çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Son sərhəd təxribatını ermənilərin törətdiyini Paşinyan da etiraf etdi

Image


Aprelin 11-də Ermənistan tərəfinin növbəti təxribatı ilə bağlı getdikcə daha maraqlı detallar üzə çıxmaqdadır. Dığ kəndi istiqamətində baş verən insidentin səbəbləri barədə erməni tərəfinin açıqlamaları hadisənin məhz onların günahı üzündən baş verdiyini bir daha təsdiq edir.

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə keçirilən “hökumət saatı”nda maraqlı açıqlamalar verərək vurğulayıb  ki, Azərbaycan ordusunun Dığ  kəndi rayonuna çıxışı ilə bağlı təhlükəsizliyin təminatı üçün onun verdiyi bir sıra tapşırıqlar yerinə yetirilməyib. Deməli, erməni ordusunda nizamsızılıq hadisənin törədilməsinin başlıca səbəbi olub. Paşinyan vurğulayıb ki, konkret adamlara konkret tapşırıqlar vermişdi. Amma tapşırıqları düzgün icra edilməyib: “Əlbəttə, bunun ardınca inzibati nəticələr olmalıdır, amma biz həm də başa düşməliyik ki, nə və nə üçün baş verib”. Maraqlıdır ki, belə bir vaxtda Ermənistan Milli Təhlükəsizlik Xidməti sərhəd qoşunlarının komandanı Arman Maralçıyan vəzifəsindən azad edilib. Parlamentdə Paşinyana verilən suallardan birində söhbət Ermənistanın son toqquşmada İran dronundan istifadə etməsinə dair Azərbaycanın iddialarından gedib. Paşinyanın fikrincə, Azərbaycanın iddiaları Ermənistana missiya göndərmiş Avropa İttifaqına ünvanlanıb: “Bakı Aİ-nin diqqətini Ermənistanın onunla problemi olan və üzərinə sanksiyalar qoyulmuş bir ölkə ilə əməkdaşlığına yönəldir”. Millət vəkilləri baş nazirdən onun Ermənistan ordusunda “beşinci kolonun” olmasına dair bəyanatına aydınlıq gətirməsini istəyiblər. Paşinyan bildirib ki, döyüş əməliyyatlarının gedişində bəzi yüksək rütbəli hərbçilər ələ keçirilmiş mövqelərdən çəkilməyi əmr edir və hərbçilər arasında panika yayırdılar. Baş nazir qeyd edib ki, hazırda davam edən istintaqda bu adamlar təqsirlərini etiraf etsələr də, hərəkətlərinin motivlərini açmırlar: “Əgər motiv izah edilməyibsə, deməli cinayət açılmayıb. Məsələn mənim heç bir hüquqi əhəmiyyəti olmayan ekspert rəyimi bilmək istəsəniz, mən bundan da hay-küylü bəyanatlar verə bilərəm. Məsələn, mən düşünürəm ki, bəlkə bunlar başqa ölkələrin agentləridir? Mən bunu təsdiqləmirəm, sadəcə məntiqi fikrimi bildirirəm. Məsələn, o yüksək rütbəli hərbçi yuxarıdan əmr almalıydı. Mən belə bir əmr verməmişəm. Deməli, onun əmr aldığı başqa “yuxarılar” var”. Azatutyun yazır ki, parlamentdə keçirilən hökumət saatında Paşinyana Qarabağ və onun “müstəqillik uğrunda mübarizəsi” barədə də suallar verilib. Baş nazir bu kimi suallara cavabında deyib: “Məncə, bu məsələ iki hissədən ibarətdir: “Madrid prinsipləri”ndən əvvəl və sonra. Bu prinsiplərə qədər erməni tərəflərinin mövqeyi belə idi ki, Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayıb və SSRİ-nin çökməsi kontekstində öz müqəddəratını təyinetmə hüququnu reallaşdırıb və SSRİ-nin başqa subyektləri kimi Qarabağ da müstəqillik əldə edib. Amma 2007-ci ildə hakimiyyətin transferi zamanı Serj Sarkisyan baş nazir, Robert Köçəryan prezident olan vaxtlarda “Madrid prinsipləri” ortaya çıxıb. Bu prinsiplərdə ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququ var idi. Qeyd olunurdu ki, Qarabağın statusu dəqiqləşdirilməlidir və dəqiqləşdirmə mexanizmi Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır. Beləliklə, erməni tərəfinin qərarı ilə Qarabağın statusu mexanizmi Azərbaycanla birlikdə həll olunmalı idi. Onda belə bir sual doğur: Əgər Qarabağ Azərbaycanın bir hissəsi sayılmırdısa, niyə status Azərbaycanla razılaşdırılmalı idi? Beləliklə, Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. “Madrid prinsipləri”ndən əvvəl Qarabağın öz müqəddəratını təyinetmə yeri SSRİ idisə, “Madrid prinsipləri”ndən sonra Ermənistan tərəfinin “parlaq” diplomatiyası nəticəsində Azərbaycan Qarabağın öz müqəddəratını təyin etdiyi məkana çevrildi”.
Onun sözlərinə görə, “Madrid prinsipləri”nə əsasən, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və ermənilər də  bu gün həmin sənədin “meyvələrini yığırlar”: “Bizim səhvimiz bu oldu ki, bunu hələ 2018-ci ilin mayında deməli idik, lakin fikirləşdik ki, gələcəkdə birtəhər bu tələdən çıxa bilərik. Tələ beynəlxalq səviyyədə razılaşdırıldığı üçün biz bunu edə bilmədik”. Paşinyan qeyd edib ki, “Madrid prinsipləri”nə əsasən müəyyən edilib ki, Qarabağın statusu Azərbaycan tərəfindən də razılaşdırılmalı olan mexanizmlə tənzimlənməlidir və bununla da çox ciddi konseptual dəyişiklik baş verib: “Etibarlı mənbələrin məlumatlarına görə, “Madrid prinsipləri”nin müəllifi elə erməni tərəfi olub. Deyildiyi kimi, biz Qarabağı Azərbaycanın bir hissəsi hesab etmiriksə, onda onun statusu məsələsi niyə Azərbaycanla razılaşdırılmalıdır? Bu isə məntiqlə o deməkdir ki, Qarabağ öz müqəddəratını təyin etmək üçün Azərbaycanın tərkib hissəsi olmalıdır, əks halda o, öz müqəddəratını kimdən müəyyən edir?
Beləliklə də, bizim ən böyük səhvimiz bu barədə 2018-ci ildə xalqa izahat verməməyimizdir. Qarabağı danışıqlar prosesindən çıxaran Ermənistan sonradan “Mən Qarabağın öz müqəddəratını təyinetmə hüququndan istifadə etməyə gəlmişəm” dedi. Bunun cavabında isə Ermənistana dedilər ki, bunu sən deyirsənsə, o zaman bu ərazi mübahisəsidir, ərazi iddiasıdır. Qarabağ probleminin bütün mahiyyəti deformasiyaya uğrayıb”. Belə vəziyyətdə erməni mediası diqqəti həm də ona yönəldir ki, indi Qarabağda qalan ermənilər üçün Azərbaycana inteqrasiyadan başqa çıxış yolu qalmayıb. Ermənistanın “Qraparak” nəşri bu xüsusda yazır: “Laçın yolu ilə bağlı yaranmış mövcud vəziyyətin dördüncü ayı tamam olub. 2022-ci il dekabrın 12-də Azərbaycanın ekoloji fəalları Qarabağdakı mədənlərdə monitorinq aparmaq tələbi ilə aksiyaya başlayıb. Maraqlıdır ki, bu günlərdə Qarabağ “səlahiyyətliləri” Azərbaycan tərəfinə Rusiya sülhməramlı missiyası vasitəsilə sülhməramlıların olduğu yerdə və Rusiya hərbi qrupunun komandanlığının vasitəçiliyi ilə “təcili humanitar məsələləri müzakirə etmək” üçün görüş keçirmək təklifi göndərib. Bu o deməkdir ki, halqa o qədər daralıb ki, “Qarabağ tərəfi” təşəbbüs göstərir. Xatırladaq ki, təxminən bir ay əvvəl sülhməramlıların vasitəçiliyi ilə görüşdən sonra Azərbaycan tərəfi həmin görüşlərdə reinteqrasiya məsələlərinin müzakirə edilməli olduğunu bəyan etmişdi, Qarabağ erməniləri Bakıya dəvət edilmişdi və onlara imtina cavabı verilmişdi. İndi “Qarabağ” dialoqu bərpa etməyə çalışır”. Onlar yaxşı görür ki, inteqrasiyadan başqa çıxış yolları yoxdur.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ