çərşənbə günü, 11 noyabr 2026
     

Məşhur jurnalist molla rejiminin əlindən İsveçə necə sığındı... - II yazı

Image


“Cənubi azərbaycanlı mühacirlər” rubrikasında müsahibimiz molla rejiminin zülmündən baş götürüb doğma evini, el-obasını tərk etmək məcburiyyətində qalan və İsveçə mühacirət edən, hazırda Stokholm şəhərində yaşayan publisist, tərcüməçi, jurnalist Abdulla Əmir Haşımidir (Abdulla Əmirbahadır oğlu Əmir Haşımi - Cavanşir).

A.Əmir Haşimi İsveçin Stokholm şəhərində ailəsi ilə birgə mühacir həyatı yaşayır. Abdulla bəydən vatsap üzərindən götürdüyümüz müsahibənin ikinci hissəsini təqdim edirik.

  • “Mühacir olmaq, Vətəndən uzaqda mühacirətdə yaşamaq çox çətindir”

- 43 ildir ki, molla rejimi öz əsl simasını göstərir, bölgədə və daxildə intriqaçı bir rejim kimi tanınır. Heç bir qonşu dövlətlə sülh şəraitində münasibət saxlamaq istəmir. Bu rejimin mahiyyəti budur. Söhbətimin əvvəlində dediyim kimi, molla rejimi o vaxt bizə verdiyi sözün heç birini tutmadı. Halbuki, elə zənn edirdik ki, özünü ruhani, müctəhid kimi təqdim edənlər yalan danışmaz, amma əksini gördük.

- Belə demək olarmı ki, bu rejim azərbaycanlılara qarşı riyakarlıq etdi, eyni zamanda da Pəhləvilərin siyasətini yürütdü?

- Hər ikisi bizə qarşı çox sərt siyasət yürütdü. Molla rejimi şah rejiminin “ənənəsi”ni davam etdirdi. Burada diqqət çəkən məsələlərdən biri Cənubi Azərbaycan ərazilərinin bölüşdürülməsidir.

- Nə mənada?

- Şah rejimi də Azərbaycan torpaqlarını ostanlara bölüb tikə-tikə etmişdi, molla rejimi də elə etdi. Məsələn, Həmadanı, Qəzvini, Ənzəlini fərqli yerlərə vermişdi. Molla rejimi də bu siyasəti davam etdirib ərazilərimizi Şərqi və Qərbi Azərbaycana böldülər. Şərqi Azərbaycanı - Ərdəbili Təbrizdən ayırdılar. Təbii ki, bunu sözdə etdilər, mənəvi cəhətdən bu mümkün deyil. Bunlar isə qanunsuzdur. Biz azərbaycanlılar Güney Azərbaycanı parçalanmış halda yox, bütöv tanıyırıq. Bu torpaqlar Güney Azərbaycandır. Şah rejiminin bizə qarşı həyata keçirdiyi insani və mədəni genosidi molla rejimi də davam etdirdi. Ana dilində kitab çap etməyimizə, ictimai, mədəni, iqtisadi fəaliyyətimizə imkan vermədilər. Gördüyünüz kimi, Urmu dəryasını qurudurlar. Bununla həm insanlarımızın öz yurdundan didərgin düşməsini həyata keçirirlər, həm də tariximizin ən qədim izlərini silməyə çalışırlar. Urmu gölü quruyur və nəticədə yüzminlərlə insan oradan köçmək məcburiyyətində qalacaq. Həm də burada duz tufanı təhlükəsi olacaq. Urmu gölünün qurudulması Cənubi Azərbaycanda fars rejiminin həyata keçirdiyi ekosiddir. Bu dəhşətli bir hadisədir. Bunlar Urmu gölünü qurutmaqla kifayətlənməyib başqa sahələrimizə də əl atırlar. Güney Azərbaycandakı saysız-hesabsız qızıl, mis mədənlərimizi qanunsuz olaraq istismar edir, talayırlar, farslar yaşayan yerlərə aparıb emal edib böyük pullar qazanırlar. Amma oradan Azərbaycana heç nə vermirlər. Azərbaycanlıların ixtiyarı yoxdur ki, öz sərvətinin nə qədər olduğunu bilsinlər və rejimin onu hansı şəkildə hərraca qoyduğunu öyrənsinlər.  Molla rejimi Güney Azərbaycanı hər tərəfli talayır. Fransızların Əlcəzairdə ərəb xalqının başına gətirdiklərini farslar da bizim başımıza gətirib.  Yaxud amerikalıların Vyetnamda törətdiyi qırğınları bunlar bizə qarşı edib. Ermənilərin bu taydakı azərbaycanlıların başına açdığı bəlaları farslar da bizim başımıza açıb. Bizə hər cür əziyyət veriblər. Onlar erməniləri müdafiə ediblər.

- Molla rejimi niyə bizim xalqa qarşı bu qədər amansızdır?

- Onlar bizi heç zaman sevməyib. Xalqa o qədər zülmlər edirlər ki, xalq da ayağa qalxıb qiyam edir. Biz tarixdə müxtəlif qiyamlara əl atmışıq, dəfələrlə zülmə qarşı ayağa qalxmışıq. Lakin meydanda tək olduğumuz üçün qiyamlarımız qanda boğulub, son nəticəni verməyib. Amma son vaxtlar baş verən etirazlar mütləq mənada öz bəhrəsini verəcək. Artıq biz tək deyilik. Şükürlər olsun ki, cənab Prezident həm Səmərqənddə, həm Zəngilanda, həm ADA Universitetindəki çıxışlarında Güney Azərbaycan türklərinin problemlərini dilə gətirdi, bizə böyük dəstək verdi. Cənab Prezidentin çıxışı bizə qol-qanad verdi. İstərdik ki, digər türk dövlətləri də Güney Azərbaycan məsələsinə ciddi diqqət yetirsinlər. Nəticədə biz də həm öz gücümüzlə, həm də  qardaşlarımızın, soydaşlarımızın dəstəyi ilə özümüzü fars molla rejiminin boyunduruğundan, sümürgəçiliyindən xilas edib ağ günə çıxaq. Güney Azərbaycanın bu mübarizədə qalib olması, qələbə çalması bütün türk dünyasının, o cümlədən də regionun xeyrinə olardı ki, onların canı bu cür qəddar rejimdən qurtarsın. Çünki molla rejimi heç bir ölkəyə qarşı xoş niyyətli deyil. Molla rejimi təkcə Azərbayana qarşı deyil, həm də  Türkiyə dövlətinə  qarşıdır. Onların gözü Türkiyəni götürmür. Baxmayaraq ki, Türkiyə vasitəsilə dünyaya çıxır və sair. Azərbaycan dövləti İrana nə qədər humanist yanaşıb, yeri gələndə güzəşt edib, amma Tehran rejimi bunu nəzərə almayıb, razılaşmaları və sairini pozub. Molla rejimi verdiyi sözü də, imzaladığı sənədi də tutmur. Bizim torpaqda özümüzə qarşı genosid törədir, amma ermənilərə hər cür şərait yaradırlar.

- Hətta Tehranla İrəvanı “qardaşlaşdırıblar” da…

- Bu tamamilə məntiqsizdir. Molla rejimi bir-biri ilə heç cür uyğun gəlməyən şəhərləri qardaşlaşdırır, amma Güney Azərbaycanla Quzey Azərbaycan arasında mədəni əlaqələrin yaranmasına imkan vermir.

- Abdulla bəy, çox qəribə hal yaranıb ki, bu gün rejimin əlindən canını qurtarıb başqa ölkələrə sığınan soydaşlarımız çoxdur. Sanki molla rejimi özü camaatı bezdirir ki, ev-eşiklərini tərk edib başqa yerlərə getsinlər. Bu barədə siz nə deyərdiniz?

- Əlbəttə, fars-molla rejimi bunu məqsədli şəkildə edir ki, soydaşlarımız öz yurdlarını tərk etsin. Molla-fars rejiminin bizə qarşı siyasəti bir neçə istiqamətə gedir. Tehran rejimi apardığı bu siyasətlə güney azərbaycanlarıları siyasi mühacirətə məcbur edir. Rejim çalışır ki, daha çox azərbaycanlı iqtisadi və siyasi mühacirətə getsin. 

Etirazlar başlayandan indiyə qədər Azərbaycanda - Təbriz, Ərdəbil, Urmiya, Zəncanda  6800 nəfər insan həbs olunub. Neçə-neçə nəfəri isə edam ediblər. Edam edilənlərin də ən çoxu uşaq və yeniyetmələrdir. Bu nə deməkdir? Bu həbslər və edamlar nəticəsində isə ailələr öz övladlarını bu ölkədən qaçırıb başqa ölkələrə aparırlar. Məqsəd də odur ki, övladlarını rejimin şərindən, edamından xilas etsinlər. Elələri var ki, evini dəyər-dəyməzinə satıb ölkəni tərk edir. Tehran rejiminin yürütdüyü siyasət işsizlik yaradır. Azərbaycanın şirin suları məhv olub gedir, amma uzaqlardan İsvahana şirin su çəkirlər. Suların qabağını göllər vasitəsilə kəsirlər ki, kəndlərə su gəlməsin, bu da bizim camaatın kənd təsərrüfatı ilə məşğul olması üçün çətinlik yaradır. Soydaşlıarımız da məcbur olub dolanışıq ucundan öz evlərini tərk edirlər. Çoxu Şimali Azərbaycana və Türkiyəyə köçüb gedir. Düzdür, Şimali Azərbaycan mühacirət deyil, o Vətəndən bu Vətənə gəlirlər. Amma o nəsillər özlərini tapa bilmir, çox çətinlik çəkir. Mühacir olmaq, Vətəndən uzaqda mühacirətdə yaşamaq çox çətindir,  heç bir yer insanın öz doğma yurd-yuvası qədər doğma olmur. Nə qədər yaxşı yaşasan da, yenə də Vətənin xiffətini edirsən, onun işıqlı gələcəyi üçün əlindən gələni edirsən.

- Həyatı mübarizələrdə keçmiş və bu gün də xalqının istiqbalı uğrunda bacardığı qədər mücadilə verən bir soydaşımız olaraq Güney Azərbaycanda gedən milli mücadilənin sonunu necə görürsünüz?

- Sizi əmin edirəm ki, budəfəki etirazlar bənzərsiz, misilsiz etirazlardır. Tehran rejiminin 43 illik həyatında bu qədər uzun çəkən, bütün zümrələri, sahələri özündə birləşdirən hərəkat olmayıb. Bu hərəkat artıq baş verib və davam edir. Baxmayaraq ki, molla rejimi edam qərarlarının sayını artırır, insanlara ağır təzyiqlər göstərir, onları susdurmağa çalışır.  Bu aksiyalar molla rejimini bundan da daha dərin istisadi, siyasi, diplomatik böhranlara sürükləyir. Bu rejimin sonu yaxındadır. Bu sonun neçə aya baş verəcəyini demək çətindir, amma istiqamət bu yanadır. Güney Azərbaycanın bütövləşməsi məsələsi bizim fəaliyyətimizdən asılıdır. Biz güneyli-quzeyli indidən bütün gücümüzü səfərbər edib birləşdirə bilsək, çox şeyə nail olacağıq. Biz tamamilə birləşsək bütöv Azərbaycana nail olacağıq. Biz birləşsək, nəticədə İran diktaturası olmayacaq və Zəngəzur dəhlizindəki haqqımızın qarşısına heç bir qüvvə çıxa bilməyəcək. Öz mübarizəmizdə nə qədər israrlı olsaq istədiyimizə qovuşacağıq.

- Orada nə işlər görürsüz?

- Mühacirətdə olmağımıza baxmayaraq, həm Avropada, həm ABŞ-da, həm də başqa ölkələrdə çox işlər görürük. Özü də təkcə Güney Azərbaycanla bağlı deyil, Şimali Azərbaycanla bağlı məsələlərdə də səsimizi qaldırırıq. Xocalı soyqırımının ildönümü ilə əlaqədar aksiya keçirməyi planlaşdırırıq. Yəni biz qardaşlarımızla bərabərik. Çalışırq ki, həm öz hüquqlarımızı, həm də soydaşlarımızın, qardaşlarımızın  haqlarını imkanımız çatan dərəcədə qoruyaq, tədbir keçirək, müxtəlif mədəni formalarla bu məsələləri çatıraq. Bu hər bir vicdanlı azərbaycanlının borcudur ki, bu kimi məsələlərdə aktiv olsun. Hamı bu yolda davam edir.

Azərbaycan mediasının da bütövlükdə diqqətini Güneyə yönəltməsi, Güneyin tarixindən, ədəbiyyatından, mədəniyyətindən, mübarizə tarixindən bəhs etməsi təqdirəlayiqdir. Xüsusən də Pişəvəri hərəkatının təbliğatı həyata keçirilir, ayrı-ayrı şəxsiyyətlər tanıdılır. Bu tükəməz irsi tanıtmaq, təbliğ etmək, yaymaq çox gərəklidir ki, bunu da sizlər edirsiz. Bu, yeni bir siyasi atmosferin, hərəkatın güclənməsində, Azərbaycan Respublikasının daha böyük nailiyyətlər əldə etməsində böyük dəstək rolu oynayacaq.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ