşınması sürətini kəskin şəkildə artıracaq, həm də layihənin bütün tərəfləri üçün əhəmiyyətli iqtisadi effekt əldə etməyə kömək edəcək”. Hesab edilir ki, Zəngəzur dəhlizinin açılması Avrasiyada regional qarşılıqlı əlaqələrin möhkəmlənməsi üzrə səylərə əlavə təkan verəcək. Zəngəzur dəhlizinin açılması Xəzər dənizinin nəqliyyat şəbəkəsini, o cümlədən, Şərq-Qərb və beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizlərini daha da möhkəmləndirəcək. Dəhliz, həmçinin, Xəzər dənizindən Avropaya uzanan neft-qaz kəmərləri sisteminin inkişafına şərait yaradacaq və regionun tranzit potensialını daha da möhkəmləndirəcək. Bundan başqa, Zəngəzur dəhlizi Şərq-Qərb dəhlizinin ayrılmaz hissəsi olaraq Azərbaycan ərazisi vasitəsilə Asiya və Avropanı birləşdirir ki, bu da Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşağı qismində öz mövqeyini möhkəmləndirmə imkanı verəcək.  Hazırda Ermənistan və İranın buna mane olması mümkünsüz hesab edilir. Bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan da etiraf edir: “Nikol Paşinyan hakimiyyəti Ermənistanı hara apardığını yaxşı bilir. Azərbaycan sülh müqaviləsinin nə demək olduğunu dəfələrlə bəyan edib. Azərbaycan öz ölkəsinin ərazi bütövlüyünün tanınmasını istəyir ki, Qarabağın mövcudluğundan söhbət getməsin, çünki bu, Azərbaycanın daxili problemidir, demarkasiya bu ölkənin şərtləri əsasında aparılmalıdır. Ermənistanda buna heç bir əsaslı reaksiya olmadı, indi bu siyasət davam edir. İndi azərbaycanlılar tələsirlər, bu sülh müqaviləsini imzalamağa çox tələsirlər. Bütün bunların məqsədi Qarabağ deyil, Turan dəhlizlərinin (Zəngəzur dəhlizinin) Ermənistan ərazisindən keçməsidir. Ermənistan indi bu dəhlizlərlə bağlı çox böyük təzyiq altındadır. 44 günlük müharibədən sonra baş verən hər şey yalnız bu məqsədi güdür. Bu hədəfi ilk növbədə Rusiya aparır, Rusiya Ermənistandan Turan dəhlizini tələb edir. Ermənistanın baş nazirinin sözlərinə görə, üç avtomobil və bir dəmir yolu var. Üstəlik, söhbət dəhlizdən gedir, Paşinyan qəbul edib ki, bu, dəhlizdir”.

Əslində, erməni cəmiyyəti də Zəngəzur dəhlizinin açılmasını qaçılmaz hesab edir. Azərbaycan-Ermənistan şərti sərhəd zonasında aprelin 11-də məlum toqquşma ermənilərdə bu qənaəti daha da gücləndirib. Bunu “Azatutyun”  radiosunun Gorus rayonunun Dığ kəndindən hazırladığı reportaj da təsdiq edir. Burada bildirilir ki, sərhəddə baş verən toqquşma Dığ kəndində yaşayan ermənilərin ərazini tərk etmək fikirlərini daha da gücləndirib. Yeni Laçın yolunun istifadəyə verilməsindən sonra sərhədin Laçın istiqamətində baş verən mövqe dəyişikliyi nəticəsində Dığ kəndinin əkin və otlaq sahəsi kimi istifadə etdiyi ərazilər ordumuzun nəzarətinə keçib. Bu ərazilər işğal dövründə Ermənistanın qanunsuz olaraq irəli çəkdiyi dövlət sərhədidir. Xəritəyə uyğun aparılan dəqiqləşmə işləri nəticəsində Dığ kəndindəki ermənilər 30 ildən çoxdur istismar etdiyi əkin sahələrindən məhrum olub. Bu vəziyyət ermənilər arasında kəndi tərk etmək istəyini artırıb, son toqquşmalar isə bu mövqeyi daha da gücləndirib. Kənddə yaşayan ermənilərdən biri deyib: “Burada yaxşı heç nə yoxdur, getdikcə daha da pisləşir, vəziyyət çox ciddidir”. Reportajda qeyd olunur ki, Azərbaycan və Ermənistan ərazidə fəal şəkildə mühəndislik işləri aparır. Dığ kəndindən olan deputat Davit Danielyan bildirib ki, qarşıdurma bir mövqe üzərində olub.
Kənddə yaşayan Yura Qalstyan isə hesab edir ki, Azərbaycan bütövlükdə Zəngəzura nəzarəti ələ alacaq: “Mövqelərini möhkəmləndirən azərbaycanlılar zamanı çatanda kəndi, daha sonra Zəngəzuru götürəcək. Hər gün kənddən azərbaycanlıları görürük, onların qarşısını alacaq güc yoxdur”. Bu vəziyyətdə İran da sonda ermənilər kimi Zəngəzur dəhlizinin açılmasının başqa alternativinin olmadığını qəbul edəcək.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ