çərşənbə günü, 11 noyabr 2026
     

Laçın-Xankəndi yolundakı etiraz aksiyası Azərbaycanı istədiyi nəticələrə yaxınlaşdırır

Image


Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclərin və ekoloqların Laçın-Xankəndi yolunda keçirdikləri dinc etiraz aksiyası davam edir.

Aksiyanın məramı əvvəlki kimi dəyişməz olaraq qalır. Etirazçılar Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarının dərhal dayandırılmasını tələb edirlər. Aksiya fəalları qaldırdıqları plakatlarda üzərində rus və ingilis dillərində yazılmış “Sərvətlərimizin talanı dayansın!”, “Təbiəti qoruyaq, istismarı qınayaq!”, “Təbiətin milləti yoxdur!”, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər. Ərazi humanitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur. Demək olar ki, hər gün Rusiya sülhməramlılarına aid onlarla maşın hər iki tərəfə maneəsiz hərəkət edir. Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərin də daim burada sərbəst hərəkət etməsinə şərait yaradılır. Bu da bir daha onu göstərir ki, siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir. Bir daha xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən dinc aksiyaya başlayıblar. İndi bu aksiyanın necə yekunlaşacağı əsas müzakirə predmetidir. Məsələ ilə bağlı Ermənistanın Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryanın fikirləri olduqca maraqlıdır. O qeyd edir: “Azərbaycan indi iki məqsədə nail olmaq istəyir, onlardan birinə artıq nail olub, bu, keçid məntəqəsidir”. Onun sözlərinə görə, rəsmiləşdirilməyib, amma Bakı sadəcə olaraq bunu rəsmiləşdirmək istəyir: “İkinci məqsəd Qarabağ məsələsinin Azərbaycanın daxili işi kimi qeydə alınacağı sülh sazişidir. Bu, sülhməramlıların çıxarılması istiqamətində bir addımdır, çünki Qarabağ daxili məsələdirsə, deməli, sülhməramlılara ehtiyacımız yoxdur”. Erməni ekspert qeyd edib ki, Laçın yolu açılsa belə, Qarabağ ermənilərinə təzyiq strategiyası ortadan qalxmayacaq: “İlham Əliyev Rusiyanın zəif yerlərini yoxlayaraq qırmızı xətlərə toxunur. Bu, həm də Moskva ilə Bakı arasında münaqişədir. Onların arasında danışıqlar prosesi kifayət qədər gərgindir və qapalıdır”. Lakin rus ekspert Sergey Markedonov hesab edir ki, Moskva burada Bakının istəkləri ilə razılaşacaq: “Laçın yolunun bağlanmasını 2020-ci ilin noyabrında Qarabağ müharibəsi nəticəsində yaranmış yeni status-kvo və ötən il baş verən hadisələr kontekstində görmək lazımdır. Rusiyalı diplomatlar 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannaməni nəzərdə tuturlar, lakin ötən il Bakı bu sazişlərə diqqətlə, tədricən, addım-addım yenidən baxaraq, qırmızı xətləri geri çəkib. Bu vəziyyətdə ötən ildən Ermənistanla Azərbaycan arasında münaqişənin həlli prosesində yeni reallıq müşahidə olunur. 2022-ci ilə qədər Ermənistanla Azərbaycan arasında münaqişənin həlli Rusiya ilə Qərb arasında ciddi qarşıdurma nöqtəsi deyildi. Ukrayna, Dnestryanı, Abxaziya var idi, Qarabağ yox idi. İndi biz sülhməramlı təşəbbüslərin bu danışıqlar formatlarında artan rəqabətin şahidi oluruq”.
Markedonov hesab edir ki, Rusiya və Qərb Ukrayna münaqişəsinin girovuna çevrilib və bu, çox narahatedicidir: “İndi haradasa Rusiyanın mövqeyi o qədər də aydın formalaşdırılmayıb, Qərblə qarşıdurma sanksiyaları şəraitində Moskvanın Türkiyə və Azərbaycandan asılılığı nəzərə çarpır və Ermənistan cəmiyyətində bundan narahatdırlar, alternativ təhlükəsizlik mexanizmləri axtarışları davam edir. Rusiya Qafqazdakı mövqelərini itirə bilərmi? Əlbəttə, ola bilər, tarixdə proqramlaşdırılmış heç nə yoxdur. Bu, Qafqaz üçün böyük bir artı olacaqmı? Əmin deyiləm. Qafqaz, şübhəsiz ki, Rusiya üçün prioritet olaraq qalır, lakin indi Ukrayna ölkənin siyasi xadimlərini sıxışdırıb, cəmiyyətin başqa problemləri var. Rusiya rəhbərliyi üçün Ukraynada baş verənlər qavrayış baxımından daha yaxındır. Qafqaz önəmlidir, amma psixoloji baxımdan uzaq bir şeydir. Lakin bu o demək deyil ki, Qafqaz Rusiya siyasətinin strateji məqsədlərindən yoxa çıxıb. Amma indiki halda vəziyyət Azərbaycanın lehinədir və Bakı istəklərinə nail olacaq”. Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan da məsələyə eyni prizamadan yanaşır və bunun günahını da ermənilərdə görür. Tarixə ekskursiya edən ekspert bildirir ki, ruslar daim ermənilərin yanında olub, amma sonuncular buna layiqincə cavab vermir: “1992-ci ilin yayında biz artıq məğlub olmuşduq. Ruslar müharibədə qalib gəlməyimizə kömək etdi. Həmin ildə Vazgen Manukyan Müdafiə naziri idi. Xosrov Arutunyan baş nazir idi. Mən isə hökümət sədrinin vəzifələrini icra edirdim. Biz çox çalışırdıq ki, qələbə çalaq. Levon Ter-Petrosyan prezident idi. Biz Rusiya müdafiə nazirinin müavini Qaydayın köməyi ilə qələbə çalmağa müvəffəq olduq. Əgər Rusiya olmasaydı, biz müharibədə böyük məğlubiyyətə uğrayacaqdıq. İndi Ermənistanda deyəndə ki, Rusiya bizə kömək etməyə borcludur, rəsmi Moskva bəyan edir ki, biz sizə borclu deyilik. Ona görə ki, ermənilər yaxşılıq qanmayan xalqdır. Amerika və Fransa, ümumiyyətlə, bizim işimizə qarışmaq istəmir. Onlar heç düşünmür ki, öz hərbi qüvvələrini bu regiona göndərsin. Fransa ancaq mənəvi dəstək verə bilər ki, bunu da edir. Ancaq Rusiya və Türkiyə var. Hazırkı hakimiyyət isə ancaq Türkiyəni seçir. Bu gün Rusiya ilə Türkiyənin yaxşı münasibətləri var. Və bu üzdən Rusiya Ermənistana görə Türkiyə ilə, Azərbaycanla münasibətlərini pozmayacaq”. O hesab edir ki, bu fonda da Azərbaycan Qarabağ erməniləri ilə bağlı yekun məqsədinə çatacaq.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ