çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Rusiyadan İrəvana konkret mesaj gəldi: Ermənistan siyasi xəritədən silinə bilər

Image


Məlum olduğu kimi, Moskva Ermənistandakı partnyorlarından onların NATO təlimlərində iştirakına görə rəsmi izahat istəyib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu xüsusda Moskvanın mövqeyini çox dəqiq şəkildə izah edib və bu xüsusda İrəvana sorğu göndərildiyini diqqətə çatdırıb:

“Biz öz reaksiyamızı sorğumuza cavab alanda müəyyənləşdirəcəyik. Sözsüz ki, İrəvanın öz ərazisində KTMT təlimlərinin keçirilməsindən imtina etməsi təəssüf doğurur və regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət etmir”.

Zaxarova ABŞ və NATO-nun region ölkələrini təlimlərə dartmasını pisləyib: “Birləşmiş Ştatlar və onun müttəfiqləri region ölkələrinin bizim ölkəmizlə əməkdaşlığını gözdən salmağa çalışır və onları aşkar şəkildə anti-Rusiya, bəzən isə hətta rusofob xarakterli müxtəlif əməkdaşlıq formatlarına dartırlar. NATO-nun belə hərəkətləri müxtəlif regionlarda vəziyyətin stabilsizləşməsinə, münaqişə potensialının artmasına və yeni ayırıcı xətlərin yaranmasına səbəb olur”. Bundan əvvəl Ermənistanın Müdafiə Nazirliyi ölkənin cari ildə ABŞ-ın Avropadakı quru qoşunları komandanlığının təşkil etdiyi iki manevrdə - KFOR və “Saber Junction” təlimlərində iştirak edəcəyini bildirmişdi. Daha əvvəl Pentaqon Ermənistanın “Defender 23” təlimlərində iştirak edəcəyini demişdi. Bu manevrlər aprelin 22-dən Avropanın 10 ölkəsində keçiriləcək. Lakin Pentaqon bunun ardınca elana düzəliş etmişdi və yeni variantda iştirakçıların arasında Ermənistanın adı çəkilmirdi. Bunun ardınca Ermənistan Müdafiə Nazirliyi bəyan etmişdi ki, “Defender 23” təlimlərinə kontingent göndərməyəcək, ölkə bunun əvəzində, ehtimal ki, ABŞ-ın Avropa və Afrika komandanlığının keçirəcəyi iki başqa və kiçik miqyaslı təlimlərə qatılacaq. Beləliklə, Ermənistanın “Defender 23” manevrlərində iştiraka ilkin razılıq verib-vermədiyi bilinmir. Ermənistan politoloqlarından Akop Badalyan bildirir ki, Ermənistanın Pentaqonun ilkin siyahısına salınmasının “səhv” ucbatından baş verdiyinə inanmır. Ekspert İrəvanın Moskvanın təzyiqi ilə “Defender 23” manevrlərindən imtina etdiyini vurğulayır: “Son vaxtlarda Ermənistanın Moskvanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətləri gərginləşib. İrəvan təşkilatı Azərbaycanla qarşıdurmada Ermənistanı müdafiə etməməkdə günahlandırır. Ermənistan hökuməti KTMT-nin bu il onun ərazisində planlaşdırdığı iki təlimi keçirməkdən imtina edib. əvəzində ölkənin ABŞ təlimlərinə qatılması Rusiyada xoş qarşılanmır”. Rus politoloq, Cənubi Qafqaz Strateji Araşdırmalar Mərkəzinin direktoru Yevgeni Mixaylov da məsələ ilə bağlı maraqlı açıqlama verib: “Məncə, Ermənistan təlimlərdə iştirak edənlər siyahısından təsadüfən çıxarılmayıb. Hesab edirəm ki, press-relizdə düzəliş Ermənistandan gələn zənglərlə bağlıdır. İrəvan hazır idi, amma Rusiyanın bəzi xidmətləri işləyirdi. NATO təlimlərində KTMT-nin üzvü olan Ermənistanın iştirakı Rusiya-Ermənistan münasibətlərinə meydan oxumaq idi. Və təbii ki, bu, İrəvan üçün ciddi nəticələrə səbəb olacaqdı”. Onun sözlərinə görə, Ermənistan rəvan şəkildə NATO-ya doğru irəliləyir: “Aİ missiyasına Fransa jandarmları, Amerika sərhəd qoşunlarının nümayəndələri daxildir. Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq kimi məqsədyönlü siyasət aparılır və bu məsələdə aparıcı rolu məhz Ermənistan oynayır. Bütün bunlar onun ərazisində baş verir və məhz bu məqsədlər üçün istifadə olunur”. Onun fikrincə, görünür, Ermənistan hakimiyyəti təlimlərdə iştirak etməyə cəhd etməklə səhvə yol verb: “Bu cür səhvlər ciddi fəsadlarla doludur. Ermənistan açıq şəkildə NATO-ya doğru irəliləmək istəyir. Öz növbəsində Rusiya tərəfi Ermənistanın Rusiyanın milli maraqları istiqamətindən çıxmasının qarşısını almaq üçün əlindən gələni edir. Təbii ki, indi çətindir. Ermənistanda Rusiyaya qarşı çıxan qeyri-hökumət təşkilatlarının və siyasətçilərin fəallaşması, Ermənistanın KTMT-dən, Rusiya hərbi bazasının ölkə ərazisindən çıxarılmasına  dair çağırışlar artır”.

Ermənistanda Rusiya ilə münasibətləri daha da pisləşdirməyin tərəfdarlarının sayının artması üçün hakimiyyət bütün lazımı şəraiti yaradır. Respublikada mütəmadi olaraq anti-Rusiya mitinqləri və digər tədbirlərin keçirilməsinə icazə verilir, deputatların anti-Rusiya bəyanatları adi hala çevrilib. Belə görünür ki, İrəvan Rusiya-Ermənistan münasibətlərinin məhvi üçün hər şeyi etməyə çalışır. Ermənilər hər dəfə vəziyyəti daha da pisləşdirməyin yollarını tapırlar. Erməni politoloq Yervand Bozoyan da qeyd edir ki, Ermənistanla Rusiya arasında KTMT və ümumiyyətlə Rusiya-Ermənistan münasibətləri çərçivəsində münasibətlərin korlanması prosesi artıq yenilik deyil:  “Təəssüf ki, 2018-ci ildən Ermənistanın öz geosiyasi vəzifələrini dəyişməyəcəyinə dair vədlərindən sonra biz görürük ki, respublika faktiki olaraq sözünün üstündə durmayıb”. Bozoyan istisna etmir ki, gələcəkdə Ermənistan KTMT-yə münasibətini dəyişə və Rusiya-Ermənistan iqtisadi əlaqələri çərçivəsində münasibət sürətlə pislşə bilər. Ekspert hesab edir ki, 2018-ci ilin “məxməri inqilabından” sonra hakimiyyətə gələn hazırkı Ermənistan rəhbərliyi arasında qərbyönümlü əhval-ruhiyyə üstünlük təşkil edib. Digər politoloq, Cənubi Qafqaz üzrə ekspert Andrey Areşev hesab edir ki, baş verənlər Ermənistan rəhbərliyinin eyni anda bir neçə kresloda əyləşmək cəhdlərinin əksidir. Bu fonda “Reqnum” agentliyi yazır ki, Ermənistanın yaxın gələcəkdə Rusiyanın təsirindən harasa uzaqlaşması ehtimalı azdır: “İrəvan Rusiyanı tərk edərsə, Ermənistan sadəcə olaraq siyasi xəritədən silinə bilər. İrəvandakı dövlət idarələrinin bu barədə düşünüb-düşünməməsi açıq sualdır”. Tanınmış rus politoloq İqor Korotçenko da “Vestnik Kavkaza” nəşrinə açıqlamasında Ermənistanın hazırda Qərb diqtəsilə hərəkət etdiyini vurğulayır. O, ermənilərin Azərbaycanla son toqquşmasının da xaricdən qaynaqlandığını qeyd edir.  Korotçenko diqqəti İrəvanın xaricdən gələn sifarişlə hərəkət etdiyinə və Cənubi Qafqazda vəziyyəti sarsıtmağa, yeni müharibəni alovlandırmağa çalışmasına yönəldib: “Eyni məqsədlə Nikol Paşinyanın komandası sülh proseslərinə mane olur. Ermənistan Azərbaycanla sərhəddə toqquşmalar təşkil etməklə Cənubi Qafqazda sülh proseslərinə xələl gətirir”. Korotçenko ilk növbədə İrəvanın Aİ-nin monitorinq missiyasından Azərbaycana qarşı aqressiv hücumlar üçün pərdə kimi istifadə etmək istəyinə diqqət çəkib: “Ermənistan hakimiyyətinin məqsədi Cənubi Qafqazda vəziyyətin normallaşmasına və sülh müqaviləsinin bağlanmasına mane olmaqdır. Bu, ilk növbədə Qərb tərəfdaşlarının Nikol Paşinyanın komandasına təsiri ilə bağlıdır, çünki  dinc, sabit Cənubi Qafqaz genişmiqyaslı Qərb sanksiyaları və Avropanın ixrac və idxal logistika marşrutlarının tam blokadası şəraitində Rusiya iqtisadiyyatının sabitliyi üçün mühüm əhəmiyyət kəsb edən Şimal-Cənub multimodal nəqliyyat dəhlizinin fasiləsiz fəaliyyəti deməkdir. Vəziyyətin gərginləşməsi və regionun yeni silahlı münaqişə vəziyyətinə keçməsi müəyyən qüvvələrin geosiyasi istəklərinə uyğundur. Ermənistan burada bir növ “Troya atı” kimi çıxış edir, onun köməyi ilə müəyyən qüvvələr, məsələn, Fransa regionu yenidən xaosa qərq etmək və Rusiya iqtisadiyyatı üçün zəruri olan nəqliyyat marşrutlarının normal işləməsinin qarşısını almaq niyyətindədir”.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ