çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Digər ölkələrin daxili işinə müdaxilə cəhdi İran rejiminin çöküşünü sürətləndirir

Image


Bir sıra ölkələrin daxili işlərinə hələ də müdaxilə cəhdlərindən əl çəkməyən İranın öz daxilində vəziyyət getdikcə sürətlə pisləşir. Hakimiyyətin repressiv fəaliyyəti ilə yanaşı, sosial-iqtisadi siyasəti də getdikcə daha böyük narazılıq predmetinə çevrilir.

Belə bir vaxtda diqqət çəkən məsələlərdən biri İranda minlərlə işçinin prezident İbrahim Rəisiyə minimum əməkhaqqının artırılması qərarına etiraz edən məktubu imzalamasıdır. Məktubda deyilir ki, bu artım inflyasiya faizinin heç yarısı qədər də deyil. 20 min işçinin imzaladığı məktubda sözügedən qərarın dərhal ləğv olunmasına, əvəzində sürətli inflyasiya ilə ayaqlaşa bilməyən bütün maaşların artırılmasına çağırış edilir. Hökumətin minimum əmək haqqının artırılması qərarı Ali Əmək Şurasının qətnaməsi əsasında qəbul edilib. Bu şuraya hökumət nümayəndələri, sahibkarlar, fəhlələr və başqa işçilər daxildir. Qərarda minimum əməkhaqqının 27 faiz artırılması nəzərdə tutulur. Halbuki, İranda fevral ayında inflyasiya 53.4 faiz artıb, istehlak malları isə, mart ayına olan məlumata görə, 63 faiz bahalaşıb. Maaş artımı isə heç bunun yarısı qədər deyil. Hökumət minimum əmək haqqının ölkədə rəsmi inflyasiya əsasında müəyyən edilməsinə məhəl qoyulmayıb ki, bu da İranda, o cümlədən Güney Azərbaycanda fəhlə həmkarlar ittifaqı nümayəndələrinin tənqidinə səbəb olub. Şərqi Azərbaycan vilayəti Fəhlə Həmkarlar İttifaqları İdarə Heyətinin üzvü Möhsün Təbrizi bu xüsusda bildirib: “Ali Əmək Şurasının iclasında iştirak edən nazirlər işçilər üçün təyin etdikləri eyni maaşlarla cəmi bir ay yaşamağa razı olarlarmı? Nə üçün onlar fəhlə ailələrinin əsas ehtiyacları ilə oynayırlar və işçilərin və onların ailələrinin dolanışığına, yeməklərinə, geyimlərinə, təhsilinə və səhiyyə xərclərinə fikir vermirlər və fəhlə süfrəsini kiçikləşdirməyə çalışırlar?”. Qəzvin İşçi Evi Təşkilatının icraçı katibi Eydəli Kərimi işçilərin minimum əmək haqqının 27 faiz artırılması ilə bağlı deyib ki, əslində bu qədər əmək haqqı fəhlələri işləmək üçün qətiyyən həvəsləndirmir. İşçilərin maaşlarının 27 faiz artırılmasını tənqid edən Kərimi deyib: “Təəssüflər olsun ki, Əmək Nazirliyi qanuni vəzifələrinə məhəl qoymadan fəhlə sinfinə sağalmaz zərbə vurdu”. Qəzvin Fəhlə Evi Təşkilatının məsulu bu il işçilərin əmək haqqının təsdiq edilməsində ədalətsizliyə görə hökumətin əmək nazirini günahlandıraraq bildirib: “İşçilərin mənafeyini təmin etmək əmək nazirinin vəzifəsidir. Əgər əmək naziri işçi sinfinin hüquqlarını təmin etməkdə özünü aciz hiss edirsə, bunu qəbul etsin”. İşçi Həmkarlar İttifaqı nümayəndələri hökumətin işçilər üçün minimum əmək haqqının müəyyən edilməsi ilə bağlı qərarında əmək qanunlarının nəzərə alınmadığını deyir. Onlar son illər işçilərin minimum əmək haqqının artımının həmişə inflyasiya səviyyəsindən xeyli aşağı olduğunu bildirir. Bu xüsusda hazırlanan yeni məktuba İbrahim Rəisi hələ ki, cavab verməyib. Lakin İran mediası hökumətin iqtisadiyyat üzrə sözçüsünə istinadla bildirir ki, hazırda maaşların artırılması məsələsi gündəlikdə deyil. Hökumətin yeni qərarına əsasən, minimum əməkhaqqı 82 dollardan 104 dollara  qaldırılmalıdır. İslam Əmək Şuraları Ali Şurasının direktorlar palatasının üzvü Hüseyn Həbibi deyib ki, maaşın 27 faiz artırılması Əmək Qanununa müvafiq deyil və buna görə də legitim sayıla bilməz. O bildirib ki, işçilər İnzibati Ədalət Məhkəməsinə şikayət təqdim ediblər.

Belə vəziyyətdə Qəzvin şəhərində bir qrup tibb bacısı və səhiyyə sektorunun digər işçiləri maaş və məişət şərtlərinə etiraz olaraq aksiya keçiriblər. Onlar hüquqları təmin edilmədiyi təqdirdə tətil keçirəcəklərini bildiriblər. Tibb bacıları keçən günlərdə İranın digər bölgələrində də piketlər və aksiyalar təşkil ediblər. Onlar ağır iş yüklərinin qarşılığını almadıqlarını deyirlər. İranın müxtəlif vilayətlərində çalışan tibb bacıları aylardır ki, tibb bacısı xidmətlərinin tarif qanununun tam icrasını tələb edirlər. Onlar, həmçinin, müvəqqəti müqavilələrin dayandırılmasını və tibb bacılarının istismarına son verilməsini istəyir. Səhiyyə işçiləri əlavə olaraq xəstəxalanaların iş yükünü azaltmaq üçün daha çox tibb bacısının işə götürülməsini tələb edirlər. Bu yaxınlarda Məşhəd və Ərak şəhərlərində də tibb bacıları oxşar tələblərlə aksiya təşkil ediblər. Təhsil işçiləri də narazılıq edirlər. İranın Tehran, Robatkərim, Məlayer, Kirmanşah, Əhvaz və Neyşabur kimi şəhərləri ilə birlikdə Güney Azərbaycanının Urmiyə, Həmədan və Kərəc şəhərlərində müəllimlər Təhsil İdarəsinin qarşısında etiraz aksiyası keçiriblər. İranda pisləşən həyat şəraiti və müəllimlərin maaşlarının vaxtında və tamamilə ödənməməsi və ümumiyyətlə son illərdə ölkədə həm tələbələr, həm də müəllimlər baxımından təhsilin keyfiyyətinin aşağı düşməsi kimi amillər müəllimlərin son vaxtlarda tez-tez etiraz mitinqi keçirməsinin səbəbləri arasındadır. Həmçinin dərc olunan xəbərlərdə ölkənin müxtəlif şəhərlərində bəzi müəllimlərin həbsinin və onlara qarşı təzyiqlərin davam etdiyi bildirilir. Digər qurumlarda çalışan işçilər, təqaüdçülər də rejimin maliyyə siyasətindən kəskin narazılıq edir. Körfəz Əməkdaşlıq Şurası baş katibinin siyasi məsələlər üzrə köməkçisi, tanınmış politoloq Əbdüləziz Aluvayşeq Səudiyyə Ərəbistanının “Arabnews” nəşrində dərc olunmuş məqaləsində İran rejiminin sosial-iqtisadi siyasətindən artan narazılıqğın təsadüfi xarakter daşımadığını bildirir: “2023-cü ilin əvvəlində İranın iqtisadi vəziyyəti ölkə daxilində geniş etirazlar və xaricdə artan təcrid fonunda çox qaranlıq görünürdü. Qonşuları sürətlə inkişaf edərkən, İran durğunluq içində idi. Nüvə sazişinin bərpa olunmaması o demək idi ki, ABŞ sanksiyalardan vaz keçməyəcək, əksinə, İranın Ukrayna müharibəsinə müdaxiləsi nəticəsində təzyiq daha da artırdı. Regional sülh üçün heç bir perspektivin olmaması o demək idi ki, xarici investisiyalar gözlənilmir. Hökumət xalqın narazılığı ilə mübarizə aparmaq üçün çıxış yolları axtarırdı və ən yüksək səviyyəli siyasətçilər bunu bilirdilər. İran iqtisadi reqressiya yolunda idi; yüksək işsizlik və təxminən 50 faizlik inflyasiya ilə birlikdə iqtisadiyyatda minimal və ya real artım yoxdur. Rəsmi məlumatlara görə, iranlıların yarıdan çoxu yoxsulluq həddinin altında yaşayır. Rial 1 dollara nisbətdə 500 minə çataraq rekord qırıb. Müqayisə üçün qeyd edək ki, 1979-cu il inqilabından əvvəl 1 dollar 70 riala bərabər idi. Bu problemləri ilin əvvəlində İranın ali lideri Əli Xamneyi xalqa müraciətində də etiraf edib. O, televiziyada çıxışında İran iqtisadiyyatının on il geridə qaldığını bildirib, bunu sübut edən bir çox mənfi göstəricilərə istinad edərək, iqtisadiyyatın 2011-2021-ci illər arasında durğunlaşdığını deyib. Təəccüblüdür ki, Xamneyi nüvə proqramına həddindən artıq diqqəti İranın zəif fəaliyyətinə səbəb olan amillərdən biri kimi göstərib”.İranın destruktiv regional siyasətindən bəhs edən politoloq vurğulayıb ki, İraq, Suriya, Livan və Yəmənə müdaxilələr bu ölkələr üçün dağıdıcı olmaqla yanaşı, İrana da baha başa gəlib: “Bu siyasət Tehranın nüfuzunu artırmaq əvəzinə, İranın beynəlxalq nüfuzunu aşağı salıb və ərəb dünyası ilə münasibətlərini korlayıb. Daxili auditoriya üçün daha önəmlisi odur ki, bu yanlış xarici siyasət kursu İran xalqını layiqli həyat səviyyəsinə malik olmaq üçün lazım olan resurslardan məhrum edib. Qonşuları kimi böyümək əvəzinə, iranlılar həyat standartlarının durğun olduğunu gördülər. COVID-19-dan sonra Körfəz dünyanın ən sürətlə inkişaf edən regionu olub, İran isə bu tendensiyanın qarşısını alıb. 2022-ci ildə Körfəz Əməkdaşlıq Şurası ölkələri orta hesabla 6,4 faiz artım tempi ilə inkişaf edib və onların ümumi daxili məhsulu ilk dəfə olaraq 2 trilyon dolları keçib. Dünya Bankının məlumatına görə, İranda 2022-ci ildə nominal ÜDM-i cəmi 407 milyard dollar və ya Körfəz Əməkdaşlıq Şurasının 20 faizi həcmində olub. Adambaşına düşən gəlir isə daha acınacaqlıdır. Belə ki, 84 milyon əhalisi olan İranda adambaşına düşən ÜDM 2022-ci ildə 4,809 dollar təşkil edib ki, bu da Körfəz Əməkdaşlıq Şurası dövlətlərində adambaşına düşən orta gəlirin 15 faizindən azdır. İrandakı etirazların kökləri digər məsələlərdən, məsələn, qadınlara qarşı hədsiz məhdudiyyətlərdən qaynaqlansa da, şübhəsiz ki, iqtisadi narazılıq da rol oynayır. Gənc nəsil İranın qonşuları və dünyanın qalan hissəsi ilə müqayisədə geri qalmasından şikayətlənir. Əsas səbəblərdən biri də odur ki, İran son dörd onillik ərzində öz resurslarını tükətmiş, xalqlar arasında düşmənçilik və nifrət toxumu səpmiş bir dövlət olub”.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ